Məhkəmə qərarları › İş №2(010)-116/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-116/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-116/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh2, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 19 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2010-cu il tarixli Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il tarixli X5 cavabdehlərə məxsus ünvan 1 ünvanının artırdıqları hissəsinə köçürülməyi və həmçinin qeyd edilən fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə mən ailə münasibətlərinə daxil olaraq xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixində Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il tarixində X10 anadan olmuşdur. O, övladları ilə birlikdə ünvan 1 ünvanında yaşamış və pasport qeydiyyatında olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Xasiyyətləri uyğun gəlmirdi, yola gedə bilmirdilər. Münasibətlərinin korlanmasının səbəbi cavabdehin mütəmadi olaraq alkoqolun qəbul etməsi nəticəsində fiziki və mənəvi təzyiq göstərməsi olmuşdur. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək nikahın pozulması, uşaqları himayəsinə verilməsi və aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir, xx.xx.2020-ci ildə Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlərin fiziki və mənəvi təzyiqləri nəticəsində birgə nikahı dövründə birgə vəsaiti hesabına tikilən qanunsuz tikilidən çıxarılmışdır. Bu səbəbdən o, övladları ilə birlikdə anasının evində yaşamalı olur. Artıq 1 (bir) ilə yaxındır ki, o, övladları ilə birlikdə anası ilə birlikdə çətin olsa da yaşayırlar. Qeyd edilən fərdi yaşayış evi sonradan artırılmış, artırma olan hissə bizim birgə nikahı müddətində edilmiş və həmin hissədə də onlar yaşamışlar. Hətta evin çıxarışından da görünür ki, bir mərtəbəli olduğu görünür, halbuki həmin evin ikinci mərtəbəsi də mövcuddur. Qeyd edilən hissəyə heç bir sənəd alınmamış, həmin hissə dövlət reyestrində də qeydiyyatdan keçməmişdir. İkinci mərtəbənin qazı belə Cavabdeh1 adına olmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunduğu mübahisəli deyildir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Odur ki, onun övladları xx.xx.2010-cu il tarixli Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il tarixli X5 cavabdehlərə məxsus ünvan 1 ünvanının artırdıqları hissəsinə köçürülməyi və həmçinin qeyd edilən fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 05 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiasının həcmini azaldaraq tək “mənzilə köçürülmə” tələbin hissəsini tələb edərək, cavabdehlərin istifadəsində olan ünvan 2 ünvanda yerləşən yaşayış evinə onun iki nəfər azyaşlı olan, xx.xx.2010-cü il tarixində anadan olmuş Həcər və xx.xx.2012-ci il tarixində anadan olmuş Mehdi adlı uşaqları ilə birlikdə mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddiaya uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 verilmiş iddiaya həm yazılı, həm şifahi 01 iyul 2022-ci il tarixli etiraz edərək bildirmişdir ki, iddiaçı - Məcidova X7 rayon məhkəməsinə müraciət edərək - Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi ” tələbinə dair iddia irəli sürmüşdür. İddia tələbi iddiaçının yetkinlik yaşına çatmamış övladları ilə birlikdə ünvan 3 ünvanının artırıldığı hissəsinə köçürülməsi və qeyd edilən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Aşağıdakı hallara görə iddia tələbi qanunsuz və əsassızdır və buna görə də rədd edilməlidir. Barəsində mübahisə edilən, ünvan 3 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə X8 məxsusdur və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda bildirir ki, daşınmaz əmlak Cavabdeh1 babası Ramazan Məcid oğlundan miras qalmış, xx.xx.2005-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlar vərəsə hesab edilmişlər. Sonradan vərəsələr öz paylarını Cavabdeh2 bağışlamışlar. Cavabdeh bir müddət mübahisə predmeti olan mənzildə yaşamış, nikah pozulduqdan sonra evdən çıxıb getmişdir. Onu heç kim qovmamışdır. Yəni cavabdeh evdən hər hansı zorakılıqdan sonra deyil, öz istəyi və iradəsi əsasında mübahisəli evdən çıxıb getmişdir. Bu azmış kimi sonradan iddia qaldıraraq, guya nikah dövründə, yəni 2010-cu ildə qeydiyyatda olduğu ünvanda 1 (bir) sot torpaq sahəsində qanunsuz 2(iki) mərtəbəli 5(beş) otaqdan ibarət ev inşa edildiyini, həmin evin tikintisinə guya 80000 ( səksən min) manat pul xərclədiyini bildirmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-841/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Hal-hazırda iddia tələbinin təmin edilmədiyini görən cavabdeh, hal-hazırda ona məxsus olan mənzilə köçürülməni tələb edir ki, bu da qəbuledilməzdir. Göründüyü kimi mülkiyyətçi Cavabdeh2 ilə İddiaçı arasında notarial qaydada razılıq olmadığından onun bu evdən istifadə etmək hüququ yoxdur və onun həmin mənzilə köçürülməsi məntiqsiz və absurddur. İddiaçı tərəf onun mübahisə edilən evdə istifadə hüququnun yaranmasına dair elə bir sübut təqdim etməmişdir ki, bu hüquq da onun mənzilə köçürülməsi üçün əsas olsun. Xüsusən qeyd edir ki, iddiaçı istifadə qaydalarının müəyyən edilməsini tələb etməsi üçün iddiaçının həmin mənzildən istifadə etmək hüququ olmalıdır. İstifadə hüququ yoxdursa məntiqi olaraq istifadə qaydalarının müəyyən edilməsini tələb etmək hüququ da yoxdur. Odur ki, iddiaçı - İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi ” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsi xahiş etmişdir. Əvvəlki iclaslarda iştirak edən digər Cavabdeh1 təqdim etdikləri etiraz ərizəsinə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin yekun iclasında digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilini, cavabdehi və cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında 21 noyabr 2009-cu il tarixdə Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsində 1131 nömrə ilə qeydə alınmış nikah pozulması, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2010-cu təvəllüdlü Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il təvəllüdlü X10 boşanmadan sonra anaları İddiaçı yanında qalması, Cavabdeh1 xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh2 Mahir qızı və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı qanunsuz evin tikintisi ilə bağlı çəkilmiş 80000 (səksən min) manat məbləğində puldan 60000 (altmış min) manat pulun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7-də istifadə olan 0,03116 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 8 otaqlı, 94.4 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 85.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Ramazan Məcid oğlunun -3/5 hissə (açıq qalır), X1 1/5 hissə, Cavabdeh2 -1/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4148 nömrəli vərəqində qeydiyyata alınmışdır. Asan 4 tərəfindən verilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı 13 iyul 2013-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan, tərəflərin izahatlarına və iş materillarına əsasən mübahisələndirilməyən hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Onlar ünvan 4 ünvanında yerləşən mübahisəli evdə birlikdə yaşamışlar. xx.xx.2020-ci il tarixdə onların nikahına xitam verilmişdir. İddiaçı özbaşına tikilidən çıxarılmasını və həmin özbaşına tikilinin birgə nikah dövründə birgə vəsaiti hesabına tikdiyini iddia edir. İddianı onunla əsaslandırır ki, qeyd edilən fərdi yaşayış evi sonradan artırılmış, artırma olan hissə bizim birgə nikahı müddətində edilmiş və həmin hissədə də onlar yaşamışlar. Hətta evin çıxarışından da görünür ki, bir mərtəbəli olduğu görünür, halbuki həmin evin ikinci mərtəbəsi də mövcuddur. Qeyd edilən hissəyə heç bir sənəd alınmamış, həmin hissə dövlət reyestrində də qeydiyyatdan keçməmişdir. İkinci mərtəbənin qazı belə Cavabdeh1 adına olmuşdur. Bu səbəbdən o, övladları ilə birlikdə anasının evində yaşamalı olur. Məhkəmə araşdrıması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı qanunsuz evin tikintisi ilə bağlı çəkilmiş 80000 (səksən min) manat məbləğində puldan 60000 (altmış min) manat pulun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən, məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən yaşayış evinin tikintisinə çəkilən xərc və həmin xərcin birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması barədə sübut təqdim olunmadığını nəzrər alaraq, İddiaçı Cavabdeh1 qarşı qanunsuz evin tikintisi ilə bağlı çəkilmiş xərcin tutulması tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Cavabdehlərin etirazı da ondan ibarətdir ki, barəsində mübahisə edilən, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə X8 məxsusdur və Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda bildirir ki, daşınmaz əmlak Cavabdeh1 babası Ramazan Məcid oğlundan miras qalmış, xx.xx.2005-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlar vərəsə hesab edilmişlər. Sonradan vərəsələr öz paylarını Cavabdeh2 bağışlamışlar. Cavabdeh bir müddət mübahisə predmeti olan mənzildə yaşamış, nikah pozulduqdan sonra evdən çıxıb getmişdir. Onu heç kim qovmamışdır. Yəni cavabdeh evdən hər hansı zorakılıqdan sonra deyil, öz istəyi və iradəsi əsasında mübahisəli evdən çıxıb getmişdir. Nikah dövründə, yəni 2010-cu ildə qeydiyyatda olduğu ünvanda 1 (bir) sot torpaq sahəsində qanunsuz 2 (iki) mərtəbəli 5 (beş) otaqdan ibarət ev inşa edildiyini, həmin evin tikintisinə 80000 ( səksən min) manat pul xərclədiyini bildirmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-841/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Mülkiyyətçi Cavabdeh2 ilə İddiaçı arasında notarial qaydada razılıq olmadığından onun bu evdən istifadə etmək hüququ yoxdur və onun həmin mənzilə köçürülməsi məntiqsiz və absurddur. İddiaçı tərəf onun mübahisə edilən evdə istifadə hüququnun yaranmasına dair elə bir sübut təqdim etməmişdir ki, bu hüquq da onun mənzilə köçürülməsi üçün əsas olsun. Xüsusən qeyd edir ki, iddiaçı istifadə qaydalarının müəyyən edilməsini tələb etməsi üçün iddiaçının həmin mənzildən istifadə etmək hüququ olmalıdır. İstifadə hüququ yoxdursa məntiqi olaraq istifadə qaydalarının müəyyən edilməsini tələb etmək hüququ da yoxdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 məxsusdur. Əvvəli məhkəmə aktlarına əsasən tərəflərin birgə nikah dövründə tikilməməsi müəyyən edilmiş, iddiaçı nikah pozulduqdan sonra cavabdehə aid evdən çıxıb getmiş və nikah pozulduqdan sonra cehiz əşyalarını həmin evdən götürməmişdir. İddiaçı mübahisəli evə köçürülmə tələbi irəli sürmüşdür. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Mülki-Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddiaçının mübahisəli mənzilə köçürülüb-köçürülməməsi məsələsinə qanunun analogiyası üzrə hal-hazırda qüvvədə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət vermək lazımdır. Çünki, tərəflər arasında münasibətlər 21 noyabr 2009-cu ildə yaranıb. Məhkəmə hazırkı mübahisənin tənzimlənməsinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin analogiya üzrə tətbiqini onunla əsaslandırır ki, mübahisəyə tətbiq etmə baxımından Mənzil Məcəlləsinin 30-cu və 68-ci maddələri uyğundur. Lakin, Mənzil Məcəlləsinin 68-ci maddəsinin analogiya üzrə tətbiqi mübahisənin mahiyyətinə uyğun deyildir. Belə ki, Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunun analogiyasının əsasını münasibətlərin oxşarlığı təşkil edir. Əgər ilkin iddiaçının köçmək istədiyi ev dövlət və ya bələdiyyə tərəfindən inşa olunsaydı və ya evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyini güman etməyə əsaslar olsaydı, onda 68-ci maddə analogiya üzrə tətbiq edilə bilərdi. Hazırkı işdə ev fiziki şəxs tərəfindən özbaşına inşa olunan fərdi yaşayış evidir və bu evin gələcəkdə dövlət və ya bələdiyyə mənzil fonduna daxil ediləcəyinə əsaslar yoxdur. Bu səbəbə görə məhkəmə hesab edir ki, mübahisəyə analogiya üzrə 68-ci maddə yox, 30-cu maddə tətbiq edilməlidir. Çünki, əgər ev cavabdehin mülkiyyətində olsaydı tərəflər arasında yaranan münasibətlərin tarixi baxımından mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq ediləcəkdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunun mənasından göründüyü kimi, əgər mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilirsə keçmiş ailə üzvünün istifadə hüquqları saxlanılmır. İddiaçı başqa yerdə yaşayış yerinin olmamasına dair münasibətdə iddia tələbinin dəlillərinə Mənzil məcəlləsinin 30.4-cü maddəsinin ikinci hissəsi baxımında qiymət verərək bildirir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin 17 sentyabr 2020-ci il tarixdə nikahları pozulduqdan sonra, iddiaçı anasının evində yaşamışdır. İddianı yalnız 16 may 2021-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 217-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddia üzrə iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar