Məhkəmə qərarları › İş №2(010)-1074/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1074/2024

19.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1074/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdehlər Cavabdeh*, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 MMC-yə qarşı mənzilin əsassız qeydiyyatının ləğv edilməsi və mənzilin ilkin sahibinin adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh*, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 MMC-yə qarşı mənzilin əsassız qeydiyyatının ləğv edilməsi və mənzilin ilkin sahibinin adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, "xxxx" Massivi, ev 2*, **3 saylı mənzilin əsasız olaraq qardaşı Cavabdeh* adına aparılmış reyestr qeydinin və çıxarışın ləğv edilməsi və həmin mənzilin onun adına reyestr qeydiyatının aparılmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, İddiaçı tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, "xxxx" Massivi, ev 2*, **3 mənzil ilkin olaraq atası - X* adına olmuş və sonradan, yəni 28.*0.2009-cu il tarixində Bağışlama müqaviləsi əsasında, notariat qaydasında ərizə yazaraq - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M, "xxxx" Massivi, ev 2*, **3 mənzili İddiaçı adına keçirilmişdir. Sonradan qardaşı Cavabdeh* “Azərbaycan Lizinq Şirkəti“ MMC ilə 07.09.20*0-cu il tarixli müqavilə əsasında təxminən 29 min ABŞ dolları kredit götürmüş və götürülən pulun müqabilində o, razılıq əsasında yaşadığı və onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş - Bakı şəhəri Yeni Günəşli Y/M , "xxxx" Massivi, ev 2*, **3 saylı mənzilini Lizinq Şirkətinə girov qoymuşdur. Sonradan qardaşı Lizinq Şirkətindən götürdüyü kredit pul vəsaitini tamamilə qaytarmışdır. Lakin Lizinq Şirkəti onun adına olan mənzilin qardaşı Cavabdeh* adına Reyestr qeydinin aparılması barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi üçün müraciət etmiş və Reyestr Xidməti heç bir əsas olmadan onun xüsusi mülkiyyətini qardaşı İddiaçı adına reyestr qeydiyyatını aparmışdır. Ərizənin məzmunundan görünür ki, iddiaçı ona məxsus olan mənzilin inzibati orqan tərəfindən heç bir hüquqi əsas olmadan qardaşının adına qeydiyyata alınması ilə bağlı müvafiq əməliyyatların həyata keçirildiyini bildirərək həmin qeydiyyatın ləğv edilməsini və mənzilin ilkin sahibi kimi onun adına qeydiyyat aparılmasını tələb edir. Tələbdə qeyd edilir ki, reyestr xidməti heç bir əsas olmadan onu xüsusi mülkiyyətini qardaşının adına reyestr qeydiyyatını aparmışdır. Başqa sözlə, qeydiyyatın aparılma səbəbi hər hansı mülki hüquqi əqd deyil, lizinq şirkətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müraciəti olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə *0 aprel 20*5-ci il tarixli qərarında qeyd edilmişdir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin Qərarda eyni zamanda qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırki iddia tələbi də, ərizənin məzmunundan göründüyü kimi, məhz elə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə ilə əlaqədardır. Belə ki, qeydiyyat hər hansı mülki-hüquqi əqd əsasında aparılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki mühakimə icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, maddənin məzmunu özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.*-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.*), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.*-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. AR İPM-nin 2.2.2-ci maddəsindən göründüyü kimi, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı əvvəlcə mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə qeyd olunan mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh*, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 MMC-yə qarşı mənzilin əsassız qeydiyyatının ləğv edilməsi və mənzilin ilkin sahibinin adına sənədləşdirilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə inzibati orqanın qərarı ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar