Məhkəmə qərarları › İş №2(009)-984/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-984/2025

03.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-984/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdən Cavabdeh ilə əmək müqaviləsini bağlamasını qeyd etsə də, iddia ərizəsinə bunu təsdiq edən sübutları (əmək kitabçasını, işə qəbul olunması barədə əmrin, əmək müqaviləsinin surətini və hazırda da həmin təşkilatın işçisi olması ilə bağlı sübutu) əlavə etməmişdir. Hakim eyni zamanda qeyd edir ki, ərizəçi ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısında mediasiya prosesində iştirakı ilə əlaqədar arayışı əlavə olunmasını göstərsə də, həmin sənədi ərizəyə əlavə etməmişdir. (Bu barədə Səbail Rayon Məhkəməsinin dəftərxana işçiləri tərəfindən xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir). Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olduqduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. “Mediasiya haqqında” AR Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Hakim qeyd edir ki, əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Hakim eyni zamanda qeyd edir ki, iddiaçı əmək münasibətində olduğu Cavabdeh-nin hüquqi ünvan kimi ünvan 1q edən sübutu iddia ərizəsinə əlavə etməmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149.2.2, 149.2.3, 152.1.6-1, 150.1.2, 151.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar