Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-960/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) «hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə 05 may 2023-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edilən) «doğum faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxx 1947-ci ildə Ermənistan Respublikasının Allahverdi rayonunda doğulması faktının müəyyən edilməsi və ata qrafasında X1, ana qrafasında X3 yazılmasının Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi xx xxxxx 1947-ci ildə Ermənistan Respublikasının Allahverdi rayonunda anadan olmuşdur. Qardaşı oğlu adına olan mənzili ona bağışlama etmək istəyərkən notariusdan ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Ərizəçi isə ona məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Maraqlı şəxs lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1947-ci ildə Ermənistan Respublikasının Allahverdi rayonunda anadan olmuşdur. 05 aprel 2023-cü il tarixli arayışların surətlərindən görünür ki, X8 13 yanvar 1991-ci il tarixdə, X1 isə 13 mart 1985-ci il tarixdə vəfat etmişdir. НЗ № ******* hərbi biletin surətindən görünür ki, Ərizəçi 1947-ci ildə Ermənistan Respublikasının Allahverdi rayonunda anadan olmuşdur. X-ЖГ № 300919 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 may 1984-cü il təvəllüdlü X2 atası Ərizəçi, anası isə X5r. 05 aprel 2023-cü il tarixli arayışın surətindən görünür ki, Ərizəçi ilə X4 09 mart 1978-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nın 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə görə, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə hesab edir ki, iş materialları və ərizəçinin izahatı ilə Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikasının Allahverdi rayonunda anadan olduğu, atasının X1, anasının isə X8 olduğu faktı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, ərizəçi doğum haqqında akt qeydinin göstərilməsini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutuaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikasının Allahverdi rayonunda anadan olması faktı müəyyən edilsin. Ərizəçi ata qrafasında X1 (milliyyəti azərbaycanlı), ana qrafasında isə X8 (milliyyəti azərbaycanlı) göstərilərək, müvafiq məlumatları əks etdirən doğum һaqqında şəһadətnamənin verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-960/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-960/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver