Məhkəmə qərarları › İş №2(010)-1188/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1188/2022

07.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1188/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 və Vəkil1 Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 olan, iki otaqdan ibarət 156 saylı mənzildən Cavabdeh (orada onunla birlikdə yaşayan şəxslərin - anası və həyat yoldaşı ilə birlikdə) çıxarılmasına və mənzilin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 olan, iki otaqdan ibarət 156 saylı mənzildən Cavabdeh (əşyaları ilə birlikdə) çıxarılmasına və mənzilin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü girişi 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzil İddiaçı məxsusudur. Belə ki, "xxxx" MTK-nın rəhbərləri olmuş Nəsib Əliyev və digər şəxslər həmin dövrlərdə etdikləri qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş yə onların əməllərinə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tövsiyə məktubuna əsasən zərərçəkmiş şəxslər MTK tərəfindən mənzillə təmin edilmişlər. İddiaçı da zərərçəkmiş şəxs kimi 04.09.2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən 156 saylı mənzil verilmişdir. 2012-ci il tarixdən 156 saylı mənzil İddiaçı istifadəsində olmuşdur. İddiaçı Əsədullla qızı maneəsiz istifadəsində olan 156 saylı mənzildə 2018-ci il tarixdə təmir işlərinə başlamış və bu təmirə 30.000 manatdan artıq pul vəsaiti xərcləmişdir. Qeyd edilir ki, 2012-ci ildən 2019-cu ilədək olan müddət ərzində iddiaçının maneəsiz istifadəsində olmuş mənzillə bağlı heç vaxt Cavabdeh iddia irəli sürməmiş, heç mənzilə belə gəlməmişdir. Əgər gəlmiş olsa idi qapının bağlı olduğunu görüb (əgər mənzil həqiqətən də ona məxsus idisə) pozulmuş hüququnun bərpasini istəyərdi. Mənzil faktiki olaraq 2012-ci il tarixdən iddiaçının istifadəsində olsa da 2019-cu ildək heç Cavabdeh Mənzim oğlunu tanımamışdır. Bundan başqa 2011-ci il tarixdə Cavabdeh adı zərəçəkmiş şəxslər siyahısında olmamış, o, heç MTK-ya belə müraciət etməmişdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı pozulmuş hüquqlarının bərpası məqsədilə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən "xxxx" MTK tərəfindən ona 56000 (əlli altı min) manat dəyərində dəymiş ziyana görə sahəsi 94.5 m2 olan, 2 otaqdan ibarət tam təmirli mənzil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh "xxxx" MTK-dan 56000 manat pul məbləği, yaxud həmin məbləğin dəyərində olan sahəsi 94.5 m2, 2 otaqdan ibarət mənzilin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 13M saylı binada yerləşən, 94.5 m2 sahəsi olan iki otaqlı təmirsiz mənzil iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə qeyd olunan binadan 94.5 m2, 2 otaqdan ibarət 156 nömrəli mənzildən başqa həra hansı bir mənzilin Cavabdeh verilməsi nəzərdə tutulsa da, lakin o iddiaçıya məxsus mənzilə daxil olaraq həmin mənzilən çıxmayaraq iddiaçının mülkiyyə hüquqlarını pozmaqda davam edir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» Yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının, 3 cü giriş 2 ci mərtəbəsində yerləşən sahəsi 94.5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya sözügedən mənzili iddiaçı təmir etmişdir. Bildirilir ki, iddiaçının bu qeyd etdikləri tamamilə yalandır. Belə ki, həmin mənzilin təmiri iddiaçı tərəfindən deyil, onun tərəfindən həyata keçirilmişdir. Bundan əlavə bildirir ki, o, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «V» Yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının, 3 cü giriş 2 ci mərtəbəsində yerləşən sahəsi 94.5 lcv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilin dəyərini 12.08.2009-cu il tarixdə cavabdeh Badu Kubə MTK-ya ödəyərək qeyd olunan mənzili almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verib, iş üzrə qəbul edilmiş məhkəmə aktlarına əsaslanaraq tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək qeyd olunan mənzilin iddiaçının mülkiyyətində olmasının nəzərə alınaraq tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 cavabdeh tərəfindən təqdim olunmuş etiraz ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: - AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.11.2021-ci il tarixli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehər Cavabdeh və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V”, yaşayış massivi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilinə dair Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 saylı, 16.06.2020-ci il tarixli qətnaməsi ilə 12.08.2009-cu il tarixli, 18 saylı müqaviləyə uyğun olaraq cavabdeh "xxxx" MTK tərəfindən 56000 manat dəyəri olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V”, yaşayış massivi 13 M saylı binada yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət təmirsiz mənzilin iddiaçı Cavabdeh verilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından həmin iddia tələbi təmin edilə bilməz. AR Ali Məhkəməsinin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsini mübahisələndirilən, yəni üçüncü şəxs İddiaçı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2021-ci il tarixli 8(103)- 498/2021 saylı qərardadından görünür ki, Suraxanı rayon İcra Şöbəsinin 05.07.2021-ci il tarixli qərarı ilə 05.07.2021-ci il tarixli akta əsasən icra sənədi üzrə tələbin tam şəkildə təmin olunması və icra sənədinin icrasına xitam verilməsinin tələbkar Cavabdeh tərəfindən xahiş olunması əsası ilə Suraxanı Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(010)- 2202/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı 28.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 16.06.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 05.07.2021-ci il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 16.06.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraatın təzələnməsi, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin Cavabdeh təhvil verilməsi istiqamətində görülmüş bütün icra tədbirlərinin ləğv edilməsi, icra hərəkətlərinin ünvan 6 ünvanında yerləşən 56000 manat dəyərində olan, 94,5 m2 sahəsi olan iki otaqlı təmirsiz hər hansı (156 saylı mənzildən başqa) mənzilin Cavabdeh təhvil verilməsi istiqamətində həyata keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi hazırki qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı 28.07.2021-ci il tarixli qərardadını dəyişdirilmədən saxlamışdır. Qərardadla müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı qətnaməsi ilə Cavabdeh həmin binada yerləşən və 156 saylı mənzillə ölçüləri və şəraiti eyni olan başqa bir mənzilin verilməsi qət edilmişdir. Lakin, həmin qətnamə üzrə verilmiş icra sənədi düzgün icra edilməmiş, 156 saylı mənzillə eyni binada yerləşən, eyni şəraitli mənzil yox, 156 saylı mənzil Cavabdeh təhvil verilmişdir. Üstəlik, icra işi materiallarında Cavabdeh 156 saylı mənzillə bağlı idda tələbinin rədd edildiyini göstərən sənədlər olsa da, icra məmuru məhz həmin mənzili ona təhvil verərək icra sənədinin icrasına xitam vermişdir. Bu zaman o da nəzərə alınmamışdır ki, müvafiq icra sənədində təmirsiz mənzilin verilməsi qeyd edilmiş, lakin icra məmuru tərəfindən Cavabdeh 156 saylı mənzil təmirli şəkildə verilmişdir. - 11.11.2021-ci il tarixli Suraxanı rayon İcra Şöbəsinin qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icraata qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MTK tərəfindən inşa edilən binadan mənzil alqı-satqısı ilə bağlı həm iddiaçı, həm də cavabdeh tərəfin MTK ilə məhkəmə mübahisələri olmuşdur. Mübahisəli 156 saylı mənzilin yerləşdiyi binada həm iddiaçıya, həm də cavabdehə ayrı-ayrı vaxtlarda məhkəmə aktlarına əsasən mənzil verilmişdir. Məhkəmə qətnaməsi cavabdehə münasibətdə icra edilərkən, ona 156 saylı mənzil təhvil verilmişdir, hansı ki, iddiaçı həmin nömrəli mənzilin məhkəmə aktı əsasında ona verildiyini iddia edir. Cavabdeh isə həmin mənzilin məhkəmə qətnaməsi ilə ona verildiyini, bundan əlavə də onun daha əvvəl mənzili əldə etdiyinə əsaslanaraq, iddianın rədd edilməsini xahiş edir. Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, iddia tələbinə və ona edilmiş etiraza münasibətdə bildirir ki, işə əlavə edilmiş məhkəmə aktlarından müəyyən edilir ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasında olan mübahisə predmetini təşkil edən 156 saylı mənzil məhz iddiaçıya verilmişdir. Qətnamənin icrası qaydasında iddiaçı tərəfindən açılmış məhkəmə mübahisəli üzrə qəbul edilən qərardadlarla bu hal öz təsdiqini tapır. Belə ki, qərardadlarda qeyd edilir ki, qətnamə ilə Cavabdeh həmin binada yerləşən və 156 saylı mənzillə ölçüləri və şəraiti eyni olan başqa bir mənzilin verilməsi qət edilmişdir. İcra mərhələsində cavabdeh 156 saylı mənzilə köçürülmüş, icra məmurunun hərəkəti qanunsuz sayılsa da, cavabdeh mənzili tərk etməmişdir. Digər tərəfdən, cavabdehin istinad etdiyi 16.06.2020-ci il tarixli, 2 (010)-2202\2020 saylı məhkəmə qətnaməsinin nəticə hissəsin ənəzər saldıqda aydın olur ki, cavabdehə 156 saylı mənzilin yox, hər hansı bir təmirsiz mənzilin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin 156 saylı mənzildə qalmasına hüquqi əsas yoxdur. Bunun davamı olaraq məhkəmə qeyd edir ki, hazırkı iddianın təmin edilməsi, 16.06.2020-ci il tarixli, 2(010)-2202\2020 saylı məhkəmə qətnaməsinin icrasına və qeyd edilən ünvanda cavabdehə digər mənzilin verilməsinə hüquqi əngəl törətmir. Hazırkı qətnamə ilə, yalnız 156 saylı mənzilin iddiaçıya aid olduğu və cavabdehin orada qalmasına hüquqi əsasın olmadığına görə əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin iddiaçıya təhvil verilməsi qənaətinə gəlinir. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Məsı̇ m oğlu ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2ci mərtəbəsində yerləşən 94.5 kvadrat metr olan, iki otaqdan ibarət 156 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın. ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kvadrat metr olan, iki otaqdan ibarət 156 saylı mənzil İddiaçı qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh Məsı̇ m oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar