Məhkəmə qərarları › İş №2(010)-1110/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1110/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1110/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun *0.*0.*992-08.05.*998-ci ilə qədər olan dövür ərzində BBT İstehsalat Texnoloji komplektləşdirmə idarəsində, 0*.0*.2006-cı ildən xx.xx.2008-ci il tarixləri arası Orxan MMC-də elektrik qaynaqçı peşəsində , *6.08.200*-ci il tarixdən *5.02.2004-cü il tarixədək olan dövür ərzində İbrahimXan KM-də elektrik qaynaqçısı peşəsində çalışması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Hazırkı ərizənin mahiyyəti ondan ibarətdir ki, ərizəçi yuxarıda qeyd olunan tarixlərdə və qeyd olunan müəssisələrdə çalışması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi məhkəmədən yuxarıda qeyd olunan faktların müəyyən edilməsini xahiş etsə də, lakin iş materiallarından görünür ki, ərizəçinin vaxtilə işlədiyini qeyd etdiyi qurumlardan aldığı arayışlarda da (BBT İstehsalat Texnoloji komplektləşdirmə idarəsindən başqa) onun ərizəsində qeyd etdiyi tarixlərdə həmin müəssisələrdə işlədiyi qeyd edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, № 074-ÇS-/ABA/Cİ saylı arayışdan görünür ki, Ərizəçi, həqiqətən də, 0*.04.2008-0*.*0.2009-cu il tarixlərdə “X4 Şirkəti” MMC-nin “SW Construction and İndustry” filialının Beton və beton məhsulları istehsalı qovşağında qaynaqçı vəzifəsində çalışmışdır. İş materiallarında olan *3.08.2022-ci il tarixli, 0* nömrəli arayışdan görünür ki, Ərizəçi, həqiqətən də, “İbrahimXan” KM-də *6.08.200*-ci il tarixdən *5.02.2004-cü il tarixədək elektrik qaynaqçısı peşəsində çalışmışdır. İş materiallarında olan *3.08.2022-ci il tarixli, 472 nömrəli arayışdan görünür ki, Ərizəçi, həqiqətən də, *6.02.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MTK-də elektrik qaynaqçısı peşəsində çalışmışdır. Yəni, ərizəçi məhkəmənin təsdiq etməsini istədiyi halları müəsissələr öz arayışları ilə qeyd etmişlər. Ərizənin mahiyyətindən aydın olur ki, ərizəçinin məqsədi çalışdığı həmin illərin onun stajına daxil edilməklə güzəştli pensiyanın təyin olunmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa, iş materiallarında olan AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə X* Afər Əhməd oğluna ünvanlanmış *6.*2.2022-ci il tarixli, 226330*53*8 nömrəli cavab məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi, Ərizəçi güzəştli pensiya təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.*-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə *0 aprel 20*5-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın *5.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in *53.2, *53.2.*-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırki işin mahiyyətindən və işin yuxarıda qeyd olunan hallarından məlum olur ki, ərizəçi X2 hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, sonuncuya “inzibati orqanın” imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, müraciət etdiyi inzibati orqanın imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar