Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-980/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, 22.10.2021-ci il tarixli 1401 K saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər Barışıq Sazişini məhkəməyə təqdim edib, Azərbaycan Respublikası MPM-nın 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər: Səbail rayon Məhkəməsinin icraatında olan 2-1(112)-1919/2021 saylı iş üzrə Tərəflər:
1. Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı (Bakı şəhəri, Nərimanov r-nu Ə.Əliyev küçəsi ev 37, mənzil 20; Ş/v. AA 1821954)
2. Bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh MMC adından 18.05.2022-ci il tarixli 05-430 № -li etibarnaməyə əsasən nümayəndəsi Nümayəndə1 (ş/v - AA 3796439) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 14.3, 52.3, 52.4 və 191-ci maddələrini rəhbər tutaraq, aşağıdakı şərtlərlə razılığa gəldilər:
1. SAZİŞİN PREDMETİ
1.1. Tərəflər Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan 2-1(112)-1919/2021 mülki iş üzrə məhkəmə mübahisəsinin aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər. 1.2. Cavabdeh İddiaçı ilə bağlanmış 09 avqust 2009-cu il tarixli AZP 02/04 saylı əmək müqaviləsinə (bundan sonra “əmək müqaviləsi” adlandırılacaq” AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 22 oktyabr 2021-ci il tarixli 1401 K №-li əmrini ləğv edir və iddiaçı ilə həmin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi ilə yazılı ərizəsi əsasında” xitam verir. 1.3. İddiaçının öz xahişi ilə əmək müqaviləsinin ləğv olunmasına dair yazılı ərizəni cavabdehə təqdim edir. Cavabdeh həmin ərizə əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verir və bu barədə əmrin surətini İddiaçıya təqdim edir. 1.4.Cavabdeh İddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 22 oktyabr 2021-ci il tarixli 1401 K №-li əmrinin ləğv olunduğu və əmək müqaviləsinə İddiaçının öz xahişi ilə xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır. 1.5. İddiaçı Cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn tələblər irəli sürməyəcəyini bəyan edir.
2. ÖHDƏLİKLƏRİN İCRASİ
2.1. Tərəflərin bu Sazişin 1,3 və 4-cü bəndlərində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq icra edilməlidir.
2.2. Tərəflərdən hər birinin hazırki mülki iş üzrə birinci insatansiya məhkəməsində, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz.
2.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
3. DİGƏR MÜDDƏALAR
3.1. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 3.2. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. 3.2. Saziş hər biri eyni hüquqi qüvvəyə malik ola 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı şəhəri Səbail rayon Məhkəməsinə təqdim olunur, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır. 3.3. Barışıq Sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 3.4. Bu Sazişdə nəzərdə tutulmayan məsələlər üzrə mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə öz aralarında həll edilir. 3.5. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəthərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. 3.6. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, Az. Resp. MPM-nın 191.1 maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2 261.0, 261.0.5, 262, 263-264.266-268 maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
I. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 31.05.2022-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
Səbail rayon Məhkəməsinin icraatında olan 2-1(112)-1919/2021 saylı iş üzrə Tərəflər:
1. Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı (Bakı şəhəri, Nərimanov r-nu Ə.Əliyev küçəsi ev 37, mənzil 20; Ş/v. AA 1821954)
2. Bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh MMC adından 18.05.2022-ci il tarixli 05-430 № -li etibarnaməyə əsasən nümayəndəsi Nümayəndə1 (ş/v - AA 3796439)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4, 14.3, 52.3, 52.4 və 191-ci maddələrini rəhbər tutaraq, aşağıdakı şərtlərlə razılığa gəldilər:
1. SAZİŞİN PREDMETİ
1.1. Tərəflər Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan 2-1(112)-1919/2021 mülki iş üzrə məhkəmə mübahisəsinin aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər. 1.2. Cavabdeh İddiaçı ilə bağlanmış 09 avqust 2009-cu il tarixli AZP 02/04 saylı əmək müqaviləsinə (bundan sonra “əmək müqaviləsi” adlandırılacaq” AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 22 oktyabr 2021-ci il tarixli 1401 K №-li əmrini ləğv edir və iddiaçı ilə həmin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi ilə yazılı ərizəsi əsasında” xitam verir. 1.3. İddiaçının öz xahişi ilə əmək müqaviləsinin ləğv olunmasına dair yazılı ərizəni cavabdehə təqdim edir. Cavabdeh həmin ərizə əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verir və bu barədə əmrin surətini İddiaçıya təqdim edir. 1.4.Cavabdeh İddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinə dair 22 oktyabr 2021-ci il tarixli 1401 K №-li əmrinin ləğv olunduğu və əmək müqaviləsinə İddiaçının öz xahişi ilə xitam verildiyi barədə ayrı-ayrı qeydlər aparır. 1.5. İddiaçı Cavabdehə qarşı əmək müqaviləsindən irəli gələn tələblər irəli sürməyəcəyini bəyan edir.
2. ÖHDƏLİKLƏRİN İCRASİ
2.1. Tərəflərin bu Sazişin 1,3 və 4-cü bəndlərində göstərilən öhdəlikləri Sazişin qüvvəyə mindiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq icra edilməlidir. 2.2. Tərəflərdən hər birinin hazırki mülki iş üzrə birinci insatansiya məhkəməsində, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz.
2.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.
3. DİGƏR MÜDDƏALAR
3.1. Bu razılaşma tərəflərin arzuladığı və şəxsən özlərinin razılıq verib bəyəndikləri barışıq sazişidir. 3.2. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. 3.2. Saziş hər biri eyni hüquqi qüvvəyə malik ola 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri Bakı şəhəri Səbail rayon Məhkəməsinə təqdim olunur, digərləri isə hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır. 3.3. Barışıq Sazişi tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Saziş yalnız görünüş üçün deyil, hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. 3.4. Bu Sazişdə nəzərdə tutulmayan məsələlər üzrə mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə öz aralarında həll edilir. 3.5. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəliklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəthərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. 3.6. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
İİ. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üşün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-980/2022 saylı mülki işin icraatına xitam verilsin.
İİİ. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlkin Rüstəmli