Məhkəmə qərarları › İş №2(009)-999/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-999/2023

06.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-999/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Əməliyyat üzrə meneceri və baş direktorun müavini Tomislav Klenkarın xx.xx.2023-cü il əmrini ləğv edib, onun Cavabdeh MMC-yə Şlam avadanlığı üzrə operator vəzifəsinə bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək bildirdi ki, iddiaçı və cavabdeh mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı bildirdi ki, tərəflər mübahisəni sülh yolu ilə həll etmişlər, buna görə də, cavabdehlə aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada xx.xx.2023-cü il tarixdə tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli həmin barışıq sazişinin şərtlərinə görə: 1. Bakı Səbail Rayon Məhkəməsi Tərəflər arasında hazırkı Barışıq Sazişinin bağlanması ilə əlaqədar icraata xitam verilməsi barədə qərardad qəbul etdikdən sonra Cavabdeh MMC İddiaçı iki aylıq əmək haqqı həcmində ələ çatacaq (net) məbləği 10 təqvim günü müddətində onun hesabına köçürür. Bununla yanaşı İddiaçı əmək müqaviləsinə xitam verilmə (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi) əsasını, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi əsasına dəyişdirilməsi haqqında X1 müraciət ünvanlayır və onun əmək kitabçasında qanunauyğun qaydada dəyişiklik edir. 2. X2 irəli gələn öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı tərəflər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tam məsuliyyət daşıyır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə təqdim edilmiş tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:

1. Bakı Səbail Rayon Məhkəməsi Tərəflər arasında hazırkı Barışıq Sazişinin bağlanması ilə əlaqədar icraata xitam verilməsi barədə qərardad qəbul etdikdən sonra Cavabdeh MMC İddiaçı iki aylıq əmək haqqı həcmində ələ çatacaq (net) məbləği 10 təqvim günü müddətində onun hesabına köçürür. Bununla yanaşı İddiaçı əmək müqaviləsinə xitam verilmə (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi) əsasını, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi əsasına dəyişdirilməsi haqqında X1 müraciət ünvanlayır və onun əmək kitabçasında qanunauyğun qaydada dəyişiklik edir.

2. X2 irəli gələn öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı tərəflər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tam məsuliyyət daşıyır.

Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar