Məhkəmə qərarları › İş №2(009)-983/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-983/2025

10.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-983/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ nə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ nə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, K arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin Nəqliyyat İdarəsi tərəfindən hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, SOCAR-ın Nəqliyyat İdarəsinin 1 saylı AXTS-nin 2 saylı avtomobil dəstəsinin 5-ci dərəcəli Karotaj stansiyasının maşinisti peşəsində işləmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına yaşına çatdığına görə xx.xx.2023-cü il tarixli 14-2-18- 4/3-1k-64/2023 nömrəli əmri ilə yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsini 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. (bununla bağlı əmək kitabçasında da xüsusi qeyd vardır). Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X5 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmuşdur. (ƏMR-QƏRAR №SOCAR**********00030020A0003, xx.xx.2020). SOCAR-ın Nəqliyyat İdarəsinə ərizə ilə müraciət etsə də İdarə tərəfindən 20 fevral 2025-ci il tarixli 14-2-18-4/2-N-xx-xx/2025 nömrəli məktubla 2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya aldığını əsas gətirərk orta aylıq əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması bildirilmişdir. Buna baxmayaraq onunla bağlanmış müqaviləyə (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) xx.xx.2023-cü il tarixli 14-2-18-4/3-1K-64/2023 nömrəli əmrə əsasən xitam verilmişdir. Yəni, onunla bağlanmış müqaviləyə "Əmək Pensiyaları haqqında" AR Qanununun 7-ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda əmək pensiyası hüququnun yaranması əsas götürülərək xitam verilmişdir. Bu barədə də əmək kitabçasında da "Təqaüd yaşına çatdığına görə" müvafiq qeydi aparılmışdır. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, hesab edir yaşa görə əmək pensiyası almaq deyildir. Nəqliyyat İdarəsi tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq ona orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsindən imtina olunmasını qanunsuz və əsasız hesab edir. Hesab edir bu münasibət ona qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ uzun illər zərəri sahədə işləyənlər üçün dövlət tərəfindən yaradılmış sosial ədalət imkanıdır. Bu imkandan istifadə etməyi pensiya yaşına çatdıqda (65 yaş üçün nəzərdə tutulan şərtlərə əməl etdiyi halda) orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdırılmamalıdır. Ona 2025-ci ilin yanvar ayında məlum oldu ki, SOCAR-ın digər müəssiələrini güzəşli şərtlər pensiya alan işçiləri sonradan orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi barədə məhkəmələrə müraciət etmişlər və məhkəmələr tərəfində iddia tələbləri təmin edilmişdir. Bu məzmunda olan qətnamələri məsələn Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 3614/2023 saylı qətnaməsi, xx.xx.2024-cü il e-2(011)-5416/2024 sayli qətnaməsi və xx.xx.2023-cü il tarixli 2(103)-5059/2023 saylı qətnaməni iddia ərizəsinə əlavə edir. Bunlardan da əlavə məhkəmə qətnamələri mövcudur və Azərbaycan Respublikası Ali Məhkəməsində də hüquq qiymət verilərək qətnamələr qüvvədə saxlanılıb. Cavabdehin nümayəndəsi X2 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı işdən məcburi qaydada çıxarılmamış, pensiya yaşına çatdığına görə öz ərizəsi ilə işdən azad olunmuşdur. İddiaçı zərərli işdə işləyib və buna görə illər əvvəl təqaüd alıb, buna görə də Əmr-Qərarın 5.16-cı bəndi ona şamil edilmir. Müddətin tətbiqi ilə bağlı ərizəni müdafiə edir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 23 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X5 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin bağlanması haqqında əmr-qərarın 5.16-cı bəndindən görünür ki, ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” (müəssisə ləğv edildikdə) və "b" (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin "e" (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməlidir. - Əmək müqaviləsinin ləğv edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli 14-2-18-4/3-1K- 64/2023 saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə AR ƏM-in 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alaraq xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. - SOCAR-ın Nəqlı̇ yyat İdarəsı̇ 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 20 fevral 2025-ci il tarixli məktubundan görünür ki, sizə Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2015-ci il tarixindən əmək pensiyası təyin edilmişdir. Pensiya almağınız barədə məlumat 4 saylı Texnoloji Nəqliyyat Departamentinə təqdim olunmuş 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-7/2-N-48525/2023 nömrəli arayışda da təsdiqini tapmışdır. Bildiririk ki (iş qəzası, xəstəliyə görə əlil olmuş işçilər istisna olmaqla) zərərliliyə görə təqaüdə çıxıb əmək fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına kimi dəvam etdirən işçilər yaşa görə təqaüdə çıxarkən işçilərə SOCAR Nəqliyyat İdarəsi ilə Nəqliyyat İdarəsinin HİK arasında 2020- 2023-cü illər üçün bağlanılmış Kollektiv Müqaviləyə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli həcmində müavinəti ödənilmir. - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 23 may 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən 10 noyabr 2015-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda onun əmək pensiyası 922.82 məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən müvafiq kart hesabına köçürülür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X5 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Saziş bağlanmışdır. Həmin sazişin 5.16-cı bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş pensiya yasına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməlidir. İddiaçı müəyyən edilmiş yaş haddinə çatdığından onunla müqaviləyə xitam verilmiş, lakin ona orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməmişdir. Hazırda iddiaçı 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək, iddiaçının pensiya yaşına çatdığına görə öz ərizəsi ilə işdən azad olunmasına, onun zərərli işdə işlədiyinə görə illər əvvəl təqaüdə çıxmasına və buna görə də Əmr-Qərarın 5.16-cı bəndinin ona şamil edilməməsinə istinad etmiş, həmçinin müddətin tətbiqi ilə bağlı ərizə də təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. - 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. - 3-cü maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilə – işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosialiqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. - 7-ci maddəsinin 3-cü hissəsinə əsasən kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddiməişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. - 12-ci maddəsinin 1-ci hissəsinə əsasən kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. - 24-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. - 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd edir ki, 23 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X5 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin sazişin 5.16-cı bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş pensiya yasına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməlidir. Qeyd edilən şərtdən də göründüyü kimi, cavabdehin etirazının dəlili kimi göstərdiyi zərərli işə görə təqaüdə çıxmış şəxslərə həmin şərtin şamil edilməməsi kimi bir istisna nəzərdə tutulmamışdır. Buna görə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işçiyə yaşa görə əmək pensiyasına çıxdıqda ona orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulmuşdur ki, işçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun müqavilədə nəzərdə tutulan müavinəti almasını istisna edə bilməz. Bunula bağlı, əmək qanunvericiliyində və ya kollektiv müqavilənin özündə digər növdə təqaüd alan şəxslərin yaşa görə əmək pensiyasına çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir norma və ya qeyd-şərt yoxdur. Belə olan halda cavabdehin müavinəti ödəməkdən imtina etməsi qanunsuz sayılmalı və iddia təmin edilməlidir. Məhkəmə, həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilməli olan müavinət artıq onun mülkiyyəti hesab olunmalıdır. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir. Qeyd edilən hal həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. (müqavilə üzrə hüquqlar, o cümlədən icarə haqları və məhkəmə qərarına əsasən pul vəsaitləri, pensiya hüquqları və digər sosial müavinət hüquqları mülkiyyətə daxildir. (X3rşı, 2006)) Belə olan halda hazırki iddiaya müddət tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən 2020-2023-cü illər üzrə sahə (tarif) Kollektiv sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət hesablanaraq İddiaçı ödənilməli, cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən 2020-2023cü illər üzrə sahə (tarif) kollektiv sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət tutularaq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Neft Şı̇ rkətı̇ nin Nəqlı̇ yyat İdarəsı̇ ndən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar