Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikintinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “X1 Kompani S.A.” Şirkəti xx.xx.2012-ci il tarixində iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Suraxanı rayonu, A.Rzayev küçəsi, 4 №-li evin yanındakı 450 kv.m torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi, həmin sahədə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, ərazinin Cavabdeh hesabına tikinti materiallarından təmizlənməsi və “X1 Kompani S.A.” Şirkətinin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "X1 Kompani S.A” Şirkətinin nümayəndəsi Çimnaz Məmmədova ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikintinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair mülki işin baxılmamş saxlanılmasını, iddia üzrə ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikintinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikintinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "X1 Kompani S.A” Şirkətinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1/2021
21.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver