Məhkəmə qərarları › İş №2(009)-94/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-94/2021

22.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-94/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə, İddiacı İddiaçı1 və X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh Bəhməd oğluna qarşı “törədilən maneənin aradan qaldırılması vəzifəsinin qoyulması” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “törədilən maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, habelə həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkmələrinə mane olmamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiacı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəöəsi, Köhnə bağlar küçəsi,1-ci döngə, 42 saylı torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. ünvan 1 ünvanla Neftçilər küçəsi, 67-ci ev) Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı2-in (daimi yaşayış icazəsi № 0019250) mülkiyətindədir. İddiaçıların daşınmaz əmlakları cavabdehin daşınmaz əmlakına nisbətdə hündürdə yerləşir, torpaq sürüşməsinə məruz qalır, bununla da həyat və sağlamlıqlarının təhlükədə olması və maddi zərərə düşmək riskindədir. Bu fakt ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının arayışı ilə də öz təsdiqini tapmışdır və müvafiq layihə əsasında istinad divarının çəkilməsinin məqsədəuyğunluğu bildirilmişdir. İddiaçılar bu təhlükədən müdafiə olunmaq və sürüşmənin qarşısını almaq üçün cavabdehin mülkiyyətinə düşməyən sahədə və qanunvericiliyin tələblərinə uyğun istinad divari (dəmir-beton konstruksiyalı hasar) çəkməyə cəhd etmişlər. İstinad divarının konstruktiv həlli Mədəniyyət və Turizm Nazirliyinin «Azərbərpa» X2 tərəfindən hazırlanmışdır. Cavabdeh istinad divarının çəkilməsinə mane olur. Mübahisə ilə bağlı Səbail RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli qərarı da vardır. Cavabdehin istinad divarı çəkilməsinə mane olması qanunsuzdur, belə ki: 1. divar cavabdehin sahəsində çəkilmir; 2. Onların öz mülkiyyətindəki sahədə divar tikmələri onların mülkiyyət hüquqlarının tərkib hissəsidir; 3. Divarın çəkilməsi üçün işlər görülərkən, müvəqqəti olaraq güya onun sahəsinə girilməsi zərurəti varsa da, o buna şərait yaratmalıdır, çünki bu işlər müvəqqətidir, onların həyat, sağlamlıqları və əmlak mənafeləri zəruridir və bu halda cavabdehin «qonşuya dözmək» vəzifəsi yaranır. Onun onlara yaratdığı maneə, onların görmək istədikləri işin məqsədlərinə adekvat deyil. Həyat və sağlamlığın üstünlüyü konstitusion prinsipidir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsi, 1-ci döngə, 42 saylı torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar döngəsindəki 49 saylı ev Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı2 mülkiyyətindədir. İddiaçıların daşınmaz əmlakları cavabdehin daşınmaz əmlakına nisbətdə hündürdə yerləşir, torpaq sürüşməsinə məruz qalır, bununla da, həyat və sağlamlığının təhlükədə olması və maddi zərərə düşmək riskindədir. Bu fakt ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının arayışı ilə də öz təsdiqini tapmışdır və müvafiq layihə əsasında istinad divarının çəkilməsinin məqsədəuyğunluğu bildirilmişdir. İddiaçılar bu təhlükədən müdafiə olunmaq və sürüşmənin qarşısını almaq üçün cavabdehin mülkiyyətinə düşməyən sahədə və qanunvericiliyin tələblərinə uyğun istinad divarı, yəni dəmir-beton konstruksiyalı hasar çəkməyə cəhd etmişlər. İstinad divarının konstruktiv həlli Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” X2 tərəfindən hazırlanmışdır. Cavabdeh istinad divarının çəkilməsinə mane olur. Məhkəımənin 02 09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh Bəhməd oğlu iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və izah etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsi, 49 saylı ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin ev özbaşına tikilidir və orada 1997-ci ildən yaşayır. Evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. 2018-ci ilin aprel ayında qonşuluqda yaşayan iddiaçılar öz beton konstruksiyalı hasarının tikintisi zamanı onun həyətinə ağır texnika ilə qeyri-qanuni girərək ona məxsus müxtəlif növ meyvə ağaclarını məhv etmişlər. O əvvəllər həmin hasarın tikintisi ilə bağlı iddiaçılarla razılığa gəlmiş, lakin iddiaçılar danışdıqları kimi iş görməmiş, onun həyətinə balaca yox, iri traktorla girərək, onun həyətindəki meyvə ağaclarını məhv etmişlər. Ona görə də, iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçıların nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi, 1-ci döngə, 42 saylı sahə İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar döngəsi, ev 40, Yeni ünvan: ünvan 4 ünvan İddiaçı2 Qaderin adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan DYİ ******* nömrəli daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Qader xx xxxx 1972-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 14934877 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1, xx.xx.1987-ci ildə ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ekoloji və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planaalma Ekspedisiyasının xx.xx.2018-ci il tarixli, 168 nömrəli arayışdan görünür ki, müraciət olunan ünvanda mütəxəssislər tərəfindən ötən aylarda vizual mühəndis-geoloji araşdırmalar aparılmış və hər hansı ekzogen geoloji proseslərin əlamətləri müşahidə olunmamışdır. Lakin son vaxtlar respublika ərazisində və eyni zamanda Badamdar qəsəbəsi ərazisində sürüşmə sahələrində ciddi aktivləşmə baş vermişdir. Bilavasitə sözügedən ünvana baxış zamanı məlum oldu ki, sahənin üst örtüyü tökmə torpaq qatından ibarət olub və şərqə doğru (hipsometik olaraq aşağıya) hərəkətinin qarşısını alınması üçün mühəndisi-tədbirlər yarımçıq yerinə yetirilmişdir. Bu isə prosesin növbəti aylarda aktivliyini qaçılmaz edir. Hipsometrik olaraq aşağı hissədə yerləşən təsərrüfatlar və əhalinin təhlükəsizliyinin təmi n olunması məqsədilə tökmə torpaq qarşısında müvafiq layihə əsasında mühəndis-bərkitmə (istinad divarı) işlərinin yerinə yetirilməsi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Səbail rayon Pİ-nin İş-nin baş müstəntiqi H.Bayramzadənin xx xxxxxx 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh Bəhman oğlunun Azərbaycan Respublikası Ekoloji və Təbii Sərvətlər nazirliyinin «qaynar xətt» xidmətinə «ağır texnika ilə onun 17 ağacını məhv ediblər, hal-hazırda digər ağaclarını da məhv etmək iətyirlər» məzmununda müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün həmin fakt üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 yeni ünvan ünvan 7 qeyriyaşayış sahəsinin hüquq subyekti İddiaçı2 və başqalarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 20092030 5358 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi **********57 Reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. **********27-10302 Reyestr nömrəli çıxarışın yerləşmə koordinatları ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmişdir. Mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasar sorğuya cavab olaraq təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 10/2736 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsinin **********57 Reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, bir hissəsinin isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün bir neçə şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə qeyd olunan şərtlər mövcuddur. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəöəsi, Köhnə bağlar küçəsi,1-ci döngə, 42 saylı torpaq sahəsi İddiaçı1, ünvan 1 ünvanla Neftçilər küçəsi, 67-ci ev) Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı2-in (daimi yaşayış icazəsi № 0019250) mülkiyətindədir. Cavabdehin istifadə etdiyi torpaq sahəsi isə onun mülkiyyətində deyildir. İddiaçıların daşınmaz əmlakları cavabdehin daşınmaz əmlakına nisbətdə hündürdə yerləşir, torpaq sürüşməsinə məruz qalır, bununla da, həyat və sağlamlıqları təhlükədə olmaqla, maddi zərərə düşmək riskindədirlər. İddiaçılar bu təhlükədən müdafiə olunmaq və sürüşmənin qarşısını almaq üçün cavabdehin istifadəsinə düşməyən sahədə və qanunvericiliyin tələblərinə uyğun istinad divari (dəmir-beton konstruksiyalı hasar) çəkməyə cəhd etsələr də, cavabdeh tərəfindən törədilən maneələrlə üzləşmişlər. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 10/2736 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsi **********57 Reyestr nömrəli çıxarışla İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində, bir hissəsi isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Həmin Məcəllənin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçılar tərəfindən öz ərazilərində istinad divari (dəmir-beton konstruksiyalı hasar) çəkməyə cavabdeh tərəfindən törədilən maneələr əsassızdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıların hüquqları bərpa olunmalı və idiaçıların mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkməsinə mane olmamaq vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ona sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə sahiblik etməyi də ehtiva edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində mülkiyyətlərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarının həyata keçirilməsinə, həmin əmlaklara dəmir-beton konstruksiyalı istinad divarı çəkməsinə mane olmamaq vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126,14 (bir yüz iyirmi altı manat on dörd qəpik) manat Cavabdeh Bəhməd oğlundan tutularaq AR ƏMDK-nin Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestr Xidmətinin hesabına (VÖEN:**********, M/h AZ37NABZ********************, Benefisların bankı:Kapital Bank ASCnin «Xətai» filialı, B/h: AZ23AİİB ********************, SWİFT kod:AİİBAZ2X, VÖEN **********) keçirilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh Bəhməd oğlundan tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar