Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-952/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi-vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh “X1” Şirkətinə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “X1” Şirkətinə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 460 nömrəli əmrin ləğvi və cavabdeh şirkətdə təchizat üzrə mütəxəssis vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X1 B.V.” Azərbaycan Respublikasındakı filialı ilə təmsil olunan “X2” Şirkəti ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixdə EA1227-168593 nömrli əmək müqaviləsi bağlanmışdır. (ƏMR№ 60-122 SCO- 2019)Əmək müqaviləsinin 1.1.-ci bəndinə əsasən hazırki əmək müqaviləsi müddətli dövrə bağlanmışdır. Həmin müqavilənin 1.3.-cü bəndinə əsasən bu Müqavilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixdədək qüvvədədir. Həmin müqavilənin 1,4-cü bəndinə əsasən işin ilk üç ayı işçinin sınaq müddəti sayılır. Sınaq müddəti ərzində istənilən tərəf, müqaviləyə xitamvermə haqqında digər tətərəfə 3 gün əvvəl bildiriş göndərməklə, əmək müqaviləsini ləğv edə bilər. Həmin müqavilənin 1.5.-ci bəndinə əsasən bu Müqavilənin tərəfi olan işçi və İşəgötürən arasında yaranan hər hansı mübahisə Azərbaycan Respublikası əmək qanunvericiliyinə əsasən həll edilir. Həmin müqavilənin 2.2,-ci bəndinə əsasən İşçi təchizat üzrə mütəxəsisi vəzifəsinə Həmin müqavilənin 2.3.-cü maddəsinə əsasən İşçi Azərbaycan Respublikası qanunvericiliyində, İşəgötürənin aktlarında əks olunmuş aşağıdakı vəzifə və funksiyaları icra edir: a)avadanlıq və materialların müəyyən edilmiş vaxt çərçivəsində daşınması və çatdırılması üçün lazımi tədbirlərin görülməsini təmin edir; b)idxal, ixrac, tranzit, yola salma və nəql gömrük sənədləşmələrinin aparılması; c)müvafiq məlumatları daxil etməkdə, materialların təşkilinə aid layihə Məlumat Sisteminin idarə olunması və hazırki müqaviləyə əlavə olunmuş VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR (Qoşma A) adlı sənədlə nəzərdə tutulmuş tələbləri vicdanla və müvafiq qaydada yerinə yetirir.Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən İşçinin Əsas aylıq əmək haqqı 1.902 (bir min doqquz yüz iki) manat təşkil edir.Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən gündəlik olaraq 10 (on) manat gündəlik nəqliyyat təzminatı ödənilir.Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən 12 (on iki)manat gündəlik nahar təzminatı ödənilir.Həmin Müqavilənin 12.1 .-ci bəndinə əsasən Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69,70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.Həmin Müqavilənin 12.2.-ci bəndinə əsasən İşəgötürən bu Əmək müqaviləsini ləğv edərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir.O xx xxxxxx 2020-ci il tarixdə telefonuna gəlmiş SMS vasitəsi ilə iş yerinə dəvət olundu, orda onu bir sənədə imzalatmaqla, əmək kibabçası geri qaytarımış və ona bildirilmişdir ki, onun işəgötürənlə bağlanmış əmək müqaviləsi xx xxxxxx 2020-ci il tarixdə ləğv edilmişdir.Əmək kitabçasından görünür ki, o xx xxxxxx 2020-ci il tarixdə 460 saylı ƏMR ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. Bu günə qədər qanunvericiliklə nəzərdə tutulmuş sənədləri, o cümlədən işdən azad olunmağı haqqında Əmr və son-haqq hesaba dair sənədlər iddiaçıya rəsmi olaraq təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 0045736 nömrəli əmək kitabçasının və xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “X1” Şirkətinə təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 1.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətli dövrə bağlanmışdır. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 1.4-cü maddəsinə əsasən işin ilk 3 ayı sınaq müddəti sayılır. Sınaq müddəti ərzində istənilən tərəf müqaviləyə xitam vermə haqqında digər tərəfə 3 gün əvvəl bildiriş göndərməklə əmək müqaviləsini ləğv edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı sınaq müddəti təyin edilməklə “X1” Şirkətinə təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə sınaq müddətini keçmədiyinə görə onunla Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə əsas yaradan hallardan biri də sınaq müddəti ərzində işçinin özünün doğrultmamasıdır. Beləliklə, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçini 3 gün (xx.xx.2020) əvvəldən xəbərdar etməklə onunla əmək müqaviləsinə (xx.xx.2020) xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd bir hərəkət olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X1” Şirkətinə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-952/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-952/2020
09.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver