Məhkəmə qərarları › İş №2(010)-1197/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1197/2022

18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1197/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat Şöbəsi) doğum faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20.09.20*3-cü il tarixdə Aydəniz adlı qızının Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirmişdir ki, o, X3 ilə 2007-ci ildə faktiki nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan onların üç uşaqları doğulmuşdur. Onların 20.09.20*3-cü il tarixdə Aydəniz adlı bir qız uşaqları doğulmuşdur. Maddi vəziyyəti aşağı olduğu üçün qızı ev şəraitində doğulmuşdur. Bu zamana qədər ev şəraitində doğulduğuna görə qızının doğulması barədə tibbi arayış almamışdır. O hərbçidir və Quba rayonunda xidmət etdiyindən doğum haqqında şəhadətnamə almaq üçün tələb olunan sənədləri vaxtında yığıb, lazım olan orqanlara verə bilməmişdir. Ona doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən onun müraciətinə 2*.0*.2022-ci il tarixli məktubu ilə imtina edilmiş, doğum haqqında şəhadətnamənin verilməsinin yalnız bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olması bildirilmişdir. Hazırda qızı Aydəniz sağ-salamatdır və 8 nömrəli uşaq Poliklinikasında qeydiyyatdadır. O Bakı şəhəri Xəzər rayonu R. Baxışov adına 2*8 saylı tam orta məktəbin üçüncü sinfində oxuyur. Övladına doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyndən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. 20.09.20*3-cü il tarixdə ev şəraitində bir qız uşaqları dünyaya gəlmiş və onun adı Aydənizdir. Hazırda uşaq sağ-salamatdır. Həmin müddət qardaşı oğlunun ailəsində maddi çətinliklər yaşandığı üçün uşaq ev şəraitində doğulmuşdur. Hazırda həmin uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Belə ki, qardaşı oğlunun ailəsində heç bir problem yoxdur və onun Aydənizdən başqa bir qızı və bir oğlu da vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Ərizəçi onun həyat yoldaşının qardaşı oğludur. Belə ki, X3 20.09.20*3-cü il təvəllüdlü Aydənizi ev şəraitində dünyaya gətirmiş, bu səbəbdən də uşağın sənədləri olmamışdır. Ərizəçi üç övladı iki qızı və bir oğlu vardır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Asan 5 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 *5.06.*988-ci ildə Gürcüstan, Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi xx.xx.*984-cü ildə Gürcüstan, Bolnisi rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, * ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 *7.*2.20**-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçiya ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi 20.09.20*3-cü il tarixdə doğulmuş qızının doğumunun qeydə alınmasına dair müraciətinə cavab olaraq bildirilmişdir ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi R.Baxışov adına 2*8№-li tam orta məktəb tərəfindən verilmiş 26.03.2022-ci il tarixli arayışdan görünür ki, X6 həqiqətən Bakı şəhəri, Xəzər rayonu, R.Baxışov adına 2*8№-li tam orta məktəbin 3-cü sinifində oxuyur.. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Binə Bələdiyyəsi tərəfindən verilmiş 28.03.2022-ci il tarixli arayışdan görünür ki, X6 həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün 8 nömrəli uşaq poliklinkası tərəfindən verilmiş tibbi arayışdan müəyyən olunur ki, X6 20.09.20*3-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında dindirilən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən olunur ki, ərizəçinin qız övladı 20.09.20*3-cü ildə ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi Əliyev X2 Esmira Tağdır qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə yaşayış dövründə 20.09.20*3-cü il tarixdə bir qız övladları doğulmuş və lakin onun doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, azyaşlı uşağın mənafeyini nəzərə alaraq, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X* 20.09.20*3-cü ildə Bakı şəhərində bir qız uşağı doğması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X* 20.09.20*3-cü ildə Bakı şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğumun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar