Məhkəmə qərarları › İş №2(009)-963/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-963/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-963/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdehnə qarşı “daxili maliyyə lizinq müqaviləsinin predmeti olmuş mənzilin satışından əldə edilən, lizinq ödənişindən əlavə keçirilərək mənimsənilmiş pulun məcburi qaydada alınıb verilməsinə və icra sənədinin icra edilmiş hesab edilməklə icraatına xitam verilməsinə dair qətnamə çıxalıması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdehnə qarşı “daxili maliyyə lizinq müqaviləsinin predmeti olmuş mənzilin satışından əldə edilən, lizinq ödənişindən əlavə keçirilərək mənimsənilmiş pulun məcburi qaydada alınıb verilməsinə və icra sənədinin icra edilmiş hesab edilməklə icraatına xitam verilməsinə dair qətnamə çıxalıması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən görünür ki, Cavabdeh ünvanı Bakı şəhəri, C.Cabbarlı küçəsi,44 olaraq göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər arasında cavabdehin rəsmi qeydə alındığı yer haqqında məlumat olmasa da, lakin elektron arayışından görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ-1065, ünvan 2 ünvan da Səbail rayon Məhkəməsinə aid deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyati üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 Cavabdehnə qarşı “daxili maliyyə lizinq müqaviləsinin predmeti olmuş mənzilin satışından əldə edilən, lizinq ödənişindən əlavə keçirilərək mənimsənilmiş pulun məcburi qaydada alınıb verilməsinə və icra sənədinin icra edilmiş hesab edilməklə icraatına xitam verilməsinə dair qətnamə çıxalıması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar