Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1136/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil3, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən çıxarılma" tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X3 qarşı “fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi” barədə verilmiş qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33B ,113B) dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbi.
2. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) inşa edilməsinə və təmirinə çəkilən xərclərin yarısının və ödənilmiş dövlət rüsumunun faydalanan şəxs İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh qardaşı X14 ilə birgə nikahda olmuş və nikahda olduqları müddətdə onlar ilk əvvəl Naxçıvan MRda yaşamışlar. Daha sonra 2021-ci il tarixində Bakı şəhərinə gələrək onun mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşamağa başlamışlar. Lakin 2022-ci il 7 dekabr tarixində onlar arasında nikah pozulmuş və eyni zamanda hazırki üzrə cavabdeh məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən sahəyə pay hüququnun tanınması tələbi ilə müraciət etsə də, məhkəmə tərəfindən həmin iddia tələbi təmin edilməmiş, həmin əmlakın fiziki mövcudluğu və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun mövcudluğu həmin qərarlarda öz əksini tapmışdır. Qeyd etməyi zəruri hesab edir ki, 2021-ci ildən Cavabdeh onun (iddiaçının) mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşayış evindən (Suraxanı rayonu,qaracuxur qəsəbəsi,şimal-şərq yaşayış massivi döngə 2 ev 5) (ev 33B ,113B) çıxmır və nəticədə həm ona məxsus olan torpaq sahəsindən eyni zamanda fərdi yaşayış evindən istifadəyə dair hüquqlarını pozur, məsələ ilə əlaqədar dəfələrlə aidiyyatı polis orqanlarına müraciət etsələr də, polis orqanı tərəfindən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı İddia tələbi
4. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, şimal-şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33B,113B) dən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının bildirdiyinin əksinə fərdi yaşayış evi yox, evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi onun mülkiyyətindədir. İddianın dəlilləri təhrif edilib. Belə ki, Cavabdeh ilə X9 xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, sonuncu xx.xx.2022-ci tarixdə məhkəməyə müraciət etmiş, nikahları Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-304/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı övladları ilə birlikdə birgə nikah dövründə inşa edilmiş Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) yaşayır. Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi bölgü sxeminə və ünvan 3 kontorunun 4Ə/3-421 reyestr nömrəli xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmış, daha sonra xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsində iki tikili mövcuddur, birində İddiaçı, digərində isə iddiaçı yaşayır. İddiaçının yaşadığı fərdi yaşayış evini (özbaşına tikili) X14 birgə nikah dövründə tikib, lakin qeydə aldırmayıb, həmçinin fərdi yaşayış evinin təmirinə dair xərclər də birgə nikah dövründə çəkilib. Bu halları məhkəmə iclasında şahidlər də sübut edə bilər. Bundan əlavə 2022-ci ilə qədər Azərsu ASC, Azərqaz İB və Azərişıq ASC ilə abonent müqavilələri X7 adına bağlanmış, bütün ödənişləri Cəfər həyata keçirmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin (Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 33/B) inşa edilməsinə və təmirinə çəkilən xərclərin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ilk iddia təmin olunarsa, ilk iddia üzrə cavabdeh özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olacaqdır. İddiaçı fərdi yaşayış evinin tikintisi və təmiri üçün çəkilən xərcləri tikintitexniki ekspertizası keçirilməklə müəyyən ediləcəyi qənaətindədir.
Tərəflərin izahatı.
5. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi hal-hazırda İddiaçı mülkiyyətindədir. Bununla bağlı kifayət qədər məhkəmə çəkişmələri olmuşdur. Naxçıvan MR də qarşı tərəfdən təqdim edilmiş iddia ərizəsində iddia tələbi- bu evin tikilməsinə çəkilmiş xərclərin bölünməsindən ibarət olmuş və bu tələb baxılaraq rədd edilmiş və qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsində qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Göründüyü kimi iddiaçının mübahisələndirdiyi Şərq yaşayış sahəsi döngə 2, ev 33 B (Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 113B) ünvanında yerləşən yaşayış evinin cavabdeh Cəfər Hüseynovun mülkiyyətində olması müəyyən olunmur. İddiaçı evin təmirinə xərc çəkildiyinə dair sübutları təqdim etməklə bu barədə iddia verə bilər.” Hal-hazırkı iddiada qarşı tərəf evin tikintisi ilə bağlı çəkilmiş xərci tələb edir. Qonşular tərəfindən qəbul edilmiş aktda da qeyd olunub ki, həmin ev Məsudə xanım tərəfindən tikilmiş və həmin akta əsasən Naxçıvan MR Ali Məhkəməsi bu məsələyə münasibət bildirmiş və sübuta qiymət vermişdir. Yəni artıq Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında bu məsələyə münasibət bildirmiş və qarşı tərəfin yalnız sübutlar təqdim etdiyi halda evin təmirinə çəkilmiş xərclərlə bağlı tələb irəli sürə biləcəyini qeyd etmişdir. Hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı evin təmiri ilə bağlı çəkdiyi xərclərlə əlaqədar hər hansı sübut təqdim etməmiş və sübut mövcud olmadığından qarşılıqlı iddia da rədd olunmalıdır. İddiaçı (İddiaçı) iddiası isə o səbəbdən təmin olunmalıdır ki, hal-hazırda mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi vardır və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində Cavabdeh yaşayır və iddiaçı cavabdehin oradan çıxarılmasını tələb edir. Qeyd olunanlara əsasən ilkin iddia ərizəsinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
6. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı (İddiaçı) yaşayış sahəsindən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 2021-ci ildə torpağa dair Çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsini X1 Məsudə Məmməd qızına bağışlamışdır. 2010-cu ildə sözügedən torpaq sahəsi Cavabdeh ilə birgə nikahda olduqları dövrdə X14 bağışlanmış, X14 isə həmin torpaq sahəsində 2014-cü ildən başlayaraq tikinti işlərini həyata keçirməyə başlamışdır. Həmin torpaq sahəsində iki tikili vardır. Onlardan birində Məsudə xanım, digərində isə Türkanə xanım yaşamışdır. Həmin ev 2014-cü ildən tikilməyə başlanmış və Azərsu ASC, Azərqaz İB və Azərişıq ASC ilə abonent müqavilələri X7 adına bağlanmışdır. Cavabdeh atası tərəfindən fərdi yaşayış evində təmir işləri həyata keçilmişdir. Bundan əlavə qeyd edir ki, “Google Earth” dən illər üzrə çıxarışlardan da məlum olur ki, 2008-ci ildə həmin ərazi boş olmuş, bu torpaq sahəsində tikinti işləri 2013-cü ildən başlanmışdır. İddiaçı torpaq sahəsinə dair çıxarışı mövcud olsa da, onun üzərindəki əmlaka dair çıxarışı mövcud deyildir. Bu səbəbdən də həmin torpaq sahəsində yerləşən digər əmlakdan Türkanə xanımın çıxarılmasını tələb edə bilməz. Şərur Rayon Məhkəməsində əmlaka dair payın müəyyən edilməsi tələbi ilə bağlı iddia qaldırılmış və paya münasibətdə iddia tələbi rədd edilmişdir. Hazırki iddia tələbi isə, fərdi yaşayış evinin tikintisi və təmirinə çəkilmiş xərclərlə bağlıdır. O bildirmişdir ki, X14 ilə Türkanə xanımın birgə nikah dövründə olduqları dövrdə həmin əmlak tikilmiş, o əmlakın tikilməsində Türkanə xanımın atası orada iştirak etmiş və bununla bağlı əvvəlki məhkəmə prosesslərində ifadə və izahatını bildirmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İş materialları.
8. Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-304/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, ilkin iddia qismən təmin olunmuş, X14 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində bağlanmış 296 saylı nikahın pozulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il tarixdə doğulmuş X8 və xx.xx.2009-cu il tarixdə doğulmuş X10 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi, Şərur rayon Oğlanqala kəndində yaşayış yeri üzrə qeydiyyatda olan qarşılıqlı iddia üzrə cavabdeh X4 xx.xx.2007-ci il tarixdə doğulmuş X8 və xx.xx.2009-cu il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa 400 (dörd yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat sabit pul məbləğində aliment tutularaq anası ünvan 4 ünvanında yaşayan Cavabdeh ödənilməsi, alimentin tutulması qarşılıqlı iddianın verildiyi xx.xx.2022-ci il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi, qarşılıqlı iddia qalan hissədə rədd edilməsi, məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumun iddiaçıya aid edilməsi və nikahın pozulması dövlət qeydiyyatına alınan zaman X4 dövlət rüsumu tutulması, Cavabdeh bu rüsumu ödəməkdən azad edilməsi qət edimişdir.
9. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)- 226/2023 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, cavabdeh X7 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 95 - də yerləşən, 15 nömrəli mənzil iddiaçı Cavabdeh ilə cavabdeh X7 birgə nikahları dövründə əldə olunduğundan onların hər birinin həmin mənzilə 1/2 (ikidə bir) hissədə payı müəyyən olunması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 (bir yüz on altı min beş yüz) manat məbləğində pulun 1/2 (ikidə bir) hissəsi cavabdehlər X4 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi, "HYUNDAİ İX-35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili: 2012, rəngi - ağ, mühərrik G4KDCU781622, ban KMHJU81BDCU537060) real bazar qiyməti olan 23000 (iyirmi üç min) manatın 1/2 (ikidə bir) hissəsi cavabdeh X4 alınaraq iddiaçı Cavabdeh ödənilməsi, məhkəməyə müraciət etmək məqsədilə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 11 (on bir) manatı və 600 manat dövlət rüsumunun 136 (bir yüz otuz altı) manatı cavabdeh X4 alınaraq İddiaçı ödənilməsi, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət olunmuşdur.
10. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(108)-119/2023 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdehlər X11, İddiaçı və X2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsindən cavabdehlər X14 və İddiaçı vəkil və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e- 2(110)-226/2023 nömrəli qətnaməsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 (bir yüz on altı min beş yüz) manat məbləğində pulun 1/2 (ikidə bir) hissəsinin cavabdehlər X4 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi və "HYUNDAİ İX- 35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili: 2012, rəngi - ağ, mühərrik G4KDCU781622, ban KMHJU81BDCU537060) real bazar qiyməti olan 23000 (iyirmi üç min) manatın 1/2 (ikidə bir) hissəsinin cavabdeh X4 alınaraq iddiaçı Cavabdeh ödənilməsinə dair hissələrdə ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə rədd olunması, məhkəməyə müraciət etmək məqsədilə iddiaçı Cavabdeh tərəfindən 06 fevral 2023-cü il tarixdə X17 vasitəsilə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 600 manat dövlət rüsumunun 100 (bir yüz) manatı cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh ödənilsin və dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 561/2024 saylı qərarının surətindən müəyyən olunur ki, kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli, 2(108)-119/2023 saylı qətnaməsi qismən - birgə nikah müddətində əldə olunmuş avtomobilin satılmasından əldə olunan vəsaitdən bir hissəsinin tutulmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, “32. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda həmin sahə özbaşına tikili statusundadır ki, özbaşına tikililər hər hansı hüquq subyekti ola bilməz və hüququn subyekti olmayan bir əmlaka münasibətdə hər hansı tələb irəli sürülə bilməz. Etiraza əlavə etdikləri həmin ərazidə yaşayan qonşular tərəfindən tərtib edilmiş aktdan da görünür ki, qeyd edilən yaşayış sahəsi cavabdeh Cəfər Hüseynovun bacısı İddiaçı tərəfindən tikilmiş, Cəfər Hüseynov tərəfindən həmin sahədə hər hansı tikinti işləri aparılmamışdır. Qeyd edilən hal həmin ərazidə yaşayan qonşular tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim etdikləri aktla da öz əksini tapır. 33. İddiaçı apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında qeyd etmişdir ki, «Tikdiyimiz evin altındakı torpaq sahəsinin baldızıma məxsus olmasını sonradan bildim. ... Bu evi Cəfərin tikdiyini bilirəm. Ona görə ki, o, mənə bildirmədən bu evi tikib, mənə sürpriz etmək istəmişdi. Hətta tikəndən sonra atama demişdi ki, təmirini sən et, amma qızına bildirmə. Mən ev tikilib qurtarandan sonra bildim ki, Cəfər evi tikib. Tikintidə kimlərin işləməsindən və necə tikilməsindən xəbərim yoxdur.. Amma ayam təmir edib ...» 34. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi Şərq yaşayış sahəsi döngə 2, ev 33 B (Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 113B) ünvanında yerləşən yaşayış evinin cavabdeh Cəfər Hüseynovun mülkiyyətində olması müəyyən olunmur. İddiaçı evin təmirinə xərc çəkildiyinə dair sübutları təqdim etməklə bu barədə iddia verə bilər. 35. Məhkəmə kollegiyası hesab edir ki, Şərq yaşayış sahəsi döngə 2, ev 33 B (Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 113B) ünvanında yerləşən yaşayış evinin bazar dəyərinin 2/3 hissəsinin ona verilməsi barədə tələbi rədd etməkdə apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur”
12. Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinın surətindən müəyyən olunur ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)- 226/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
13. Torpaqların alqı-satqına dair xx.xx.2004-cü il tarixli aktın surətindən müəyyən olunur ki, bu akta görə İddiaçı tərəfindən Qaraçuxur bələdiyyə orqanına xx.xx.2003-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Qaraçuxur bələdiyyə ərazisində 0.04 ha torpaq sahəsi satılması barədə 2003-cü il 26 may tarixli 105 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Suraxanı rayon BUSB Bankının ********* saylı hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir.
14. xx.xx.2003-cü il tarixli aktın surətindən müəyyən olunur ki, aşağıda imza edənlər Qaraçuxur Bələdiyyəsinin sədr müavini Ə.Mirzəyev, Bələdiyyənin memarı A.Şahmuradovun iştirakı ilə Qaraçuxur Bələdiyyəsinin 26 may 2003-cü tarixli, 105 saylı sərəncamı əsasında Qaraçuxur qəsəbəsinin Şərq yaşayış sahəsi torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünü aparılmış və daimi nişanlar qoyulmuşdur. Torpaq sahəsi fərdi yaşayış evi üçün verilmişdir.
15. Faktın təsdiqi haqqında Aktın surətindən müəyyən olunur ki, “Biz aşağıda imza edənlər bu aktı tərtib edirik ondan ötrü ki, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 2003-cü il tarixindən bu günə qədər X14 və Cavabdeh tərəfindən hər hansı təmir, yenidənqurma(mənzil tikintisi) aparılmamışdır. Evin tikintisi şəxsən İddiaçı tərəfindən aparılmışdır. Aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik”.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0.0190 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci ildən hüquqi qeydiyyatdan keçirilmişdir.
İşin faktiki halları.
17. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0.0190 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı X14 ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və əvvəllər Naxçıvan MR-da yaşamışlar. Daha sonra 2021-ci il tarixində Bakı şəhərinə gələrək iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşamağa başlamışlar. Daha sonra Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-304/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən X14 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində bağlanmış 296 saylı nikahın pozulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il tarixdə doğulmuş X8 və xx.xx.2009-cu il tarixdə doğulmuş X10 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi və azyaşlı uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir.
18. Hazırkı iş üzrə Cavabdeh X11 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X7 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 95 - də yerləşən, 15 nömrəli mənzil iddiaçı Cavabdeh ilə cavabdeh X7 birgə nikahları dövründə əldə olunduğundan onların hər birinin həmin mənzilə 1/2 (ikidə bir) hissədə payı müəyyən olunması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 (bir yüz on altı min beş yüz) manat məbləğində pulun 1/2 (ikidə bir) hissəsi cavabdehlər X4 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi, "HYUNDAİ İX-35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili: 2012, rəngi - ağ, mühərrik G4KDCU781622, ban KMHJU81BDCU537060) real bazar qiyməti olan 23000 (iyirmi üç min) manatın 1/2 (ikidə bir) hissəsi cavabdeh X4 alınaraq iddiaçı Cavabdeh ödənilməsi, məhkəməyə müraciət etmək məqsədilə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 11 (on bir) manatı və 600 manat dövlət rüsumunun 136 (bir yüz otuz altı) manatı cavabdeh X4 alınaraq İddiaçı ödənilməsi, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət olunmuşdur.
19. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(108)-119/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayətləri qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 (bir yüz on altı min beş yüz) manat məbləğində pulun 1/2 (ikidə bir) hissəsinin cavabdehlər X4 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi və "HYUNDAİ İX- 35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili: 2012, rəngi - ağ, mühərrik G4KDCU781622, ban KMHJU81BDCU537060) real bazar qiyməti olan 23000 (iyirmi üç min) manatın 1/2 (ikidə bir) hissəsinin cavabdeh X4 alınaraq iddiaçı Cavabdeh ödənilməsinə dair hissələrdə ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə rədd olunması, məhkəməyə müraciət etmək məqsədilə iddiaçı Cavabdeh tərəfindən 06 fevral 2023-cü il tarixdə X17 vasitəsilə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 600 manat dövlət rüsumunun 100 (bir yüz) manatı cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh ödənilsin və dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
20. Daha sonra həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-561/2024 saylı qərarının surətindən müəyyən olunur ki, kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(108)- 119/2023 saylı qətnaməsi qismən - birgə nikah müddətində əldə olunmuş avtomobilin satılmasından əldə olunan vəsaitdən bir hissəsinin tutulmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.mQalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
21. Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
Tətbiq edilən hüquq.
22. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Madd ə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi
28. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0.0190 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı X14 ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və əvvəllər Naxçıvan MR-da yaşamışlar. Daha sonra 2021-ci il tarixində Bakı şəhərinə gələrək iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilidə yaşamağa başlamışlar. Daha sonra Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-304/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən X14 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində bağlanmış 296 saylı nikahın pozulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il tarixdə doğulmuş X8 və xx.xx.2009-cu il tarixdə doğulmuş X10 anası Cavabdeh yanında qalmasının müəyyən edilməsi və azyaşlı uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir.
29. Hazırkı iş üzrə Cavabdeh X11 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X7 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 95 - də yerləşən, 15 nömrəli mənzil iddiaçı Cavabdeh ilə cavabdeh X7 birgə nikahları dövründə əldə olunduğundan onların hər birinin həmin mənzilə 1/2 (ikidə bir) hissədə payı müəyyən olunması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 (bir yüz on altı min beş yüz) manat məbləğində pulun 1/2 (ikidə bir) hissəsi cavabdehlər X4 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi, "HYUNDAİ İX-35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili: 2012, rəngi - ağ, mühərrik G4KDCU781622, ban KMHJU81BDCU537060) real bazar qiyməti olan 23000 (iyirmi üç min) manatın 1/2 (ikidə bir) hissəsi cavabdeh X4 alınaraq iddiaçı Cavabdeh ödənilməsi, məhkəməyə müraciət etmək məqsədilə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 11 (on bir) manatı və 600 manat dövlət rüsumunun 136 (bir yüz otuz altı) manatı cavabdeh X4 alınaraq İddiaçı ödənilməsi, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət olunmuşdur.
30. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(108)-119/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayətləri qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 2, ev 33B (Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı yaşayış evinin orta bazar qiyməti olan 116500 (bir yüz on altı min beş yüz) manat məbləğində pulun 1/2 (ikidə bir) hissəsinin cavabdehlər X4 və İddiaçı müştərək qaydada alınaraq Cavabdeh ödənilməsi və "HYUNDAİ İX- 35” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili: 2012, rəngi - ağ, mühərrik G4KDCU781622, ban KMHJU81BDCU537060) real bazar qiyməti olan 23000 (iyirmi üç min) manatın 1/2 (ikidə bir) hissəsinin cavabdeh X4 alınaraq iddiaçı Cavabdeh ödənilməsinə dair hissələrdə ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə rədd olunması, məhkəməyə müraciət etmək məqsədilə iddiaçı Cavabdeh tərəfindən 06 fevral 2023-cü il tarixdə X17 vasitəsilə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 600 manat dövlət rüsumunun 100 (bir yüz) manatı cavabdeh X4 tutularaq iddiaçı Cavabdeh ödənilsin və dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
31. Daha sonra həmin qətnamədən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-561/2024 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(108)-119/2023 saylı qətnaməsi qismən - birgə nikah müddətində əldə olunmuş avtomobilin satılmasından əldə olunan vəsaitdən bir hissəsinin tutulmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
32. Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(110)-226/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
33. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur, lakin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinə dair heç bir qeydiyyat aparılmamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş bir tikilidə yaşayır və bu hal məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir.
34. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
35. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun mülkiyyətində olması barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin iş materiallarında mövcud olan qətnamələrdən cavabdeh tərəfin faktiki məskunlaşdığı yaşayış evinin İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuş və bu halı tərəflər mübahisələndirməmişlər.
36. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
37. Beləliklə məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, həmin torpaq sahəsi üzərində bir sıra hüquq və vəzifələrə malikdir. Mübahisəli ev özbaşına tikili kimi mövcud olsa da, tikinti aparılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.0190 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla orada fərdi yaşayış evinin tikilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırması ilə bağlı iddiaçının “qanuni gözləntisi” mövcuddur.
38. Hər bir halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfin torpaq sahəsindən istifadə hüququ cavabdehlə aralarındakı ailə münasibətlərindən yox, mülki münasibətlərdən də (məsələn, tərəflər arasında müqavilə bağlanması) yarana bilərdi. Lakin işin hallarından görünür ki, tərəflər arasında cavabdehə torpaq sahəsindən istifadə hüququ verən hər hansı mülki hüquqi münasibət mövcud olmamışdır.
39. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-561/2024 saylı qərarı ilə müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi Şərq yaşayış sahəsi döngə 2, ev 33 B (Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış sahəsi, döngə 2, ev 113B) ünvanında yerləşən yaşayış evinin cavabdeh Cəfər Hüseynovun mülkiyyətində olması müəyyən olunmur. İddiaçı evin təmirinə xərc çəkildiyinə dair sübutları təqdim etməklə bu barədə iddia verə bilər.
40. Lakin cavabdeh qarşılıqlı iddia ərizəsi verməklə kifayətlənmiş, həm fərdi yaşayış evinin tikilməsinə və həm də təmirinə çəkilmiş xərci qarşı tərəfdən tələb etmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-561/2024 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi ilə bağlı məsələyə münasibət bildirilmiş və cavabdehə izah olunmuşdur ki, onun tərəfindən evin təmirinə dair xərc çəkildiyi təqdirdə bu barədə iddia qaldıra bilər.
41. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək mübahisəli evdə hansı təmir işlərinin aparılmasını, təmirə sərf olunmuş materiallar, təmir işlərinin kim tərəfindən aparılması, təmir işlərinə nə qədər vəsait sərf olunması, pul vəsaitinin kim tərəfindən verilməsi və s. ilə bağlı heç bir sübut təqdim etməyərək iş üzrə birbaşa ekspertiza təyin olunması ilə bağlı vəsatət vermişdir. Cavabdeh tərəf evin mövcudluğuna istinad edərək onun tikintisinə və təmirinə çəkilmiş xərcin müəyyən olunması məqsədilə ekspertiza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə isə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-561/2024 saylı qərarında qarşılıqlı iddia üzrə iddiaçıya evin təmirinə xərc çəkildiyinə dair sübutları təqdim etməklə bu barədə iddia verə biləcəyi izah olunmuşdur. Hazırkı halda isə qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olsa da, bu barədə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında sübut mövcud olmadığından ekspertizanın təyin olunması və ekspert qarşısında sualların qoyulması da istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd olunmalıdır.
42. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
43. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Məhkəmə xərcləri.
44. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən tərəflər hər biri 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
45. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 0.0190 ha torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33 B, 113 B)-dən çıxarılmalı, məhkəmə xərci - ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
46. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X3 qarşı “fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi” barədə verilmiş qarşılıqlı iddia ərizəsi təmin olunmamalı və ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid olunmalıdır.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 0.0190 ha torpaq sahəsinin üzərində inşa edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal-Şərq yaşayış massivi döngə 2 ev 5 (ev 33 B, 113 B)dən çıxarılsın. Məhkəmə xərci - ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X3 qarşı “fərdi yaşayış evinin tikilməsinə və təmirinə çəkilmiş xərcin bölünməsi” barədə verilmiş qarşılıqlı iddia ərizəsi təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova