Məhkəmə qərarları › İş №2(010)-1088/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1088/2025

24.04.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1088/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi) "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi *925-ci il təvəllüdlü babası İsmayıl-zadə Sədrətdin İsmayıl oğlunun *990-cı il tarixdə ölməsi faktının müəyyən olunması. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi *0.0*.2024-cü il tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 34 saylı notariat ofisinə müraciət etmişdir. Müraciət zamanı məlum olmuşdur ki, miras qoyan şəxsin atasının ölüm faktının müəyyən olunması barədə hər hansı bir sənəd və ya məhkəmə aktı təqdim olunmamışdır. Bundan sonra ərizəçi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə ölümünün qeydə alınması ilə bağlı müraciət etmiş,lakin Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün qeydə alınmasının mümkün olmadığını bildirmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin babası *925-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. *945-ci ildə SSRİ ilə İran İslam Respublikası arasında sərhədlər bağlanan zaman o, Şimali Azərbaycan tərəfdə qalmışdır. Bakıda X29 ilə evlənmiş və bu nikahdan 09.07.*960-cı il təvəllüdlü X** doğulmuşdur. 02.06.*976-cı ildə X*2 ilə X29 arasında bağlanmış nikah rəsmi qaydada pozulmuşdur. 90-cı illərin əvvəlində SSRİ-nin dağılması və sərhədlərin açılmasından sonra X3 Azərbaycana bacı və qardaşlarını ziyarət etməyə gedir və Ərdəbildə ürək tutmasından vəfat etmiş və orada da dəfn edilmişdir. Tәrәflәrin izahatı Ərizəçi 30 yanvar 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək bildirmişdir ki, atası vəfat etmiş, evlə bağlı notariusa müraciət edən zaman doğum haqqında şəhadətnamə tələb edilmişdir. X4 o, doğulmamışdan əvvəl Ərdəbilə getmiş və orada da vəfat etmişdir. Əmilərindən bəziləri sağdır. Babası *990-*99*-ci ildə yenidən Ərdəbilə getmişdir. Babası həmin evdə yaşamışdır. Ərizəçi nümayəndəsi və vəkili Vəkil 25 fevral 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, ərizəçinin atası X*4 *0.0*.2024-cü ildə vəfat etmişdir. X* X5nun ölüm faktını təsdiq edən sənəd mövcud olmadığı üçün notariusda vərəsəlik işinin açılması, mirasın Ərizəçi ötürülməsi ilə bağlı imtina edilmişdir. X*3 *960-cı ildə nikaha daxil olmuş, *976-cı ildə pozulmuşdur. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş, maraqlı şəxs *7.04.2025-ci il tarixə məhkəməyə ərizə təqdim edərək nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən İsmayıl-zadə Saidə İsbəndiyar qızı ifadəsində göstərdi ki, Ərizəçi anasıdır. X*3 qaynatasıdır. Qayınatası onun toyuna gəlmişdi. *984-cü ildə X*4 ilə nikahları balanmış, *985-ci ildə isə toyu olmuşdur. Qayınatası toydan sonra İrana getmişdi. Sonradan yenə gəlmiş, həmin vaxt xəstə idi. Qaynatası axırıncı dəfə təxminən *994-cü, ya da *995-ci ildə gedib. Bir gün zəng gəlmiş, qaynının yoldaşı cavab vermiş, İran Respublikasının Ərdəbil şəhərindən xəbər vermişlər ki, X*3 rəhmətə gedib. Onlardan heç kəs getməmişdir. X2 qaynanası ilə boşanmışdı. Məhkəmə iclasında şahid qismində dindirilən X34 ifadəsində göstərdi ki, Ərizəçi qaynının oğludur. Onun toyu *990-cı ildə olmuşdur. Həmin vaxt X*3 yox idi, sonra yollar açılmış və gəlmişdi. Qayınatası axırıncı dəfə təxminən *994-cü, ya da *995-ci ildə gedib. Astaradan İrana gedirdi. Təxminən yaz ayları idi, novruz bayramından sonra telefon zəngi gəlmiş, o, cavab vermiş, bildirmişlər ki, X*3 rəhmətə gedib. Onlardan heç kəs ora getməmişdir. İranda evi varıymış, sonra gəlib qaynanası ilə ailə həyatı qurmuşdu. Məhkəmə iclasında şahid qismində dindirilən X*5 ifadəsində göstərdi ki, Ərizəçi qardaşının oğludur. X*3 atasıdır. Atası İran Respublikasında rəhmətə gedib. İran Respublikasındakı evinə getmişdir, atasının orda ailəsi və 5 uşağı var idi. Onlardan heç kəs getməmiş, qəbirini də ziyarət etməmişlər. Məhkəmə şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Azərbaycan SSR Daxili İşlər Nazirliyi vətəndaşlıq vəziyyəti aktları şöbəsinin evlənmə haqqında 25.07.*957-ci il tarixli №467 saylı akt qeydindən görünür ki, İsmayıl-zadə Sədrətdin İsmayıl oğlu və Əzəmət Tahir qızı nikaha daxil olmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 06.*2.2024-cü il tarixli № 30*8-05/70 saylı arayışdan görünür ki, X*4 09.07.*960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2*.07.*960-cı ildə Xətai rayon Qeydiyyat şöbəsində *323 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası X20r. Bakı şəhər Nizami rayon VVAQ tərəfindən 28.08.*984-cü ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İsmayıl-zadə İntiqam Sədirətdin oğlu ilə X*7 ilə 28.08.*984-cü ildə nikaha daxil olmuş, arvada İsmayıl-zadə soyadı verilmişdir. Bakı şəhər Nizami rayon VVAQ tərəfindən 0*.02.*986-cı ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İsmayıl-zadə Anar İntiqam oğlu xx.xx.*986-cı ildə doğulmuş, valideynləri İsmayıl-zadə İntiqam Sədirətdin oğlu və İsmayıl-zadə Səidə İsbəndiyar qızıdır Bakı şəhəri 34 saylı Notariat Ofisinin 26.*0.2024-cü il tarixli №x/o 360/24 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, Sizin *0.0*.2024-cü il tarixdə vəfat etmiş atanız X6 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinizə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qohumluq münasibətlərini müəyyən edən sənəd, miras qoyan şəxsin atasının ölüm faktının müəyyən olunması barədə hər hansı bir sənəd və ya məhkəmə aktı təqdim olunmamışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 04.*2.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, *990-cı il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində vəfat edən X*0 ölümünün qeydə alınması barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X*0 ölümünün qeydə alınması mümkün olmamışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *6.04.2025-ci il tarixli №3-*6-5/7-*0- 888/25 saylı məhkəməyə ünvanlanmış məktubdan görünür ki, İsmayıl-zadə Sədrəddin İsmayıl oğlu barəsində “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ndə axtarış aparılarkən haqqında aşağıdakı məlumatlar aşkar edilmişdir: 1 Oğlu -İsmayıl-zadə İntiqam Sədrətdin oğlu - doğum tarixi: 09.07.*960 -ci il, doğum haqqında akt qeydi 2*.07.*960-ci il tarixdə *3.23 saylı aktla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.) 2 Oğlu-İsmayıl-zadə Bahadir Sədrətdin oğlu-doğum tarixi: 08.09.*958-ci il, doğum haqqında akt qeydi 29.09.*958-ci il tarixdə *5*3 saylı aktla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.) 3 Oğlu - X*4- doğum tarixi: *9.09.*962-ci il, doğum haqqında akt qeydi 22.*0.*962ci il tarixdə *925 saylı aktla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.) 4 Oğlu - ismayılzadə Bahadir Sədrətdin oğlu- doğum tarixi: 08.*0.*963 ci il, doğum haqqında akt qeydi *7.*0.*963-ci il tarixdə *964 saylı aktla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.) 5 Oğlu - X*6- doğum tarixi: 27.*0.*967- ci il, doğum haqqında akt qeydi *3.**.*967ci il tarixdə 2265 saylı aktla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.) 6 Oğlu - X*8- doğum tarixi: 03.05.*969-cu il, doğum haqqında akt qeydi *5.05.*969-cu il tarixdə *0*9 saylı aktla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.) 7 Nikahın pozulması haqqında akt qeydi: 999 saylı 02.06.*976, Xətai rqş. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi babası İsmayıl-zadə Sədrətdin İsmayıl oğlu *990-cı il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində vəfat etmişdir. Ərizəçi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə vəfat etmiş İsmayıl-zadə Sədrətdin İsmayıl oğlunun ölümünün qeydə alınması ilə bağlı müraciət etmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün qeydə alınmasının mümkün olmadığı barədə imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, *925-ci il təvəllüdlü İsmayıl-zadə Sədrətdin İsmayıl oğlunun *990-cı ilin aprel ayında İran İslam Respublikasının Ərdəbil şəhərində vəfat etmişdir. Məhkəmə qeyd edir ki, İsmayıl-zadə Sədrətdin İsmayıl oğlunun ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *925-ci il təvəllüdlü İsmayıl-zadə Sədrətdin İsmayıl oğlunun *990-cı il aprel ayında İran İslam Respublikasının Ərdəbil şəhərində ölməsi faktı müəyyən edilsin. İsmayıl-zadə Sədrətdin İsmayıl oğlunun ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar