Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-946/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər ünvan 6 və Cavabdeh2 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ünvan 6 və Cavabdeh2 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum X34 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. O, X2 X22 ilə faktiki nikahından olan övladıdır. Mərhum rəhmətə getdiyi günə qədər faktiki həyat yoldaşı olan X22 və o, onunla birlikdə yaşamışlar. X2 mülkiyyətində Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu,ev 99, 24 saylı mənzil, ünvan 1i ünvanında yerləşən 1.0018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 2i ünvanında yerləşən 2.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 2i ünvanında 0.30 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi (ümumbirgə əsaslarla (7 nəfər) X2 adı ilə bağlı JN- 418A nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) vardır. Bundan başqa X2 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən və hal-hazırda “AL “marketin icarə müqaviləsi əsasında icarəyə götürdüyü Binəqədi rayonu, 8-ci mikrorayon,C.Xəndan küçəsi 23-də yerləşən daşınmaz əmlak da vardır. O, həmin ünvanda yerləşən “AL” marketin rəhbərliyinə müraciət etsə də, ona məlumatı yalnız məhkəmənin sorğusu əsasında cavab verə biləcəklərini söyləmişlər. Həmçinin X2 mülkiyyətində **-EF-*** dövlət qeydiyyat nişanlı “X44” markalı minik avtomobili vardır. Vərəsələr arasında hər hansı bir razılaşma olmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı mərhum X18 qalan miras əmlakdan - Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, ev 99, 24 saylı mənzilə, ünvan 3i ünvanında yerləşən 1.0018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 2i ünvanında yerləşən 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 2i ünvanında 0.30 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə (ümumbirgə əsaslarla (7 nəfər) X2 adı ilə bağlı JN-418A nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə), ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və **-EF-*** dövlət qeydiyyat nişanlı, “X44” markalı minik avtomobilinə hər birinin vərəsəlik hüquqları tanınaraq paylarının müəyyən edilərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, bölünməsini xahiş etdiyi ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin miras qoyanın adına olmasını təsdiq edən hər hansı bir sübutu əldə edə bilməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən sübut təqdim edilməmiş əmlak istisna olmaqla miras qoyanın adına olan digər əmlaklarla bağlı payların müəyyən edilməsinə etiraz edilmir. Məhkəmədən iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Zaqatala rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinə əsasən X35 xx.xx.2003-cü ildə X6 doğulmuş İddiaçı atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2003-cü ildə 261 No ilə qeyd edilmişdir. İş üzrə Zaqatala rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş, atası X35, anası X22 göstərilmişdir. İş üzrə ünvan 5 İddiaçı etibarnamə əsasında nümayəndəsi X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Müraciətindən məlum olduğu kimi miras əmlakın bölüşdürülməsilə bağlı digər vərəsələrlə İddiaçı arasında mübahisə vardır. Bu səbəbdən də onun adın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir. Vərəsələrlə olan anlaşılmazlıq aradan qaldırıldıqdan sonra İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinə baxıla bilər. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, ev 99, 24 saylı mənzil; ünvan 3i ünvanında yerləşən 1.0018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 2i ünvanında yerləşən 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır və hazırda adındadır. ünvan 2i ünvanında 0.30 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (7 nəfər) X2 adı ilə bağlı JN-418A nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İş üzrə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ünvanlanmış xx.xx.2024-cü il tarili məktubun və ona əlavə edilmiş arayışından görünür ki, “X44” markalı, 20EF202 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X21 adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq ünvan 5 ünvanlanmış X18 qalmış miras əmlaka dair vərəsəlik işinin sənədlərindən görünür ki: -Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X34 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 329 No ilə qeyd edilmişdir; -İddiaçı tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 7 ünvanında yaşamış atası X34 vəfat etmiş, miras əmlak mənzil, torpaq, avtomobildən ibarətdir, ondan başqa X14 (qızı), X29 (oğlu), X24 (qızı) adlı digər vərəsələr var, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir; - 144 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, mərhum X34 rəhmətə gedən günə kimi (xx.xx.2023-cü il tarixdə rəhmətə gedib) ünvan 8 ünvanında yaşamış qeydiyyatda olmuşdur. Mərhum tək özü qeydiyyatda olmuşdur; - Kürdəmir rayon Muradxan kənd soveti tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətinə əsasən X34 ilə X4 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 30 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir; - Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X34 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 329 No ilə qeyd edilmişdir; - Ölüm haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, X8 xx.xx.2012-ci ildə, X30 xx.xx.2016-cı ildə ölmüşlər; - Doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X25 xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuş, atası X34, anası Cavabdeh2 göstərilmişdir; - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən X1 ilə X25 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1219 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir; - X14 tərəfindən notariat qaydasında yazılmış xx.xx.2023-cü il tarixli **********866 nömrəli ərizəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X18 miras qalmışdır, həmin miras əmlakdan ona düşən paydan anası Cavabdeh2 xeyrinə imtina etmişdir; - Doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X29 xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuş, atası X34, anası Cavabdeh2 göstərilmişdir; - X29 tərəfindən notariat qaydasında yazılmış xx.xx.2023-cü il tarixli **********864 nömrəli ərizəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X18 miras qalmışdır, həmin miras əmlakdan ona düşən paydan anası Cavabdeh2 xeyrinə imtina etmişdir; - Doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X24 xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonu Muradxan kəndində anadan olmuş, atası X34, anası Cavabdeh2 göstərilmişdir; - X24 tərəfindən notariat qaydasında yazılmış xx.xx.2023-cü il tarixli **********865 nömrəli ərizəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X18 miras qalmışdır, həmin miras əmlakdan ona düşən paydan anası Cavabdeh2 xeyrinə imtina etmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 3ində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X21 adına mülkiyyət hüququ Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2003-cü il tarixli, 3M/-65 saylı alqı-satqı müqaviləsinə əsasən keçmiş DTXK tərəfindən verilmiş JN 0618 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi üzərində X21 adına mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestində xx.xx.2016-cı il tarixdə **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən ünvan 3ində yerləşən ümumi sahəsi 1,001891 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X21 adına qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 10 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 11 ünvanına dair X21 adına ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.2000-ci il tarixli, 3MA-499 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında hazırlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, ev 99 ünvanında yerləşən ümumi yaşayış sahəsi 58,24 kv.m. olan 24 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X21 adına qeydiyyata alınmışdır; - “Hədiyyə verən” qismində X29, X24, X14, Cavabdeh2 və “Hədiyyə alan” qismində X34 arasında bağlanılmış və Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin surətinə əsasən X19 (1/7 hissə), X15 (1/7 hissə), X5 (1/7 hissə) və Cavabdeh2 Zeynalabdin qızının (1/7 hissə) paylı mülkiyyətində olan ünvan 2ində yerləşən, ümumi sahəsi 3.6804 ha olan torpaq sahəsini ataları və əri X26 bağışlamışlar; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publika hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 3,6804 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X21 adına qeydiyyata alınmışdır; - AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2024-cü il tarili məktubun və ona əlavə edilmiş arayışın surətinə əsasən “X44” markalı, 20EF202 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2021-ci il tarixdə X27 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən maşın X16 etibar edilmiş, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən maşın X7 etibar edilmiş, xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən maşın X9 etibar edilmiş, xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən maşın X10 etibar edilmiş, xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən maşın X17 etibar edilmiş, xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən maşın X26 etibar edilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən maşın X21 adına qeydiyyata alınmışdır; - “Toyota Prius (Hibrid)” markalı, 99UY791 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əasən X21 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən maşın X23 etibar edilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən maşın X5 adına qeydiyyata alınmışdır; xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən maşın X23 etibar edilmişdir; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “X44” markalı, 20EF202 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2023-cü il tarixdə X21 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri 28 saylı notariat ofisinin notariusu Elmar Kərimov tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xdməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X18 qalmış miras əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ünvan 6 Cavabdeh2 tərəfindən müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq X21 adına olan ünvan 13 ünvanında olan daşınmaz əmlaka dair çıxarış verilməsini xahiş etmişdir; - İddiaçı etibarnamə əsasında nümayəndəsi X22 tərəfindən ünvan 6 ünvanlanmış ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü ildə vəfat etmiş X34 ilə bağlı vərəsəlik işinin dayandırılmasını xahiş etmiş, vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X34 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və onun ölümü ilə əlaqədar miras açılmışdır. X34 ilə Cavabdeh2 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.1988-ci il təvəllüdlü Günay, xx.xx.1990-cı il təvəllüdlü Asimə və xx.xx.1991-ci il təvəllüdlü Orxan adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Sərxan Quliyev ilə Cavabdeh2 birgə nikahda olduqları vaxt müxtəlif daşınmaz və daşınar əmlakları əldə etmişlər və həmin əmlaklar mərhum Sərxan Quliyevin adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X34 ilə X11 faktiki nikah münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü Qulu adlı uşağı anadan olmuş və atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinə əsasən X3 Qulu Sərxan oğlunun atası hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sərxan Quliyevin vəfatından sonra onun rəsmi nikahdan olan Günay, Orxan və Asimə adlı uşaqları notariat ofisinə ərizə ilə müraciət edərək miras əmlakdan onlara düşən paylarından anaları Cavabdeh2 xeyrinə imtina etmişlər. İddiaçı da Bakı şəhəri 28 notariat ofisinə ərizə ilə müraciət edərək birinci növbəli vərəsə kimi atasından miras qalmış əmlaka (mənzil, torpaq, avtomobil) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Sərxan Quliyevin vəfatından sonra birinci növbəli vərəsələri arasında miras əmlakların bölüşdürülməsi ilə bağlı mübahisə yarandığı üçün notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtina etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, mərhum X34 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. O, X2 X22 ilə faktiki nikahından olan övladıdır. Mərhum rəhmətə getdiyi günə qədər faktiki həyat yoldaşı olan X22 və onunla birlikdə yaşamışdır. X2 mülkiyyətində Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu,ev 99, 24 saylı mənzil, ünvan 1i ünvanında yerləşən 1.0018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 2i ünvanında yerləşən 2.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 2i ünvanında 0.30 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi (ümumbirgə əsaslarla (7 nəfər) X2 adı ilə bağlı JN- 418A nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) vardır. Bundan başqa X2 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən və hal-hazırda “AL “marketin icarə müqaviləsi əsasında icarəyə götürdüyü Binəqədi rayonu, 8-ci mikrorayon,C.Xəndan küçəsi 23-də yerləşən daşınmaz əmlak da vardır. O, həmin ünvanda yerləşən “AL” marketin rəhbərliyinə müraciət etsə də, ona məlumatı yalnız məhkəmənin sorğusu əsasında cavab verə biləcəklərini söyləmişlər. Həmçinin X2 mülkiyyətində **-EF-*** dövlət qeydiyyat nişanlı “X44” markalı minik avtomobili vardır. Vərəsələr arasında hər hansı bir razılaşma olmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən iddiaçı mərhum X18 qalan miras əmlakdan - Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, ev 99,24 saylı mənzilə, ünvan 3i ünvanında yerləşən 1.0018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 2i ünvanında yerləşən 2.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, ünvan 2i ünvanında 0.30 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə (ümumbirgə əsaslarla (7 nəfər) X2 adı ilə bağlı JN-418A nömrəli xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə), ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və **-EF-*** dövlət qeydiyyat nişanlı, “X44” markalı minik avtomobilinə hər birinin vərəsəlik hüquqları tanınaraq paylarının müəyyən edilərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin(miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göstərilən Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göstərilən Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məhkəmə qeyd edir ki, hər bir mülki hüquq münasibəti kimi vərəsəlik hüquq münasibətinin də müəyyən obyekti (predmeti) vardır. Fiziki şəxs onun ölümü ilə xitam olunmayan bütün əmlak hüquq və vəzifələri qanunda – vərəsəlik hüquq normalarında nəzərdə tutulan qaydada vərəsələrə keçir. Həmin hüquq və vəzifələrin məcmusu vərəsəlik hüquq münasibətinin obyektini (predmetini) təşkil edir. Mülki qanunvericilikdə vərəsəlik hüquq münasibətinin obyekti (predmeti) miras əmlak anlayışı ilə əhatə olunur. Yəni ölmüş şəxsin hüquq və vəzifələri tərkibində vərəsələrə qanunda nəzərdə tutulan məcmu halında müəyyən hüquq və vəzifələr keçir ki, onlara vərəsəlik hüquq münasibətinin obyekti – miras əmlak deyilir. Miras əmlak dedikdə miras qoyanın qanunla müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Miras aktivi geniş anlayışı olub, özündə miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqları birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları, əqli mülkiyyət hüquqları və kooperativ hüquqları daxildir. Müxtəlif əşyalar (mənzil, bağ, qaraj və s.) üzərində mülkiyyət hüququ mirasın tərkibinə daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyanın adına müvafiq reyestrlərdə daşınar və daşınmaz əmlak kimi qeydiyyatdan keçən əmlakların bir qismi birgə nikah dövründə əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 111-ci bəndinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Həmin Təlmatın 116-cı maddəsinə əsasən ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Məhkəmə qeyd edir ki, miras qoyanın adına qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu, 99 saylı evin 24 saylı mənzil, ünvan 3i ünvanında yerləşən 1.0018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “X44” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili birgə nikah dövründə əldə olunduğundan, həmin əmlaklar miras qoyanla onun həyat yoldaşı Cavabdeh2 birgə əmlakı hesab olunur. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edir ki, qeyd edilən miras əmlaklar ər-arvadın birgə əmlakı olduğu üçün, həmin əmlakların yalnız 1/2 hissəsi miras əmlakın kütləsinə daxil ola və vərəsələr arasında bölünə bilər. Məhkəmə qeyd edir ki, miras qoyanın vəfatında sonra onun 5 qanun üzrə birinci növbəli vərəsəsi olduğundan, iddiaçının miras qalmış birgə nikahda əldə edilmiş əmlaklardakı vərəsəlik payı 1/10 pay təşkil edəcək. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin birgə nikahda əldə olunmuş əmlaklarda 1/2 (5/10) pay hüququ olduğu üçün və digər 3 vərəsə onun xeyrinə miras əmlaklardan imtina etdiyi üçün, onun həmin əmlaklar üzərindəki payı 9/10 hissədə müəyyən edilməlidir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, miras qoyan X21 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş Kürdəmir rayonu, Muradxanlı kəndində 3,6804 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə nikah dövründə bağışlama yolu ilə tam mülkiyyət hüququ ilə onun adına keçdiyindən, həmin əmlak üzərində iddiaçının 1/5 hissədə, cavabdehin isə 4/5 hissədə payları müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin mərhum X18 qalan miras əmlakın kütləsinə daxil olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə də vərəsəlik hüququnun tanınması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin əmlakın miras qoyana hər hansı hüquqmüəyyənedici sənədlərlə məxsus olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh2 miras qoyan X21 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən 99 saylı evin 24 saylı mənzilinə, ünvan 3i ünvanında yerləşən 1.0018 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, “X44” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlaklar üzərində İddiaçı 1/10 hissədə, Cavabdeh2 9/10 hissədə payları müəyyən edilsin. İddiaçı və Cavabdeh2 miras qoyan X21 mülkiyyətində olan Kürdəmir rayonu, Muradxanlı kəndində 3,6804 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlaklar üzərində İddiaçı 1/5 hissədə, Cavabdeh2 4/5 hissədə payları müəyyən edilsin. Qətnamə notariat orqanı tərəfindən İddiaçı və Cavabdeh2 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-946/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-946/2024
06.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver