Məhkəmə qərarları › İş №2(009)-941/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-941/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-941/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçılar İddiaçı1 və X1 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla Cavabdeh qarşı “zəbr edilmiş mənzil və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1 və X2 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, Döngə 2, 2 saylı fərdi yaşayış evində cavabdehin 1-ci mərtəbədə 2 ota, 1 dəhliz, 1 köməkçi otaqdan və iddiaçılara məxsus həyətyanı torpaq sahəsindən, 2-ci mərtəbədə 4 otaq, 2 bağlı eyvandan çıxarılması və zəbt etdiyi əmlakların iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçılar onlara məxsus tikilinin və həyətyanı torpaq sahəsinin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək, cavabdehin oradan çıxarılmasını və zəbt edilən daşınmaz əmlakların onlara geri qaytarılmasını xahiş etmişlər (tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi). Buradan da, görünür ki, hazırki mülki iş müstəsna aidiyyat qaydalarını tənzimləyən MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyati üzrə tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı1 və X1 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla Cavabdeh qarşı “zəbr edilmiş mənzil və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ilə tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsinə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar