Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-101/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı “X11 Kompani S.A.” Şirkətinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı “X11 Kompani S.A.” Şirkəti Cavabdeh qarşı “tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 415442.00; 4476752.00 koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar “X11 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X11 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X11 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X11 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. “X11 Kompani S.A. Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X11 Kompani S.A. ” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, Nümayəndəliyin balansında olan 72152, 1672 və 7298 saylı işlək neft quyularının mühafizə zolağı olan 415442.00; 4476752.00 koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyularm qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisəli koorlinatlar üzrə yerləşən tikiliyə dair evin X4 Cavabdeh etibarnamə vermişdir. Cavabdeh bidirir ki, həmin ev qəzalı vəziyyətdə olduğu üçün evin sökülərək yerində yenisinin tikilməsinə icazə verilməsi barədə Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfidən S.Kərmovaya cavab məktubu göndərilmişdir ki, «fərdi yaşayış evlərinin tikintisi və təmiri vətəndaşların şəxsi maliyyə vəsaiti əsasında aparılmalıdır.» Rayon İcra Hakimiyyəti bildirib ki, «….aparılmalıdır» yazmayıb ki, «….aparsın». Bundan başqa, cavabdeh dediyi kimi qəzalı vəziyyətdə olan evi söküb yerində yenisini tikib qurtardıqdan sonra qəsəbə Nümayəndəliyindən gəlib evin hazırki vəziyyəti ilə bağlı akt tərtib etməli idi, lakin yeni evin tikilişi ilə bağlı İcra Hakimiyyəti və qəsəbə Nümayəndəliyi tərəfindən heç bir baxış keçirilməmiş və akt tərtib olunmamışdır. Bundan başqa, mübahisələndirilən koordinatlar üzrə yerləşən evin söküntüsü ilə bağlı “X11 Kompani S.A.” Şirkəti maraqlı şəxs kimi cəlb olunmalı və fikri öyrənilməli idi, lakin olunmayıb. Bundan başqa, həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Evə dair yalnız «ev dəftəri» vardır. Ən əsas məqam isə odur ki, cavabdeh nənəsinin istifadəsində olan evi bərpa etməmiş, həmin evdən kənarda Şirkətin istifadəsində olan torpaq sahəsində özünə ev tikmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, hələ 1938-ci ildən həmin torpağın üzərində onun nənəsinin evi olmuşdur. Artıq ev köhnə və yararsız vəziyyətdə olduğundan həmin evi söküb yenisini tikmək üçün dövlət orqanına rəsmi müraciət etmişdir. İddiaçının iddiası tamamilə əsassızdır. Məhkəmə iclasında dindirilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 izahatında göstərdi ki, o, Cavabdeh anasıdır. Ev anasının evi olub. Həmin ev qəzalı vəziyyətdə idi. Özü həmin ünvanda doğulmuş və orada yaşamışdır. 1985-ci ildə ailə qurması ilə əlaqədar olaraq başqa ünvana köçmüşdür. 1986-cı ildə həmin anasının evinə qayıtmışdır. Anası həmin evdə 2015-ci ilə qədər yaşamışdır. Sonra anası gördü ki, ev qəzalı vəziyyətdədir və uçur evdən çıxdı. Anası nəvəsi Cavabdeh etibarnamə vermişdir. Hazırda oğlunun həmin ünvanda tikdiyi ev 80 kv.m.-dir. İş materialları “X11 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X11 Kompani S.A” Şirkəti fəaliyyət göstərir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, 1105-N7-1668 nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, “X11 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli, 118 nömrəli aktdan görünür ki, nümayəndəliyin 1 saylı neftqaz çıxarma sexinin ərazisində olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 3 məd.ev 19 ünvanında yaşayan Cavabdeh tərəfindən 70 ha ölçüdə olan sahədə tikinti işləri aparılması aşkar edilmişdir. Torpağa aid heç bir sənəd aşkar etməmişdir. Ev dəftərindən görünür ki, Orcanikidze rayonu, Suraxanı 3-cü promısel ev 19-un ev dəftəri 7/İX-1960-cı ildə tərtib olunmuş, X5 18/V-1978-ci ildən həmin ünvana qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7053 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 2-ci sualları üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Quliyev Elnurun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 620.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 620.0 kv.m torpaq sahəsinin (x,y) koordinatlaı əlavə olunur. X
1. 415439.431
2. 415436.528
3. 415418.769
4. 415418.206
5. 415417.182
6. 415416.824
7. 415417.284
8. 415419.332
9. 415425.883 10.415431.049 11.415442.260 12.415444.410 13.415449.372 14.415448.666 15.415450.381 16.415441.526 17.415440.089
Y 4476745.548 4476755.781 4476750.817 4476752.659 4476755.884 4476759.978 4476762.435 4476765.403 4476768.986 4476770.553 4476773.080 4476773.319 4476749.041 4476748.851 4476741.052 4476739.015 4476745.718 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Suraxanı OYL). Ərazidə neft quyularının məlumatı mövcuddur. Sahənin dövlət qeydiyyatına alınması barədə məlumat yoxdur.
İşin faktiki halları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 415442.00; 4476752.00 koordinatlarında yerləşən torpaq sahəsi həmin sahədə neft-qaz əməliyyatlarının aparılması üçün iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş, bu barədə müvafiq dövlət orqanı ilə şirkət rəhbərliyi arasında saziş bağlanmışdır. Həmin koordinatlar üzərində özbaşına tikili olan fərdi yaşayış evi tikilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya. Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
Məhkəmənin mövqeyi İddia tələbindən görünür ki, iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün istifadələrinə verilmiş torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili (fərdi yaşayış evi) tikildiyini iddia edərək, bu tikilinin sökülməsini tələb etmişdir. Cavabdeh iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, ev kitabçasına əsasən 1960-cı ildən nənəsinə məxsus ev istismara yararsız hala düşdüyündən, o, həmin evi söküb əvəzində mübahisəli tikilini inşa etmişdir. Sözügedən tikilini köhnə tikilinin yerində deyil, ondan aralı məsafədə tikməyinə səbəb isə o olmuşdur ki, köhnə tikiliyə çox sıx məsafədə tikili mövcud idi. Məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşdiyi koordinatlardakı ərazinin iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsinə daxil olub-olmaması, bu tikili üzərində qeydə alınmış mülkiyyət hüququnun olub-olmaması, bir sözlə tikilinin özbaşına tikili olubolmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7053 nömrəli ekspert rəyində müvafiq koordinatlardakı ərazinin iddiaçı Şirkətin istifadəsində olduğu, həmin koordinatlarda tikili olduğu və bu tikilinin heç bir qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Cavabdeh nə bu torpaq sahəsi, nə də onun üzərində yerləşən fərdi yaşayış evi üzərində heç bir mülkiyyət hüququ yoxdur. Məhkəmə cavabdehin iddia tələbinə etirazına münasibətdə vurğulayır ki, iş materiallarından mübahisəli tikilinin Cavabdeh 1960-cı ildən nənəsinin istifadəsində olmuş evin təmir-bərpa edilməsi nəticəsində ərsəyə gəlmədiyi müəyyən edilir. Belə ki, cavabdeh özü də mübahisələndirmir ki, mübahisəli tikili nənəsinin ev kitabçasına əsasən istifadəsində olmuş köhnə tikilinin yaxınlığında yerləşən iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmişdir. Bu vəziyyətdə yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə əsasən torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı Şirkətin cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikilmiş özbaşına tikilinin sökülməsini tələb etmək hüququ var. Bununla belə qeyd edilməlidir ki, iddiaçı tərəfin mübahisələndirmədən qəbul etdiyi kimi cavabdeh tərəfindən mübahisəli ərazidə tikilmiş tikili məhz fərdi yaşayış evidir. İş materiallarında olan sənədlərdən də sökülməsi tələb edilən tikilinin fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə bu tikilinin sökülməsinin cavabdehin evinə hörmət hüququna müdaxilə təşkil edib-etməməsi, əgər edərsə, belə müdaxilənin qanuniliyi, güddüyü məqsəd və bu məqsədə mütənasibliyi, demokratik cəmiyyətdə zəruriliyi kimi məsələlərə münasibət bildirməlidir. Məhkəmə, ilk növbədə qeyd edir ki, mübahisəli tikili cavabdehin ailə üzvləri ilə birlikdə yaşayışını təmin edən fərdi yaşayış evi olduğundan, cavabdehin həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bağı olduğundan həmin ev cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından “evi” hesab olunur. Ona görə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd etdiyi kimi 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu, milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır (X6rşı, no. 66610/10, § 30, 14 mart 2017). Belə olan halda aydındır ki, bu evin sökülməsi cavabdehin Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış evinə hörmət hüququna müdaxilə (özü də ən kəskin forması olan evdən məhrum edilmə şəklində) təşkil edəcəkdir. Bununla belə məhkəmə hesab edir ki, bu müdaxilə qanuni müdaxilədir. Belə ki, Cavabdeh tərəfindən tikilmiş bu ev dövlətin mülkiyyətində, iddiaçının isə qanuni istifadəsində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin ev üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, evin tikintisinin cavabdehin vəsaiti hesabına baş tutması, evə dövlət tərəfindən kommunal xidmətlərin göstərilməsi, yaxud müəyyən bir müddət evin tikintisinə dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə ev üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh bu evi tikərkən, təmir edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir və bu xərc hesabına heç bir mülkiyyət hüququ əldə etmir. Cavabdehin evinə müdaxilənin güddüyü məqsədlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Şirkət evin sökülməsinə dair tələbini iki əsasla əsaslandırmışdır. Bunlardan biri odur ki, tikili neft-qaz hasilatı əməliyyatlarının aparıldığı ərazidə yerləşdiyindən ərazidə yeni neft quyularının qazılması, köhnələrinin isə istismara qaytarılması mümkün olmur, bununla da iddiaçı Şirkət məhz neft-qaz hasilatı əməliyyatlarının aparılması üçün istifadəsinə verilmiş torpaq sahəsindən səmərəli istifadə edə bilmir. İkincisi isə odur ki, neft-qaz hasilat sənayesi obyektləri əhali və ətraf mühit üçün potensial təhlükə mənbələri olduğundan xüsusən neft quyularına yaxın məsafədə fərdi yaşayış evi tikilməsi ilk növbədə həmin evdə yaşayanlar, daha sonra isə ətrafdakılar üçün təhlükəlidir. Bununla da iddiaçı Şirkət cavabdehin evinə hörmət hüququna müdaxiləni əhalinin sağlamlığını qorumaq və torpaq sahəsinin istifadəçisi kimi öz hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə tələb etmiş hesab edilir. Hansı ki, bu iki məqsəd də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin ikinci bəndində insanın evinə hörmət hüququna müdaxilə etmək üçün legitim əsas təşkil edən istisna hallar kimi qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq özbaşına tikili sökülməli və bu tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı Şirkətə qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının həmin əraziyə neft-qaz hasilatı üçün təcili ehtiyacı olduğu müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, qətnamənin icrası müddəti müəyyənləşdirilməli, qətnamənin nəticə hissəsinə qətnamənin həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi məzmununda bənd əlavə edilməlidir.
Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 415442.00; 4476752.00 koordinatlar üzrə yerləşən tikili özbaşına tikili hesab edilərək sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılmalı, Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının, 50 manat məbləğində ekspertiza xərci isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 415442.00; 4476752.00 koordinatlar üzrə yerləşən tikili özbaşına tikili hesab edilərək sökülsün. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılsın. Qətnamənin yuxarıda qeyd edilən bəndləri həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına (AZ02AİİB********************) ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova