Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-965/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi O.Ə.Bünyadın iştirakı ilə İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Qurbanova X6, Cavabdeh4, Cavabdeh5 qarşı yaşayış sahələrinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cavabdehlər Qurbanova X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı yaşayış sahələrinə görə yaranmış borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər iddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqlarının qeydiyyat vəsiqələrinə əsasən yaşadıqları mənzillərin mülkiyyətçiləridirlər və hamısı 9 saylı Mənzil-Kommunal İstismar Sahəsinin sakinləridirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 40 saylı Qərarına əsasən özəlləşdirilmiş mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı hər bir kv.m. yaşayış sahəsi üçün ayda 2 qəpik, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 5 saylı, xx.xx.2011-ci il tarixli Qərarına əsasən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 30 qəpik miqdarında tariflər müəyyənləşdirilərək öhdəlik kimi mənzil sahiblərinin üzərinə qoyulmuşdur. Lakin sonradan bu hquqi normalara zidd olaraq cavabdehlər istifadə etdikləri yaşayış sahəsinə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edirlər. Belə ki, cavabdeh X1 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 50,40 manat, məişət tullantıları üzrə 36,0 manat, cəmi 86,40 manat borcu vardır; Cavabdeh2 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 77,60 manat, məişət tullantıları üzrə 43,20 manat, cəmi 120,80 manat borcu vardır; Cavabdeh3 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 82,56 manat, məişət tullantıları üzrə 86,40 manat, cəmi 168,96 manat borcu vardır; Cavabdeh4 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 55,44 manat, məişət tullantıları üzrə 25,20 manat, cəmi 80,64 manat borcu vardır; Cavabdeh5 xx.xx.2020-ci il tarixə mənzil haqqı üzrə 64,80 manat, məişət tullantıları üzrə 270,0 manat, cəmi 334,80 manat borcu vardır. Azərbaycan Respubliksı Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Tarif Şurasının Qərarında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil kommunal xidmətlərə görə təsdiq edilmiş tariflər imperativ xarakter daşıyır və bütün fiziki şəxslər üçün məcburidir. Dəfələrlə cavabdehlər 9 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, onlar buna əhəmiyyət verməyib bu günə qədər borcunu ödəməmişlər. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerji,qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdehlər bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Onlara xidmət müqaviləsi bağlamasını təklif etdikdə bundan da imtina edirlər, halbuki cavabdehlərlə müqavilə olmadan da onlara MKİS tərəfindən zibil daşıması, binanın ümumi istifadədə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Cavabdehlərə qanuna riayət hissini aşılamaq, onların üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Qurbanova X4 mənzil xidmət haqqına görə 50,40 manat, məişət tullantılarına görə 36,0 manat, cəmi 86,40 manat borcun, Cavabdeh2 mənzil xidmət haqqına görə 77,60 manat, məişət tullantılarına görə 43,20 manat, cəmi 120,80 manat borcun, Cavabdeh3 mənzil xidmət haqqına görə 82,56 manat, məişət tullantılarına görə 86,40 manat, cəmi 168,96 manat borcun, Cavabdeh4 mənzil xidmət haqqına görə 55,44 manat, məişət tullantılarına görə 25,20 manat, cəmi 80,64 manat borcun, Cavabdeh5 mənzil xidmət haqqına görə 64,80 manat, məişət tullantılarına görə 270,0 manat, cəmi 334,80 manat borcun tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi barədə, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyini cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərdiyi 26 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən cavabdehlərdən Cavabdeh3 və Cavabdeh2 iddia tələbi üzrə mənzil xidmət haqqı üzrə və məişət tullantılarına görə borcu ödəmişdir. Ona görə də Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Qurbanova X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı yaşayış sahələrinə görə borcun tutulması tələbinə dair ərizəsi üzrə 2(009)-965/2021 saylı mülki iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə iddia ərizəsinin baxılmamış saxlanılması, həmin hissədə iddia ərizəsinin və onlara aid olan sənədlərin geri qaytarılması barədə məhkəməyə ərizə vermişlər. Eyni zamanda iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Qurbanova X4 mənzil xidmət haqqına görə 50,40 manat, məişət tullantılarına görə 36,0 manat, cəmi 86,40 manat borcun, Cavabdeh4 mənzil xidmət haqqına görə 55,44 manat, məişət tullantılarına görə 25,20 manat, cəmi 80,64 manat borcun, Cavabdeh5 mənzil xidmət haqqına görə 64,80 manat, məişət tullantılarına görə 270,0 manat, cəmi 334,80 manat borcun tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi barədə, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyini cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Qurbanova X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı yaşayış sahələrinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid olan hissədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmış və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X7 həcmi azaldılmış iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Qurbanova X10, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzili (Yeni qaydalarla: AZ 1001, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi,3,M4,m1) tam mülkiyyət hüququ üzrə Qurbanova X5 mülkiyyətindədir. İş üzrə 9 saylı MKİS tərəfindən Qurbanova X6 ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona 2011-ci ilin yanvar ayından xx.xx.2019-cu il tarixə qədər mənzil haqqı üzrə 40,32 manat, məişət tullantıları üzrə 28,80 manat, cəmi 69,12 manat borcunun olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. İş üzrə Səbail rayon MKTB-nin 9 saylı MKİS tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışa əsasən X2 Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə 9 saylı MKİS tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli haqqhesab cədvəlinə əsasən Ə.Cavad küçəsi, 1 saylı evin 123 saylı mənzilin sahibi Qurbanova X5 120 ay müddətinə mənzil haqqı üzrə 50,40 manat, məişət tullantıları üzrə 36,0 manat, cəmi 86,40 manat borcu vardır. İş üzrə 9 saylı MKİS tərəfindən Cavabdeh4 ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona 2013cü ilin yanvar ayından xx.xx.2019-cu il tarixə qədər mənzil haqqı üzrə 47,52 manat, məişət tullantıları üzrə 21,60 manat, cəmi 69,12 manat borcunun olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. İş üzrə Səbail rayon MKTB-nin 9 saylı MKİS tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, A.Babayev küçəsində yerləşən 4 saylı evin 4 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə 9 saylı MKİS tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli haqqhesab cədvəlinə əsasən A.Babayev küçəsi, 4 saylı evin 4 saylı mənzilin sahibi Cavabdeh4 84 ay müddətinə mənzil haqqı üzrə 55,44 manat, məişət tullantıları üzrə 25,20 manat, cəmi 80,64 manat borcu vardır. İş üzrə 9 saylı MKİS tərəfindən Cavabdeh5 ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona 2005ci ilin yanvar ayından xx.xx.2019-cu il tarixə qədər mənzil haqqı üzrə 60,48 manat, məişət tullantıları üzrə 252 manat, cəmi 312,48 manat borcunun olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. İş üzrə Səbail rayon MKTB-nin 9 saylı MKİS tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışa əsasən Cavabdeh5 Bakı şəhəri, Səbail rayonu, H.Abdullayev küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilində yaşayış yeri 4 nəfər ailə üzvləri ilə üzrə qeydiyyatdadır. İş üzrə 9 saylı MKİS tərəfindən tərtib edilmiş və təsdiq edilmiş xx.xx.2020-ci il tarixli haqqhesab cədvəlinə əsasən H.Abdullayev küçəsi, 10 saylı evin 4 saylı mənzilin sahibi Cavabdeh5 180 ay müddətinə mənzil haqqı üzrə 64,80 manat, məişət tullantıları üzrə 270 manat, cəmi 334,80 manat borcu vardır. İş üzrə 9 saylı MKİS-nin rəisi tərəfindən Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, Bakı şəhərində, həmçinin Səbail rayonunda və bilavasitə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində göstərişlər əsasında onlar da xidməti ərazilərdəki yaşayış binalarının həyətlərində, damlarında, ümumi istifadə yerlərində (bloklarında) küçələrdə apardıqları təmizlik-abadlıq, təmir və yenidənqurma işləri görülmüşdür və hal-hazırda da görülür. Bütün bunlara baxmayaraq xidməti ərizilərdə müxtəlif ünvanlarda, binalarda və mənzillərdə yaşayan müəyyən sakinlər mülkiyyətində olan mənzillərin yaşayış sahəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli 40 saylı Qərarına əsasən ödəməli olduqları 0,02 qəpik istismar haqqını və məişət və bərk məişət tullantılarının yığılıb daşınmasına görə 0,30 qəpik pul vəsaitini illərdir, aylardır ki, ödəməyiblər və hətta onlara 9 saylı MKİS tərəfindən müxtəlif vaxtlarda etdikləri şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq ödəməkdən imtina edilər. Ona görə də MKTB-dən qoyulan maliyyə planının yığılmasında çətinlik yaranır. Göstərilənlərlə əlaqədar istismar haqqlarını və məişət tullantılarının yığılması haqqını ödəməyənlərə edilən xəbərdarlıqlara baxmayaraq ödəmədiklərinə görə 9 saylı MKİS tərəfindən tərtib edilən yazılı xəbərdarlıqları, aktları və siyahılarını göndərərək imkan daxilində müvafiq tədbirlər görülməsi üçün köməklik göstərməsini xahiş etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Qurbanova X10 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzilin mülkiyyətçisi, Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, A.Babayev küçəsində yerləşən 4 saylı evin 4 saylı mənzilin mülkiyytəçisidir, Cavabdeh5 isə Bakı şəhəri, H.Abdullayev küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır və Səbail rayonu MKTB-nin 9 saylı MKİS tərəfindən veriliş arayışa əsasən mənzilin mülkiyyətçisi X9 göstərilmiş və onun ölməsi qeyd olunmuşdur .Həmin mənzillərə Səbail rayonu MKTB-nin 9 saylı MKİS-si xidmət göstərir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 2011-ci ilin yanvar ayından 120 ay müddətində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə cəmi 86,40 manat borcu, Cavabdeh4 2013-cü ilin yanvar ayından 84 ay müddətində mənzil xidmət haqqını və məişət tullantıları haqqını ödəməmiş və bu xidmətlərə görə cəmi 80,64 manat borcu, Cavabdeh5 yaşadığı mənzil üzrə 2005-ci ilin yanvar ayından 180 ay müddətində mənzil xidmət haqqı və məişət tullantıları haqqı ödəməmiş və bu xidmətlərə görə cəmi 334,80 manat borc yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehlərə xəbərdarlıq olunsa da, həmin xiddmət haqqı hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun cavabdehlərdən tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. AR Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır(maddə 135.2.4). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Göstərilən Məcəllənin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil qanunvericiliyin yuxarıda tələblərinə əsasən yaşayış sahəsinin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi mənzilin mülkiyyətçisinin vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçı kommunal xidmətlərin ödənilməsini mənzil mülkiyyətçilərindən tələb edə bilər. Lakin qanun həmin vəzifənin, yəni mənzil kommunal xidmət haqqının ödənilməsini mülkiyyətçinin vəzifəsi olduğunu müəyyən edir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunmur ki, cavabdeh Qurbanova X10 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzilin mülkiyyətçisidir, Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, A.Babayev küçəsində yerləşən 4 saylı evin 4 saylı mənzilin mülkiyyətçisidir. Lakin Bakı şəhəri, H.Abdullayev küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilin mülkiyyətçisi X9 olsa da, həmin şəxsin ölməsi qeyd olunmuş və bu səbəbdən yaranmış borc həmin mənzildə qeydiyyatda olan Cavabdeh5 tələb olunur. Məhkəmə mənzil qanunvericiliyinin tələblərinə əsasən qeyd edir ki, cavabdeh Qurbanova X10 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzil üzrə, Cavabdeh4 isə Bakı şəhəri, Səbail rayonu, A.Babayev küçəsində yerləşən 4 saylı evin 4 saylı mənzil üzrə kommunal xidmətlərdən istifadə ilə bağlı yaranmış borca görə cavabdehlik daşıdıqları üçün iddia tələbi onlara qarşı hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə Cavabdeh5 Bakı şəhəri, H.Abdullayev küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzili üzrə kommunal xidmətlərdən istifadə ilə bağlı yaranmış borca görə cavabdehlik daşıması ilə bağlı qeyd edir ki, iddiaçı xidmət haqqının ondan tələb etməsində haqlı hesab edilə bilməz. AR Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, Cavabdeh5 Bakı şəhəri, H.Abdullayev küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatda olsa da, bu hal onun mənzil üzrə kommunal xidmətlərə görə cavabdehlik damasını müəyyən etmir. Cavabdeh o halda əvvəlki mülkiyyətçinin (icarədarın) öhdəliklərinə görə cavabdehlik daşıya bilər ki, o, həmin mülkiyyətçinin vərəsəsi kimi ondan miras pay alsın. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı sübutlar təqdim olunmadığından, eyni zamanda Cavabdeh5 mənzilin əvvəlki sahibinin vərəsəsi olması və yaxud hazırda mənzilin mülkiyyətçisi olması ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim olunmadığından, iddia tələbi ona qarşı hissədə əsassızdır və təmin edilməməlidir. Bununla belə məhkəmə qeyd edir ki, bu hissədə iddianın təmin edilməməsi, gələcəkdə Bakı şəhəri, H.Abdullayev küçəsində yerləşən 10 saylı evin 4 saylı mənzilin mülkiyyətçisi müəyyən olunduqdan sonra iddiaçının həmin şəxsə qarşı yaranmış borcun tutulması ilə bağlı tələb irəli sürmək barədə hüququnu ləğv etmir. Məhkəmə tutulmalı olan borca bağlı aşağıdakıları qeyd edir. AR Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Göstərilən Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən AR Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzimlənən mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə adambaşı ayda 30 qəpik miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 9 saylı MKİS tərəfindən uzun müddət ərzində cavabdehlərin mülkiyyətində olan mənzillərə xidmət göstərildiyindən və cavabdehlər Qurbanova X10 və Cavabdeh4 tərəfindən mənzil xidmət haqqı və məişət tullantılarının daşınması ilə bağlı yaranmış borc ödənilmədiyindən, iddia tələbi cavabdeh Qurbanova X4 mənzil haqqı və məişət tullantıları üzrə cəmi 86,40 manat, Cavabdeh4 mənzil haqqı və məişət tullantıları üzrə cəmi 80,64 manat borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin məcburi qaydada bağlanması ilə bağlı cavabdehlərin hər hansı öhdəlikləri qanunla müəyyən olunmadığından, iddia tələbi binanın idarə edilməsi ilə bağlı cavabdehlərin üzərinə iddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin qoyulması hissəsində əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, eyni zamanda iddia tələbi yalnız cavabdehlər Qurbanova X10 və Cavabdeh4 münasibətdə təmin olunduğundan, həmin cavabdehlərdən müştərək qaydada dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 20 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Qurbanova X4 Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xeyrinə Bakı şəhəri, Ə.Cavad küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzili üzrə Bakı şəhər Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin xeyrinə 2011-ci ilin yanvar ayından 120 ay müddətində ödənilməmiş mənzil xidmət haqqına görə 50,40 manat və məişət tullantılarına görə 36 manat, cəmi 86,40 manat (səksən altı manat qırx qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh4 Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xeyrinə Bakı şəhəri, Adil Babayev küçəsində yerləşən 4 saylı evin 4 saylı mənzili üzrə Bakı şəhər Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin xeyrinə 2013-cü ilin yanvar ayından 84 ay müddətində ödənilməmiş mənzil xidmət haqqına görə 55,44 manat və məişət tullantılarına görə 25,20 manat, cəmi 80,64 manat (səksən manat altmış dörd qəpik) manat məbləğində pul tutulsun. Qurbanova X4 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh5 münasibətdə və digər hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-965/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-965/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver