Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-967/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Gədəbəy rayon Notariat Ofisinə cəlb edilməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə dair ərizəsinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Gədəbəy rayon Notariat Ofisinə cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X11 ünvan 1i ünvanında yerləşən mənzildə vəfat etməsi faktının və onun atası olması faktının müəyyən edilməsi, mərhum X12 ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etməsi faktının və onun nənəsi olması faktının müəyyən edilməsi, X5 ünvan 1i ünvanında yerləşən mənzildə vəfat etməsi faktının və onun bibisi olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuşdur. Mərhum X6na məxsus ünvan 1ində 279 №-li təsərrüfatı, yəni torpaq sahəsi olmuşdur. Həmin təsərrüfat müvafiq olaraq mərhum atasından ona qalmışdır. Sözü gedən 279 №-li təsərrüfatda ümumilikdə 7 nəfər qeydiyyatda olmuşdur. Bunu hazırki ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etdiyi 19.08.2011-ci il tarixli, 1339 nömrəli təsərrüfata dair AR Milli Arxiv İdarəsi X44 filialının arxiv arayışının surəti ilə təsdir edir. X27 atası-1923cü il təvəllüdlü, X28 nənəsi-1880-cı il təvəllüdlü, X7-bibisi, 1928-ci il təvəllüdlü, X31 anası,1930-cı il təvəllüdlü, X17-bacısı,1947-ci il təvəllüdlü, X19-bacısı,1950-ci il təvəllüdlü və o,özü 1952-ci il təvəvllüdlü. Bildirir ki, mərhum atası və mərhum anasının ümumilikdə 3 övladı olmuşdur. Yuxarıda qeyd etdiyi siyahı üzrə atası, nənəsi, bibisi, anası və iki baçısı hər biri, ayrı-ayrılıqda, müxtəlif vaxtlarda vəfat etmişdir. Atasının isə yeganə sağ qalan övladı o olmuşdur. Bibisi və bacısı Bəsdi isə heç biri ərə getməmiş və onların övladları yoxdur. Mərhum bacısı X17 ərə getmiş, bir övladı olmuşdur. Şəfiqə öldükdən sonra isə əri başqası ilə ailə qurmuş, uşağı özü ilə aparmışdır. AR Milli Arxiv İdarəsi X44 Filialının sözü gedən 279 №-li təsərrüfata aid 19.08.2011-ci il tarixli, 1339 nömrəli arxiv arayışında ailə başçısı kimi mərhum X6 qeyd edilmişdir. Gədəbəy notarius ofisinə ona qarşı müvafiq vərəsəlik şəhadətnaməsinin açılması üzrə müraciət etdikdə, atası, nənəsi və bibisi ilə qohumluq əlaqələrinin təsdiq edən sənədlərin olmamasını və onların doğum haqqında şəhadətnamələrinin olmamasını əsas gətirərək, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında şəhadətnamələri almaq üçün Gədəbəy rayon Qeydiyyat şöbəsinə müraciət etdikdə, həmin şöbə tərəfindən, qurumun arxivində sözügedən şəhadətnamələr olmadığından atasının, nənəsinin haqqında ölmələri barədə arayış, bibisinə aid isə ölüm haqqında şəhadətnamənin surətini təqdim etdilər. Bidirir ki, onun 70 yaşı var, yuxarıda qeyd etdiyi təsərrüfat üzrə vərəsəlik şəhadətnaməsi almaq və həmin təsərrüfatı yeganə vərəsə olaraq öz mülkiyyətinə qəbul etməkdə məqsədi, yaşını nəzərə alınsa, gələcəkdə mümkün ehtimal olunan vərəsəlik münasibətlərində övladlarının əziyyət çəkməməsi və təsərrüfata dair sənədlərin qaydasına salınmasıdır. Bəzi sənədləşmə işləri ilə bağlı olaraq, daha dəqiq desək vərəsəlik şəhadətnaməsinin açılması ilə bağlı olaraq atasına, nənəsinə və bibisinə aid doğum haqqında şəhadətnamələrinin olmamasının və qohumluq münasibətlərinin müəyyən olunmasının vacibliyi nəzərə alaraq və həmin şəhadətnamələrin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 04 may 2022-ci il tarixdə ərizəçi məhkəməyə ərizəsinə əlavə təqqdim edərək bildirmişdir ki, X12 və X4 onunla qohumluq münasibətlərinin təsdiq olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayonı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, o, xx.xx.1940-cı ildə ünvan 1ində anadan olmuşdur. Onlar ailədə üç bacı və üç qardaş olmuşlar: Zərri, Güllü, Dürrü, Biləndər, Qələndər, Səməndər. Onun bacıları və iki qardaşı rəhmətə gediblər və ailə üzvlərindən həyatda qalan yalnız odur. Ərizəçi onun bacısı Dürrünün oğludur. Məhərlə onun bacısı Dürrünün bir oğlu və iki qızı olmuşdur: Yadigar, Şəfiqə, Bəsdi. Yadigarın ata-anası və bacıları Şəfiqə və Bəsdi rəhmətə gediblər. X3 X46in anası olmuş və o, yəni Yadigarın nənəsi 1951-ci ildə rəhmətə getmişdir. X11 bacısı, Yadigarın bibisi X7 1984-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 19.08.2011-ci il tarixli, 1339 nömrəli AR Milli Arxiv İdarəsi X44 filialının arxiv arayışından görünür ki, Gədəbəy r-n Söyüdlü k.ZDSİK kəndinin təsərrüfatbaşına kitabında 1951-1953-cü illərdə Ərizəçi mərhum X6nun adına 279 №-li təsərrüfat qeyd edilib və aşağıda göstərilən ailə üzvləri var: X27-ailə başçısı-1923-cü il təvəllüdlü, X28-anası-1880-cı il təvəllüdlü, X7-bacısı-1928-ci il təvəllüdlü, X32-arvadı- 1930-cı il təvəllüdlü, X17-qızı-1947-ci il təvəllüdlü, X19-qızı-1950-ci il təvəllüdlü və Ərizəçi-oğlu-1952-ci il təvəvllüdlü. Torpaq qrafasında 0,25 sot torpaq qeyd edilib. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04.02.2017-ci il tarixli **********09 qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0,25 ha torpaq sahəsi Ərizəçi, X20 (mərhum), X27 (mərhum), X21 (mərhum), X7 (mərhum), X22 (mərhum) və X12 (mərhum) ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə ünvan 1ində anadan olmuşdur. X6, anası X23r. İş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 21.08.2021-ci il tarixli arayışından görünür ki, X17 21.08.1947-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, X6, anası X24r. İş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 21.08.2021-ci il tarixli arayışından görünür ki, X19 08.05.1950-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuşdur, X6, anası X24r. İş materiallarında olan 15.06.1979-cu il tarixli, İİİ-MY 486089 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 15 iyun 1979-cu ildə kəskin ürək çatışmamazlığından ölmüşdür. İş materiallarında olan 23.03.1959-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 23 mart 1959-cu ildə xəstəlikdən ölmüşdür. İş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 18.04.2017-ci il tarixli arayışından görünür ki, X27 və X32 15.11.1946-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları: kişi Məmmədov, qadın Əliyeva verilmişdir. İş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 18.01.2017-ci il tarixli arayışından görünür ki, X27 20.08.1952-ci ildə ünvan 1ində ölmüşdür. Bu barədə 22.08.1952 kitabın 15 səh.qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ 829633 nömrəli, 05.08.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01.08.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016 ilin 08 ayının 05 günündə 918 № ilə qeyd edilmişdir. İş materiallarında olan 19.03.1984-cü il tarixli, İİİ-JQ 262144 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20.01.1984-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1984-cü ilin mart ayının 19 günündə 243 № ilə qeyd edilmişdir. İş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 18.04.2017-ci il tarixli arayışından görünür ki, X29 03.08.1951-ci ildə Gədəbəy rayonun Söyüdlü kəndində ölmüşdür. Bu barədə 06.08.1951 kitabın 12 səh. qeydiyyat aparılmışdır. İş materiallarında olan X1 orqanlara ünvanlanmış və notarial qaydada təsdiq olunmuş 05.04.2022-ci il tarixli ərizəsindən görünür ki, Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən ana babası X9 miras qalmış 25 sot torpaq sahəsi və bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi evlə bağlı mərhum anası X13 düşən payı qəbul etmir və miras paydan imtina edir. İş materiallarında olan Gədəbəy notariat ofisinin xüsusi notariusu T.İ.İsmayılova tərəfindən X10 ünvanlanmış 28.08.2020-ci il tarixli, 451 nömrəli məktubdan görünür ki, ərizəçinin X6nun doğum haqqında şəhadətnaməsi olmadığı üçün nənəsi X28 və bibisi X4 doğum haqqında şəhadətnaməsi ilə X6nun doğum haqqında şəhadətnaməsi olmadığına görə onların qohumluq faktını müəyyən etmək mümkün olmamışdır. Ərizəçinin mərhum nənəsi X12 nəvəsi olması faktı müəyyən edildikdən, ərizəçinin mərhum bibisi X7 ilə qohumluq faktı müəyyən edildikdən sonra ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək olar. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan AR Milli Arxiv İdarəsi AR Dövlət Tarix X2 ünvanlanmış 16.11.2021-ci il tarixli, TA-00549-2021 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası X36 sənədləri üzrə Gədəbəy rayonu kameral siyahısında X12 doğum tarixi barədə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan AR Milli Arxiv İdarəsi AR Dövlət X2 ünvanlanmış 10.11.2021-ci il tarixli, DA-01807-2021 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin 1923,1928-ci illərə dair Gədəbəy rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. İş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsinin Gədəbəy rayon notariat ofisinin xüsusi notariusuna ünvanlanmış 27.08.2021-ci il tarixli, 05/12-345 nömrəli məktubdan görünür ki, vətəndaş mərhum X4 01.01.1947-ci ildən 20.01.1984-cü il tarixədək, vətəndaş mərhum X12 01.01.1945-ci ildən 03.08.1951-ci il tarixədək Gədəbəy rayon Qeydiyyat şöbəsinin və Söyüdlü kənd İƏD-nin akt qeydləri kitabları arasında nikah haqqında akt qeydi aşkar olunmamışdır. X19 08.05.1950-ci il tarixdə doğulub, 23.03.1959-cu il tarixlərdə vəfat etdiyi səbəbə görə nikahı haqqında məlumat yoxdur. Gədəbəy rayon qeydiyyat şöbəsinin 1945-ci il tarixədək mühafizə olunan akt qeydləri kitabları milli Arxivin Gədəbəy rayon şöbəsinə təhvil verilmişdir və bu səbəbdən vətəndaşlar X11, X4 və X12 doğumu haqqında arayış ilə təmin etmək mümkün olmadığı göstərilmişdir. İşdə olan Səbail RPİ tərəfindən 30.10.2004-cü il tarixində verilmiş AZE 0******* № li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1952-ci il tarixində Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 12.04.2019-cu il tarixli 03 saylı qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və s.) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Məhkəmə iclasında sübutların təsdiqi ilə müəyyən olundu ki, ərizəçinin X6 7 nəfər ailə tərkibi ilə ünvan 1ində yaşamışdır: özü-1923-cü il təvəllüdlü, anası X28-1880cı il təvəllüdlü, bacısı X7-1928-ci il təvəllüdlü, arvadı X32-1930-cı il təvəllüdlü, qızı X17- 1947-ci il təvəllüdlü, qızı X19-1950-ci il təvəllüdlü, oğlu Ərizəçi-1952-ci il təvəvllüdlü. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 04.02.2017-ci il tarixli **********09 qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0,25 ha torpaq sahəsi Ərizəçi, X20 (mərhum), X27 (mərhum), X21 (mərhum), X7 (mərhum), X22 (mərhum) və X12 (mərhum) ümumi birgə mülkiyyətindədir. X27 20.08.1952-ci ildə, onun anası X28 03.08.1951-ci ildə, onun bacısı X7 20.01.1984-cü ildə, arvadı X32 01.08.2016-cı ildə, onun qızı Məmmədova (Aslanova) Şəfiqə Məhər qızı 15.06.1979-cu ildə, onun qızı X19 23.03.1959-cu ildə ölmüşlər. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, X11 bacısı X7 və qızı X19 ailə həyatı qurmamış və onların övladı olmamışdır. X11 qızı X17 ərə getdikdən sonra onun soyadı Aslanova olmuş və onun həmin nikahdan bir övladı X25 olmuşdur-08.08.1973-cüil təvəllüdlü. X25 notarial qaydada təsdiq olunmuş 05.04.2022ci il tarixli ərizəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən ana babası X9 miras qalmış 25 sot torpaq sahəsi və bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi evlə bağlı mərhum anası X13 düşən payı qəbul etmədiyini və miras paydan imtina etdiyini göstərmişdir. İş materiallarını araşdıran məhkəmə belə qənaətə gəlir ki, ərizədə qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 03.08.1951-ci ildə ölmüş X14 Ərizəçi nənəsi və 20.01.1984-cü ildə ölmüş X4 Ərizəçi bibisi olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. 03.08.1951-ci ildə ölmüş X14 Ərizəçi nənəsi olması faktı müəyyən olunsun. 20.01.1984-cü ildə ölmüş X4 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-967/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-967/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver