Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-995/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi A.M.Roqojinanın, onun vəkili Vəkil iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulmuşdur. Evdə, yaxud xəstəxanada doğulduğunu bilmir. Anası X15 xx.xx.1960-cı il tarixdə Rusiya Federasiyasının Orsk şəhərində anadan olmuşdur. Anası 1998-ci ildə Rusiya Federasiyasından Azərbaycana RSFSR tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmiş, təxminən 2000-2001-ci illərdə həmin pasportu itirmiş, daha sonra heç bir ölkə tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Anası xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Vəfat edən zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun ölümünün dövlət qeydiyyatına alınması uzun müddət mümkün olmamışdır. Yalnız Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə onun ölümü Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınaraq adına ölüm haqqında şəhadətnamə verilmişdir. O, doğulan zaman anası heç kimlə nikahda olmamışdır. 1998-ci ildə ailə üzvləri ilə birlikdə Azərbaycana köçmuşlər. Azərbaycana gəldikdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. xx.xx.2006-cı il tarixdə anası vəfat etdikdən sonra bacısı X2 ünvan 2 ünvanında yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbinə yerləşdirmişdir. Qardaşı X12 də o zaman həmin internat məktəbində oxuyurdu. Şəxsiyyətini təsdiq edən sənədi olmadığından onu da oraya “Toçilenko” (atası hesab edilən şəxsin soyadı “Toçilenko” idi) soyadı ilə yerləşdirmişlər. Bacısı X9 2007-ci ilin dekabr ayında onları orada götürmüş və onlar bacısı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Yeni ünvan 3 ünvanında yaşamağa başlamışlar. İnternat-məktəbinə yerləşdirilənə qədər o, məktəbə getməmişlər, orta təhsilə həmin internat məktəbində başlamışdır. Amma yaşı çox olduğu üçün o, orada ikinci sinifdən təhsil almağa başlamışdır. İnternat məktəbindən çıxdıqdan sonra təhsilini üçüncü sinifdən Bakı şəhəri 299 saylı məktəb-liseydə davam etdirmişdir. 2014-cü ildə həmin məktəb liseyin 9-cu sinifini bitirmişdir. O, 10 nömrəli sanatoriya tipli internat-məktəbində “Toçilenko” soyadı ilə təhsil aldığı üçün Bakı şəhəri 299 saylı məktəb-liseydə də təhsilini “Toçilenko” soyadı ilə davam etdirmişdir. Ona görə də ona Bakı şəhəri 299 saylı məktəb-lisey tərəfindən verilmiş orta təhsil haqqında şəhadətnamədə soyadı “Toçilenko” kimi qeyd olunmuşdur. Hazırda o, xx.xx.2017-ci il və xx.xx.2021-ci il təvəllüdlü uşqları ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün uşaqlarının doğum faktı dövlət qeydiyyatına alınmamışdır. Halhazırda onlar vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədirlər. Qardaşı X12 xx.xx.1995-ci ildə Rusiya Federasiyasının Stavropol şəhərində anadan olmuşdur. Qardaşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 4276 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Qardaşı ünvan 5 ünvanında yaşayır (ünvan 6ış yeri üzrə qeydiyyatdadır). Bacısı X9 xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır. Bacısı hazırda ünvan 7 ünvanında yaşayır (Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin İnzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyatdadır). Artıq onun 27 yaşı var, lakin doğum faktını, şəxsiyyətini və hər hansı ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının hüdudlarını da tərk edə bilmir. Doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədin olmadığı üçün hazırda o, vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMT QAK tərəfindən himayəyə götürülmüşdür. Hazırda vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün o, ilk öncə doğum haqqında şəhadətnaməyə sahib olmalıdır. Doğum haqqında şəhahətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması mümkün olmur. Ümumiyyətlə, o, uşaqlıqdan doğum haqqında şəhadətnaməsinin olub-olmadığını xatırlamır. O, doğulan zaman anası X15 Rusiya Federasiyası, Stavropol şəhərinin ərazisində yaşayış yeri üzrə qeydiyyata olub və 1998-ci ildə Azərbaycana köçənə qədər onlar Stavropolda yaşamışlar. Bu səbəbdən də o, doğumunun Rusiya Federasiyasının ərazisində qeydə alınıb-alınmadığına dair arayış verilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Həmin müraciətinə Stavropol diyarı X4 qeydiyyatı İdarəsi cavab olaraq bildirilmişdir ki, “X4 Vahid Dövlət Reyestri” X1 barəsində doğum haqqında akt qeydi mövcud deyildir. Hazırda o, ünvan 4 ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də o, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət edərək onun - Ərizəçi xx.xx.1960-cı il təvəllüdlü, Rusiya Federasiyasının Orsk şəhərində anadan olmuş və xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X7 xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulması faktının qeydə alınmasını və onu doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 1327/15 saylı cavab məktubu ilə onun müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: “Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmçinin “X4 dövlət qeydiyyat Qaydası”nın 2.5.3-cü yarımbəndinə əsasən, doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda dogma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Göstərilənlərlə bağlı bildiririk ki, tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına allınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz”. İş materiallarına əlavə edilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi: ***-*******0-dir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 9191***-******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi (sənəd nömrəsi – BMT QAK-ın himayə sənədinə əsasən individual İD nömrəsi: ***-*******0) xx.xx.2024-cü il tarixədək ünvan 4 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, onun “Ərizəçi kimliyi”lə formalaşmış bir şəxsiyyəti mövcuddur. Lakin onun doğulması faktını təsdiq edən heç bir sənədi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi mümkün olmur, bu səbəbdən də o, vətəndaşsızlıq vəziyyətinə düşmüşdür. Belə ki, o, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının ərazisində anadan olsa da, onun doğum faktını, şəxsiyyətini və hər hansı bir ölkəyə vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün o, həm də vətəndaşsızlıq vəziyyətinə düşmüşdür və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyası, Stavropol diyarı X4 qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, xx-xx/5561 nömrəli yaşayışdan görünür ki, “X4 Vahid Dövlət Reyestri” X1 barəsində doğum haqqında akt qeydi mövcud deyildir. Onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün üçün doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Belə ki, onun 27 yaşı olma76asına baxmayaraq, yuxarıda qeyd etdiyi səbəbdən bu vaxta qədər şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Buna görə də onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün ilk öncə vətəndaşlıq mənsubiyyəti müəyyən edilməlidir. Bunun üçün də o, Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməsi təqdim etməlidir. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətənlaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir. O, isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün doğum haqqında şəhadətnaməsi yuxarıda qeyd etdiyi səbəblərdən təqdim edə bilmədiyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə əlaqədar icraatın aparılması mümkün olmur. Göründüyü kimi, şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunması vacibdir. Bunun üçün o, Maraqlı şəxsnə doğulması faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidir. Lakin yuxarıda qeyd etdiyi səbəblərdən hazırda o, Qeydiyyat şöbəsinə belə bir sənəd təqdim edə bilmir. Bu səbəbdən də onun doğum faktı həmin fakt məhkəmə qaydasında müəyyən olunduqdan sonra məhkəmənin qətnaməsi əsasında Qeydiyyat Şöbəsi tərəfindən qeydə alına bilər. doğum faktının qeydiyyata alınmaması haqqında şəhadətnamə ilə təmin olunmamasına və nəticədə onun şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid (vətəndaşlığı olmayan şəxs) kimi yaşamasına səbəb olur ki, bu da onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid – vətəndaşsızlıq halında olan şəxs kimi işləmək, təhsil almaq, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından, social müdafiədən, dövlət xidmətlərinə çıxışdan və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Doğum faktının qeydə alınmaması və onun təsirləri onun mənfi nəticələr doğurub və bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o, hüquqları çatımlılığı itirir – hüquqi subyekti kimi qəbul edilmir. Bundan başqa, şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün uşaqlarının doğumunun qeydə alınıb doğum haqqında şəhadətnamə ilə təmin olunması da mümkün olmur. Hazırda onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün o, ilk öncə doğum haqqında şəhadətnaməyə sahib olmalıdır. Lakin onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması da mümkün olmur. Bu səbəbdən də onun doğumunun qeydiyyata alınması zərurəti yaranmışdır. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunması üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün isə doğum faktının qeydə alınması üçün lazımdır. Göstərilənləri nəzərə alaraq ərizəçi onun – Ərizəçi xx.xx.1960-cı il təvəllüdlü, Rusiya Federasiyasının Orsk şəhərində anadan olmuş və xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X7 xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, o, qardaşı ilə Rusiya Federasiyasının Stavropol şəhərində anadan olsa da, doğumu qeyd olunmamışdır, bioloji atasının adının Vladimir olmasını anası ona demişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır, Bakı şəhərində anadan olmuşdur. Anası onun bioloji atası Georgiy Roqojinlə nikahda olmuşdur. O, anadan olduqdan sonra atası anası ilə boşanmış, Vladimir adlı şəxslə qeyri-rəsmi yaşamış, 1990-cı illərdə onlar Rusiya Federasiyasının Stavropol şəhərinə getmiş, 1995-ci ildə qardaşı anadan olmuş, 1996-cı ilin dekabrın 11-də isə bacısı Anastasiya anadan olmuşdur. Daha sonra onlar Bakı şəhərinə gəlmişlər, anaları 2006-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. xx.xx.1995-ci ildə o, Rusiya Federasiyasının Stavropol şəhərində anadan olmuşdur. Ondan 1 il sonra bacısı Anastasiya xx.xx.1996-cı ildə həmin şəhərdə anadan olmuşdur. Atalarının adı Vladimir olmuşdur. Onun doğum şəhadətnaməsi var, bacısınınkı isə yoxdur. Anası vəfat etdikdən sonra onlar uşaq evində böyümüşlər. Hazırda bacısı Anastasiya qeyri-rəsmi ərdədir, 2 övladı var. Uşaqların da sənədləri yoxdur. İş üzrə Rusiya Federasiyasının Stavropol X16 Aktların Qeydiyyat İdarəsi tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına ünvanlanmış və azərbaycan dilinə tərcümə edilmiş xxxx/5561 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydinin olmaması barədə 07-85/118 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Stavropol Diyarı X4 qeydiyyat idarəsi xx.xx.2002ci il tarixdə Kişinyov şəhərində imzalanmış Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın 7-ci maddəsinə uyğun olaraq Ərizəçi Aleksandrovnanın ərizəsinin icra edilməsi ilə əlaqədar bildirir ki, xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi barəsində doğum haqqında akt qeydi mövcud deyildir. Arxiv fondunun yoxlanılması ilkin və bərpa edilmiş X4 qeydiyyatı üzrə, habelə “X4 Vahid Dövlət Reyestri” X21 Sistemində xx.xx.1926-cı il tarixindən hal-hazıradək əhatə edən dövr üzrə aparılmışdır. Arxiv fondu ilkin və bərpa edilmiş X4 qeydiyyatı idarəsində saxlanılmışdır. İş üzrə Stavropol şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş atalığın müəyyən olunması haqqında 207 saylı akt qeydinin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, X8 xx.xx.1995-ci ildə X7 doğulmuş X13 atası hesab edilmişdir. Atalıq müəyyən olunduqdan sonra uşağın soyadı, adı, ata adı – X6muşdur. İş üzrə Stavropol şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.1995-ci ildə Stavropol şəhərində anadan olmuşdur, atası X8, anası X15 kimi qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X18, ana qrafasında X15 qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2006-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1086 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri 299 No-li məktəb-lisey tərəfindən verilmiş A seriyalı 426352 nömrəli ümumi orta təhsil haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1996-cı il təvəllüdlü X3 2014-cü ildə Bakı şəhəri 299 No-li məktəb-lisey bitirmişdir. İş üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Himayə Sənədinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi (İndividual İD nömrəsi: ***- *******0) və onun xx.xx.2017-ci il təvəllüdlü Roqojin Roman (individual İD nömrəsi: ***-*******6) və xx.xx.2021-ci il təvəllüdlü Roqojin Rəfael (individual İD nömrəsi: ***-*******7) adlı uşaqları xx.xx.2024-cü il tarixə qədər BMT QAK-ın mandatı altında olan şəxslərdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmaya dair xx.xx.2024-cü il tarixli, 9191***-******* nömrəli elektron arayışının surətindən görünür ki, vətəndaşlığı olmayan xx.xx.1996cı il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixədək ünvan 4 ünvanında Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edir. İş üzrə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətində Ərizəçi xx.xx.1996-cı ildə X5 şəhərində doğulduğunu və doğulmun qeydə alınmadığını bildirilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Göstərilənlərlə bağlı bildirirlər ki, tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən “Kredo” vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Roqojina (Toçilenko) Anastasiya Vladimirovnanın dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 4276 nömrəli Sərəncamı ilə xx.xx.1995-ci ildə Rusiya Federasiyasında anadan olmuş X12 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. İş üzrə Azərbaycan Respublikası DİN-nin Suraxanı rayon Polis İdarəsi tərəfindən “Kredo” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən adları qeyd olunmuş şəxslər (xx.xx.1960-cı il tarixdə Rusiya Federasiyasının Orsk şəhərində anadan olmuş, xx.xx.2006cı il tarixdə Bakı şəhərində vəfat etmiş X15 və xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş X8) haqqında Suraxanı RPİ-nin QMB-də heç bir məlumat aşkar olunmadı. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 25.4.Fiziki şəxs hüquq qabiliyyətində məhrum edilə bilməz. Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyadından ibarət adı olmaq hüququ vardır. Maddə 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Göstərilən Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göstərilən Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Resbublıkası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «X4 dövlət qeydiyyatı» Qaydasının 2.1, 2.2, 2.3 bəndlərinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir (bənd 2.1). Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir (bənd 2.2). Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir (bənd 2.3). Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin anası xx.xx.1960-cı il tarixdə Rusiya Federasiyasının Orsk şəhərində anadan olmuş X15 SSRİ dağılmamışdan əvvəl Azərbaycana gəlmiş, 1988-ci ildə onun X14 adlı şəxsdən Valentina adlı övladı dünyaya gəlmiş, 1990-cı ilin ortalarında Rusiya Federasiyanın Stavropol şəhərinə getmiş, həmin şəhərdə xx.xx.1995-ci il tarixdə Sergey adlı, xx.xx.1996-cı il tarixdə isə ərizəçi anadan olmuşdur. Ərizəçinin qardaşı Sergey barəsində X8 adlı şəxs atalığı müəyyən etdirmiş və bunun əsasında ona müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda qardaşı Sergey Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ərizəçinin bacı və qardaşının müvafiq qeydiyyat şöbələrində anadan olmaları barədə müvafiq akt qeydi icra olunub doğum şəhadətnamələri verilsə də, ərizəçinin anadan olması barədə qeydiyyat şöbəsində hər hansı bir akt qeydi icra olunmamış və ərizəçi bu barədə sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin anası İ.Roqojina xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi 2 azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün uşaqlarının doğum faktı dövlət qeydiyyatına alınmamışdır. Hazırda onlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin mandatı altında olan şəxslərdirlər. Məhkəmə qeyd edir ki, ərizəçinin xx.xx.1996-cı ildə Rusiya Federasiyasının Stavropol şəhərində anadan olması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin tibb müəssisəsindən kənarda doğulması faktı təsdiq olunduğundan ərizə təmin edilməli və Ərizəçi xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydləri kitabında soyadı -Roqojina, adı – Anastasiya, atasının adı – Vladimir, doğum tarixi – xx xxxxxx 1996-cı il, doğulduğu yer – Rusiya Federasiyasının Stavropol şəhəri, ata qrafasında – Roqojin Vladimir, ana qrafasında – X15 kimi məlumatlar göstərilsin. Qətnamə Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına müvafiq məlumatlar üzrə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-995/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-995/2024
10.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver