Məhkəmə qərarları › İş №2(009)-964/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-964/2024

22.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-964/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə cavabdehlər X4 və X1 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı – cavabdehlər Cavabdeh, X4 və X2 qarşı «evdən çıxarılma» tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar X4 və X1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhərində 22 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh, X4 və X2 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X4 və X1 Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Səbail rayon məhkəməsinin 03 mart 2014-cü il tarixli 2(009)-391/2014 saylı qətnaməsinə əsasən cavabdeh X3 Bakı şəhəri, Xanlar küç. 47 saylı evin 15 saylımənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. X6 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X6 10 mart 2015-ci ildə vəfat etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)- 22/2016 saylı qətnaməsi ilə (hakim A.Tağıyev) iddia təmin edilərək, X6 ilə İddiaçı arasında Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair 11 oktyabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə (bundan sonra - mübahisəli mənzil) dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən İddiaçı adına verilmiş, qeydiyyat tarixi 23 oktyabr 2013-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********68-05101- 093005 olan, Seriya RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)- 6644/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)- 22/2016 saylı qətnaməsi dəyişdirilərək iddiaçı Cavabdeh 120000 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh İddiaçı ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(102)-178/2019 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)-6644/2018 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçı Cavabdeh kassasiya şikayəti əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)- 3656/2019 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova) cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-22/2016 saylı 26 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli, 2(102)-6067/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 10 aprel 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azər Rəhimovun arvadı, hazırki iş üzrə 'Cavabdeh, “alğı-satqı müqaviləsinin” onun razılığı olmadan bağlandığını bildirərək müvafiq iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiasının təmin edilməsi, mənzilə dair İddiaçı ilə Azər Rəhimovarasında bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi və mənzilə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldilmiş və hazırki iş üzrə İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ləğv edilmişdir. Cavabdeh Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin mövcudluğundan istifadə edərək Bakı Şəhəri, 19-cu Notariat Kontoruna ərizə ilə müraciət etmiş və ərizə əsasında xx.xx.2016-cı il tarixdə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamədə miras əmlak kimi yuxarıda qeyd edilən mənzil göstərilmişdir. Bundan sonra, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanmasından Cavabdeh məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Belə olan halda hesab edilməlidir ki, həmin müqavilə bağlanan zaman Cavabdeh hüquqları pozulmamış, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Bununla da qeyd edilən mülki işin baxışına yekun vurulmuşdur. İddiaçı cavabdehlər Cavabdeh, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notariat ofisi tərəfindən Cavabdeh 22 iyun 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(009)-1675/2022 saylı iş üzrə 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələrində mübahisələndirildən sonra dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Hazırki vəziyyətdə mübahisəli mənzildə Rəhimov Azərin ailə üzvləri yaşamaqda davam edir və bu iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Eyni zamanda iddiaçılar X4 və X5 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçıların atası X6 ilə anası Cavabdeh 20 dekabr 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. 10 dekabr 2003-cü il tarixdə Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzili almışlar. Həmin mənzilin mülkiyyətçisi X6 olmuşdur. Həmin mənzildə 2003-cü ildən birlikdə yaşamışlar və 10 mart 2015-ci ildə A.Rəhimov qəflətən vəfat etdi. Onun vəfatından sonra məlum oldu ki, A.Rəhimov M.Bağıorvdan 11 oktyabr 2013-cü il tarixdə borc müqaviləsinə əsasən 150.000 manat borc almış və həmin gün Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilin alqı-satqısına dair formal müqavilə bağlamışlar. Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən anası Cavabdeh yaşadıqları mənzilə mülkiyyət hüququ tanındı və onlar pasport qeydiyyatına alındılar. Sözügedən mənzilə 2003-cü ildən köçməklə bu günə kimi yaşamaqla mənzilə istifadə hüququ əldə etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi-vəkili qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2(102)-2834/2023 saylı Qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh övladları ilə birlikdə iddiaçıya məxsus evə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə edir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçılar X4 və X1 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə iddiasının təmin edilməsi üzrə yuxarıda göstərilən əsaslara istinad edərək hesab edir ki, İddiaçı iddiası təmin olunduğu halda, yəni cavabdehin və onun övladlarının mübahisəli mənzilə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqları müəyyən edildiyindən, qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə eyni zamanda qeyd edir ki, iddiaçı Cavabdeh İmaməddən qızının cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanmasından Cavabdeh məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Sözügedən qərar ilə iddia rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin gəldiyi yekun mövqeyə əsasən sözügedən mənzil barəsində Azər Rəhimov ilə İddiaçı arasında bağlanmış 2013-cü il tarixli alğı-satqı müqaviləsi etibarlı müqavilədir və Cavabdeh həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Burdan belə bir nəticəyə gəlmək olar ki, həmin alğı-satqı müqaviləsi bağlanarkən X6 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini İddiaçı keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, İddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Belə olan halda onun ailə üzvləri sayılan hazırki qarşılıqlı iddia üzrə iddiaçıların sözügedən mənzilə olan istifadə hüquqları həmin vaxtdan itirilmiş sayılmışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh, X4 və X5 Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İlkin iddia üçün ödənilən 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qarşılıqlı iddia üçün ödənilən dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar