Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-115/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Suraxanı rayonu, Ramana qəsəbəsində ona ayrılmış 0.03 ha torpaq sahəsindən çıxarılması və qanunsuz inşa etdiyi daş hasarın öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddianı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, X6 tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli qərardan çıxarışa əsasən Suraxanı rayonu, Ramana qəsəbəsində ona 0.03 ha torpaq sahəsi ayrılmışdır. O, bu torpaq sahəsinə dair rəsmiləşdirmək hüququnu Nümayəndə ötürmüşdür (gələcəkdə onun adına keçirmək məqsədi ilə). xx.xx.2023-cü il tarixdə Abbaslı X3 RPİ-nin 31-ci PB-nə ərizə ilə müraciət edərək, Malik adlı şəxs onların torpaq sahəsinin bir hissəsini daş hasara alaraq zəbt etdiyini bildirmişdir. Aparılmış təhqiqat araşdırması zamanı Nümayəndə izahat verərək bildirmişdir ki, Suraxanı rayonu, Ramana qəsəbəsində 0.03 ha (3 sot) torpaq sahəsi ayrılmış, boş torpaq olduğu üçün heç bir tikinti işləri aparmamışdır. Lakin təsadüfən ordan keçən zaman görmüş ki, həmin torpaq sahəsində olan qonşuluqda yaşayan Malik adlı şəxs ona aid sahədə uzunluğu 20 metr, eni 4 metr olan ərazidə tikinti işləri apararaq zəbt etmiş və ona aid olduğunu bildirmişdir. Araşdırmanın nəticəsində tikinti işlərinin aparılması dayandırılsa da, cinayət işinin başlanması rədd edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək töfsiyə edilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsində 0.03 ha torpaq sahəsi Suraxanı rayonu Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə iddaçıya verilmişdir. Hal-hazırda Cavabdeh ona aid torpaq sahəsini zəbt etmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə bu qanunsuzluğa son qoyulması barədə xahiş etmiş, lakin cavabdeh məhəl qoymamışdır. Hazırda cavabdehin bu əməllərinə görə o, torpaq sahəsinə sərbəst gedib-gələ bilmir. Cavabdeh tərəfindən tikilmiş hasar nəticəsində onun torpaq sahəsinə girişi bağlanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanunsuz inşa edilən hasarın sökülməsini və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı X2 xx.xx.2006-ci il tarixli 49 nömrəli qərarı ilə torpaqların alqı- satqısına dair aktına əsasən 0.03 ha torpaq sahəsi satılmışdır. Həmçinin də iddiaçıya 0.03 ha ayrılmış torpaq sahəsi Yeni-Suraxanı Bələdiyyəsinin mülkiyyətindədir. Lakin iddiaçıya bələdiyyənin alqı-satqı aktına əsasən sənəd üzrə 300.0 kv.m torpaq sahəsi ayrılsa da, faktiki olaraq həmin torpaq sahəsi 390.0 kv.m təşkil edir. Qeyd edilənlərlə yanaşı həm də Cavabdeh mübahisələndirilən torpaq sahəsini xx.xx.2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X1 almışdır. Həmin alqı-satqı müqaviləsində və bunun əsasında verilmiş çıxarışda torpağın mülkiyyətdə olan hissəsi 0,024 ha göstərilmiş olsa da, Adil Mustafayevlə X6 arasında olan xx.xx.2006-cı il tarixli Torpaqların Alqı-Satqısına dair Akta əsasən ona 0.03 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin 60.0 kv.m hissəsi uçruma düşdüyü üçün həmin hissəsinə çıxarış verilməmişdir. Lakin torpaq sahəsi bələdiyyənin sənədləşməsində olduğu kimi 0.03 ha olmaqla ilkin olaraq Adil Mustafayevin istifadəsində olmuş, 04.04 2014-cü ildən hal-hazıradək isə Cavabdeh istifadəsindədir və qonşu ilə aranı bağlayan hasar da ona uyğun çəkilmişdir. Onun tərəfindən iddiaçının heç bir torpaq sahəsi zəbt edilməmişdir. Əksinə iddiaçının torpaq sahəsi 300.0 kv.m olmalı olduğu halda 390.0 kv.m olması onu göstərir ki, torpaq sahəsi cavabdeh tərəfindən deyil, iddiacı tərəfindən zəbt edilmişdir. Belə ki, mütəxəssis tərəfindən baxış keçirilən zaman mütəxəssis iddiaçıya bildirmişdir ki, onun torpaq sahəsi yerindədir və heç bir zəbt və müdaxilə də yoxdur. Rəydə isə mütəxəssis tam əksini göstərmişdir. Odur ki, iddia tələbi əsassızdır və iddianın rədd edilməsini xahiş etmişdir.
İş materialları.
5. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Nümayəndə şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və qərarın surəti Nümayəndə göndərilərək hər hansı bir tələb və ya iddiası olarsa, bu barədə mülki qaydada məhkəməyə müraciət etməsi izah olunması qərara alınmışdır.
6. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin surətindən görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Suraxanı rayon X2 xx.xx.2006-ci il tarixli 49 nömrəli qərarı əsasında uçota alınmışdır.
7. Bakı şəhəri, Suraxanı rayonu, X2 xx.xx.2006-cı il tarixli 49 nömrəli qərarından çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu X2 ehtiyat fondunun alqı - satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı - satqı qaydasında Bakı şəhər sakini, İddiaçı Xanoğian qızına fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0,03 ha torpaq sahəsinin satılması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlərə əsasən satılmışdır.
8. xx.xx.2010-cu il tarixli, 5103 saylı Torpaqların alqı-satqısına dair aktın surətindən müəyyən olunur ki, X4 məxsus Suraxanı rayonu X2 ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsini 528 manata İddiaçı Xanoğian qızına satmışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində yerləşən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsinə dair ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmış, müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, torpaq sahəsinin kadastr planına əsasən koordinatları naturada göstərilmişdir. Bundan başqa sənəd üzrə sahənin bir hissəsi (59.0 kv.m) qonşu tərəfindən hasara alınaraq istifadə edilir.
10. xx.xx.2023-cü il tarixli, 340 saylı Bakı şəhəri, Suraxanı rayonu X2 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanladığı arayışın surətndən müəyyən olunur ki, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yerləşən vətəndaş İddiaçı Xanoğian qızına məxsus 0.03 ha torpaq sahəsi X4 aiddir. xx.xx.2006-cı il tarixli, 49 saylı Qərar əsli ilə düzdür.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 0,024 ha torpaq sahəsi Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 484 nömrəli reyestr kitabının 45797 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında yerləşən 0,024 ha olan torpaq sahəsini 7.823 manat ödəməklə X1 almışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1ci sual üzrə- göstərilən torpaq sənəd üzrə 300,0 kv.m olsa da, faktiki olaraq 390,0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. 2-ci sual üzrə- Göstərilən torpaq sənəd üzrə 300,0 kv.m olsa da, faktiki olaraq 390,0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. 3-cü sual üzrə- göstərilən torpaq sənəd üzrə 300,0 kv.m olsa da, faktiki olaraq 390,0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. 4-cü sual üzrə- Sualda qeyd olunanlarla bağlı koordinatları əks etdirən müqayisəli sxem əlavə olmuşdur. 5-ci sual üzrə-İddiaçının torpaq sahəsinin plan-ölçüsündəki (kadastr planı) koordinatlar naturada müəyyən edildi. Plan-ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi qonşu (cavabdeh) Cavabdeh tərəfindən hasarlanıb (əlavə edilmiş foto şəkillərdə göründüyü kimi). Hasarlanan 80,0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59,0 kv.m hissəsi ilə üst-üstə düşür. 6-cı sual üzrə - İddiaçının torpaq sahəsinin plan-öiçüsündəki (kadastr planı) koordinatlar naturada müəyyən edildi. Plan-ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi qonşu (cavabdeh) Cavabdeh tərəfindən hasarlanıb (əlavə edilmiş foto şəkillərdə göründüyü kimi). Hasarlanan 80,0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59,0 kv.m hissəsi ilə üst-üstə düşür. 7-ci sual üzrə-Yuxarıda qeyd olunduğu kimi iddiaçının torpaq sahəsinin planölçüsündəki (kadastr planı) koordinatlar naturada müəyyən edildi. Plan-ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi qonşu (cavabdeh) Cavabdeh tərəfindən hasarlanıb (əlavə edilmiş foto şəkillərdə göründüyü kimi). Hasarlanan 80,0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59,0 kv.m hissəsi ilə üst-üstə düşür.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualları üzrə: Göstərilən torpaq sənəd üzrə 300.0 kv.m olsa da faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın ikinci və üçüncü sualları üzrə: Göstərilən torpaq sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın beşinci, altıncı və yeddinci sualları üzrə: İddiaçının torpaq sahəsinin plan-ölçüsündəki (kadastr planı) koordinatlar naturada müəyyən edildi. Plan-ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi qonşu (cavabdeh) Cavabdeh tərəfindən hasarlanıb. Hasarlanan 80.0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59.0 kv.m hissəsi ilə üst üstə düşür.
İşin faktiki halları.
15. Bakı şəhəri, Suraxanı rayonu, X2 xx.xx.2006-cı il tarixli 49 nömrəli qərarından çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu X2 ehtiyat fondunun alqı - satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı - satqı qaydasında Bakı şəhər sakini, İddiaçı Xanoğian qızına fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0,03 ha torpaq sahəsinin satılması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlərə əsasən satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 0,024 ha torpaq sahəsi Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 484 nömrəli reyestr kitabının 45797 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualları üzrə: Göstərilən torpaq sənəd üzrə 300.0 kv.m olsa da faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın ikinci və üçüncü sualları üzrə: Göstərilən torpaq sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın beşinci, altıncı və yeddinci sualları üzrə: İddiaçının torpaq sahəsinin plan-ölçüsündəki (kadastr planı) koordinatlar naturada müəyyən edildi. Plan-ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi qonşu (cavabdeh) Cavabdeh tərəfindən hasarlanıb. Hasarlanan 80.0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59.0 kv.m hissəsi ilə üst üstə düşür.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
18. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X2 xx.xx.2006cı il tarixli 49 nömrəli qərarından çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu X2 ehtiyat fondunun alqı - satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı satqı qaydasında Bakı şəhər sakini, İddiaçı Xanoğian qızına fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0,03 ha torpaq sahəsinin satılması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlərə əsasən satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən 0,024 ha torpaq sahəsi Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 484 nömrəli reyestr kitabının 45797 nömrəli vərəqində qeydiyyata alınmışdır.
21. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsində 0.03 ha torpaq sahəsi Suraxanı rayonu Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə fərdi yaşayış evinin tikilməsi məqsədilə iddaçıya verilmişdir. Halhazırda Cavabdeh ona aid torpaq sahəsini zəbt etmiş, orada hasar tikmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə bu qanunsuzluğa son qoyulmasını xahiş etmiş, lakin cavabdeh buna məhəl qoymamışdır. Hazırda cavabdehin bu əməllərinə görə o, torpaq sahəsinə sərbəst gedib-gələ bilmir. Cavabdeh tərəfindən tikilmiş hasar nəticəsində onun torpaq sahəsinə girişi bağlanmışdır.
22. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə məhkəmə- tikinti ekspertizası təyin olunmuş və verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualları üzrə: Göstərilən torpaq sənəd üzrə 300.0 kv.m olsa da faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın ikinci və üçüncü sualları üzrə: Göstərilən torpaq sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən isə şərtidir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Qərardadın beşinci, altıncı və yeddinci sualları üzrə: İddiaçının torpaq sahəsinin plan-ölçüsündəki (kadastr planı) koordinatlar naturada müəyyən edildi. Plan-ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi qonşu (cavabdeh) Cavabdeh tərəfindən hasarlanıb. Hasarlanan 80.0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59.0 kv.m hissəsi ilə üst üstə düşür.
23. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
24. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin aparılmış ekspertiza rəyinə əsasən İddiaçının torpaq sahəsinin plan-ölçüsündəki (kadastr planı) koordinatlar naturada müəyyən edildi. Plan-ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi qonşu (cavabdeh) Cavabdeh tərəfindən hasarlanıb. Hasarlanan 80.0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59.0 kv.m hissəsi ilə üst-üstə düşür.
25. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
26. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 0.03 ha torpaq sahəsi Suraxanı rayonu Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə fərdi yaşayış evinin tikilməsi məqsədilə iddaçıya verilmişdir.
27. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, o, həmin torpaq sahəsi üzərində bir sıra hüquq və vəzifələrə malikdir, həmçinin bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmiş və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq barədə qanuni gözləntiyə malikdir.
28. Məhkəmə hesab edir ki, cavabdeh tərəf mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia etsə də, aparılmış ekspertiza rəyinə əsasən hasarlanan 80.0 kv.m torpaq sahəsi plan-ölçüyə əsasən olan torpaq sahəsinin 59.0 kv.m hissəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur.
Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 300 kv.m torpaq sahəsində hasarlanan 80.0 kv.m torpaq sahəsinin plan-ölçüyə əsasən 59.0 kv.m hissəsi Cavabdeh vəsaiti hesabına sökülməli və cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır. İş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 300 kv.m torpaq sahəsində hasarlanan 80.0 kv.m torpaq sahəsinin plan-ölçüyə əsasən 59.0 kv.m hissəsi Cavabdeh vəsaiti hesabına sökülsün və cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova