Məhkəmə qərarları › İş №2(010)-1144/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1144/2022

29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1144/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X24 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X3 X7 oğlu olduğunu təsdiq edən doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 3 fərdi yaşayış evi mülkiyyət hüququnun müəyyən edilməsi haqqında 2*.08.*974-cü il tarixli vəsiqəyə əsasən nənəsi X7 şəxsi mülkiyyətində olmuşdur. *975-ci ildə vəfat edən nənəsi X2 iki mərtəbəli fərdi yaşayış evini şərti olaraq bölüb və özü də orda yaşamaq şərti ilə birinci mərtəbəni əmisi X*5, ikinci mərtəbəni isə X8na verib. X8 *0.07.*993-cü ildə vəfat edəndən sonra evin ikinci mərtəbəsini qardaşı X26 ilə iki hissəyə bölmüşlər. Hal-hazırda iki mərtəbəli fərdi yaşayış evi və həyətyanı sahəsi üç ailə arasında bölünərək hasarlanıb, giriş-çıxış yolları ayrılıb və aralarında heç bir mübahisə yoxdur. Fərdi yaşayış evinin digər sakinləri kimi o da miras əmlakı faktiki olaraq qəbul etmiş, orda təmir, abadlıq işləri aparmış və kommunal xərcləri, torpaq vergisini ödəmişdir. Bu halları müvafiq arayışlar təsdiq edir. Fərdi yaşayış evinin ona aid olan hissəsini sənədləşdirmək məqsədi ilə nənəsi X7 ölüm şəhadətnaməsini və X3 doğum şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmişdir. Ona cavab olaraq bildirilib ki, X*3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb və qohumluq münasibətləri müəyyən edilmədiyinə görə X7 ölüm qeydi ilə bağlı məlumatı ona verməkdən imtina edilib. Miras əmlakdan ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X30 müraciət etmiş və qohumluq münasibətləri müəyyən edilmədiyinə görə *433 saylı, 07.05.202*-ci il tarixli imtina qərarını almışdır. Hal-hazırda miras əmlak kimi faktiki olaraq qəbul etdiyi fərdi yaşayış evinin ona aid olan hissəsinə dair çıxarışın alınması üçün X3 doğum şəhadətnaməsini əldə edə bilmədiyinə görə məhkəməyə müraciət edir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X25 atası, X*4 isə atasının anası, yəni nənəsidir. Nənəsi *975-ci ildə, atası isə *993-cü ildə vəfat etmişdir. Həm nənəsi, həm də atası vəfat edənə qədər onlarla birlikdə miras qalmış evdə yaşamışlar. Həmin evdə yaşayan hamı mirası faktiki qəbul etmişdir. Lakin onlar bunu rəsmiləşdirmək üçün vərəsəlik haqqında şəhadətnamə almaq istəsələr də bu mümkün olmamışdır. Belə ki, bunun üçün onlardan nənəsinin ölümü, atasının isə doğumu haqqında rəsmi sənəd lazım olmuşdur. Bu zaman məlum olmuşdur ki, nənəsinin ölümü haqqında sistemdə məlumat mövcud olsa da X3 doğumu ilə bağlı heç bir məlumat mövcud deyil. Bunun nəticəsində atası və nənəsi arasındakı qohumluq əlaqəsini müəyyən etmək mümkün olmadığından onlara nənəsinin ölümü haqqında rəsmi sənədin verilməsindən də imtina edilmişdir. Hazırda ona atası və nənəsi arasındakı qohumluq əlaqəsinin təsdiqi lazımdır. Çünki ancaq bu halda onlardan miras qalmış evlə bağlı vərəsəlik haqqında şəhadətnamə ala bilərlər. X3 nənəsi X7 oğlu olduğunu sübut edən bütün sənədlər iş materiallarında mövcuddur. Odur ki, məhkəmədən X3 nənəsi X7 oğlu olması faktının təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Şəki rayon Qeydiyyat Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, yolun uzaq olması səbəbindən Şöbənin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə Şöbənin nümayəndəsinin iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.*952-ci ildə Şəki şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, ev *7, mənzil *0* ünvanında qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən 29.08.2020-ci il tarixdə verilmiş AZ-T seriyalı, *39596 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (X8, anası X*6) xx.xx.*952-cu il tarixdə Şəki şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2*.04.*952-ci il tarixdə 347 nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən *0.07.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 08*003 nömrəli ölüm haqqında şəhadətnamənin (təkrar) notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X25 *0.07.*993-cü il tarixdə Şəki şəhərində “xroniki ürək və qan damar çatışmazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında *0.07.*993-cü il tarixdə 3** nömrə ilə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən *2.06.202*-ci il tarixdə verilmiş 05/Q-485/70 nömrəli arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X25 barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. Akt qeydi kitabları Maraqlı şəxs arxivində *945-ci ilədək saxlanılır. Doğum haqqında bərpa akt qeydi kitabları *936-cı ildən 202*-ci ilədək yoxlanılmışdır. Şəki Bələdiyyəsi tərəfindən verilmiş *9.09.20*9-cu il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin 2020-ci ilə qədər torpaq və əmlak vergisi borcu yoxdur. “Dəmirçibulağı” məhəllə nümayəndəsi tərəfindən verilmiş 27.*2.2020-ci il tarixli arayışda qeyd edilir: “Şəki şəhəri, Vidadi küçəsi 44 saylı evin varisi Ərizəçi Bakı şəhərində yaşasa da X8 *0.07.*993-cü ildə rəhmətə gedən vaxtdan həmin evə tez-tez gəlmiş və müəyyən vaxtlarda yaşamışdır. Yaşadığı müddət ərzində həmin evin bütün kommunal xidmət xərclərini və digər torpaq vergilərini mütəmadi olaraq ödəmişdir. O, evin cari, əsaslı təmir işlərini də görmüş və evin məişət şəraitini yaxşılaşdırmışdır”. “Dəmirçibulağı” məhəllə nümayəndəsi tərəfindən verilmiş 29.09.20*6-cı il tarixli arayışda qeyd edilir: “X2* həqiqətən Şəki şəhəri, Vidadi küçəsi 44 saylı evin varisidir, lakin həmin evdə qeydiyyatda deyil və bu ünvanda arabir olur”. "xxxx" ASC tərəfindən verilmiş *6.06.202*-ci il tarixli, 503*7*5 nömrəli arayışdan görünür ki, Vidadi küçəsi, ev 44/A ünvanında yaşayan X** *6.06.202*-ci il tarixinə sudan istifadə xidmətinə görə borcu yoxdur. "xxxx" ASC tərəfindən verilmiş AB0*5*80 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan 550*40400020044 kodlu abonent Xəyyam İsmayılovun *0.06.202*-ci il tarixi üçün "xxxx" ASC-yə elektrik enerjisindən borcu yoxdur. *9*88778M2 saylı sayğacın 07.06.202*-ci il tarixə son göstəricisi 2069 təşkil edir. 3 gün orta günlük sərfiyyatla hesablanmışdr. Maraqlı şəxs tərəfindən X*8 ünvanlanmış *5.*0.202*-ci il tarixli məktubda qeyd edilir: “Sizin atanız X*3 doğumunun qeydə alınması barədə *5.*0.202*-ci il tarixli müraciətinizə baxılmışdır. Doğumun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim edə bilmədiyinizə görə doğum qeydiyyatının aparılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiz”. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 07.05.202*-ci il tarixli, *433 nömrəli qərarın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X*2 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Əsas: Miras qoyan öldüyü gündən vərəsəsi X28 nə ərizə ilə, nə də faktiki olaraq mirası qəbul etməmiş, qanunla müəyyən edilmiş müddət ötürülmüş, yəni buraxılmışdır. Eyni zamanda, miras qoyan şəxslə vərəsə X*3 qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə *4.08.2020-ci il tarixli müraciətə cavab olaraq X*3 doğumu barədə heç bir məlumat əldə edilmədiyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 25.08.2020-ci il tarixli, TA-00048-2020 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X*3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş *5.*0.202*-ci il tarixli, 55* nömrəli arayışdan görünür ki, Ərizəçi X8 06.*94*-ci il tarixdən *2.*945-ci il tarixədək hərbi xidmət keçmişdir. 0*.*942-ci il tarixdən 05.*942-ci il tarixədək X29 iştirak etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X45 filialının 08.07.2020-ci il tarixli, 4*6 nömrəli arxiv arayışından görünür ki, Nuxa VVAQ Şöbəsinin *94*-ci ilin “Doğulanların qeydiyyat” kitabına əsasən 03.03.*94*-ci il *42 nömrəli doğulma aktının qeydində İsmailova Sünbül 28.02.*94*-ci ildə anadan olması qeyd edilmişdir. X*0, anası X*9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş *7.03.2022-ci il tarixli arayışlardan görünür ki, *895-ci il təvəllüdlü X*4 və *9*3-cü il təvəllüdlü X*3 qeydiyyatı barədə məlumat yoxdur. X22 tərəfindən Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində təqdim edilmiş ərizədə qeyd edilir: “Mən, 28.02.*94*-ci il təvəllüdlü X22 bildirirəm ki, həqiqətən atam *9*3-cü il təvəllüdlü X23r. Babam *885-ci il tarixdə doğulmuş *956-cı il tarixdə vəfat etmiş X5r.*895-ci il tarixdə doğulmuş, nənəm 27.*0.*975-ci il tarixdə vəfat etmiş X9r”. Əliyeva Hicran Nurməmməd qızı tərəfindən verilmiş, “Dəmirçibulağı” məhəllə nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizədə qeyd edilir: “Vidadi küçəsində mən uzun müddət yaşamışam və X*3 həqiqətən X7 doğma oğlu olduğunun şahidi olmuşam. Onlar Vidadi küçəsi 44 saylı evdə birgə yaşamışlar. Hal-hazırda səhhətimlə və yaşımın çox olması ilə əlaqədar həm də Şəki şəhərində yaşadığım üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hal-şahidi kimi iştirak edə bilmirəm”. X22 tərəfindən verilmiş, “Dəmirçibulağı” məhəllə nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizədə qeyd edilir: “Mən - X6 şəhəri, Vidadi küçəsi 44 saylı evdə yaşamışam. Bizimlə birlikdə atam X25 və nənəm X*4 yaşamışdır. X7 doğma oğlu olduğunun canlı şahidiyəm. Hal-hazırda Şəki şəhərində yaşadığım üçün səhhətim və yaşımla əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hal-şahidi kimi iştirak edə bilmirəm”. “Dəmirçibulağı” məhəllə nümayəndəsi tərəfindən verilmiş arayışda qeyd edilir: “Həqiqətən Şəki şəhəri, Vidadi küçəsi 44 saylı evdə şəxsi mülkiyyət hüququna malik olan X*4 yaşamış və X25 həqiqətən onun oğlu olmuşdur. Bunu həmin ərazidə yaşayan 28.02.*94*-ci il təvəllüdlü X22 və 04.09.*940-cı il təvəllüdlü Əliyeva Hicran Nurməmməd qızı onlarla bir ərazidə yaşadıqlarının hal-şahidi olduqlarını təsdiq edirlər”. Bir ədəd fotoşəkildən görünür ki, qəbir daşı üzərindəki təsvirdə “X25. 09.09.*9*3 – *0.07.*993” qeyd edilmişdir. İşin faktiki halları. X25 Ərizəçi atasıdır. Ərizəçinin atası Davud İsmayılov *0.07.*993-cü il tarixdə ölmüş, ölüm haqqında müvafiq qeydiyyat aparılmışdır. Mərhumum ərizəçinin atası olması mübahisəsizdir, çünki ərizəçinin doğum haqqında şəhadətnaməsində atası kimi X*3 adı qeyd edilmişdir. Ərizəçinin atasının ölümü haqqında qeydiyyat aparılsa da onun doğum haqqında müvafiq orqanda heç bir akt qeydi aşkar olunmamışdır. Belə ki, qeydiyyat orqanının arxivində *945-ci ilədək akt qeydi kitabları saxlanılmamış, doğum haqqında bərpa akt qeydi kitablarının isə *936-cı ildən yoxlanılması mümkün olmuşdur. Ərizəçi isə X3 *9*3-cü ildə doğulduğunu bildirir. Belə bir vəziyyətdə ərizəçi atasının doğumu ilə bağlı akt qeydini nə müvafiq qeydiyyat orqanının arxivindən, nə də Milli Arxiv İdarəsinin arixivindən əldə edə bilməmişdir. Ərizəçi bildirir ki, X3 doğum haqqında akt qeydi tapılmadığına görə atasının anasının X*4 olmasını sübut edə bilmir. X* oğlu olmasının müəyyən edilməsi ərizəçiyə ona görə lazımdır ki, o, nənəsindən atasına, daha sonra isə ona və digər ailə üzvlərinə miras qalmış ev üzərində miras bölgüsünün rəsmiləşdirilməsinə nail olmaq istəyir. Lakin ərizəçinin mərhum X*3 oğlu olduğu müəyyən edilsə də X*3 mərhum X7 oğlu olması yuxarıda qeyd edilmiş səbəblərdən müəyyən edilmədiyindən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, X3 X7 oğlu olması faktının müəyyən edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə **34. Vərəsələr. **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **34.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə **59. Qanun üzrə vərəsələr. **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). **59.*.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*. şəxslərin qohumluq münasibətlərinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması. 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı: 2.Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.*.Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Məhkəmənin mövqeyi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Ərizəçi mərhum X8na onun anası X4 miras qalmış ev üzərində miras payı almaq niyyətindədir. Lakin atasının doğum haqqında akt qeydi tapılmadığından X3 X7 oğlu – dolayısı ilə onun birinci növbə vərəsəsi olmasını sübut edə bilmir. Hansı ki, ərizəçi özü mərhum X3 birinci növbə vərəsəsidir. Odur ki, onun miras əmlakdan pay almaq hüququ istisna edilmir. Elə bu səbəbdən məhkəmə ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu qəbul edir. Bundan başqa, iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, ərizəçinin X3 anası X9r. Belə ki, iş materiallarında olan evin kitabçası, yerli nümayəndəliklər tərəfindən verilmiş arayışlar, notariat qaydasında təsdiq edilmiş şahid ifadəsi kimi sənədlərlə X7 ərizəçinin X3 anası olması nəticəsinə gəlmək mümkündür. Həmçinin, nəzərə alınmalıdır ki, ərizəçi atasının *9*3-cü ildə doğulduğunu iddia edir və bu tarixdə aparılmış doğum qeydiyyatları nə qeydiyyat orqanının arxivində, nə də milli arxivdə mövcud deyil. Bu baxımdan ərizəçi X3 X7 oğlu olmasını təsdiq edə biləcək atasının doğum haqqında şəhadətnaməsindən başqa bütün mümkün sənədləri məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin X3 X7 oğlu olması faktı müəyyən edilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X3 X7 oğlu olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X3 X7 oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar