Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1189/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin yaşayış sahəsinin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdiyini bildirdi. Həmçinin işin digər mülki işlə bir icraatda birləşdirilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etdiyini bildirdi. Həmçinin işin digər mülki işlə bir icraatda birləşdirilməsinə razı olmadığını qeyd etdi. Məhkəmə iclasında Cavabdeh1 Nəsib oğlu iddianı qəbul etdiyini bildirdi. Həmçinin işin digər mülki işlə bir icraatda birləşdirilməsinə razı olmadığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, bu mülki iş (№ 2(010)-1189/2025) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daha əvvəl daxil olmuş başqa bir mülki işlə (№ e-2(010)-305/2025) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)- 305/2025 nömrəli mülki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikah dövründə tikib qurduqları ünvan 2 ünvanında yerləşən torpaqda 3 otaqlı fərdi yaşayış evi və həyətdəki yardımçı tikililərə sərf olunan 100000 manat vəsaitin 1/2 hissəsi olan 50000 manatın cavabdehdən alınaraq ona ödənilməsini və digər tələblərinin təmin edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 isə Cavabdeh4 tikintisinə çəkilmiş xərcdən pay tələb etdiyi evin özlərinə məxsus olduğunu iddia edərək, həm Cavabdeh4, həm də Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılmasını tələb edirlər. Göründüyü kimi, işlərdən birində mübahisəli evin Cavabdeh4 və Cavabdeh1 nikahı dövründə onların ümumi vəsaitləri hesabına tikilmiş ev olduğunu iddia edilir. Digərində isə bu evin İddiaçı1 və İddiaçı2 məxsus olduğu iddia edilir. Belə olan halda məhkəmə hesab edir ki, bu iki işə bir icraatda baxılması məqsədəmüvafiqdir. Odur ki, bu işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidr. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş (№ 2(010)- 1189/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı “əmlak bölgüsü” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 Cavabdeh4 qarşı “birgə nikah dövründə yaranmış öhdəliklərin bölünməsi” qarşılıqlı iddia tələbinə dair mülki işlə (№ e- 2(010)-305/2025) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 169, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş (№ 2(010)-1189/2025) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh4 Cavabdeh1 qarşı “əmlak bölgüsü” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 Cavabdeh4 qarşı “birgə nikah dövründə yaranmış öhdəliklərin bölünməsi” qarşılıqlı iddia tələbinə dair mülki işlə (№ e-2(010)-305/2025) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1189/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1189/2025
19.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver