Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1074/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu) qarşı “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu) “iş stajı faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, *974-cü ildən xarrat kimi, 0*.09.*979-cu il tarixdən isə 08.05.*992-ci il tarixə qədər Şuşa şəhərində fotoqraf vəzifəsində çalışması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə rəsmi ərizə ilə müraciət edərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu) qarşı “iş stajı faktının müəyyən edilməsi” barədə mülki iş üzrə ərizəçi tərəfindən ərizənin geri qaytarılması barədə ərizə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin *70.*-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : Ərizəçi maraqlı şəxs (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu) qarşı “iş stajı faktının müəyyən edilməsi” barədə mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1074/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1074/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver