Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1160/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimTalıbova LeylaOrucqızınınsədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi xx.xx.1958-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsində atası barədə qeyd yoxdur. Ərizəçinin atası X7 olmuşdur. Belə ki, onun atası X7 ilə X5 faktiki olaraq nikaha daxil olmuşlar və birgə nikahdan birinci övladları Ərizəçi doğulmuşdur. Ərizəçinin valideynləri sonradan nikahlarını xx.xx.1961-ci ildə rəsmiləşdirmişlər. Nikah rəsmiləşdirildikdən sonra isə onların ikinci övladları Xasiyev İqbal doğulmuşdur. Ərizəçinin atası X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Ərizəçi atalığın müəyyən edilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etsə də, lakın valideynləri öldüyündən qohumluq münasibətinin təsdiq edilməsi mümkün olmamışdır. Ərizəçi valideynləri ilə qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyinə görə vərəsəlik məsələlərini həll edə bilmir. Ərizəçi lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Asan 5 orqanı tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 1 mənzil 20 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi atalıq müəyyən edilərək atasının X7 qeyd olunmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, bu barədə 5 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 952 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbəsində icra olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir. İş materiallarında olan xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Tovuz rayonu Xatınlı kəndindən anadan omuşdur. Anası X3r. Doğum haqqında şəhadətnamənin ata qrafası boş buraxılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nikah akt qeydinin surətindən görünür ki, X7 ilə X1 nikahı xx.xx.1961-ci ildə Tovuz rayon Xatınlı kənd İN-də 02 nömrəli nikah akt qeydi tərtib edilib. Nikah bağlandıqdan sonra ərə Xasiyev, arvada Xasiyeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1994-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Tovuz rayonunda anadan olmuşdur. ünvan 1 mənzil 20 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan 159 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Xasiyev X6 rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 51, mənzil 5 ünvanında qeydiyyatsız yaşayır. Ərizəçi atası X7 xx.xx.2017-ci ildə ölmüşdür. X7 öldüyü günə kimi həmin ünvanda oğlu Ərizəçi birlikdə yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 51 saylı evin, 5 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunmuş ilkin fərdi uçot kartoçkasının surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə doğulmuşdur və atası X7, anası X4r. İş üzrə şahid X8 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun böyük qardaşıdır. Onların valideynləri 1957-ci ildə faktiki olaraq ailə qurublar və birgə nikahdan Ərizəçi doğulmuşdur. Onlar rəsmi nikaha isə 1961-ci ildə daxil olublar. Atası X7 1937-ci ildə doğulmuş və 2017ci ildə vəfat etmişdir. Anası X5 isə 1994-cü ildə vəfat etmişdir. Atası X7 vəfat etdikdən sonra Səməd Vurğun küçəsi 51 ünvanında yerləşən ev miras qalıb. Lakin qardaşı Akifin doğum haqqında şəhadətnaməsində ata adı qrafasında atasının adı yazılmadığına görə o, vərəsə kimi tanına bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1958-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsində atası barədə qeyd yoxdur. Ərizəçinin atası X7 ilə X5 faktiki olaraq nikaha daxil olmuşlar və birgə nikahdan birinci övladları Ərizəçi doğulmuşdur. Ərizəçinin valideynləri nikahlarını xx.xx.1961-ci ildə rəsmiləşdirmişlər. Nikah rəsmiləşdirildikdən sonra isə onların ikinci övladları Xasiyev İqbal doğulmuşdur. Ərizəçinin atası X7 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Atası X7 vəfat etdikdən sonra Səməd Vurğun küçəsi 51 ünvanında yerləşən ev miras qalmışdır. X7 öldüyü günə kimi həmin ünvanda oğlu Ərizəçi birlikdə yaşamışdır. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafası boş olduğundan o vərəsə kimi tanına bilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi atasının X7 olması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi atasının X7 olması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi atalığın qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1160/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1160/2020
14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver