Məhkəmə qərarları › İş №2(010)-112/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-112/2023

01.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-112/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “X4 Kompani S.A” Şirkətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X4 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, 39 T 415390.36 m B 4472859.43 m C, 415387.82 m B 4472859.06 m C, 415391.04 m B 4472849.44 m C, 415387.19 m B 4472849.09 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin zəbt olunmuş hesab edilməsi və nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “X4 Kompani S.A” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən həmin ərazidə Cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh həmin hasara alınmış torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iş üzrə cavabdeh öldüyündən və vərəsəlik işinin açılması müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər” portalında vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı məlumatdan Cavabdeh adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə öldüyündən və onun adına notariat kontorlarında vərəsəlik işinin açılması müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar