Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1104/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Ərizəçi, Cavabdeh Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X6 xx xxxxxx 2005-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndində doğulması, bu barədə Qazax rayon VVADQ şöbəsinin doğum haqqında qeydiyyat kitabında 2005-ci ilin yanvar ayının 24 günündə 52 nömrə ilə aparılmış qeydin və oğlu Fərid Əliyevin doğum faktına dair Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1 saylı, № 646141 nömrəli Doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həyat yoldaşı X8 ilə birgə nikahlarından xx xxxxxx 2004-cü ildə yaşadıqları X2 vilayətinin Novoderevenski rayonun şəhər tipli Aleksandro-Nevski qəsəbəsində X11 adlı övladları doğulmuşdur. Fərid Əliyevin doğum faktı xx xxxxxxxx 2004-cü ildə Ryazan vilayətinin ərazi struktur bölməsinin şəhər tipli Aleksandro-Nevski qəsəbəsinin Vətəndaşlıq vəziyyəti Aktlarının Qeydiyyat şöbəsində № 87 nömrə ilə qeydə alınmış və bu barədə İ-ОБ seriyalı № 580066 nömrəli Doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, həyat yoldaşının Azərbaycan Respublikası Bakı şəhərində yaşayan atası (oğlunun babası) X9 valideynlərə demədən Qazax rayonu Qeydiyyat şöbəsində oğlu X6 doğum faktını qeydə aldırmış və bu barədə Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən məlum olur ki, X10 xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Qazax rayonu Kəmərli kəndində doğulmuş və barədə doğum akt qeydi kitabında 2005-ci ilin yanvar ayının 24 günündə 52 nömrə ilə qeyd edilmişdir. Atası- X8, anası Ərizəçidır. Qazax rayon VVADQ şöbəsi tərəfindən oğlu X5 adına verilmiş doğum haqqında şəhadətnamədə göstərilən məlumatlar yalan məlumatlardır. Belə ki, oğlu X11 həyat yoldaşı X8 ilə birgə nikahdan xx xxxxxx 2004-cü ildə yaşadığı X2 vilayətinin Novoderevenski rayonunun şəhər tipli Aleksandro-Nevski qəsəbəsində doğulmuşdur. Fərid Əliyevin doğum faktı xx xxxxxxxx 2004-cü ildə Ryazan vilayətinin ərazi struktur bölməsinin şəhər tipli Aleksandro-Nevski qəsəbəsinin Vətəndaşlıq vəziyyəti Aktlarının Qeydiyyat şöbəsində Doğum haqqında şəhadətnamə verilmişdir. ASAN 4 tərəfindən xx.xx.2016-cı il tarixdə oğlu Əliyev Fəridin adına verilmiş Azərbaycan Respublikası X1 məlumatlara görə Əliyev Fərid (atası- Əliyev Şərif, anası- Ərizəçi) xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası, Novoderevensk rayonunda doğulmuşdur. Yaşadığı yer Suraxanı rayonu, Caparidze qəsəbəsi, Oktyabr küçəsi, ev 14, mənzil 8-dir. AR SHXÇDX-nin Suraxanı rayonu tərəfindən oğlu X5 adına verilmiş İlkin Hərbi Qeydiyyat Haqqında vəsiqəsində oğlu Fərid Əliyevin doğum tarixi xx.xx.2004-cü il, doğulduğu yer Ryazan vilayətinin Novoderevenski rayonu göstərilmişdir. ASAN Tibbi Xidmət tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Tibbi arayışdan görünür ki, X5 doğum tarixi xx.xx.2004-cü ildir. Odur ki, oğlu Fərid Əliyevin doğumu haqqında Qazax rayonu VVADQ şöbəsində doğum haqqında akt qeydinin etibarsız hesab edilərək ləğv edilməsi barədə yaşadığı inzibati ərazi üzrə Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2005-ci il doğumlu X6 doğum qeydinin Qazax rayonunun Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Həmin doğumun həmçinin Rusiya Federasiyasında dövlət qeydiyyatına alındığı aşkar olunmuşdur. Doğum haqqında qeydin iki dövlət tərəfindən qeydə alınması müəyyən olunduğundan onlar tərəfindən qeydin ləğv edilməsi mümkün deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs məktubunda müəyyən edilir ki, X5 doğumu xx.xx.2005-ci il tarixində 52 saylı akt qeydi ilə Qazax rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, həmin doğum həmçinin Rusiya Federasiyasında dövlət qeydiyyatına alındığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Göstərilənləri nəzərə alaraq məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X6 doğum qeydi X4 vilayətinin ərazi struktur bölməsinin şəhər tipli Aleksandro-Nevski qəsəbəsinin VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmış və hüquq barədə mübahisə yoxdur, ikinci doğum haqqında qeyd isə Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən aparılmışdır. Göründüyü kimi, iddiaçının tələbi qeydiyyat şöbəsi tərəfindən eyni şəxsə təkrar tərtib edilmiş qeydin ləğv olunması ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı təkrar tərtib edilmiş qeydin ləğv olunması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyi və həmin orqan tərəfindən müraciəti təmin olunmadığı halda onun müvafiq qurumun hərəkət və hərəkətsizliyini Bakı İnzibati Məhkəməsində mübahisələndirə bilər. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1104/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1104/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver