Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-989/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan doğumun qeyd edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 1936-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. Valideynləri onun doğumunu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışdılar. Valideynləri vəfat etmişdir. 1960-cı ildə X9 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra soyadı Məmmədova olmuşdur. Hazırda adına olan mənzili övladlarından birinə bağışlamaq istəyir. Bağışlama etmək istəyərkən notariusdan şifahi olaraq bildirmişlər ki, onlara tələb olunan sənədlərin siyahısından onun doğum haqqında şəhadətnaməsi də lazım olacaqdır. O, da bu məsələ ilə əlaqədar lazım olduğu üçün özünə məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilməmişdir. Hazırda mənzilin onun adına rəsmiləşdirilməsi üçün sənədləri toplamaq üçün doğum haqqında şəhadətnamənin əsli də tələb olunur. Lakin bu sənəd onda deyil, itirmişdir. Doğum akt qeydinin isə bərpası mümkün deyil. Buna görə də hesab edir ki, onun 1936-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulması və bu doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar o, müvafiq qeydiyyatda olduğu yerin, yəni Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin orada ona bu barədə imtina edərək bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərdən aydın olduğu kimi onun itirdiyi doğum haqqında şəhadətnaməni başqa qaydada alması mümkün deyildir və ona görə də mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq onun doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizəçi onun 1936-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olması və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X10 (milliyəti azərbaycanlı), ana qrafasında X1 (milliyəti azərbaycanlı) göstərilməsi barədə qətnamə qəbul edilməsi və çıxarılacaq qətnamənin Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsi tərəfindən ona yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olmasını göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi öz ərizəsini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin uşaq qohumudur. Eyni kəndçidirlər, kəndin yaşlı adamlarından həmişə eşitmişdir ki, Möhtəbərin atası Yusifin oğlu Məhəmməd, anası isə Abdullanın qızı Havvabəyim olmuşdur. Onların hər ikisinin soyadı Yusifov olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qızıdır. Anasından və kənddə yaşayan yaşlı qohumlarından eşitmişdir ki, onun babası, ərizəçinin atası X10, nənəsi X1 olmuşdur. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli nikah haqqında şəhadətnamənin surətində əsasən X9 ilə X4 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 16 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur, atası X9, anası X4 göstərilmişdir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur, atası X9, anası X5 göstərilmişdir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur, atası X9, anası X5 göstərilmişdir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1972-ci ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur, atası X9, anası X5 göstərilmişdir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur, atası X9, anası X5 göstərilmişdir. İş üzrə Ermənistan SSR-nin Amasiya rayonu Mağaracıq kənd soveti tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Amasiya rayonu Mağaracıq kəndində anadan olmuşdur, atası X9, anası X5 göstərilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - xx.xx.1979-cu il tarixdə X3 “Ana şöhrəti” ordeni ilə təltif olunmuşdur; - xx.xx.1981-ci il tarixdə Ərizəçi Məmməd qızının adına əmək kitabçası açılmışdır; - xx.xx.1990-cı il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin üzvü X2 77 nömrəli vəsiqəsi verilmişdir; - xx.xx.1997-ci il tarixdə X2 Ə/V seriyalı 049195 nömrəli “Əmək veteranı” vəsiqəsi verilmişdir; İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun Ermənistan Respublikası Amasiya rayonunda 1936-cı ildə doğulması haqqında akt qeydinin bərpası ilə əlanqədar ərizəsi ilə bağlı müraciəti baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Bu qərarın 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi 1936-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. Lakin ərizəçi doğum haqqında şəhadətnamənin əslini itirmiş və doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin orqan bu akt qeydin bərpa edilməsindən imtina etmiş və doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin doğum akt qeydlərinin Azərbaycan Respublikası ərazisində qeydiyyat şöbəsi tərəfindən bərpasının qeyri-mümkünlüyü ərizəçinin Azərbaycan Respublikası ilə hüquqi yardımla bağlı müqaviləsi mövcud olmayan Ermənistan Respublikasında icra olunması ilə əlaqədardır. Bu səbəbdən məhkəmə ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməsini əsaslı hesab edir. AR Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin 1936-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olması məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq olunduğundan, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. 1936-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi XX.XX.1936-cı il, doğulduğu yer Ermənistan Respublikası, Amasiya rayonu, ata qrafasında – X10 (milliyəti azərbaycanlı), ana qrafasında – X1 (milliyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-989/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-989/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver