Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-12/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 220950 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.
İddia tələbinin dəlilləri
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı il tarixdə X3 almışdır. Quliyev Rafiq cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı, digər cavabdehlərin isə valideynidir. Həmin ildə təxminən fevral ayında evə və torpağa görə Rafiq Quliyevə 35 min rubl, evdən apara bilmədikləri xırda-xuruş əmlaklara görə də 1000 (min) rubl, cəmi 36000 (otuz altı min) rubl ödəmişdir. Buna şahidlər də vardır. 1994-cü il tarixdə X19 Rayon icra başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya Federasiyasına getmişdir. 2000-ci il tarixdə Rafiq Quliyev xəstələndiyindən Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev həmin ili vəfat etmişdir. Bu müddət ərzində cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmişdirlər. Bununla bağlı cavabdehlərdən Cavabdeh1 01 dekabr 2012-ci il tarixdə onların ailə üzvü olan X1 notariusda reyestrdə 717-15162 JM ilə qeyd edilmiş 3 il müddətinə etibarnamə, İddiaçı2 adına 17 aprel 2013- cii il tarixdə 7L- 8578 nömrə ilə qeyd edilmiş 2 il müddətinə, İddiaçı3 adın a 08 yanvar 2014-cü il tarixdə reyestrdə 7L-1S nömrə ilə qevd edilmiş təxminən 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından torpağı və evi adlarına rəsmiləşdirə bilməmişlər. (Rafiq Quliyevin ölüm şəhadətnaməsini verməyib, ailə üzvləri olan digər şəxslərin razılığı alınmayıb və s.) Sonuncu dəfə 2019-cu ilin axırlarında onlardan 950 manat pul aldılar ki, torpağı Turənin adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlar. Ondan sonra xx.xx.2020-ci il tarixdə gedib torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına 1/3 hissədə, Cavabdeh2 adına 1/3 hissədə və Cavabdeh3 adına 1/3 hissədə payları olan elektron qeydiyyat nömrəsi ********** olan çıxarış almaqla onların torpaqdan və evdən çıxarılmaları və həmçinin 1990cı ildən bəri onlardan kirayə haqqı almaq tələbi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmişlər. Onlar da həmin ünvanda yerləşən yarı tikili evi və torpağı pulunu tam ödəməklə aldıqları üçün 30 ildən çox həmin ünvanda yaşamaqlarını əsas gətirməklə Qaradağ Rayon Məhkəməsinə çıxarışın ləğv edilməsi, torpağa və evə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi ilə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlar, şahid ifadələri, həmçinin ona yarımçıq evi və torpağı satan mərhum X4 qardaşı X9, bacısı X6 təsdiq etdilər ki, həmin ünvanda yerləşən torpaq sahəsini və birinci mərtəbəsi yan tikili olan evi 1990-cı ildə pulunu tam ödəməklə almışlar. Həmçinin təqdim edilən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2657 nömrəli, 06 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, onlar tərəfindən ünvan 4 ünvanda yerləşən 6 sot torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikintisinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətinə uyğun olaraq 21397 manat, həmin ünvanda yerləşən evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12545 manat müəyyən olunur. Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, qarşılıqlı iddia isə rədd edilmişdir. Məhkəmə torpaq sahəsinin mülkiyyət hüququ əsasında cavabdehlərin adına rəsmiləşdirildiyini əsas gətirməklə iddianı rədd etmişdir.
Tərəflərin izahatları.
3. Cavabdeh2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etdiyini və ekspert rəyi ilə razı olmadığını bildirdi.
5. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, təqdim edilən ekspert rəyində qeyd olunan məbləğlə razı deyildir.
6. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədiyini və ekspert rəyi ilə razı olduğunu bildirdi.
7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddia tələbində qeyd olunanlar əsassızdır və iddia tələbini qəbul etmir.
İş materialları.
9. AR Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının 3/83 saylı, 14 avqust 1987-ci il tarixli sərəncamının surətindən görünür ki, X7 fərdi yaşayış evi tikdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi ayrılmışdır.
10. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin A№473962 nömrəli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinin hüquq subyekti Cavabdeh1dır. Texniki Pasportun tərtib edilməsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsas olmuşdur. Pasport xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir.
11. xx.xx.2012-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi və qeydiyyata alınması üçün lazım olan sənədləri toplayıb təhvil verməyi, almağı bununla əlaqədar bütün təşkilatlarda, o cümlədən Azərbaycan Əmlak məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələrində, Bələdiyyə arxivlərində və digər icra hakimiyyəti orqanlarında təmsil etməyi, həmin əmlaka dair vərəsəlik işinin rəsmiləşdirilməsi, çıxarış almağı, bütün sənədləşmə işlərini aparmağı, ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi X1 etibar etmişdir.
12. xx.xx.2016-cı il tarixli ƏN-İ №565061 saylı etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən, almaq-satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etmək və digər hərəkətləri etməyi İddiaçı2 Surxay oğluna bir il müddətinə etibar etmişdir.
13. xx.xx.2019-cu il tarixli AR-İ№714365 saylı etibarnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin özəlləşdirilməsi və qeydiyyata alınması üçün lazım olan sənədləri toplayıb təhvil verməyi, almağı bununla əlaqədar bütün təşkilatlarda, o cümlədən Azərbaycan Əmlak məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələrində, Bələdiyyə arxivlərində və digər icra hakimiyyəti orqanlarında təmsil etməyi, həmin əmlaka dair vərəsəlik işinin rəsmiləşdirilməsi, çıxarış almağı, bütün sənədləşmə işlərini aparmağı, ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi İddiaçı3 etibar etmişdir.
14. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi X8 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə 930 nömrəli reyestr kitabının 88251 nömrəli vərəqində qeydiyyata alınmışdır. X10, Cavabdeh2 və Cavabdeh3 hər biri 1/3 hissədə paylı mülkiyyət sahibi kimi qeyd edilmişdir.
15. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3220/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı1, İddiaçı3, İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1501/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı1, İddiaçı3 və İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, habelə İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4625 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin pəncərə bərabərindən hesablanmaqla, ikinci mərtəbəsinin tikintisinə və yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə (döşəmə, şkatur, şpaklyovka işləri) çəkilmiş xərcin dəyəri usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi məbləğinin təqribən 23404 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, təbii aşınma xərclərinin müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat mövcud bazar qiymətlərinə uyğun aparılmışdır.
18. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X14 bildirdi ki, iddiaçılar onun qonşusudur. O, 1988-ci ildən oraya köçmüşdür. Cavabdeh1 mərhum əri evi Hüseynquluya satmışdır. Təxminən 1990-1991-ci illərdən İddiaçı1 və ailəsi həmin evdə yaşayırlar. Həmin ev onlar köçən zaman yarımtikili idi.
19. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X9 bildirdi ki, tərəflərin heç biri ilə qohumluq əlaqəsi yoxdur. İddiaçı1 övladlarının müəllimi olmuşdur. 1990-1991-ci ildən orada yaşayırlar. Həmin evin ikinci mərtəbəsini İddiaçı1 tikib. Uzun müddət həmin evdə yaşamışlar və toy mərasimləri də olmuşdur.
20. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Cavabdeh1 baldızıdır. Qardaşı həmin evi alan zaman onu da yanlarına çağırmış, o, ailəsi ilə birlikdə onlarla bir otaqda yaşamağa başlamışdır. Həmin evə köçən zaman birinci mərtəbə tikili idi, lakin ikinci mərtəbə yarı pəncərəyə qədər tikili idi. Qardaşı evi İddiaçı1 satmışdır. Hətta o özü də rayondan gətirdiyi əşyaları İddiaçı1 satmışdır.
21. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X11 bildirdi ki, tərəflərin heç biri ilə qohumluq əlaqəsi yoxdur. İddiaçı1 ilə evlərinin arasında 100 metr məsafə vardır. Özü həmin evdə 1980-ci ildən yaşayır. İddiaçı1 1990-1991-ci illərdə oraya köçmüşdür. Ev ikinci mərtəbəyə qədər tikili idi. Alqı-satqı zamanı onların yanında olmuşdur.
İşin faktiki halları.
22. İşin faktiki halları ondan ibarətdir ki, mübahisə obyekti olan ərazi əvvəllər cavabdeh Qocayevə tura Qocaxan qızının mərhum həyat yoldaşı X7 məxsus olub. İddiaçılar uzun müddət, 90-cı illərdən yaşayırlar həmin torpaq sahəsində tikilən evdə yaşayırlar. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, iddiaçılar mərhum X5 razılığı əsasında evə köçüb yaşamağa başlamışlar. Sonradan, tərəflər arasında mübahisəli evin kimə məxsus olması ilə bağlı məhkəmə çəkişmələri olmuş və məhkəmə aktlarına əsasən əmlakın hazırkı iş üzrə cavabdehlərə məxsus olması müəyyən edilmişdir. Hazırki iddia tələbində iddiaçı tərəf qeyd olunan mübahisəli fərdi yaşayış evinin tikintisinə və yaxşılaşdırılmasına iddia tələbində qeyd olunan miqdarda xərc çəkildiyini bildirir və hazırda həmin mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərclərin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir və etirazını onunla əsaslandırır ki, iddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evinə hər hansı vəsait sərf etməmişdir və həmin fərdi yaşayış evinin tikintisi onların öz vəsaiti hesabına həyata keçirilmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 157. Mülkiyyətin müdafiəsi 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
25. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
26. Hazırkı tələbində iddiaçı həm fərdi yaşayış evinin tikintisinə görə, həm də həmin evin yerləşdiyi torpaq sahəsinə görə cavabdehlərdən tələb edilən məbləğdə pul tutulmasını tələb edir. Tələb onunla əsaslandırılır ki, həmin ərazidə evin yerləşdiyi torpaq sahəsinin real dəyəri bazar qiymətinə uyğun olaraq bir sotu 10 min manatdır, evin real dəyəri isə 160 min manatdır. İşin hallarından aydın olduğu kimi, iddiaçılar tələblərində qeyd edirlər ki, onlar həmin evi 1990-cı ildə X3 almışlar. Cavabdeh tərəf buna etiraz edir və bildirir ki, evi 1998-ci ildə ailəlikcə Rusiya Federasiyasına köçəndə iddiaçılara vermişlər. Əvvəllər iddiaçı tərəflə aralarında dosdluq münasibəti olduğu üçün evi onların əmlaklarına nəzarət etmələri üçün vermişlər. İş materiallarına əlavə edilmiş videogörüntülər, şahid ifadələri və tərəflərin izahatları onu deməyə əsas verir ki, iddiaçıların mübahisəli əmlaka faktiki sahibliyi 1991-ci ildən başlamışdır. Bu faktı elə Cavabdeh1 tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi zamanı verdiyi izahatları da təsdiq edir. Belə ki, həmin işdə Cavabdeh1 və Cavabdeh3 iddia tələbinin bir hissəsi 1991-ci ildən etibarən İddiaçı1 və digərlərindən torpaq sahəsindən və evdən istifadə etdikləri üçün kirayə haqqı tutulması barədə olmuşdur. Beləliklə, müəyyən edilir ki, iddiaçıların mübahisəli əmlaka faktiki sahibliyi 1991-ci ildə başlamış və təxminən 2020-ci ilə kimi davab etmişdir. Məhkəmə hazırkı tələbə hüquqi qiymət verilməsi üçün bu müddət ərzində iddiaçıların əmlaka sahibliklərinin mahiyyətinin müəyyən edilməsini zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıların əmlaka sahibliyi, onun əvvəlki sahibi olan mərhum Rafiq Quliyevdən keçmişdir. Deməli, iddiaçıların qeyd edilən müddət ərzində əmlaka sahiblikləri qanunsuz olmamış, əmlakın gələcək mülkiyyətçilərinin (həmin dövrdə qanuni sahiblərinin) iradəsi əsasında baş tutmuşdur. İddiaçıların mübahisəli əmlaka uzun müddət fasiləsiz sahiblik etmələri, cavabdeh tərəfindən bu sahibliyə hər hansı bir etirazın (tikintitəmir işləri aparılarkən də) olmaması, eləcə də Cavabdeh1 tərəfindən iddiaçı tərəfə həmin əmlakla bağlı bir neçə dəfə baş etibarnamələr verməsi halları onu deməyə əsas verir ki, iddiaçıların həmin mübahisəli əmlakla bağlı qanuni gözləntiləri olmuş, lakin sonradan tərəflər arsında olan məhkəmə mübahisəsinin nəticəsi olaraq mübahisəli əmlakın cavabdehlərə məxsus olması qət edilmişdir. İddiaçı tərəf bildirir ki, onların əmlakda yaşadıqları müddət ərzində tikinti və yaxşılaşdırma işləri aparmışlar, cavabdeh tərəf isə qeyd edir ki, həmin fərdi yaşayış evi elə hazırkı vəziyyətində iddiaçılara təhvil verilmişdir. İş materiallarında olan CD disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi əvvəllər birmərtəbəli tikili vəziyyətində olmuş, yəni tikilinin 2-ci mərtəbəsi pəncərə bərabərinə qədər inşa edilmişdir. Həmin CD disk, şahid ifadələri və eyni zamanda tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı1 və onun ailə üzvlərinin sahibliyinə verildikdən sonra üzərində müvafiq yaxşılaşdırma işləri görülməklə evin 2-ci mərtəbəsi tikilib başa çatdırılmışdır. Elə əraziyə yerli baxış zamanı da tərəflərin ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı tərəf evdə aparılan təmir-tikinti işləri, eləcə də istifadə olunan tikinti materiallarının sayı, növü barədə müfəssəl məlumata malikdir, buna münasibətdə cavabdeh tərəf bu hallarla bağlı məlumatlı deyildir, cavabdeh tərərfin bu xüsusda verdiyi ifadələr işin halları ilə öz təsdiqini tapmır və formal mülahizələrə əsaslanır. Fərdi yaşayış evinə münasibətdə iddiaçı tərəfindən yaxşılaşdırma işlərinin aparılması hazırki işin araşdırılan halları ilə öz təsdiqini tapır. Qeyd olunan halı təkzib edəcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu xüsusda məhkəmə cavabdeh tərəfin etirazı ilə razılaşmır. Belə olan halda məhkəmə həmin fərdi yaşayış evinin qeyd edilən dövr ərzində iddiaçı tərəfin qanuni sahibliyində olmasını nəzərə alaraq hesab edir ki, hazırda iddiaçı tərəf öz qanuni sahibliyində olmuş fərdi yaşayış evi üzərində aparılan tikinti və yaxşılaşdırma işlərinin dəyərini cavabdehlərdən, yəni həmin fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən tələb etməkdə haqlıdır. İddiaçı tərəfin bu hüququ Mülki Məcəllənin 157.7-ci maddəsinə əsaslanır. Həmin Maddəyə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı işdə yaxşılaşdırmaları əmlakdan ayırmaq mümkün deyil, deməli onların əvəzi cavabdehlərdən tutulmalıdır. Əks halda, cavabdeh tərəf əsassız varlanmış olar. Tutulmalı olan pul məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki iş üzrə fərdi yaşayış evinin ikinci mərtəbəsində (pəncərə bərabərindən hesablanmaqla) aparılmış yaxşılaşdırma işlərinin dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4625 nömrəli ekspert rəyindən göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin pəncərə bərabərindən hesablanmaqla, ikinci mərtəbəsinin tikintisinə və yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə (döşəmə, şkatur, şpaklyovka işləri) çəkilmiş xərcin dəyəri usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi məbləğinin təqribən 23404 manat məbləğində olduğu müəyyən edilmişdir. Eyni zamanda, qeyd olunmuşdur ki, təbii aşınma xərclərinin müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat mövcud bazar qiymətlərinə uyğun aparılmışdır. Məhkəmə təqdim edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Eyni zamanda məhkəmə iddiaçı tərəfin ekspert rəyinı etirazına münasibətdə qeyd edir ki, etiraz formal mülahizələrə əsaslanır və rəyin əsassız olması barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbinin digər hissəsi evin yerləşdiyi torpaq sahəsinin alınmasına görə onun mərhum sahibinə, yəni Cavabdeh1 mərhum həyat yoldaşına həmin dövrün məzənnəsi ilə ödənilmiş pulun indeksasiya edilərək cavabdehlərdən tutulmasıdır. İddiaçı tərəfin iddianın bu hissəsi ilə bağlı tələbinin həcmi torpaq sahəsində hər hansı yaxşılaşdırma işlərinin aparılmasına görə çəkilmiş xərcin tutulması yox, torpağın alınmasına çəkilmiş xərcin tutulmasıdır. Məhkəmə, iddiaçı tərəfin torpaq sahəsini 1990-cı ildə 36000 rubl verib aldıqlarını və hazırkı dövrdə də həmin pulun indeksasiya edilərək tutulmalı olması barədə bildirdikləri ilə razılaşmır. Belə ki, işin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin texniki Pasportunun tərtib edilməsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsas olmuşdur. İşə əlavə edilmiş sənədlərdən, o da müəyyən olunur ki, torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. Eyni zamanda, işdə olan Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə qət edilmişdir ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 və ailə üzvləri həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Göründüyü kimi, həmin torpaq sahəsinin hazırkı işdə iddiaçı tərəfindən onun mərhum sahibindən alqı-satqısı faktı öz təsdiqini tapmamışdır. Ona görə də, tələb bu hissədə əsassızdır.
Məhkəmə xərcləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 511 manat dövlət rüsumunun 160.21 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə
29. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23404 (iyirmi üç min dörd yüz dörd) manat pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməli, iş üzrə ödənilmiş 511 manat dövlət rüsumunun 160.21 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23404 (iyirmi üç min dörd yüz dörd) manat pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 511 manat dövlət rüsumunun 160.21 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.