Məhkəmə qərarları › İş №2(010)-1034/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1034/2024

24.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1034/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil*, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi X*4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı “əmrin ləğvi, işə bərpa olunma və hazırki günə qədər əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli məktəb tərəfindən verilmiş 27.**.2023-cü il tarixli 239 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, işdən azad olunduğu gündən hazırki günədək ödənilməmiş əmək haqqının ödənilməsi. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20*8-ci ildən Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. 24.**.2023-cü il tarixli əmrə əsasən qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Xitam verilərkən məktəbin 8-ci sinif şagirdi X33 ilə iddiaçının “müəllimə yaraşmayan hərəkətlər” etdiyi qeyd edilmiş və bu əsas olaraq işdən azad edilmişdir. Məktəbin 8-ci sinif şagirdi X33 iddiaçı barəsində şikayət etmiş və şikayəti Suraxanı rayon Polis İdarəsində araşdırılmış və məlum olmuşdur ki, Nərminə qarşı iddiaçı hər hansısa müəllimə yaraşmayan hərəkət etməmiş, ona qarşı hər hansı bir qanunsuz iş görməmişdir. Bundan başqa, istintaqa məlum olmuşdur ki, Nərminin öz qardaşı tərəfindən fiziki və cinsi zorakılığa məruz qalmış və o, cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da iddiaçının təqsirsizliyi sübuta yetirilmiş və iddiaçı məsuliyyətə cəlb edilməmiş, bu barədə Suraxanı RPİ sorğu verildiyi təqdirdə onun təqsirsizliyi sübut ediləcəkdir. İddiaçı işlədiyi dövr ərzində heç bir nöqsanları olmamış, daim müəllim adına yaraşan şəkildə işləmiş və fəaliyyət göstərmiş, daim şagird müəllim və texniki heyət tərəfindən normal qarşılanmış, işini layiqincə etmiş və işində daim məsuliyyətli olmuşdur. İddiaçının atası şəhid ailəsi statusundadır, nə iddiaçıya nə də ki, ailəsinə yaraşmaz ki, kiminsə övladına digər bir formada baxsın və ya ona qarşı hər hansısa çirkin bir addım atsın. Cavabdehə təklif göndərilməsinə baxmayaraq ilkin mediasiya prosesində iştirak etməmişdir. İddiaçının işinə xitam verilərkən Məcəllənin 70 Ç bəndinə istinad edilmiş və məktəbin şagirdi ilə yaraşmayan hərəkətlərə istinad edilmişdir. iddiaçı heç bir qanunsuz və ya müəllimə yaraşmayan hərəkət etməmişdir. Bununla əlaqədar olaraq məktəb rəhbərliyinə bildirmişdir ki, Nərminin işi ilə bağlı istintaq yekunlaşmayıbdır. İddiaçı təqsirli şəxs deyil, bu sübuta yetirilibdir ki, təqsirkar digər şəxsdir, lakin iddiaçını nə eşidən, nədə ki dinləyən olmamışdır. İddiaçının burada şagirdə qarşı heç bir günahı, heç bir əməli olmamışdır. Şagirdlərinə daim müəllim və valideyn kimi yanaşmışdır. Onlara daim diqqət və qayğı göstərmişdir. İddiaçının əmrinə verilən xitamın maddəsi tamamilə qanunsuz və absurddur. Belə ki, Məcəllədə müəyyən edilmiş halların heç biri iddiaçıda olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərdi ki, o, 20*8-ci ildə 232 nömrəli məktəbə imtahan verərək gəlmişdir. Bu il yeni direktor gəldi və 2-3 dəfədir ki, ona şər atıb. Polis bölməsinə də düşüb işi, onu şərləmək istədilər, lakin bacara bilmədilər. Ona könüllü işdən çıxmasını dedilər, o isə razı olmadı. Direktor ona qarşı qərəzli olub. Belə ki, o, məktəb rəhbərliyinin korrupsiya əməllərindən xəbər tutmuş, buna maneçilik törətmək istəmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi (vəkili) Vəkil* iddianı qəbul etməyərək izahatında göstərdi ki, sənədlər, ərizələr var. Valideynlərin də yazdığı şikayətlər çoxdur. Bundan başqa aktlar da var. İddiaçı D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə 20*8-ci il tarixdən fiziki tərbiyə müəllimi kimi işləmişdir. 24.**.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq onunla bağlanmış əmrə AR-nın ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. İddiaçı işdən azad olunmasına əsas səbəblərdən biri məktəbin Vİİİ sinif şagirdi X*7 qarşı müəllim etikasına yaraşmayan hərəkətlər etməsi olmuşdur. İddiaçının məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı müəllim etikasına uyğun olmayan hərəkətləri heç də təsadüfdən olmamışdır. Belə ki, məktəbin fiziki tərbiyə müəllimi olmuş İddiaçı bir neçə dəfə məktəbin inzibati binasına quraşdırılmış təhlükəsizlik kameralarında, dərs saatından sonra, məktəbdə heç kimin olmadığı, qeyri dərs vaxtlarında Nərmin Quliyeva ilə bilikdə məktəbin idman zalına və ya idman zalında ayrılmış müəllimlər otağına girərək 2-3 saat orada birlikdə olması məktəb direktorunda və məktəbin pedaqoji kollektivində şübhə yaratması səbəb olmuşdur. Bundan sonra məktəbin direktoru ilk öncə iddiaçını otağına çağırıb bu barədə məlumat istədikdə məktəbin direktoruna aqressiv cavab vermişdir. Bundan sonra məktəbin direktoru, məktəbin Vİİİ sinif şagirdi X*8 və məktəbin psixoloqunu otağa dəvət edərək psixoluqun iştirakı ilə onu dinləmiş və sonra məktəbin psixoloqu Heyran Səfərovanın iştirakı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın adına izahat yazılmışdır. Nərmin Quliyeva izahatında bildirib ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Vİ sinifdə oxuduğu zaman, yəni ** yaşı olan zaman məktəbin idman zalında ona yaxınlaşaraq onu sevdiyini bildirmişdir. Nərmin Quliyeva da ona sevdiyini bildirmişdir. Həmin vaxtdan onlar bir-birini sevmişlər. Onlar hətta bir neçə dəfə məktəbin idman zalında və qarderobunda bir-birlərini necə sevdikləri barədə söhbətlər etmişlər. Nərmin Quliyeva Vİ sinifdə oxuyarkən məktəbin idman zalının qarderobunda onlar təklikdə olan zaman Hüseyn müəllimin onun yanına gəldiyini, onu çox istədiyini deyib qucaqlayaraq onun üzündən öpdüyünü, hətta 2023-cü ilin sentyabr ayının *4-də ilk dərs günü Hüseyn müəllimin onunla idman zalının müəllimlər otağında təklikdə görüşdüyünü Hüseyn müəllimin onu qucaqlayaraq dodağından öpdüyünü demişdir. Nərmin Quliyeva bunu istəməyib geri çəkildiyi zaman Hüseyn müəllim ona yenidən yaxınlaşaraq dodağının ətrafından öpdüyünü, bundan sonra ona qarşılıq vermədiyini, onunla öpüşəndə onu qucaqlayaraq üzbə-üz özünə sıxıb və əlləri ilə arxa nahiyyəsini sığalladığını demişdir. Bir neçə dəfə balaca bacısı Sevilin onlarla birlikdə olduğunu, lakin onun müəllmlə etdiyi hərəkətlər barədə ona heç bir söz demədiyini, Hüseyn müəllimin öz evinə aparıb onu evinə aparacağını, onun fiziki tərbiyə müəllimi kimi işə düzəldəcəyinə, ona mobil telefon alacağını söz verdiyini, onunla aralarında cinsi münasibətlərin olmadığını bildirmişdir. Məktəbin müəllim kollektivi onlar arasında olan isti münasibətlərdən şübhələnib Nərmin Quliyevanı məktəbin direktor otağına dəvət edib orada söhbət edib otaqdan çıxarkən Hüseyn müəllimin ona yaxınlaşıb “bizi ayırmaq istəyirlər, qələt edirlər bizi heç kim ayıra bilməz” sözlərini dediyini, dərsdən sonra görüşüb gəzməyə getməyi ona təklif etdiyini, lakin Nərmin buna şərait olmadığı üçün görüşə bilməyəcəyini qeyd etmişdir. Məktəbin direktoru Nisə Fərəcova tərəfindən ilk öncə Nərmin Quliyevanın anası X34 məktəbə dəvət etmiş və Nərminin məktəbin müəllimi İddiaçılə olan müəllim şagird etikasına zidd hərəkətlər barədə ona məlumat verlmişdir. Bundan sonra məktəbin direktoru və Nərmin Quliyevanın anası X5* tərəfindən müəllimin şagirdə qarşı olan qeyri etik hərəkətlərinin araşdırılması üçün Suraxanı RPİ-yə müraciət olunmuşdur. Eyni zamanda müəllimin şagirdə qarşı etdiyi qeyri-etik davranış qaydaları barədə Nərmin Quliyevanın anası məktəbdə İddiaçı qarşı ona irad tutub məktəbin inzibati binasında qışqırıb onunla mübahisə edərkən məktəbdə oxuyan şagirdlər və övladlarını məktəbə gətirib-aparan valideyinlərdə bundan xəbər tutub ərizə ilə məktəbin direktorunun adına müraciətlər yazaraq İddiaçı onların övladlarına da qarşı kobud rəftarlar etməsini və hazırki vaxtda məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı qeyri-etik davranışlar etməsini göstərərək müəllimin işdən azad olunmasını, əks təqdirdə isə övladlarını məktəbə buraxmayacaqlarını bildirmişdirlər. Azərbaycan Təhsil İşçiləri X52 Suraxanı rayon Komitəsinin məktəbin fiziki tərbiyə müəllimi İddiaçı iş prosessndə əmək intizamı qaydalarına əməl etməməsi, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirməməsi, valideyinlər və şagirdlər arasında mənfi fikir yaratması, məktəbin Vİİİ sinif şagirdi X33 ilə dərs zamanı və dərs saatlarından sonra müəllimə yaraşmayan hərəkətlər etməsi məktəbin ilk həmkarlar təşkilatında baxılmış və iclasın gedişində yetərsay (57 nəfər) olmasını nəzərə alaraq qərar qəbul edilmişdir. İclasda müəllimin şagirdə qarşı etdiyi qeyri etik davranış qaydaları məktəb kollektivində mənfi psixoloji fikir yaratdığını və məktəbin müəlliminin məktəbdə fəaliyyət göstərməsi məqbul hesab edilməmiş və İddiaçılə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz etməmişlər. Bundan başqa iş üzrə iddiaçı iddia ərizəsində göstərir ki, işlədiyi dövr ərzində hər hansı bir nöqsanı olmamış, daimi müəllim adına yaraşan şəkildə işləmiş və fəaliyyət göstərmişdir. O daim şagird, müəllim və texniki heyət tərəfindən normal qarşılanmışdır. İşini layiqincə görmüş və işində daimi məsuliyyətli olmuşdur. Halbuki, iddiaçı işlədiyi dövr ərzində bir neçə dəfə məktəbdə etik davranış qaydalarını pozmasına, məktəbin daxili nizam intizam qaydasını pozmasına, şagirdlərə qarşı qeyri etik hərəkətlər etməsinə görə ona intizam tənbehləri verilmişdir. Belə ki, 3*.0*.20*9-cu il tarixdə İddiaçı birinci yarımil ballarını və qiymətlərini düzgün hesablayıb çıxarmamasına görə AR-nın ƏM-nin *86.2-ci bəndinə əsasən ona töhmət verilmişdir. *0.02.2020-ci il tarixdə müəllim jurnalının aparılması təlimatını pozduğuna görə ona həmin maddə ilə töhmət verilmişdir. 29.*2.2022ci il tarixdə iddiaçı məktəbin müəllim etik davranış qaydalarını pozduğuna, şagirdlərə davranış prosesində yol verdiyi nöqsanlara, keyfiyyətsiz dərs etdiyinə görə ona həmin maddə ilə töhmət verilmişdir. xx.xx.2023-cü il tarixdə eyni əsaslarla islah olmayıb yenidən iddiaçı məktəbin müəllim etik davranış qaydalarını pozduğuna, dərsə məsuliyyətsiz yanaşdığına görə ona töhmət verilmişdir. *9.06.2023-cü il tarixdə iddiaçıya üzrlü səbəb olmadan iş vaxtı rejimini dəfələrlə pozması, işə tez-tez gecikməsi və icazə almadan işdən tez getmə hallarına yol verməsi, müəllim etik davranış qaydalarını pozaraq təhsil alanlarla ayrı-ayrılıqda kobud rəftara yol verməsi səbəbindən tənbeh tədbiri tətbiq edilmişdir. Bununla əlaqədar olaraq ona dəfələrlə xəbərdarlıqlar edilməsi, eyni zamanda yuxarıda qeyd edilən tarixlərdə töhmət verilməsinə baxmayaraq bunlardan nəticə çıxarmayıb xx.xx.2023-cü il tarixdə Vİ sinif şagirdi X*9 fiziki güc tətbiq edərək dərsdən çıxarması və bu əsaslarla müəllim etdik davranış qaydalarına zidd davranış göstərməsi səbəbindən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və həmin əmrdə də gələcəkdə belə hallara yol verdiyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tətbiq ediləcəyi bildirilmişdir. Nəhayət son xəbərdarlıq və şiddətli töhmət verilməsindən 5 ay sonra 27.**.2023-cü il tarixdə yuxarıda qeyd etdiyimiz əsaslar və ən əsası Nərmin Quliyevaya qarşı müəllim adına yaraşmayan hərəkətlər etdiyinə görə o AR-nın ƏM-nin 70 maddəsinin ç bəndinə əsasən 27.**.2023-cü il tarixdən işdən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bundan başqa iddiaçının məktəbdə şagirdlərə qarşı qeyri-etik davranışları ilə bağlı məktəbin pedaqoji kollektivi tərəfindən, müəllim adına yaraşmayan hərəkətləri barədə aktlar tərtib olunmuşdur. Həmin aktlarda göstərilmişdir ki, məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbin fiziki tərbiyə müəllimi işləmiş İddiaçı fiziki tərbiyə dərsini tədris etməsindən narazıdırlar. Şagirdlər onun dərsinə girməkdən imtina edirlər. O dərsdə müvafiq formadan istifadə etmir. Bu hərəkətləri barədə ona kollektiv tərəfindən irad bildirilsə də o aqressiv hərəkət nümayiş etdirərək məktəb rəhbərliyinə “mənim hüquq mühafizə orqanlarındakı işim üzrə bəraət aldıqdan sonra buradakı abırsızlar mənə cavab verməli olacaqdır” deyə etirazını bildirmişdir. Eyni əsaslarla məktəbin pedaqoji kollektivi tərəfindən tərtib edilmiş *6.**.2023-cü il tarixli akt aktla da müəyyən edilir ki, valideynlər övladlarını İddiaçı davranışlarına görə məktəbə buraxmaq istəmirlər. 27.**.2023-cü il tarixdə tərtib edilmiş aktlarda müəyyən olunur ki, İddiaçı işdən azad olunmasına baxmayaraq qanunun tələblərini pozaraq dərsə girmiş və jurnalı yazmışdır. 29.**.2023-cü il tarixdə işdən çıxarıldığı üçün əmək kitabçasını götürmək barədə ona məlumat verilməsinə baxmayaraq o gəlib əmək kitabçasını götürməmişdir. xx.xx.2023-cü il tarixdə məktəbin digər fiziki tərbiyə müəllimi X*5 ilə İddiaçı arasında konflikt yaranmış və konflikt zamanı o, müəllimin etik davranış qaydalarını pozmuşdur. Bununla bağlı da akt tərtib olunmuşdur. 26.*0.20*8-ci il tarixdə, 30.09.20*9-cu il tarixdə, **.*0.202*9-cu il tarixdə, *9.**.20*9-cu il tarixlərində iddiaçı tərəfindən yuxarıda qeyd edilən eyni əsaslarla pozuntular edildiyinə görə məktəbin pedaqoji kollektivi tərəfindən aktlar tərtib olunmuşdur. Hesab edir ki, məktəbin fiziki tərbiyə müəllimi iş üzrə İddiaçı şagirdlər, ən əsası məktəbin Vİİİ sinif şagirdi Nərmin Quliyevaya qarşı etdiyi qeyri-etik davranış normaları səbəbindən, eyni zamanda məktəbdə oxuyan digər şagirdlərə və ümumiyyətlə məktəbin pedaqoji kollektivinə qarşı etmiş olduğu hörmətsizliklər səbəbindən ona bir neçə dəfə verilmiş intizam tənbehindən nəticə çıxarmayıb yenidən müəllim adına sığmayan əsaslarla şagirdə qarşı etmiş olduğu qeyri etik davranışlarına görə məktəbin onu AR-nın ƏM-nin 70 maddəsinin ç bəndi ilə işdən çıxarması qanuni, əsaslı və ədalətli olduğundan iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi X35 izahatında göstərdi ki, müəllim təkcə məktəbin şagirdi Nərminə görə işdən aza edilməyib. Müəllimin müxtəlif vaxtları əhatə edən ərizə və töhmətləri var. İddiaçı deyir ki, Nisə xanımın korrupsiya əməllərindən xəbər tutmuş, bunu işıqlandırdığı üçün onu işdən azad etmişlər. Həmin məktəbdə Nisə müəllimə cəmi bir il işləyib, sonradan başqa məktəbə işləməyə getmişdir. Həmin məktəbdə sonradan Günel müəllimə direktor təyin olunmuş və sözügedən əmri imzalamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Əmək Məcəlləsi üzrə müəllimlərin etik davranış qaydalarına riayət edilmədiyindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı etiraf edir ki, şagird özünə qapanan, psixoloji problemləri olan biridir. Bunu bilə-bilə müəllim məktəbin müvafiq məsul şəxslərinə bu barədə məlumat verməmişdir. Əksinə vəzifə səlahiyyətlərini aşaraq həmin şagirdlə müəllim-şagird münasibətlərini aşan yaxınlıq etmişdir. İddiaçı həmçinin etiraf edir ki, şagirdin ona qarşı isti hislərinin olmasından xəbərdar olmuşdur. Buna baxmayaraq, müəllim bununla bağlı rəhbərliyi məlumatlandırmamış, əksinə şagirdə müəllimə aid olan yaxınlıq və qayğı göstərməyə davam etmişdir. Şagirdin psixoloji vəziyyəti ilə məşğul olmaq idman müəlliminin səlahiyyətlərini aşan məsələdir. Şahid izahatı Məhkəmə iclasında şahid qismində dindirilən X5* ifadəsində göstərdi ki, o, Nərminə Quliyevanın anasıdır. Qızı Nərmini məktəbin müəllimi Hüseyn müəllim maşınına mindirirdi. O, kiçik qızını məktəbdən götürməyə gedəndə ona bildirmişlər ki, məktəbin müdiriyyəti onu görmək istəyir və orada ona bildirdilər ki, qızı Nərminlə məktəbin müəllimi Hüseyn müəllim arasında sevgi yaşanır, onlar görüşürlər, söhbət edirlər, Hüseyn müəllim onun qızı Nərmini maşınına oturdur, öpüşürlər, söhbət edirlər. Nərminlə sevgili olublar, Hüseyn müəllim qızına deyib ki, səni alacağam. Nisə müəllimə dedi ki, bununla bağlı videoçəkiliş var. O, polisdə ifadə verəndə ona heç bir təzyiq olunmayıb. Kamera çəkilişlərinə o, şəxsən baxmayıb, Nisə müəllimə dedi ki, kamera çəkilişləri var. Qızı Nərminin heç bir psixi problemləri yoxdur və olmayıb. Qızı Nərmin onunla birlikdə yaşayır. X72 müəllimin tərəfini saxlayır. İndi də onu müdafiə edir. İş materialları Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 30 №-li əmrinin 3*.0*.20*9-cu il tarixli çıxarışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.*2.20*8-ci il tarixli 8/* №-li təlimatına uyğun birinci yarımil ballarının və qiymətlərinin düzgün hesablayıb çıxarılmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin «A» bəndinə əsasən töhmət verilmişdir. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 3*9 №-li əmrinin 29.*2.2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı məktəbin müəllimi etik-davranış qaydalarını pozduğu, şabirdlərlə davranış prossində yol verdiyi nöqsanlara, keyfiyyətsiz dərs etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 57 saylı əmrindən *0.02.2023-cı il tarixli çıxarışından görünür ki, İddiaçı müəllim jurnallarının aparılmarılmasına dair təlimatı pozduqlarına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsiin 2-ci hisəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 99 saylı əmrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı - fiziki tərbiyə müəllimi-etikdavranış qaydalarını pozduğu, dərsə məsuliyyətsiz yanaşdığı üçün Azərbaycan Respublikası ƏM-nin *86-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin *39 saylı əmrindən *9.06.2023-cü il tarixli çıxarışdan görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin "b" nə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 239 saylı əmrindən 27.**.2023-cu il tarixli çıxarışından görünür ki, İddiaçı məktəbin fiziki tərbiyə müəllimi iş prosesində əmək intizamı qaydalarına əməl etmədiyinə, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirmədiyinə, valideynlər və şagirdlər arasında mənfi fikir yaratdığına, məktəbin 8-ci sinif şagirdi X33 ilə müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 24.**.2023-cü il tarixdən işdən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 232 nömrəli tam orta məktəbin 24.**.2023-cü il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Məktəbin İlk Həmkarlar Təşkilatlarının sədrinə ünvanladığı məktubundan görünür ki, Məktəbin fiziki tərbiyə müəllimi İddiaçı iş prosesində əmək intizamı qaydalarına əməl etməməsi, iş vaxtı ərzində müvafiq səlahiyyətli orqanın tapşırıqlarını vaxtında yerinə yetirməməsi, valideynlər və şagirdlər arasında mənfi fikir yaratması, məktəbin Vİİİ sinif şagirdi X33 ilə aralarında müəllimə yaraşmayan hərəkətlər etməsi məsələsinə məktəbin ilk həmkarlar təşkilatı 23.**.2023 - cü il tarixdə keçirilən iclasında baxılmışdır. İclasda Suraxanı rayon ATİAHİ-nin sədri Fərhad Həsənov, müavini Tahir Xudaverdiyev və məktəbin direktor əvəzi Günel İsmayılova dəvət olaraq iştirak etmişlər. Müraciətdə valideynlərin (34 nəfər) məktəb rəhbərliyinə yazılı müraciət edərək müəllim haqqında tədbir görülməsini tələb etmələri iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Hazırda məktəbin sabiq direktoru N.Fərəcovanın məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi də bildirilmişdir. İclasın gedişində yetər say (57 nəfər) olmasını nəzərə alaraq qərar qəbul edilmişdir, iclasın gedişində çıxış edənlər (5 nəfər) məsələnin kollektivdə mənfi psixoloji fikir aratdığını bildirmişlər. İştirakçıların səs çoxluğu ilə (3* nəfər) İddiaçı müəllim kimi fəaliyyət göstərməsi məqbul hesab edilməmişdir. Yuxarıda göstərinləri, müvafiq sənədlərin toplanmasını, digər məsələlərə görə müəllimə inzibati cəza verildiyini nəzərə alasraq məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz etmir. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xüsusi hallar bölməsinə ünvanladığı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 5-ci saat 6b sinifində fiziki tərbiyə dərsini sinifdə tədris edən zaman həmin sinfin şagirdi Aslanov Yusifi sinifdən çıxarıb. Sinif rəhbəri bunun səbəbini soruşanda o bildirib ki, Yusif onun sözünə baxmırmış, məktəb rəhbərliyi olaraq məsələni araşdırdıq. Müəllimdən izahat yazması tələb olundu lakin, o, izahat yazmadı. Araşdırma zamanı aydın oldu ki, dərs zamanı sinfə digər fiziki tərbiyə müəllimi Sideyifzadə Rövşən daxil olub Hüseyn müəllimə nəisə deyib, sinifdən çıxanda əlində olan vinti (şurup) Yusifə verib. Yusif sinif yoldaşlarına vinti göstərib, zibil qabına atmaq istəyib. Müəllim onun sinifdə gəzdiyini görüb və onun boynundan tutub qapıdan çıxarıb. Şagirdlə söhbət apardıq. Valideyni məktəbə dəvət etdik. Valideyn bildirdi ki, Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. Məktəb Həmkarlar təşkilatının sədrinə məlumat verildi. Həmkarların iclasını çağırmaq qərarı verildi. Qeyd edək ki, fiziki tərbiyə müəllimi İddiaçı 2022/2023-cü tədris ilində 2 dəfə vəzifə funksiyalarını düzgün yerinə yetirə bilmədiyi üçün töhmət almışdır. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin *0.*0.2023-cü il tarixli 200 saylı Bakı həhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevaya ünvanladığı məlumatından görünür ki, İddiaçı *5.09.20*8-ci il tarixdən məktəbə fiziki tərbiyə müəllimi olaraq işə təyin olunmuşdur. Məktəbə uyğun olmayan geyim tərzi, saqqalla və aksesuarlarla məktəbə daxil olması, dərsə gecikməsi, dərs saatı bitmədən idman zalından çıxıb getməsi, digər fiziki tərbiyə müəllimləri ilə kobud rəftarı ilə bağlı dəfələrlə rəhbəriik müəllimlə tövsiyə xarakterli söhbətlər aparmışdır. xx.xx.2023-cü il tarixdə həmkarı digər fiziki tərbiyə müəllimi Nəsirova Tahirənin üstünə gedərək onu vurmaq istəyəndə son anda məktəbin təsərrüfat işləri üzrə direktor müavini araya keçmiş və vurmağa qoymamışdır. xx.xx.2023-cü il tarixdə 5-ci saat məktəbin VP sinfində fiziki tərbiyə dərsində müəllim İddiaçı VP sinif şagirdi X20 boynundan sıxaraq (şagirdin dediyinə görə) sinifdən çıxarmışdır. Sinif rəhbəri məsələni aydınlaşdırmaq üçün sinfə daxil olmuş, İddiaçı onunla kobud rəftar edərək “Mənim dərsimə mane olma, uşaq özünü apara bilmir, çıxartmışam”,- demişdir. Daha sonra sinif rəhbəri məktəb rəhbərliyinə məlumat vermişdir. Rəhbərlik İddiaçılə bu məsələni aydınlaşdıranda o direktora “Mən o uşağı vurmamışam, özünü apara bilmirdi, sinifdən çıxartmışam” ,-demişdir. Rəhbərlik ona bu davranışın doğru olmadığını və artıq neçənci dəfə təkrarladığını, təhsilalanlarla kobud davrandığını xatırlatmış və izahat yazmağı tələb etmişdir. Lakin müəllim izahat yazmamış və bildirmişdir ki, valideyn gəlsə özüm cavab verəcəm. Elə həmin gün axşam saat *700 radələrində şagirdin babası məktəbə gəlmiş və bildirmişdir ki, müəllim haqqında polisə şikayət ərizəsi yazmışdır. Müəllimin davranışları haqqında məktəb həmkarlar təşkilatının sədrinə məlumat verildi, Məsələ həmkarların iclasına qoyuldu. Müəllim A.Hüseyn iclasda səhvini etiraf etmədi. Hətta bildirdi ki, məni heç kimin müdafiə etməsinə ehtiyac yoxdur. Həmkarları onu intizamlı davranışa dəvət etsə də heç bir faydası olmadı. Elə buna görə də məktəbin ilk həmkarlar təşkilatının iclasında bu qərara gəlindi ki, A.Hüseyn məktəb rəhbərliyinin onun haqqında verdiyi qərara hörmətlə yanaşsın. Belə ki, AR ƏM-nə əsasən A.Hüseynə töhmət verildi və müəllim dəvət olunaraq əmrlə tanış edildi, əmrin bir surəti ona təqdim edildi və bildirildi ki, tanış olub imzalasın. Lakin A.Hüseyn əmri oxudu imzalamadı və bu töhmətlə razılaşmadığını bildirdi. Mövcud vəziyyət aktlaşdırıldı. Bundan əlavə xx.xx.2023-cü il tarixində məktəbin 8-ci sinif şagirdi Quliyeva Nərmin dərsdən sonra bacısı Quliyeva Sevil ilə idman zalına getmiş, fiziki tərbiyə müəllimi İddiaçı ilə söhbət etmişdir. Məktəbin UBR rəhbəri Mədinə İskəndərova qızlardan nə üçün burada olduqlarını soruşmuş, onları evə yola salmışdır. Məsələni aydınlaşdırmaq üçün məktəbin rəhbərliyi və məktəbin psixoloqu qızlarla söhbət aparmış, valideyni məktəbə dəvət etmişdir. Araşdırma zamanı aydın oldu ki, Quliyeva Nərmin A.Hüseyn müəllimə ona telefon almasını söyləmiş, o da telefon verəcəyini bildirmişdir. Daha sonra Nərmin izahatında bildirdi nüəllim ona deyib ki, bacını evə yola sal ikimiz qalaq aparım səni gəzdirim. Bir də onu etiraf etdi ki, bir dəfə Hüseyn müəllim onun bacısı və özünü şəxsi avtomobili ilə evlərinə aparıb, Valideynə bu barədə məlumat verəndə valideyn bütün bunlardan xəbərsiz olduğunu bildirdi xahiş etdi ki, məsələ ciddi araşdırılsın. Valideynlə müəllim arasında qısa insident yarandı, dərhal valideyni və müəllimi sakitləşdirdik. Daha sonra Suraxanı rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla iş üzrə bölmənin əməkdaşlarını məktəbə dəvət etdik. Onlar müəllimlə və şagirdlə ayrı-ayrılıqda söhbət apardılar. xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə X29 xidmətin təşkili üzrə metodisti Heyran X* aldığı izahatında Quliyeva Nərmin bildirmişdir ki, o, fiziki tərbiyə müəllimini çox istəyir, onunla zaman fərdi şəkildə zaman keçirdiklərini, müəllimin ona qayğı göstərdiyini, məktəbin idman zalında çay içdiklərini və müəllimə problemlərini danışdığını bildirdi. Nərmin bəzən fiziki tərbiyə dərslərində iştirak etmək istəmədiyini, qızların geyinib-soyunma otağında tək oturduğunu və Hüseyn müəllimin həmin otağa gələrək ona qayğı göstərdiyini, qucaqlayıb öpərək dəstək göstərdiyni bildirdi. Dəfələrlə uşaqlar getdikdən sonra idman zalında şokoladla çay içərək söhbət etdiklərini qeyd etdi. Bacısı Sevillə evə gedərkən Hüseyn müəllimin öz maşını ilə onları evlərinə qədər apardıqlarını bildirdi “Hüseyn müəllim mənə böyüyüb idman müəllimi olmağımı, birlikdə işləməyimizi deyirdi. O, bir gün məni evinə aparacağını və gələcəkdə o evdə birlikdə yaşayacağını deyirdi. Əhvalım pis olanda məni qucaqlayaraq öpürdü, məni çox istədiyini deyirdi. Bir çox hallarda bacısı Sevil yanımızda olurdu, lakin onun yanında Hüseyn müəllim mənə qarşı o hərəkətləri etmirdi. Sevil isə çox vaxt bizim yanımızda olmaq istəyirdi, bizi birlikdə qoyub heç yerə getmək istəmirdi”. Bu cürə hadisələr məktəb heyətinin və valideynlərin narazılığına səbəb olmuşdur, valideynlər arasında məsələ ilə bağlı müzakirələrin olması məlumdur. Belə ki, bəzi valideynlər mövcud durumdan ciddi narahatlıq keçirdiklərini bildirir. Xüsusilə, qız şagirdlərini idman zalına buraxmaq istəmədiklərini etiraf edirlər. Bu məsələ məktəb rəhbərliyini və pedaqoji kollektivi ciddi narahat edir. Məktəbimiz haqqında rəyin formalaşmaması üçün İddiaçı ilə bağlı hansı tədbirlərin görülməsi barədə bizə tövsiyə və məsləhət verməsi xahiş edilmişdir. Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin 26.*0.20*8-ci il tarixli aktdan görünür ki, 232 №-li tam orta məktəbin direktoru X36, Təsərrüfat İşləri üzrə direktor müavini X2*, Tərbiyə işləri üzrə direktor müavini X5, Təlim-tərbiyə işləri üzrə direktor müavini X*2, Həmkarlar İttifaqı Komitəsinin sədri X44, məktəbin psixoloqu X37, məktəbin UBR X8, məktəbin katibəsi X4 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimləri İddiaçı və X*5 arasında yaranmış mübahisəni direktor yanı müşavirədə araşdırdı. Araşdırma zamanı məlum oldu ki, fiziki tərbiyə müəllimi Abdullayev Hüseyn Şirəli oğlu tənəffüs zamanı dərsinin boş olduğu zamanlar məktəbin arxa hissəsində siqaret çəkmişdir. Müəllim İddiaçı səhvini etiraf etdi və bu halın bir daha baş verməyəcəyinə söz verdi və müəllimin izahatı alındı. Fiziki tərbiyə müəllimi X*5 məktəbə pişiklər üçün yemək gətirir, pişiklərə məktəbin idman zalında yemek verir. Bu da adları qeyd olunan hər iki müəllim arasında mübahisəyə səbəb olmuşdur. Müəllim Abdullayev Hüseyn Şirəli oğlu səhvini etiraf etdi və bu halın bir daha baş verməyəcəyinə söz verdi və müəllimin izahatı alındı. Lakin digər müəllim X46 qızı irəli sürülən iradları isə aqressiya ilə qarşıladı, ona verilən tövsiyə və iradları qəbul etmədi, izahat yazmaqdan imtina etdi. Hər iki müəllimə “Müəllim-etik davranış qaydaları”nı pozduğunu, idman zalında sanitar-gigiyenik qaydalara düzgün əməl etmədiklərini bildirməklə sonuncu dəfə xəbərdarlıq etdi və nəzərlərinə çatdırdıq ki, birdə belə hal baş verərsə onlar haqqında daha ciddi inzibati tədbir görüləcəkdir. 232 №-li tam orta məktəbinin 30.09.20*9-cu il tarixli məktəbin direktoru X36, direktor müavini Orucəliyev Səfa anhəmid oğlu, həmkarlar təşkilatının sədri X44, X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, məktəbin 6a və 7b sinfinin valideyinləri ərizə ilə müraciət edərək bildirdilər ki, onların adlarına dərs deyən fiziki tərbiyə müəllimi İddiaçı uşaqlarla kobud davranır, nalayiq ifadələr işlədir. Məsələ ilə bağlı direktoryanı müşvirə keçiirildi. Valideyinlər, şagirdlər dinlənildi və məlum oldu ki müəllim uşaqlara qarşı belə rəfdar etmişdir. Müəllim İddiaçı izahat yazmaq tələb olunduqda yazmaqdan imtina etdi, yazanda isə mövzudan kənar ifadələr yazdı, valideynlərin ərizələrinə əsasən. 7b sinfi müəllimdən götürülüb, başqa müəllimə verildi. Müəllim maarifləndirildi, bir daha müəllim etik davranış qaydaları onun qətinə çatdırıldı. Bildirildi ki, bir daha müəllim-etik davranış qaydalarını pozarsa daha ciddi inzibati tədbir görüləcək. 232 nömrəli tam orta məktəbin **.*0.20*9-cu il tarixli Məktəbin direktoru X36, direktor müavini X5, Həmkarlar təşkilatının sədri X44, Təsərrüfat işləri üzrə direktor müavini X2*, UBR X8, X2 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı, dərs vaxtı şagirdləri zalda nəzarətsiz qoyaraq, * lb sinif şagirdi Bayramova Gülüstana özünə aid olan velosipedi məktəbin həyətində sürməyə icazə vermişdir. Beləliklə o, “müəllim etik davranış qaydaları’nı pozaraq, dərs vaxtı şagird üçün təhlükəli şərait yaratmış, şagird etik davranış qaydalarını pozmasına rəvac vermişdir. Şagirdin izahatı alındı və maarifləndirildi. Müəllim İddiaçı izahat yazmaqdan imtina etdi, mənim Nazirlikdə adamım var, o, mənə deyib ki, heç nə üçün izahat yazma dedi və hərəkətinə haqq qazandırdı. Dəfələrlə şagirdləri dərs vaxtı nəzarətsiz qoyub getdiyinə görə xəbərdarlıq olunmasından, maarifləndirmə söhbətlərindən düzgün nəticə çıxarmadığına, müəllim etik davranış qaydalarını pozduğuna görə müəllim İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin *86 - cı maddəsinin 2 - ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi qərara alındı. 232 nömrəli tam orta məktəbin *9.**.20*9-cu il tarixli məktəbin direktoru X36, direktor müavini X5, Həmkarlar təşkilatının sədri X44, X3, X22 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı, dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq 6 b sinif jurnalını yazmır. Müəllimdən izahat tələb etdikdə izahat yazmaqdan imtina edir. Müəllimə sonuncu dəfə xəbərdarlıq olundu. Birdə belə hallara yol verərsə daha ciddi tədbirlər görüləcəyi qərara alındı. 232 nömrəli tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 232 №-li tam orta məktəbin direktoru X45, Təlim-tərbiyə işləri direktor müavini X23, Tərbiyə işləri üzrə direktor müavini X5, HİK-nin sədri X44, Təsərrüfat üzrə direktor müavini X9 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2023-cü il tarixində fiziki tərbiyə müəllimləri X*5 və İddiaçı aralarında yaranmış konfilikt zamanı müəllimin etik-davranış prinsiplərini pozaraq məktəbdə səs-küyə səbəb olmuşlar. Mübahisənin böyüməsinin qarşısını almaq üçün təsərüffat işləri üzrə direktor müavini X2* müdaxilə etmişdir. Məktəbin direktoru X45 və təlim-tərbiyə işləri üzrə direktor müavini X23 müəllimlərin mübahisəsinin səbəbini öyrənmək məqsədilə müəlimləri dinləmiş, müəllimlər etdikləri əməldən peşman olmadıqlarını bildirdilər və izahat yazmaqdan boyun qaçırdılar. 232 nömrəli tam orta məktəbin *6.*0.2023-cü il tarixli aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlı 20*8-ci ildən bəri dəfələrlə təkrarlanan müxtəlif insidentlərin şahidi olmuşlar. Belə ki, o, digər fiziki tərbiyə müəllimi Nəsirova Tahirə kobud davranaraq müəllimə yaraşmayan hərəkətlər sərgiləmişdir. 2022-2023-cü tədris ilinin əvvəlində *3.09.2023-cü il tarixdə keçirilən pedaqoji yığıncaqda geyim tərzinə (papaqla oturmağa cəhd etdiyi üçün) irad tutularkən rəhbərliyə qarşı nəzakətsiz davranaraq iclas zalını tərk etmişdir. daha sonra 7 b sinfində müəllimin etik davranış prinsiplərini pozaraq şagirdə qarşı sərt davranış göstərmiş, məsələyə münasibəti bildirən rəhbərliyə və valideynə qarşı çıxmışdır. 2022-2023-cü tədris ilinin sentyabr ayında 8b sinif şagirdi Q.Nərminlə bağlı məktəbə və müəllim adına xələl gətirən hadisələrin baş verməsindən də xəbərdardılar. Valideynlər ayrı- ayrılıqda hər birinə yaxınlaşır, məsələnin mahiyyəti ilə maraqlanırlar. Hətta bəziləri qız övladlarını idman zalına göndərməkdə imtina etdiyini bildirir. Onlarda kollektiv olaraq məsələlərə, xüsusilə valideynlərin ciddi təlaşına biganə deyillər, alışdıqları təhsil müəssisəsi haqqında neqativ fikirlərin formalaşması hər birini ciddi şəkildə narahat edir. 232 nömrəli tam orta məktəbin 02.**.2023-cü il tarixli 232 №li tam orta məktəbin direktor əvəzi X23, Həmkarlar İttifaqı Komitəsinin sədri X44, məktəbin katibəsi X24, sinif rəhbəri X39, sinif rəhbəri X30, sinif rəhbəri X25 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, fiziki tərbiyə müəllimi İddiaçı ciddi valideyn etirazlarının əks olunduğu ərizələrinin məzmunu atdırıldı. Bununla bağlı izahat yazmaq tələb olunsa da izahat yazmaqdan imtina etdi. 232 nömrəli tam orta məktəbin 02.**.2023-cü il tarixli aktdan görünür ki, 02.**.2023cü il tarixdə məktəbin direktor əvəzi Günel İsmayılovanın çağırışı ilə kabinetdə fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlı valideynlərin etirazı əsasında fiziki tərbiyə dərslərində yaranan ciddi problemlərin müzakirəsi üçün yığışmışlar. Son həftələrdə baş verən hadisələr göstərir ki, valideynlər övladlarına Hüseyn müəllimin fiziki tərbiyə dərsini tədris etməsindən narazıdırlar. Şagirdlər onun dərsinə girməkdən imtina edir və dərsdə müvafiq formadan istifadə etmirlər. Hüseyn müəllim sinif rəhbərlərini vəziyyətə nəzarət etməməkdə günahlandırdı. Vəziyyətin valideynlərlə əlaqəli olduğu izah olunduqda o, aqressiv hərəkətlər nümayiş etdirdi. Məktəb rəhbərliyinə “Mənim hüquq mühafizə orqanlarındakı işim bəraət aldıqdan sonra buradakı abırsızlar mənə cavab verməli olacaqlar”, - deyə etirazını bildirdi. 232 nömrəli tam orta məktəbin 27.**.2023-cü il tarixli 232№li tam orta məktəbin direktor əvəzi X23, Həmkarlar İttifaqı Komitəsinin sədri X44, Təsərrüfat işləri üzrə direktor müavini X2*, məktəbin katibəsi X24, məktəbin psixoloqu X6 iştirakı ilə yazılmış aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 5-ci gün yəni, 24.**.2023 cü il tarixdə 27.**.2023- -cü il tarixdən işdən azad olunacağı barədə məlumat verilməsinə baxmayaraq 27.**.2023-cü il tarixdə *-ci dərsə gələrək 9b sinfində dərsə başlayıb və jurnalı yazmışdır. 232 nömrəli tam orta məktəbin 29.**.2023-cü il tarixli 232 №li tam orta məktəbin direktor əvəzi İsmayılova xünel Nurağa qızı, Həmkarlar İttifaqı Komitəsinin sədri X44, Təsərrüfat işləri üzrə direktor müavini X2*, məktəbin aborantı X*3, məktəbin psixoloqu X6 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəb rəhbərliyi tərəfindən 29.**.2023-cil il tarixdə saat *5:02-də telefonla zəng olunub əmək kitabçasını məktəbdən götürülməsi bildirilmişdir. Lakin, Hüseyn müəllim “Bu gün vaxtım yoxdur, vaxtım olanda gəlib götürərəm” demişdir. Suraxanı RPİ-nin 3*-ci PŞ-ni baş təhqiqatçısı polis mayoru Sail Hacıyevin *6.07.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3* şikayət ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə X29 xidmətin təşkili bölməsinin baş metodisti Heyran Səfərovanın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan məktuba əsasən xx.xx.2023-cü il tarixində Suraxanı rayonu D. Məmmədzadə adına 232 №-li məktəbdə baş verən hadisəni araşdırmaq üçün həmin məktəbdə ilk olaraq Vİİİ “B” sinif şagirdi X40 ilə görüş təşkil olundu. Görüş zamanı şagirdin emosional, sosial, intellektual, kommunikativ sferasında və ümumi davranışında zəif xüsusiyyətlər müşahidə edildi. Həmçinin, şagirdin təlim nəticələri çox aşağı səviyyədədir. Görüş prosesində şagirdin emosional-iradi sferasının və davranışlarının müxtəlif xüsusiyyətləri də aşkar olundu. O, kontakta çətinliklə girir, stabil xarakter daşıyır, neqativizm nümayiş etdirmirdi. Nitqi zəif, ünsiyyət bacarıqları aşağı səviyyədədir. Şagird tam ailədə yaşayır. Ailə 4 uşaqdan (* oğlan, 3 qız) ibarət ailədir. Maddi və sosial imkanları çox aşağı səviyyədədir. Belə ki, məktəb kollektivi artıq neçə ildir ki bu ailənin uşaqlarına maddi yardım təşkil edir və vacib ehtiyaclarla şagirdləri təmin edirlər. Nərmin evin 3-cü övladıdır. Anamnezə görə (şagirdin dediklərindən) o, fiziki tərbiyə müəllimini çox istəyir, onunla hər zaman fərdi şəkildə zaman keçirdiklərini, müəllimin ona qayğı göstərdiyini, məktəbin idman zalında çay içdiklərini və müəllimə problemlərini danışdığını bildirdi. Nərmin bəzən fiziki tərbiyə dərslərində iştirak etmək istəmədiyini, qızların geyinib-soyunma otağında tək oturduğunu və Hüseyn müəllimin həmin otağa gələrək ona qayğı göstərdiyini, qucaqlayıb öpərək dəstək göstərdiyni bildirdi. Dəfələrlə uşaqlar getdikdən sonra idman zalında şokoladla çay içərək söhbət etdiklərini qeyd etdi. Bacısı Sevillə evə gedərkən Hüseyn müəllimin öz maşını ilə onları evlərinə qədər apardıqlarını bildirdi. Hüseyn müəllim mənə böyüyüb idman müəllimi olmağımı, birlikdə işləməyimizi deyirdi. O, bir gün məni evinə aparacağını və gələcəkdə o evdə birlikdə yaşayacağımızı deyirdi. Əhvalım pis olanda məni qucaqlayaraq öpürdü, məni çox istədiyini deyirdi. Bir çox hallarda bacım Sevil yanımızda olurdu, lakin onun yanında Hüseyn müəllim mənə qarşı o hərəkətləri etmirdi. Sevil isə çox vaxt bizim yanımızda olmaq istəyirdi, bizi birlikdə qoyub heç yerə getmək istəmirdi”. Nərmin Hüseyn müəllimlə heç vaxt cinsi əlaqədə olmadıqlarını bildirdi. Nərminin bacısı Sevillə görüş təşkil olundu. O, bacısı Nərminin Hüseyn müəllimi sevdiyini, onların bir-biri ilə fürsət tapdıqda birlikdə vaxt keçirdiklərini bildirdi. Sevil qeyd etdi ki, bacısı Hüseyn müəllimdən ona mobil telefon almağını və onunla yazışmaq istədiyini deyib, Hüseyn müəllim isə ona cavab olaraq telefon alacağına söz verib. Biz bacımla birlikdə idman zalına Hüseyn müəllimin yanına gedəndə müəllim məndən gedib su gətirməyimi istəyirdi ki, Nərminlə ikisi tək qalsınlar. Bir dəfə də müəllim Nərminə dedi ki, bacını yola sal getsin, biz ikimiz gedək gəzək. Lakin mən müəllimin bu sözlərini eşitdiyim üçün heç bir yerə getmədim, bacımın yanında qaldım. Bacım müəllimi çox sevir, hətta ona müəllim yox, Hüseyn deyə müraciət edir. İddiaçı ilə də görüş təşkil olundu. Müəllim artıq 3 ilə yaxındır ki, (6-cı sinifdən ona fiziki tərbiyə fənnini tədris etdiyi vaxtdan) Nərminə psixoloji dəstək göstərdiyini bildirdi. O qeyd etdi ki, “Nərmin emosional cəhətdən çox həssas və zəif xarakterli, özünə qapalı bir şagirddir. Bu səbəbdən mən bütün şagirdlərdən fərqli yanaşaraq onunla tək məşğul oluram, idman zalında və qızların geyinib soyunma otağında görüşərək fərdi söhbətlər edirik” - deyə cavablar verirdi. Müəllim bəzən idman zalında Nərminlə birlikdə çay içdiklərini və şagirdin ona yazı işlərində kömək etdiyini bildirdi. Hüseyn müəllimdən uşağın psixoloji çətinliyi, onun emosional vəziyyəti barədə məktəbdə kimə məlumat verdiyini soruşduqda, o aqressiv şəkildə cavablar verirdi. “Bu barədə heç kimə məlumat verməyə ehtiyac bilmədim. Məktəbin psixoloqu və ya digər müəllimlər universitet bitirməklə deyil, heç kim mənim kimi uşağa düzgün yanaşıb ona dəstək göstərə bilməz” - deyə qeyri-adekvat cavablar verirdi. Görüş zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 20*4-cü il 6 noyabr tarixli, */2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” adlı sənəddə əks olunan tələblər müəllimin nəzərinə çatdırıldı. Onun bir müəllim olaraq bu tələbləri və qaydaları pozması, əxlaq normalarına əməl etməməsi, yeniyetmə (qız) şağirdin psixoloji vəziyyətindən yararlanaraq öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yolverilməzdir. Bu iradlar Hüseyn müəllimə bildirildiyi zaman o çox aqresivləşdi və qeyri- etik davranışlar sərgiləməyə başladı. O, işdən sonra başqa bir yerdə trenajor zalında məşqçi kimi işlədiyini, orada da, məktəbdə də qızları oğlan kimi gördüyünü bildirdi. “Mən bir döşəkdə həm qızlarla, həm də oğlanlarla güləşirəm" deyə yüksək səs tonu ilə qeyri-etik üslubla özünü ifadə etməyə çalışdı. Görüşdə iştirak edən Həmkarlar təşkilatının rəhbəri Kəminə Zalova məktəbin trenajor zalından fərqli bir müəssisə olduğunu, məktəbin təhsil və tərbiyə ocağı olduğunu, burada müəllimlərin gələcək cəmiyyət üçün şəxsiyyət yetişdirdiyini ona xatırlatsa da, Hüseyn müəllim israrla öz haqlı mövqeyini bildirərək heç bir halda müəllim-şagird münasibətlərindəki etik normalara əməl etmədiyini qəbul etmədi. Məktəbin direktoru Nisə Fərəcova, təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, psixoloq Ləman Mehtiyeva və həmkarlar təşkilatının rəhbəri Kəminə Zalova ilə yekun görüş təşkil olundu. Görüşdə Təhsil sistemində Uşaqların Müdafiəsi və Təhlükəsizliyi adlı layihənin məktəb üzrə supervayzeri Şəbinə Balayeva, BŞTİ-nin Daxili Nəzarət sektorunun baş məsləhətçisi Bakir Məmmədov, YYÇ-nın işləri üzrə PİTB-nın rəisi polis palkovnik leytenantı Əfqan Ağayev, YYÇ-nın işləri üzrə PİTB polis kapitanı İlahə Balayeva, YYÇ-nın işləri üzrə PİTB polis kapitanı Əli Abbasov da iştirak etdilər. Yekun rəy: Baş verən neqativ situasiya haqlı olaraq həm məktəb rəhbərliyini, həm də pedaqoji heyəti ciddi şəkildə narahat etmişdir. İddiaçı müəllimlərin etik davranış qaydalarına əməl etməyərək, yeniyetməlik yaşı dövründə psixoloji cəhətdən zəif iradi xüsusiyyətlərə malik olan qız şagirdin vəziyyəti barədə məktəbdə heç bir məsul şəxsə məlumat verməmişdir. Öz vəzifə funksiyalarını düzgün icra etməyərək “şagirdə psixoloji dəstək göstərmək” adı ilə yeniyetmə qız şagirdə məktəbin idman zalında və qızların geyinib-soyunma otağında dərsdənkənar fərdi görüşlər təşkil etmişdir. Yeniyetməlik yaş dövrünə xas olaraq şagirdin müəllimə qarşı sevgi hissləri bəsləməsi görülən haldır. Nərminin psixoloji vəsiyyəti onun yeniyetməlik yaş dövrü böhranı ilə əlaqədar olaraq öz davranışlarındakı mənfi xüsusiyyətləri başa düşməməsindən irəli gəlir. Lakin müəllim bunu hiss etdiyi halda məktəbin psixoloquna, rəhbərliyə, şagirdin sinif rəhbərinə və ya UBTR-ə şagird barədə heç bir məlumat verməyərək yeniyetməyə qarşı qeyri-etik davranışlara yol vermişdir. Məsələ barədə araşdırma davam edir. 232 nömrəli tam orta məktəbin 3*.0*.20*9-cu il tarixli aktdan görünür ki, 232 №-li tam orta məktəbin direktoru X36, Təsərrüfat işləri üzrə direktor müavini X2*, HİK-nin sədri X44, məktəbin katibəsi X*0 iştirakı ilə yazılmış aktdan görünür ki, nəktəbin fiziki tərbiyə müəllimi İddiaçı direktor dəvət edərək barəsində görülmüş intizam tənbehi (AR ƏM-nin *86-cı maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən töhmət) əmri ilə tanış etdi. İddiaçı əmri oxudu, lakin imzalamadı, bildirdi ki, bu düzgün deyil, mən bununla razı deyiləm. Eyni zamanda onun diqqətinə bir daha çatdırdı ki, 3*.0*.20*9-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 28.*2.20*8-ci il tarixli 8/*l№li təlimatına uyğun birinci yarımil ballarının və qiymətlərinin düzgün hesablayıb çıxarılmasına görə töhmət almışdır. Həmin vaxtlarda ondan izahat tələb edilsə də, töhmət verildiyi bildirilsə də rəhbərliyin qərarına şifahi narazlıq etmişdir. İddiaçı özünü haqlı saymış və töhmətlik heç bir əməlinin olmadığını bİldirmişdir. 232 nömrəli tam orta məktəbin *0.02.2020-ci il tarixli 232 №li tam orta məktəbin direktor əvəzi X23, Təsərrüfat işləri izrə direktor müavini X26, HİK-nin sədri Zalova Kəminə 3ehbud qızı, məktəbin katibəsi X24,məktəbin laborantı X7 iştirakı ilə tərtib edilmiş aktdan görünür kİ, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı Şirən oğlunu direktor dəvət edərək barəsində görülmüş ntizam tənbehi (A.R ƏM-nin *86-cı maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən töhmət) əmri ilə tanış etdi. Abduilayev Hiiseyn əmri oxudu, lakin imzalamadı. Bildirdi ki, bu düzgün deyil, mən bununla razı deyiləm. Eyni zamanda onun diqqətinə bir daha çatdırdı ki, töhməti *0.02.2020-ci il tarixində jurnalların aparılmasına dair təlimatı pozduğuna görə almışdır. Həmin vaxtlarda ondan izahat tələb edilsə də, töhmət verildiyi bildirilsə də rəhbərliyin qərarına şifahi narazılıq etmişdir, İddiaçı özünü haqlı sajmış və töhmətlik heç bir əməlin olmadığını bildirmişdir. Tətbiq ediln hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi *86.*. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. *86.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyən Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.* Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *06.* İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 2*7.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdeh məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışmışdır. Sonuncuya işlədiyi dövr ərzində müxtəlif vaxtlarda müəllimin etik davranış qaydalarına əməl etmədiyi üçün töhmət, şiddətli tövmət verilmişdir. Məktəb rəhbərliyi iddiaçı müəllimin həmin məktəbin 8-ci sinif şagirdi Nərminlə müəllim şagird münasibətlərini aşan formada yaxın münasibətdə olduğundan şübhələnmiş, həmin şagirdi sorğulamışlar. Şagird Nərmin isə Hüseyn müəllimin məktəbin idman otağının yanında müəllimlər üçün ayrılmış otaqda çay verdiyini, onu qucaqladığını, öpdüyünü, onunla gələcəkdə bir evdə yaşayacaqlarını, ona telefon alacağını söz verdiyini bildirmişdir. Qeyd edilən halla bağlı həmkarlar komitəsinin rəyi də alınmaqla iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddia tələbinin əsaslandırması ondan ibarətdir ki, ona münasibətdə əmək qanunvericiliyinin tələbləri pozulmuş, işdən azad edilməsi qanunsuz olmuş, ona qarşı qərəzli münasibət olmuşdur. Məhkəmə iddiaçının izahatına və digər iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı, dərs və dərsdən kənar vaxtlarda idman otağının yaxınlığında müəllimlər üçün ayrılmış otaqda məktəbin şağirdi Nərminin onunla birlikdə oturub vaxt keçirməsinə icazə vermişdir. İddiaçı bu hərəkətlərini belə əsaslandırmışdır: Onun bütün şagirdlərlə münasibəti yaxşıdır. Nərminin psixoloji problemləri olduğundan, şagird özünə qapanmağa meylli olduğundan, daima iddiaçının dəstəyinə eytiyac duymuşdur. Hətta şagirdin ona uşaqlıq sevgisi hiss etdiyindən də şübhələnmişdir. Bunu bildiyindən həmin şagirdə qarşı o, həmişə həssas yanaşmış, dərslərə girmədiyini görəndə məktəbdən kənar getməsin deyə özünün oturduğu otaqda onunla bərabər oturmasına icazə vermişdir. Həmin vaxt o öz yazı işləri ilə məşğul olmuş, şagird isə onun yanında oturmuşdur. O, təkcə Nərmini deyil, ehtiyac olduqda digər şagirdləri də avtomobilinə mindirərək ehtiyacı olduqları yerə aparmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş ərizələrə əsasən məhkəmə onu da müəyyən edir ki, baş verənlər məktəbin şagird və valideyn kollektivini də biganə qoymamış, bütün bunlar məktəbdə mənfi ictimai fikir və abu-hava formalaşdırmış, bunun nəticəsi olaraq şagirdlər və valideynlər ərizə yazaraq iddiaçının sözügedən məktəbdə fəaliyyət göstərməsini istəmədiklərini bildirmişlər. Göründüyü kimi, iddiaçının iddia tələbində əsaslandığı hallar maddi hüquq normaları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflərin izahatlarından və işə əlavə edilən sübutlardan müəyyən olunur ki, iddiaçı vəzifə səlahiyyətlərini aşmış, şagirdlərlə aralarında olan müəllim şagird münasibətlərini düzgün idarə edə bilməmiş, şagirdi Nərminin psixoloji problemlərinin olduğunu bilə-bilə bu barədə məktəbin səlahiyyətli şəxslərinə məlumat verməmiş, dərslərə davamiyyətini pozan şagirdlə bağlı müvafiq tədirlər görülməsi üçün addımlar atmaq əvəzinə bunun üçün ona şərait yaradaraq onu dəstəkləmiş, ən əsası həmin şagirdlə müəllim-şagird münasibətlərinin həddini kobud şəkildə pozan və aşan yaxın münasibət qurmuşdur. Məhkəmə qeyd edir ki, 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 80.*-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək funksiyalarını kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmənin gəldiyi nəticə İddiaçı cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı “əmrin ləğvi, işə bərpa olunma və hazırki günə qədər əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbə (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı “əmrin ləğvi, işə bərpa olunma və hazırki günə qədər əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar