Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-929/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 38 ildən artıqdır ki, Respublikanın Su Təsərrütı və Meliorasiya sistemində çalışmışmaqla, işlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb olunmamış, dəfələrlə Təşəkkür və Fəxri Fərmanlar almışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə ona Respublikanın “Əməkdar Mühəndisi” fəxri adı və döş nişanı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X4 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, "xxxx" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC həmin Agentliyin tabeliyinə verilmişdir. Bundan sonra Agentliyin tabeliyində olan X15 Xidmətinin rəisi cənab Zakir Quliyev X12 İdarəsinin bütün vəzifələri şəxslərinə, o cümlədən ona bildiriş məktubu göndərərək, tutduqları vəzifə üzrə ştatların ixtisara düşdüyünü qeyd edərək, onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq vermişdir. Bundan sonra o, Xidmətin rəhbərliyinə müraciət edərək, idarənin çevrilmə formasında yenidən təşkil yolu ilə yerində yaradılmış, “X15 Xidmətinin” X16 İdarəsində vəzifəsinə uyğun işlə təmin olunmasını xahiş etmişdir. Xidmət rəhbərliyi ona başqa iş təklif etmədən və əvvəlki vəzifəsinə uyğun ştatda olan işə qəbul etmədən, özünün xx.xx.2024-cü il tarixli əmri ilə onu işdən azad etmişdir. Nəticədə o, 38 ildən çalışdığı bir sahədən qanunsuz və əsassız kənarlaşdırılmışdır. Onun işlədiyi idarə çevrilmə formasında yenidən təşkil edildiyindən fəaliyyətini dayandırmamış və əvvəlki fəaliyyətini davam etdirməkdədir. Yəni X12 İdarəsi öz yerində, öz təyinatı üzrə fəaliyyət göstərməkdədir. Eyni zamanda hazırkı qurumda da baş mühəndis ştatı vardır. Buna baxmayaraq həmin vəzifəyə heç bir əsas olmadan onu deyil, başqa şəxsi təyin etmişlər. Hansı ki, təcrübə və peşəkarlıq baxımından onun göstəriciləri, təyin olunmuş şəxsdən daha üstündür. Onu isə nə əvvəlki vəzifəsi üzrə, nə də ki, ona uyğun başqa işlə təmin etməmişlər. Nəticədə o, yüksək mənəvi və maddi sarsıntıya məruz qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları göstərilmişdir. Həmin maddənin "xxxx" bəndində işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işəgötürən tərəfindən əmək müqaviləsini ləğv edilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə düzgün istinad edilməmişdir. Çünki həmin bənddə ştatların ixtisar edilməsindən söhbət gedir. Hazırkı mübahisə üzrə fakt ondan ibarətdir ki, onun tutduğu baş mühəndis ştatı ixtisar edilməmiş, adı dəyişdirilmiş qurumda həmin ştat saxlanılmışdır. Onun peşəkarlıq səviyyəsi artıq qiymətləndirilmiş, yəni ona Respublikanın “Əməkdar Mühəndisi” adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Sərəncamında da onun işlədiyi idarənin özünün və ştatlarının ləğvindən söhbət getmir. Həmin idarənin özünün və tabe olduğu yuxarı qurumların çevrilmə formasında yenidən təşkilindən söhbət gedir. Belə olduğuna görə ştatların ixtisarı adı ilə işçinin yenidən təşkil olunmuş qurumda nə əvvəlki vəzifəsi üzrə, nə də ki, ona uyğun başqa işlə təmin etmədən azad edilməsi qanunsuz olmaqla, Əmək Qanunvericiliyinin tələblərinə zidd sayılmalıdır. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh X15 Xidmətinin rəhbərliyinin xx.xx.2024-cü il tarixli əmri qanuna uyğun olmadığına görə ləğv edilməli, onun işə bərpa edilməsinə dair qərar qəbul edilməlidir. Bildirir ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmri verildiyi vaxtdan ona bildirilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə Göygöl SSİ-nin rəhbərliyi tərəfindən iş yerində ona təqdim olunmuşdur. Bundan sonra qanunla müəyyən olunmuş 1 aylıq müddətdə tərəfindən xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməyə müraciət edilmişdir. Məhkəmə aidiyyatı onların tərəfindən düzgün müəyyən edilmədiyinə görə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra mübahisə üzrə mediasiya tədbirləri həyata keçirilmiş və Gəncə şəhər 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli müvafiq arayışı alınmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun barəsində cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz sayılmaqla ləğv edilməsi və iddiaçının baş mühəndis vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddia ərizəsində müddətin üzrlü səbəbdən ötürülməsini qeyd etmişlər. Belə ki, yanlış olaraq Gəncə İnzibati Məhkəməsinə müraciət olunmuş, iddia ərizəsi geri qaytarıldıqdan sonra Mediasiya təşkilatına müraciət olunmuş və sonra məhkəməyə müraciət olunmuşdur. Müddət üzrlü səbəbdən buraxılmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı tərəfindən 1 aylıq müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Digər tərəfdən isə yeni Agentlik yaradılmış, iddiaçının da işlədiyi müəssisənin ştat vahidləri ixtisar olunmuş, yeni yaradılmış müəssisənin ştat vahidləri təsdiq olunmuş, iddiaçı da əsaslı olaraq ştatın ixtisar edilmə əsası ilə işdən çıxarılmışdır. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin xx.xx.2003-cü il tarixli 047-k saylı əmrinə surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən X10 idarəsinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. İş üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 001/f saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5.5.4-cü yarımbəndini rəhbər tutaraq Agentliyin tabeliyindəki X15 Xidməti (bənd 1.1), Su və X11 İnstitutu (bənd 1.2), X9 müdiriyyəti (bənd 1.3) Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu (bənd 1.4) publik hüquqi şəxslərin stukturu və ştat cədvəlinin təsdiq edilməsi (bənd 1), X15 Xidmətinin işçilərinin say həddi cəmi 21000 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 175 ştat vahidi, Su və X11 İnstitutunun işçilərinin say həddi cəmi 320 ştat vahidi, X9 Müdiriyyətinin işçilərinin say həddi cəmi 110 ştat vahidi, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun işçilərinin say həddi cəmi 238 ştat vahidinin müəyyən edilməsi (bənd 2), X15 Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (R.Aslanov) təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində strukturuna daxil olan idarələrin ştat cədvəllərinin hazırlanmasını təmin etməsinin tapşırılması (bənd 3), X15 Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (R.Aslanov), Su və X11 X8 sədri vəzifəini müvəqqəti icra edənə (M.Dadaşev), X9 X5 sədri vəzifəsini müvəqqəti icra edənə (S.Məmmədov), Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi X8 sədri vəzifəsini icra edənə (E.Paşayev) ştat cədvəlinə uyğun əməkdaşlarının yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə (E.Quliyev) təqdim edilməsinin, yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsinin, bu əmrdən irəli gələn digər məsələlərin həllinin təmin etməsinin tapşırılması (bənd 4), Aparatın rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim etməsi əmr edilmişdir. İş üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X15 Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev tərəfindən X12 İdarəsinin baş mühəndisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 9/05-94 saylı ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “Regional Meliorasiya Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X15 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqdim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqısı saxlanılmaqla özünə iş axtarmaq üçün İddiaçı bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, İddiaçı bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə İddiaçıla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş üzrə Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsinin 529 saylı, xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndini rəhbər tutaraq xx.xx.2024-cü il tarixdən Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X12 İdarəsinin baş mühəndisi İddiaçı ştatın ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi, İddiaçı ödəniləcək müavinətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq tənzimlənməsi və istifadə etmədiyi əsas əmək məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrin əsası kimi X15 Xidməti publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli, 13-4/3-1-71-ü/2024 nömrəli əmri və İddiaçı təqdim edilmiş ixtisar barədə xx.xx.2024-cü il tarixli, 9/05-94 No-li xəbərdarlıq göstərilmişdir. İş üzrə Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini İlham Quliyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prezident X1 ilə İş şöbəsindən daxil olmuş əvvəlki vəzifəsinə və ya vəzifəsinə uyğun vəzifəyə bərpa edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciəti Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti publik hüquqi şəxsi tərəfindən baxılmışdır. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin xx.xx.2003-cü il tarixli 047-k saylı əmrinə əsasən xx.xx.2003-cü il tarixdən keçmiş X13 İdarəsində baş mühəndis vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 001/f No-li əmri ilə təsdiq edilmiş X15 Xidmətinin strukturuna və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul üçün müraciət edən vətəndaşların işə qəbulu zamanı birinci növbədə ixtisası, peşəsi, peşəkarlıq səviyyəsi daha yüksək olan şəxslərə, şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə və qaçqınlıq statusu olan şəxslərə üstünlük verilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 3-cü bəndinə əsasən idarə tərəfindən vakant iş yerləri yarandığı halda X7 Regional Məşğulluq filialına elektron qaydada məlumat verilir. Bildirirlər ki, əmək müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam verilmiş və qanunvericiliyinin tələbləri pozulmamışdır. İş üzrə Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/1-MT007/2025-00361 saylı arayışından görünür ki, İddiaçı əmrin ləğvi və işə bərpa tələbi barədə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 15.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2024-cü il tarixi, İMS üçün müraciət tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin xx.xx.2003-cü il tarixli 047-k saylı əmrinə əsasən İddiaçı xx.xx.2003-cü il tarixdən X13 İdarəsində baş mühəndis vəzifəsinə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “Regional Meliorasiya Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 001/f No-li əmri ilə təsdiq edilmiş X15 Xidmətinin strukturuna və ştat cədvəlinə əsasən iddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüş, xx.xx.2024-cü il tarixdə işəgötürən tərəfindən iddiaçıya ştat vahidinin ixtisara düşməsi ilə bağlı əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və həmin xəbərdarlıq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsinin 529 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə xx.xx.2024cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X12 İdarəsinin baş mühəndisi İddiaçı ştatın ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 38 ildə çalışdığı bir sahədən qanunsuz və əsassız kənarlaşdırılmışdır. Onun işlədiyi idarə çevrilmə formasında yenidən təşkil edildiyindən fəaliyyətini dayandırmamış və əvvəlki fəaliyyətini davam etdirməkdədir. Yəni X12 İdarəsi öz yerində, öz təyinatı üzrə fəaliyyət göstərməkdədir. Eyni zamanda hazırkı qurumda da baş mühəndis ştatı vardır. Buna baxmayaraq həmin vəzifəyə heç bir əsas olmadan onu deyil, başqa şəxsi təyin etmişlər. Hansı ki, təcrübə və peşəkarlıq baxımından onun göstəriciləri, təyin olunmuş şəxsdən daha üstündür. Onu isə nə əvvəlki vəzifəsi üzrə, nə də ki, ona uyğun başqa işlə təmin etməmişlər. Nəticədə o, yüksək mənəvi və maddi sarsıntıya məruz qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə düzgün istinad edilməmişdir. Çünki həmin bənddə ştatların ixtisar edilməsindən söhbət gedir. Hazırkı mübahisə üzrə fakt ondan ibarətdir ki, onun tutduğu baş mühəndis ştatı ixtisar edilməmiş, adı dəyişdirilmiş qurumda həmin ştat saxlanılmışdır. Belə olduğuna görə ştatların ixtisarı adı ilə işçinin yenidən təşkil olunmuş qurumda nə əvvəlki vəzifəsi üzrə, nə də ki, ona uyğun başqa işlə təmin etmədən azad edilməsi qanunsuz olmaqla, əmək qanunvericiliyinin tələblərinə zidd sayılmalıdır. Bu səbəbdən iddiaçı onun barəsində cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz sayılmaqla ləğv edilməsi və iddiaçının baş mühəndis vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Qanunun yuxarıda göstərilən tələbinə əsasən əmək stajı on ildən çox olan işçilərlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən rəsmi xəbərdarlıq müddəti azı doqquz təqvim həftəsi olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilərkən ona bu barədə qanunda nəzərdə tutulmuş qaydada doqquz təqvim həftəsi qabaqcadan (iddiaçının əmək stajı 10 ildən çox olduğu üçün) rəsmi xəbərdarlıq verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X3 əsasında Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yaradıldığından və iddiaçının işlədiyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və "xxxx" ASC əmlakları ilə birlikdə həmin Agentliyinin tabeliyinə verildiyindən, yeni yaradılmış Agentliyinin yeni strukturu müəyyən edildiyindən tabeliyə verilmiş ASC-lərin mövcud ştatları isə ixtisar olunduğundan, iddiaçının ştatın ixtisar edilməməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, yeni yaradılmış Agentliyin strukturunda mövcud olan vəzifələrə təyinat Agentliyinin rəhbərliyi ilə işçilər arasında bağlanılmış yeni əmək müqaviləsi ilə rəsmiləşdirilməli olduğundan, işəgötürən isə belə müqavilənin bağlanılmasında müstəsna səlahiyyətə malik olduğundan, həmçinin əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməz olduğundan, məhkəmə iddiaçının işəgötürənlə onun arasında əmək müqaviləsinin bağlanılmalı olması və onu işlə təmin olunması barədə qeyd etdiyi dəlillərini də əsaslı hesab etmir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunma barədə əmri xx.xx.2024-cü il tarixdə qəbul edilsə də, məhkəməyə 2025-ci ilin mart ayında müraciət etmişdir. İddiaçı məhkəməyə vaxtında müraciət edilməməsini onun inzibati məhkəməsinə müraciət etməsi ilə bağlı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı gətirdiyi dəlillər məhkəməyə vaxtında müraciət edilməməsinin üzrlü halı kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə əlaqədar hüquqlarının pozulduğunu bildiyi andan qanunda nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, onun xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrin qanunsuz sayılmaqla ləğv edilməsi və onun baş mühəndis vəzifəsinə bərpa olunması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-929/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-929/2025
19.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver