Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1075/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehə məxsus 2,5 sot tarpaq sahəsi üçün ödədiyi 19.000 ABŞ dollarının və cavabdehin icazəsi ilə tikdiyi evin dəyəri olan 130.000 manatın alınıb iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehə məxsus 2,5 sot torpaq sahəsi üçün ödədiyi 19.000 ABŞ dollarının və cavabdehin icazəsi ilə tikdiyi evin dəyəri olan 130.000 manatın alınıb iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı iştirak etmiş, mülki işin məhkəmə hazırlıq iclasında baxılması 06 mart 2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirak etmiş və mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:10-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:10-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirak etmiş və məhkəmə hazırlıq iclası 22 may 2024-cü il tarixə saat 11:30-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh1 nümayəndəsi X1 iştirak etmiş və məhkəmə hazırlıq iclası xx.xx.2024cü il tarixə saat 11:30-a təxirə salınmışdır. İş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixdə, saat 11:00-da keçirilən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehə məxsus 2,5 sot tarpaq sahəsi üçün ödədiyi 19.000 ABŞ dollarının və cavabdehin icazəsi ilə tikdiyi evin dəyəri olan 130.000 manatın alınıb iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 451 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehə məxsus 2,5 sot tarpaq sahəsi üçün ödədiyi 19.000 ABŞ dollarının və cavabdehin icazəsi ilə tikdiyi evin dəyəri olan 130.000 manatın alınıb iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq iddiaçı tərəfindən ödənilmiş 450 (dörd yüz əlli) manat (qəbzin №0-si 23578; xx.xx.2023-cü il tarixli) pul vəsaiti İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1075/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1075/2024
27.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver