Məhkəmə qərarları › İş №2(010)-112/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-112/2024

05.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-112/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “payların naturada ayrılması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən mənzilin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanda yerləşən ev xüsusi və paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsusdur. Belə ki, həmin əmlakın paylı mülkiyyətdə olması onların əmlakdan istifadə etmələri və sənədləşdirmə işlərində çətinliklə üzləşirlər. Həmin əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçilərin razılığı lazım olur ki, o, da hər dəfə onları tapa bilmir. Belə ki, həmin mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanda yerləşən evin giriş-çıxışı ayrıdır. Onun və Cavabdeh faktiki istifadəsində olan hissələrinin sanitar qovşağı və mətbəxi mövcuddur. Yaşayış sahəsinə giriş çıxışlar ayrı olduğundan hər iki tərəfin istifadəsində olan hissələrə ayrı sanitar qovşağın və mətbəxin olması fərdi yaşayış evindən istifadə zamanı onlar bir birinə heç bir maneə yaratmır. Lakin əmlakın paylı müllkiyyətdə olması səbəbindən mənzillə bağlı hər hansı bir addım atıldığında problemlər yaşayır. Buna görə də həmin paylı müllkiyyətin naturada ayrılmasına çox böyük ehtiyac yaranmışdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranıb.

Tərəflərin izahatları.

4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanda yerləşən ev xüsusi və paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsusdur. Belə ki, həmin əmlakın paylı mülkiyyətdə olması onların əmlakdan istifadə etmələri və sənədləşdirmə işlərində çətinliklə üzləşirlər. Həmin əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçilərin razılığı lazım olur ki, o, da hər dəfə onları tapa bilmir. Belə ki, həmin mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6cı keçid, ev *26 ünvanda yerləşən evin giriş-çıxışı ayrıdır. Onun və Cavabdeh faktiki istifadəsində olan hissələrinin sanitar qovşağı və mətbəxi mövcuddur. Yaşayış sahəsinə giriş çıxışlar ayrı olduğundan hər iki tərəfin istifadəsində olan hissələrə ayrı sanitar qovşağın və mətbəxin olması fərdi yaşayış evindən istifadə zamanı onlar bir-birinə heç bir maneə yaratmır. Lakin əmlakın paylı müllkiyyətdə olması səbəbindən mənzillə bağlı hər hansı bir addım atıldığında problemlər yaşayır. Buna görə də həmin paylı müllkiyyətin naturada ayrılmasına çox böyük ehtiyac yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, iddiaçı onun əmisidir. Həmin mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanda yerləşən evi 2003-cü il tarixdə tikdirmişlər. Evin sənədləşirilməsində isə öz aralarında qarşılıqlı razılığa gələrək əmisinin, yəni idddiaçının adına rəsmləşdirmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına 06.*2.20*9-cu il tarixdə qeydiyyatdan keçmiş Çıxarış verilmişdir. Həmin mübahisəli evin giriş-çıxışı və hər bir hissəsi ayrıdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

6. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evi *4.09.202*-ci il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına 96.6 m2 və 0.0*8 ha torpaq sahəsi və Cavabdeh adına 96.6 m2 və 0.022 ha torpaq sahəsi mülkiyyət hüququları üzrə adlarına qeydiyyata alınmışdır.

8. 24.08.202*-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən ümumi sahəsi *92.2 kv/m ona fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən (tam hissə, 96.6 kv/m) və ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən (0.022 ha) qardaşının oğlu Cavabdeh hədiyyə etmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 06.0*.202*-ci il tarixli məktubdan müəyyən edilir ki, fərdi yaşayış evinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı ərizəyə baxılmış və bununla bağlı bildirilmişdir ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. *0. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq sahibi Cavabdeh ( fərdi evin 96.6 m2 və 0,022 ha torpaq sahəsi) və İddiaçı (fərdi ev 96.6m2 və 0,0*8 ha torpaq sahəsi) oğludur. **. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 05.*2.20*9cu il tarixli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. *2. Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 26.*2.2023-cü il tarixli 3-*6-*6/2-*0/6938 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, tədqiq olunan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı paylar üzrə faktiki bölgü qaydasının “İnşaat Norma və Qaydaları” 2.08.0*.89-un *.*, 2.2, 2.4 bəndlərinin və Məhkəmə Tikinti-X* Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.

İşin faktiki halları.

*3. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evi *4.09.202*-ci il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına 96.6 m2 və 0.0*8 ha torpaq sahəsi və Cavabdeh adına 96.6 m2 və 0.022 ha torpaq sahəsi mülkiyyət hüquqları üzrə adlarına qeydiyyata alınmışdır. Hazırda tərəflər arasında olan mübahisə də paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, tədqiq olunan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı paylar üzrə faktiki bölgü qaydasının “İnşaat Norma və Qaydaları” 2.08.0*.89-un *.*, 2.2, 2.4 bəndlərinin və Məhkəmə Tikinti-X* Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur.

Tətbiq edilən hüquq.

*4. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

*5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.*. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 2*3. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 2*3.*. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 2*3.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 2*3.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 2*3.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 2*4. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi. 2*4.*. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.*. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

*6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

*7. İşin faktiki hallarından göründüyü kimi iddia tələbinin predmetini fərdi yaşayış evi və torpaq sahəsi üzərində onların paylarının naturada ayrılması təşkil edir. *8. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən onların paylarının ayrılmasının mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəydə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, ev *26 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin paylar üzrə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Belə ki, tədqiq olunan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasındakı paylar üzrə faktiki bölgü qaydasının “İnşaat Norma və Qaydaları” 2.08.0*.89-un *.*, 2.2, 2.4 bəndlərinin və Məhkəmə Tikinti-X* Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. *9. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evi və torpaq sahəsi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin və torpaq sahəsinin bu cür faktiki bölgüsü ekspert tərəfindən həm tikinti-texniki və inşaat qaydalarına uyğun, həm də tərəflərin bu fərdi yaşayış evi üzərindəki paylarına əsasən uyğun hesab edilmişdir.

20. Məhkəmə iclasında iştirak edən hər iki tərəf də fərdi yaşayış evi və torpaq sahəsi üzərindəki paylarının naturada bölgüsünün onların faktiki istifadə etdikləri şəkildə aparılmasına etirazları olmadıqlarını bildirmişdir. 2*. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 6-cı keçid, ev *26 ünvanda yerləşən Cavabdeh məxsus fərdi ev 96.6 m2 və 0,022 ha torpaq sahəsindən və İddiaçı məxsus fərdi ev 96.6m2 və 0,0*8 ha torpaq sahəsindən ibarət hissədə payları naturada ayrılmalı, payların ayrılması fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki olaraq mövcud vəziyyətdə ekspertiza rəyi nəzərə alınmaqla təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddia ərizəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt qüvvədə olan variantda) müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir.

23. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza xərci həm iddiaçıdan, həm də cavabdehdən birgə qaydada tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 6-cı keçid, ev *26 ünvanda yerləşən Cavabdeh məxsus fərdi ev 96.6 m2 və 0,022 ha torpaq sahəsindən və İddiaçı məxsus fərdi ev 96.6m2 və 0,0*8 ha torpaq sahəsindən ibarət hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalı və payların ayrılması fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki olaraq mövcud vəziyyətdə təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir.

25. İş üzrə ödənilmiş ekspertiza xərci - 50 manat iddiaçıdan və cavabdehdən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 6-cı keçid, ev *26 ünvanda yerləşən Cavabdeh məxsus fərdi ev 96.6 m2 və 0,022 ha torpaq sahəsindən və İddiaçı məxsus fərdi ev 96.6m2 və 0,0*8 ha torpaq sahəsindən ibarət hissədə payları (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılsın və payların ayrılması fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki olaraq mövcud vəziyyətdə təcrid olunmuş formada bölündüyü şəkildə həyata keçirilsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı və Cavabdeh birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar