Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1167/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X23, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X19 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədova X16 Hökümə Əyyub qızına qarşı məhkəmədə iddia qaldıraraq atası X13 tərəfindən ona vəziyyətnamə üzrə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 2 fərdi yaşayış evi atası X5 mülkiyyətində olmuşdur. Bu barədə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqları X29 daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışı vardır. 24.01.1996-cı il tarixdə atası tərəfindən ona vəsiyyətnamə verilmişdir. Vəsiyyətnaməyə əsasən atası adına olan ünvan 2 fərdi yaşayış evini və mülkiyyətində olan bütün əmlakını ona və qardaşı X14 vəsiyyət etmişdir. Valideynlərinin yaşlı olması ilə əlaqədar o, daima onların yaşadığı ünvana gedib, onlara qulluq edib, çox zaman onlarla birlikdə qalmışdır. O uşaqlıqdan həmin mübahisəli mənzildə yaşamış və ailə qurduqdan sonra 1987-ci ildən 2004-cü ilə kimi yenidən həmin evdə yaşamışdır. 2004-cü ildən mübahisəli evdə faktiki yaşamamış, lakin valideynlərinə qulluq etmişdir. 25.08.2013-cü il tarixdə anası X30 və 14.01.2015-ci il tarixdə atası X13 vəfat etmişdir. Atasının vəfatından sonra Cavabdeh atasının yaşadığı evin giriş-çıxış qapısını bağlayıb və ona vəsiyyətnamə ilə verilən hissəyə gediş-gəlməsinə imkan verməmişdir. Bu barədə o Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət etsə də, Polis Bölməsinin 14.01.2022-ci il tarixli cavab məktubunda toplanmış materialın mülki xarakterli olduğu üçün işə alınmamış və bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Bu səbəbdən də o məhkəməyə müraciət edərək iddia qaldırmaqla həmin mənzilə köçmək niyyətindədir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X34 iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 2 fərdi yaşayış evi İddiaçı atası X5 mülkiyyətində olmuş və mərhum vəsiyyətnamə əsasında qızı İddiaçı və oğlu X14 vəsiyyət etmişdir. Sonradan iddiaçının atası vəfat etmiş və onun ölümündən sonra qardaşı X20 həmin mübahisəli ünvan 2 fərdi yaşayış evinin bütün hissəsini zəbt etmişdir. X4 06.09.2016-cı il tarixdə vəfat etdikdən sonra cavabdeh iddiaçının orada yaşamasına imkan verməmişdir. Odur ki, iddiaçının başqa yaşayış yeri olmadığı üçün iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdi ki, ünvan 2 fərdi yaşayış evi onun qaynatası mərhum X5 mülkiyyətində olmuş və o 14.01.2015-ci il tarixdə ölmüşdür. Onun arvadı (qayınanası) X30 25.08.2013-cü il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşı X20 isə 06.09.2016-cı ildə ölmüşdür. O 1987-ci ildən həmin evdə fasiləsiz olaraq yaşamışdır. Onun qaynatası X13 11.06.2004-cu il tarixli bağışlama müqaviləsinə əsasən özünə məxsus olan ünvan 1 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini iddiaçının qızı X24 bağışlamışdır. İddiaçı əvvəllər evin arxa tərəfində yerləşən bir otaqda qalmışdır. Sonradan qaynatası həyətin digər tərəfində İddiaçı üçün ev tikmiş və 2004-cü ildən iddiaçı həmin evə köçərək orada yaşayır. Hal-hazırda onun yaşadığı ev dörd otaqdan ibarətdir, iddiaçının yaşadığı ev isə beş otaqdan ibarətdir. Bundan əlavə Suraxanı rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(010)-3447/2018 saylı qətnaməsinə əsasən, ilk və qarşılıqlı iddialar qismən təmin olunmuş, X3 miras qalmış daşınmaz əmlaka paylar vərəsələr arasında bölüşdürülmüş: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə X6 1/35 hissədə, X10 1/35 hissədə və X2 1/35 hissədə mirasda məcburi pay hüquqları müəyyən edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli evə münasibətdə İddiaçı 1/10 hissədə, X11 1/10 hissədə vəsiyyətnamə üzrə pay hüquqları müəyyən edilmiş, Vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələrin verilməsi vəzifəsi Bakı şəhəri 10 saylı notariat kontoruna həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən onun tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli qətnaməsi qismən, yəni ilk və qarşılıqlı iddiaların təmin olunmuş hissəsində ləğv edilmişdir. İlk iddia üzrə iddiaçı X2, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı, X6 və X10 miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri təmin olunmuş hissədə rədd edilmişdir. Bundan başqa həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamış və hal-hazırda mülkiyyətçi bəlli deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X31 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, X13 tərəfindən verilmiş vəsiyyətnamə mövcud olsa da, 11.06.2004-cu il tarixli bağışlama müqaviləsinə əsasən özünə məxsus olan ünvan 1 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini iddiaçının qızı X24 bağışlamış və həmin bağışlama müqaviləsinə iddiaçı etiraz etməmişdir. Mübahisəli ünvan 2 ünvanda iki fərdi yaşayış evi mövcuddur və həmin evlərdən birində İddiaçı, digərində isə Cavabdeh öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı 2004-cü ildən hazırda faktiki olaraq yaşadığı evə köçmüş və hal-hazırda da həmin ünvanda yaşayır. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən İddiaçı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbləri rədd edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli fərdi yaşayış evinin 2/7 hissədə X5 məxsus və o vəfat etdiyindən hazırda həmin hissənin mülkiyyətçisi yoxdur. Nə iddiaçı tərəf, nə də ki cavabdeh tərəf mübahisəli evə münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Odur ki, iddia əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, təqdim olunmuş sübutları tam tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X29 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 nömrəli fərdi yaşayış evinin 1/7 hissədə X17, 1/7 hissədə X12, 1/7 hissədə X26, 2/7 hissədə X24 və 2/7 hissədə X5 məxsusdur. İş materiallarına əlavə olunmuş 24.01.1996-cı il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X13 özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 4 ünvanda yerləşən yaşayış mənzilini İddiaçı və X14 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Fərdi yaşayış evi üzrə Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci Mədən küçəsi, 6/8 saylı fərdi yaşayış evin hüquq subyekti X7r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin tərəfindən verilmiş 14.01.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, vəfat etmiş atası X5 vəsiyyətnaməsi ilə verdiyi evin hissəsinin qapısını Cavabdeh bağlayıb evə buraxmaması barədə yazdığı ərizəsi əsasında araşdırma aparılan zaman toplanmış material mülki xarakterli olduğu üçün işə alınmamışdır. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən göndərilmiş 10.12.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 1/7 hissəsi X15, 1/7 hissəsi X8, 2/7 hissəsi X5, 2/7 hissəsi X21, 1/7 hissəsi X25, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6H saylı fərdi yaşayış evi X18, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Birinci Mədən küçəsi, 6Q saylı fərdi yaşayış evi X27 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 11.06.2004-cu il tarixli bağışlama müqaviləsinə əsasən, X13 ona məxsus olan ünvan 1 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini nəvəsi X24 bağışlamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1987-ci ildən əvvəl yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, ünvan 2 fərdi yaşayış evi X5 mülkiyyətində olmuşdur. 24.01.1996-cı il tarixli vəsiyyətnamə əsasında adına olan ünvan 2 fərdi yaşayış evini və mülkiyyətində olan bütün əmlakını qızı İddiaçı və oğlu X14 vəsiyyət etmişdir. Vəsiyyətnamədən sonra 11.06.2004-cu il tarixli bağışlama müqaviləsinə əsasən X13 ona məxsus olan ünvan 1 ünvanda yerləşən evin 4/8 hissənin 2/8 hissəsindən ibarət yaşayış evini nəvəsi X24 bağışlamışdır. İşin faktiki hallarından müəyyən olunur ki, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 2/7 hissəsi X9 məxsusdur və o 14.01.2015-ci il tarixdə vəfat etmişdir. Miras açıldıqdan sonra birinci dərəcəli vərəsələrdən olan X20 öz ailə üzvləri ilə birlikdə (hazırkı cavabdeh) həmin ünvanda yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdir. X1 06.09.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı atasının vəfat etməsindən sonra həmin yaşayış sahəsinə köçərək orada yaşamamış və bu niyyəti barədə qardaşı xəstə olduğundan ona bildirməmişdir. İddiaçı izahatında bildirmişdir ki, uşaqlıqdan həmin ünvanda yaşamış, sonradan ailə qursa da, 1987-ci ildən 2004-cü ilə kimi yenidən həmin ünvanda yaşamış və 2004-cü ildən hal-hazıra kimi mübahisələndirdiyi evdə yaşamamışdır, yalnız həmin evdə valideynlərinə qulluq göstərərək evə gəlib-getmişdir. İddiaçı 2004-cü ildən daimi olaraq həmin həyətin arxa tərəfində yeni tikilən evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1-ci mədən küçəsində yerləşən 6/8 saylı fərdi yaşayış evinin 2/7 hissəsi X9 məxsus olsa da, həmin şəxs 14.01.2015-ci il tarixdə vəfat etdiyindən 2/7 hissə açıq almış və hal-hazırda həmin əmlakın mülkiyyətçisi yoxdur və həmin hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmamışdır. O cümlədən yerli baxış zamanı iddiaçının mübahisəli evə hər hansı sahiblik və istifadə hüququnun mövcudluğu təsdiq olunmamışdır. İddiaçı valideynləri vəfat etdikdən sonra həmin tikilidə faktiki olaraq yaşamamış və vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçının göstərilən ünvanda qeydiyyatda olması istifadə hüqunun yaranması üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçı 2004-cü ildən həmin ünvanda faktiki yaşamadığından, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyindən, faktiki olaraq miras əmlaka sahiblik etmədiyindən və miras qoyan vəsiyyətnamə qoysa da, Bakı Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(103)-11839/2018 saylı qətnaməsinə əsasən İddiaçı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpası, vərəsəlik hüququnun tanınması və miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbi rədd edildiyindən hazırkı İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1167/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1167/2022
25.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver