Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1068/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasanova İsminaz və onun vəkili X4 iştirakları ilə İddiaçı cavabdeh Qasanova İsminaz və Cavabdeh2 qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair ilkin iddia və qarşlıqıl iddia üzrə iddiaçı X2 qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkəmənin inzibati binasında 15 aprel 2021-ci il tarixdə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Qasanova İsminaz və Cavabdeh2 qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum gəlini X5 məxsus 12 adda əmlakın Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X11 29.09.2007-ci il tarixdə mərhum gəlini X7 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 15.01.2007-ci il tarixdə X12 və 10.09.2008-ci il tarixdə X13 adında nəvələri anadan olmuşdur. Müəyyən səbəblərdən 03.07.2009-cu il tarixində mərhum gəlini X7 mexaniki asfiksiyadan vəfat etmişdir. Mərhum gəlini ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və özü ilə müəyyən sayda əşyaları cehiz olaraq evinə gətirmişdir. Mərhum gəlini vaxtsız ölümündən sonra Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evində 12 qutu qab-qaşıq, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd elektrik soba, 1 ədəd uşaq çarpayısı, 4 qutu bağlamada mebel, 2 ədəd tumba, 2 ədəd korniz, 1 ədəd ütü, 1 ədəd ütü altlığı-masa, 3 çemadan paltar və müəyyən sayda yorğan döşək olan əşyalar qalmış, bəzi əşyalar isə ümumiyyətlə istifadə edilməmiş və bağlamalarda saxlanılmışdır. Qeyd edir ki, yuxarıda qeyd etdiyi əşyaların çıxarılması üçün dəfələrlə mərhumun valideynlərinə- Cavabdeh1 və Cavabdeh2 məlumat vermişdir, lakin mərhumun valideynləri əşyalarla bağlı artıq 5 ildir ki, heç bir lazimi tədbir görmürlər. Əşyalar baxımsızlıq səbəbindən müəyyən deformasiya uğrayır, paltarlar isə qapalı çemodanlarla saxlandığından evdə müəyyən xoş olmayan qorxuya səbəb olurlar. Mərhumun valideynlərinin onun onlara etiyi müraciətə əhəmiyyət verməməsi nəticə etibarı ilə onun məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Odur ki, mərhum gəlini X5 məxsus 12 adda əmlakın Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasanova İsminaz, Cavabdeh2 oğdu cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıların mərhum qızı X3 məxsus cehiz əşyaların mənzildən çıxarılması tələbini irəli sürmüşdür. İddia tələbini onunla əsaslandırmışdır ki, əşyaların çıxarılması ilə bağlı dəfələrlə cavabdehlərə məlumat vermiş, lakin cavabdehlər həmin əşyaların götürülməsi ilə 5 ildir ki, heç bir tədbir görməmişdir. Bununla bağlı əvvəla onu bildirir ki, əşyaların götürülməməsinin səbəbi cavabdehlər tərəfindən iddiaçılara məxsus qızıl-zinət əşyalarının qaytarılmaması olmuşdur. Əvvəla onu qeyd edir ki, iddiaçıların qızının ölümü məhz hazırkı cavabdeh X20 hərəkətlərindən olmuş və iddiaçıların qızı intihar edərək özünü öldürmüşdür. Özünü öldürmə həddinə çatdırma barədə cinayət işi üzrə cavabdeh barəsində hökm çıxmış və cəza çəkmişdir. Bütün bu müddət ərzində cavabdehlər tərəfindən nə bir qızıl əşyası, nə də digər əmlak qaytarılmamışdır. Bütün bu mübahisələr müddətində onların həmin əşyaları qaytarmamasını səbəbi aliment ödəməmək səbəbindən olmuşdur. Yəni onlar həmin əmlak və qızıl-zinət əşyalarının iddiaçılara təzyiq vasitəsi kimi istifadə etməklə onları tələbindən çəkindirmək fikirləri olmuşdur. Qeyd edir ki, İddiaçı tərəfindən qeyd etdikləri əmlaklardan başqa iddiaçıların cavabdehlərdə 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça- 400 manat, 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat sayda və dəyərdə qızıl-zinət əşyaları qalmışdır. Dəfələrlə cavabdehlər qızılları qaytaracaqları barədə söz versələr də bügünə qədər bir ədəd belə olsun qızıl əşyası qaytarılmamışdır. Bu barədə digər işlər üzrə məhkəmə proseslərində də cavabdehlər qızılları qaytaracaqlarını bildirmişlər, lakin hələ də qaytarmamışlar. Bunnula ədaqəda qarşılıqlı iddia üzrə iddiaçı X8 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram- 800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5 qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat, 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5 qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat dəyərində olan əmlakların, əmlakların özü olmadıqda onların dəyəri olan 8110 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 8140 manat pulun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianın təmin olunmasını xahiş etmiş, qarşılıqlı iddia tələbini qəbul etdiyini bildirərək, ilkin və qarşılqıl iddia ərizələrində qeyd olunan əşyaların onda olmasını və həmin əşyaların mənzildən çıxarılması və qarşı tərəfə təhvil verilməsi istədiyini qeyd edərək, bu barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun vəkili X10 qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmiş və ilkin iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və buna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X10 qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmiş və ilkin iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və buna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə iddiaçı, cavabdehin, cavabdehin vəkilinin izahatlarını və çıxışlarını, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu şəklində qiymət verərək, hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Fərdi qaydada fəaliyyət göstərən vəkil X9 ünvanlanmış 08.12.2020-ci il tarixli 05/2569 nömrəli məktuba əsasən, 23.11.2020-ci il tarixli elektron məktuba cavab olarq, Gürcüstan vətandaşı, 01.11.1957-ci il təvəllüdlü Cavabdeh1 (pasport №17AB90487) ölkədə müvəqqəti olma müddəti 05.06.2020-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Gürcüstan vətəndaşı, 24.10.1958-ci il təvəllüdlü Cavabdeh2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Sərhədkeçmə məlumatlarını əldə etmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikas Daxili İşlər Nazirliyi Asan 4 tərəfindən verilmiş 21.10.2020-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı 21 avqust 2007-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.10.2020-ci il tarixli 2412 saylı arayışa əsasən, İddiaçı Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində olan fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzssiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu X11 29.09.2007-ci il tarixdə mərhum gəlini X7 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 15.01.2007-ci il tarixdə X12 və 10.09.2008-ci il tarixdə X13 adında nəvələri anadan olmuşdur. Müəyyən səbəblərdən 03.07.2009-cu il tarixində iddiaçının mərhum gəlini X7 mexaniki asfiksiyadan vəfat etmişdir. Mərhum gəlini İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və özü ilə cehiz əhyaları gətirmişdir. Mərhum gəlini X1 ölümündən sonra Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evində 12 qutu qab-qaşıq, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd elektrik soba, 1 ədəd uşaq çarpayısı, 4 qutu bağlamada mebel, 2 ədəd tumba, 2 ədəd korniz, 1 ədəd ütü, 1 ədəd ütü altlığı-masa, 3 çemodan paltar və müəyyən sayda yorğan döşək olan əşyalar qalmış, eyni zamanda 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat, 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça- 400 manat sayda və dəyərdə qızıl-zinət əşyaları qalmışdır. İddiaçı ilkin iddiada qeyd olunan əşyaların evidən çıxarılmasını tələb edir, qarşılıqlı iddiada göstərilən əşyaların mövcudluğunu təsdiq etməklə, əşyaların qaytarılmasına dair qarşılıqlı iddia tələbini qəbul edir. Cavabdeh ilkin iddianı qəbul etməklə, qarşlıqlı iddiada göstərilən qızıl-zinyət və cehiz əşyaların qaytarılmasını tələb edir. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlmək imkan verir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evində heç bir qanun əsas olmadan mərhum X3 məxsus cehiz əşyalarını saxlanılmaqla İddiaçı mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırdığından iddia təmin olunmalı, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasanova İsminaz və Cavabdeh2 qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum gəlini X5 məxsus 12 qutu qab-qaşıq, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd elektrik soba, 1 ədəd uşaq çarpayısı, 4 qutu bağlamada mebel, 2 ədəd tumba, 2 ədəd korniz, 1 ədəd ütü, 1 ədəd ütü altlığı-masa, 3 çemadan paltar və müəyyən sayda yorğan döşək əşyaların Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması öhdəliyini cavabdehin üzərinə qoyulmalı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasanov İsminaz və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiası təmin edilməli, 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram- 1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul- 500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram- 400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat dəyərində olan əmlaklar iddiaçılar Qasanova İsminaz və Cavabdeh2 verilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Russiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, noversiya prosedurları çərçivəsində süburlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “ əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasanov İsminaz və Cavabdeh2 qarşı əmlakın mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum gəlini X5 məxsus 12 qutu qab-qaşıq, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd elektrik soba, 1 ədəd uşaq çarpayısı, 4 qutu bağlamada mebel, 2 ədəd tumba, 2 ədəd karniz, 1 ədəd ütü, 1 ədəd ütü altlığı-masa, 3 çemadan paltar və müəyyən sayda yorğan döşək əşyaların Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması öhdəliyini cavabdeh ilkin iddia üzrə cavabdeh Qasanov İsminazın və Cavabdeh2 üzərinə qoyulsun. Qarçılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Qasanova İsminaz və Cavabdeh2 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiası təmin edilsin. 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram- 1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat, 2 ədəd hər biri 8 qram-600 manat və 10 qram-800 manat dəyərində olan boyunbağı, 2 ədəd hər biri 5qram- 400 manat və 7 qram 560 manat dəyərində olan qolbağı sep, 2 dəst hər biri 12 qram-960 manat və 14 qram-1120 manat dəyərində sırğa-üzük dəsti, 1 ədəd 5 qram-400 manat dəyərində olan üzük, 1 ədəd 10 qram-800 manat dəyərində abadoq sırğa, 3 ədəd 4, 5 və 5 qram-320, 400 və 400 manat dəyərində olan üzüklər, stol və 6 ədəd stul-500 manat, 1 ədəd 2 nəfərlik çarpayı-300 manat, 1 ədəd güzgü-150 manat, 1 ədəd xalça-400 manat dəyərində olan əmlaklar qarşılıqlı iddia üzrə iddiaçılar Qasanova İsminaz və Cavabdeh2 verilsin. İlkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasanova İsminaz və Cavabdeh2 tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Qasanov İsminaza və Cavabdeh2 ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1068/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1068/2021
15.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver