Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1177/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi Xocavənd rayonunda anadan olması, doğum haqqında akt qeydinin olması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “vətəndaş” qrafasında-Ərizəçi və xx xxxx 1958-ci ildə doğulmuşdur sözləri, “doğulduğu yer” qrafasında Xocavənd rayonu sözləri, “respublika” qrafasında “Azərbaycan” sözü. “atası qrafasında X3 sözləri,”miliyyəti”qrafasında-azərbaycanlı sözləri, “anası” qrafasında- X8 sözləri, “milliyyəti”-azərbaycanlı sözləri qeyd edilməklə, doğum haqqında akt qeydinin müəyyən edilməsi və Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini və qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi “doğum haqqında akt qeydinin bərpası” tələbi barədə ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, o, xx xxxx 1958-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. X1, anası X6r və onlar milliyyətcə azərbaycanlıdırlar. 1992-ci ildə onlar yaşadıqları Xocavənd rayonunu tərk edən zaman doğum haqqında şəhadətnamədə rayonda yerləşən evlərinə qalmışdır. O,1985-ci ildə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. O, həmin dövrdə Rusiya Federasiyasına köçmüş və oranın vətəndaşlığını qəbul etmişdir. Hal-hazırda Bakı şəhərində yaşayır və Azərbaycan Respublikasının vətəndaşlığını alınması üçün müraciət etmişdir. Bu səbəbdən ona doğum haqqında şəhadətnamə lazım olmuş, lakin doğum haqqında şəhadətnaməsi itmiş olduğundan, doğum akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, ona doğum haqqında şəhadətnamə Xocavənd rayonunda verildiyi üçün onun ərizəsi təmin edilməmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, doğum aktının bərpa edilməsi və onun xx xxxx 1958-ci ildə Xocavənd rayonunda anadan olması və atasının X3, anasının X8 olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Vəkiln ərizəçi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi həqiqətən də xx xxxx 1958-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Ərizəçi X1, anası X6r və onların milliyyəti azərbaycanlıdır. Onlar 1992-ci ildə Xocavənd rayonundan məcburi köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gözəlov Aftandil Mürsəl oğlu X4 ilə eyni məzmunlu ifadə verərək, bildirdi ki, Ərizəçi həqiqətən də xx xxxx 1958-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Ərizəçi X1, anası X6r və onların milliyyəti azərbaycanlıdır. Onlar 1992-ci ildə Xocavənd rayonundan məcburi köçmüşlər. İş materiallarına əlavə edilmiş İİİ-JQ seriyalı 377754 №-li Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1958-ci ildə Martuni(indiki Xocavənd) rayonunda anadan olmuş Ərizəçi ilə xx xxxxxxx 1965-ci ildə Füzuli rayonunda anadan olmuş X10 arasında nikah xx xxxxxx 1985-ci ildə Martuni rayon ZAKS Şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 70 №-si ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 1570-05/70 №-li məktubundan görünür ki, Ərizəçi doğumunun doğum haqqında akt qeydinin bərpasına daur kifayət qədər sübut olmadığından qeydiyyat orqanı tərəfindən həyata keçirilməsi doğum haqqında akt qeydinin bərpasından imtina edilmiş və hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 4/187 №-li məktubundan görünür ki, keçmiş X15 Vilayəti üzrə, həmçinin Xocavənd rayonunun VVADQ İdarəsinin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilmişdir. Beləliklə də, məhkəmə araşıdrması müəyyən olunmuşdur ki, hal-hazırda ünvan 1 ünvanında yaşayan Ərizəçi xx xxxx 1958-ci ildə Xocavənd rayonunda anadan olmuş və onun X1, anası X6r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar"-ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizəçi X7 xx xxxx 1958-ci ildə Xocavənd rayonunda anadan olması və atasının X3 və anasının X8 olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, onun ərizəsi əsaslıdır və onun Xocavənd rayonunda tərtib edilmiş doğum haqqında akt qeydi bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin və onun xx xxxx 1958-ci ildə Xocavənd rayonunda anadan olması, atasının X3 və anasının X8 və milliyətlərinin azərbaycanlı olması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1177/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1177/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver