Məhkəmə qərarları › İş №2(010)-113/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-113/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-113/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MTK Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, kooperativin direktoru Cavabdeh3, kooperativə faktik rəhbərlik edən Cavabdeh2 və X6 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzildən çıxarılma, mənzilə dair açarların təqdim olunması, mənzilin təhvil verilməsi və mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzilin giriş-çıxış qapısının açarlarının təqdim edilməsi və tərtib edilmiş akt əsasında mənzili İddiaçı təhvil verilməsi, təmir işlərinin aparılmasına şərait yaradılması, mənzildə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinin, kooperativin direktoru Cavabdeh3 və kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 üzərinə qoyulması və 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər “Elita-R’' Mənzil Tikinti Kooperativindən, kooperativin direktoru Cavabdeh3 və kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək cavabdeh X9 tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzildən çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzilin giriş-çıxış qapısının açarlarının təqdim edilməsi və tərtib edilmiş akt əsasında mənzilin İddiaçı təhvil verilməsi, təmir işlərinin aparılmasına şərait yaradılması, mənzildə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər X4, Cavabdeh1 MTK-nın, kooperativin direktoru Cavabdeh3 və kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 üzərinə qoyulması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər X3, Cavabdeh1 Mənzil Tikinti Kooperativindən, kooperativin direktoru Cavabdeh3 və kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Payçı”- İddiaçı ilə cavabdeh “İcraçı”- Cavabdeh1n direktoru Cavabdeh3 arasında razılaşdırılmış və xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı Müqaviləsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 saylı mənzili “İcraçı” bir pay kimi “Payçı”ya verməlidir. Həmin Müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə üzrə mənzilin dəyəri 1 (bir) kv.m sahə üçün 237 (iki yüz otuz yeddi) manat təyin edilir cəmi, 105,36 kv.m sahə üçün 25.000 (iyirmi beş min) manat təşkil edir. “Payçı” olaraq onun tərəfindən həmin mənzilin dəyəri 25.000 manat tam şəkildə ödənildiyi üçün Cavabdeh1 MTK-nın direktoru Cavabdeh3 tərəfindən ona maliyyə arayışı verilmiş və həmin arayışda göstərilmişdir ki, İddiaçı tərəfindən həqiqətən Cavabdeh1 MTKnın Qaraçuxur qəsəbəsi 4048/49 məhəllədə inşa etdiyi yaşayış kompleksində 2-ci blok, 15-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 saylı mənzilin dəyəri tam ödənilmişdir. Həmin arayış Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş və direktor Cavabdeh3 tərəfindən imzalanmışdır. Həmin Müqavilənin 8.1.-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqaviləni əsas predmet kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. Lakin müqavilənin imzalandığı xx.xx.2015-ci il tarixdən bu günə kimi artıq 8 (səkkiz) ilə yaxın müddətin keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MTK, Kooperativin direktoru Cavabdeh3 və Kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 və s. digər vəzifəli şəxslər qanunsuz hərəkətlərə yol vermiş, mənzilin ona təqdim edilməsindən əsassız olaraq imtina etmiş, çoxsaylı müraciətlərinə baxılmamış, görüşlərdən daima yayınmış və telefon zənglərinə cavab verilməmişdir. Sözügedən yaşayış binası artıq sakinlərin istifadəsinə verilsə də, özünə məxsus və dəyərini tam ödədiyi Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 saylı mənzilə daxil ola bilmir, mənzil ona təqdim edilmir, təhvil verilmir, tanımadığı şəxs tərəfindən mənzilin giriş qapısı dəyişdirilsə də, cavabdehlər buna göz yumur, hər hansı izahat verilməsindən yayınır, mülkiyyət hüquqları kobud şəkildə pozulur. Həmin Müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 25.000 (iyirmi beş min) AZN məbləğində ödənilib. Lakin, mənzilin dəyəri onun tərəfindən cavabdehlərə tam şəkildə ödənilsə də, ödənişlə bağlı kassa-mədaxil qəbzi ona verilməmiş, sonra veriləcəyi bildirilmiş, bununla bağlı dəfələrlə Cavabdeh1 MTK-nın ofisinə gedərək qəbzin verilməsi tələb edilsə də, məsələnin həlli qanunsuz olaraq daima uzadılmış, qəsdən gecikdirilmiş, süründürməçiliyə yol verilərək sözügedən qəbz ona təqdim edilməmişdir. Müqavilənin imzalandığı xx.xx.2015-ci il tarixdən bu günə kimi tərəfindən dəfələrlə kooperativə müraciət edilərək, mənzilin ona təqdim edilməsi, təmirə nə vaxt buraxılacağı, eləcə də, müqavilənin qanunvericiliyin tələbinə zidd olaraq yerinə yetirilməməsi səbəbindən hansı hüquqi nəticələr verə biləcəyi barədə cavabdehlər Cavabdeh1 MTK-ya, kooperativin direktoru Cavabdeh3 və kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 və s. digər vəzifəli şəxslərlə danışıqlar aparılsa da, cavabdehlər hər hansı rəsmi məlumat verilməsindən, məsələnin müzakirə etməkdən daima məqsədyönlü şəkildə yayına bilmiş, mahiyyəti üzrə cavab verməkdən qəti şəkildə imtina etmişlər. Göstərilən səbəblərdən hal-hazırda cavabdehlər Cavabdeh1 MTK, kooperativin direktoru Cavabdeh3 və kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 və s. digər vəzifəli şəxslər tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədikləri üçün iddiaçı olaraq həm özünə məxsus mənzildən məhrum olmuş, həm də ona külli miqdarda maddi ziyan vurulmuşdur. Cavabdehlər Cavabdeh1 MTK, kooperativin direktoru Cavabdeh3 və kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 və s. digər vəzifəli şəxslərin qanunsuz hərəkətlərə yol verməsi və onda ciddi narahatçılıqlar yaranması səbəbindən tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MTK-nın rəhbərliyinə rəsmi xəbərdarlıq məktubu göndərərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci bloku, 15-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 71 saylı mənzilin hal-hazırda ona məxsus olub-olmaması ilə bağlı, eləcə də həmin mənzilin ona hansı səbəbdən təhvil verilməməsi barədə 10 (on) iş günü ərzində məlumat verilməsi tələb edilmişdir. Lakin onun müraciətinə heç bir münasibət bildirilməmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən həmin mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onunla X7 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X5 15000 ABŞ dolları, kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində X7 özünə məxsus olan Cavabdeh1 MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün Cavabdeh1 MTK-nın ofisinə yaxınlaşaraq hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri onun tərəfindən Cavabdeh1 MTK-ya deyil, X5 ödənilmişdir, belə ki, mənzil ona məxsus olmuşdur. Eyni tarixdə ona Cavabdeh1 MTK tərəfindən həmin mənzilin dəyərinin tam ödənilməsi və hər hansı borcun olmaması barədə maliyyə arayışı da verilmişdir. Aralarında olan razılaşmaya görə X7 həmin borcu qaytaracağı təqdirdə, o da Cavabdeh1 MTK-dan aldığı mənzili X5 qaytarmalı idi. X2 xx.xx.2015-ci ildən bu günə kimi həmin borcu ona qaytarmadığından hazırda onunla Cavabdeh1 MTK arasında müqavilə mövcud olduğundan o binada yerləşən özünə məxsus olan evi tələb edir. Onunla Cavabdeh1 MTK arasında müqavilə xx.xx.2015-ci il tarixdə bağlandığından və həmin mənzil ona məxsus olduğundan, öhdəliyin icra edilməsi və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 MTK Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanması ehtimal edilən müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzilin iddiaçıya verilməsi əsassızdır. Belə ki, iddiaçı özü də qeyd edir ki, onunla X7 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X5 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində X7 özünə məxsus olan Cavabdeh1 MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün Cavabdeh1 MTK-nın ofisinə gedərək hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri onun tərəfindən Cavabdeh1 MTK-ya deyil, X5 ödənilmişdir. Cavabdeh1 MTK tərəfindən binanın tikintisi zamanı maddi problemlər yarandığından İddiaçı X5 pul verib ki, əlavə qazanc əldə etsin, X7 həmin pulu götürmüşdür ki, binanın tikintisinə sərf olunsun. İddiaçının niyyəti ümumiyyətlə mənzil almaq olmamış, kredit müqaviləsi üzrə verilmiş pulun qaytarılması niyyəti ilə Cavabdeh1 MTK-dan müqavilə əldə edərək həmin müqaviləni girov qismində saxlamışdır. Həmin binada 2017-ci ildən yaşayış vardır və hazırkı mübahisələndirilən həmin mənzil Cavabdeh1 MTK ilə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları.

6. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür.

7. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya tam olaraq ödənilmişdir.

8. xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür.

9. X9 tərəfindən Cavabdeh1 MTK-nın rəhbərliyinə ünvanlanmaış ərizənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzilin mərtəbə və nömrəsində dəyişiklik olduğuna görə müqavilənin və arayışın yenilənməsinə göstəriş verilməsini, 66 saylı mənzilin yeni nömrə 71 verilməsinə etiraz etməmişdir.

10. xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür. 11.Cavabdeh1 MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 08/224 saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştqsi, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili X6 məxsusdur və müqaviləyə əsasən həmin mənzili əldə etmişdir.

Şahid İfadəsi

12. İş üzrə şahid X7 ifadə verərək bildirmişdir ki, o İddiaçı 7-8 ildir ki, tanıyır, həmiçinin Cavabdeh1 MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adında şəxsdən 10000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra İddiaçı ona zəng vuraraq bildirmişdir ki, Cavanşirə 15000 dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, İddiaçı 15000 dollar pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qarantı kimi Cavabdeh1 MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da kooperativin direktoru Cavabdeh3la danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni İddiaçı təqdim etmişdir. İddiaçı ona öz vermişdir ki, o pulu qaytaran kimi, müqaviləni də dərhal Cavabdeh1 MTK-ya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.

İşin faktiki halları.

13. Təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borcverən İddiaçı ilə borcalan X7 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X5 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Elə həmin gün xx.xx.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanmış və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli Cavabdeh1 MTK tərəfindən verilmiş arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzilin dəyərinin İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir.

14. Daha sonra mübahisələndirilən mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda həmin mənzil müqavilə əsasında X1 və həmin mənzil MTK tərəfindən ona təhvil verilmişdir. 15.”Elita-R” MTK tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

23. İşin faktiki hallarından görünür ki, borcverən İddiaçı ilə borcalan X7 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X5 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Elə həmin gün xx.xx.2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanmış və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli Cavabdeh1 MTK tərəfindən verilmiş arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzilin dəyərinin İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir.

24. İddiaçı izahatında qeyd etmişdir ki, onunla X7 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X5 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində X7 özünə məxsus olan Cavabdeh1 MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün Cavabdeh1 MTK-nın ofisində hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya deyil, X5 ödənilmişdir. İddiaçı X7 tərəfindən ona pul qaytarılan kimi, Cavabdeh1 MTK tərəfindən verilmiş müqaviləni geri qaytaracağını bildirmişdir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçdiyindən o Cavabdeh1 MTK-dan artıq mənzilini tələb edir.

25. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin predmetini İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 MTK-ya ödəmədiyini, mənzilin X5 məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, həmin şəxsə verdiyini, beləliklə də müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyini qeyd etməklə hazırkı müqavilənin etibarlı olmadığını qeyd edir. İddiaçı tərəf həmin əqd əsasında daşınmaz əmlaka sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə öhdəlik onun tərəfindən yerinə yetirilmədiyindən həmin müqavilə üzrə onun tələb etmək hüququ da istisna olunur.

26. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

27. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, cavabdeh tərəf məhkəməyə iddiaçı ilə digər şəxs arasında notariat qaydada bağlanmış kredit müqaviləsi təqdim etmişdir. İddiaçı tərəf həmin kredit müqaviləsini bağladığını etiraf etmiş və onunla MTK arasında mənzilin pay kimi ona təhvil verilməsinə dair bağlanmış müqavilə təqdim etmişdir. İddiaçı tərəf mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin həmin mənzil borc verdiyi X5 məxsus olmuşdur.

28. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

29. Cavabdeh1 MTK tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili X6 pay kimi verməyi öhdəsinə götürmüşdür.

30. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

31. Beləliklə məhkəmə hesab edir ki, X9 ilə Cavabdeh1 MTK arasında əvvəl xx.xx.2012-ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək xx.xx.2019-cu il tarixdə müqavilə bağlandığından, cavabdeh tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı tam ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ yarandığından iddia tələbi rədd olunmalıdır.

Məhkəmə xərcləri.

32. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, kooperativin direktoru Cavabdeh3, kooperativə faktik rəhbərlik edən Cavabdeh2 və X6 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzildən çıxarılma, mənzilə dair açarların təqdim olunması, mənzilin təhvil verilməsi və mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin olunmamalı və iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-200, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, kooperativin direktoru Cavabdeh3, kooperativə faktik rəhbərlik edən Cavabdeh2 və X6 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzildən çıxarılma, mənzilə dair açarların təqdim olunması, mənzilin təhvil verilməsi və mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar