Məhkəmə qərarları › İş №2(010)-1018/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1018/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1018/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi X19 katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7, X10, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, X10, X2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, 3 saylı evin, 59 mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, 3 saylı evin, 59 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında almışdır. Müqavilənin şərtləri qarşılıqlı olaraq hər iki tərəfdən əməl olunduqdan sonra alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 60 (altmış) gün müddətinə müqavilə predmeti olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxması barədə satıcının üzərinə düşən vəzifəsini bu günə kimi icra etməmişdir. Belə ki, adları cavabdehlər siyahısında çəkilən şəxslər həmin mənzildə qeydiyyatdadır. Cavabdehlərin mənzilində qeydiyyatda olması ona əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Beləliklə, hesab edir ki, məhkəmə tərəfindən cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Surxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, 3 saylı evin, 59 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, 3 saylı evin, 59 mənzilə dair istifadə hüquqlarının olmaması (itirilmiş hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işdə olan xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi, ev 3, mənzil 59 İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işdə olan xx xxxxxx 2011-ci il tarixli AN-İ № ******* Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Satıcı”– X7, tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.18 kv/m mənzili alıcının mülkiyyətinə verir. Satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 11/36157 arayışa əsasən ona məxsus olan yaşayış sahəsi 76.18kv/m olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi, ev 3 ünvanında yerləşən beş otaqlı 59 saylı xüsusi mənzili alıcının mülkiyyətinə verir. Satılan ev Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəf xx.xx.2008-ci il tarxli 718 saylı kitabın 67392 səh. ********** saylı reyestr verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı mənzili 45000 (qırx beş min) manata satdı. Alıcı da həmin qiymətə aldı. Mülki işdə olan Asan 3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, İddiaçı xx xxxxxx 2013-cü ildən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, ev 3, mənzil 59 ünvanında qeydiyyatdadır. Eyni zamanda X12, X13, X14, X17, Xəlilova Zaira Rövşən qızı, X7, X10, X4, X18, Cavabdeh5, Cavabdeh6 Şahhüseyn oğlu, Cavabdeh7 və Cavabdeh8 da qeydiyyatdadır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2020 tarixli ərizəyə əsasən, iş materiallarına əlavə olunmuş alqı-satqı müqaviləsinə dair notariat işinin istənilməsi barədə sorğu göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli sorğuya əsasən, İddiaçı cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işlə bağı zərurətlə əlaqədar xx xxxxxx 2011-ci il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sənədlərin sürəti və olara dair notariat işini sorğu təqdim edən şəxsə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, İddiaçı cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair X7 ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2011-ci il tarixli Reyestrdə qeydə alınmış 4Ə/456 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edən sürəti və onlara dair notariat işini tərəflərindən Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə göndərilmiş notariat işinin materiallarında olan və mülki işin materiallarına əlavə edilmiş X1, Cavabdeh5, X3, Cavabdeh6 və X10 tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizələrinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi, ev 3-də yerləşən 59 saylı mənzilin satılmasına heç bir etirazları olmamışdır. İş materiallarında olan Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 63 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci tarixli məktuba əsasən, 2(010)-1018/2021 saylı xx xxxxxx 2021-ci il tarixli məktuba cavab olaraq bildirir ki, məktubda adları çəkilən X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 adlı vətəndaşlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 3, mənzil 59 ünvanında qeydiyyatda olmaqlarına baxmayaraq, qonşuların aktına əsasən 2011-ci ildən həmin ünvanda yaşamırlar. İş materiallarında olan X8, X26 və X15 tərəfindən tərtib olunan akta əsasən, qonşuları Xəlilov X5 qəsəbəsi, məhəllə 4048/49, ev 3 mənzil 59 ünvanında ailəsi ilə birlikdə yaşayır. Mənzilin keçmiş sahibi X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 alqı-satqı müqavilsəindən sonra mənzildən çıxmış və həmin ünvanda yaşamırlar. Harada yaşadıqları məlum deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatında qalmaları mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaç İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdeh iddiaçının mənzilində yaşamasa da mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, ev 3, mənzil 59 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, 3 saylı evin, 59 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında almışdır. Müqavilənin şərtləri qarşılıqlı olaraq hər iki tərəfdən əməl olunduqdan sonra alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 60 (altmış) gün müddətinə müqavilə predmeti olan mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxması barədə satıcının üzərinə düşən vəzifəsini bu günə kimi icra etməmişdir. Belə ki, adları cavabdehlər siyahısında çəkilən şəxslər həmin mənzildə qeydiyyatdadır. Cavabdehlərin mənzilində qeydiyyatda olması ona əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdehlər iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ onun mülkiyyətində olması ilə yarandığından və bu hüquq alqı-satqı müqaviləsi ilə digər mülkiyyətçinin mülkiyyətinə verilməsi ilə də xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehlərin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Y.Ayvazov küçəsi, ev 3, mənzil 59 saylı ünvana dair istifadə hüququ itirilmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, ev 3, 59 saylı mənzilə dair istifadə huququ itirilmiş hesab olunsun. Bu qətnamə cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Ayvazov küçəsi, ev 3, 59 saylı mənzilə dair olan qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər X7, X10, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar