Məhkəmə qərarları › İş №2(102)-2733/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2733/2025

10.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2733/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: etibarsız əqd üzrə ödənilmiş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2165/2025 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. AR Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 14 avqust 1987-ci il tarixli sərəncamına əsasən, X8 fərdi yaşayış evi tikdirmək üçün ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsi ayrılmışdır. 2. ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsi X9 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. X15, Cavabdeh2 və Cavabdeh3 hər biri 1/3 hissədə paylı mülkiyyət sahibi kimi qeyd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Qaradağ Rayon məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qar şılıqlı iddianın rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

4. AR Ali Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(102)-3220/2022 nömrəli qərarına əsasən, Bakı şəhəri, Qaradağ Rayon məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək, İddiaçı1, İddiaçı3, İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı1, İddiaçı3 və İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, habelə İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onların xeyrinə 220.950 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı il tarixdə X5 almışlar. X12 cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı, digər cavabdehlərin isə valideynidir. Həmin ilin təxminən fevral ayında evə və torpaq sahəsinə görə Rafiq Quliyevə 35.000 rubl, evdən apara bilmədikləri xırda-xuruş əmlaklara görə 1.000 rubl, cəmi 36.000 rubl ödəmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. 1994-cü il tarixdə Rafiq Quliyev Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının adına ərizə yazaraq xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən, həmin torpaq sahəsinin və evin adına rəsmiləşdirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya Federasiyasına getmişlər. 2000-ci ildə Rafiq Quliyev xəstələndiyindən Biləsuvar rayonuna qayıtmış və həmin il vəfat etmişdir. Bu müddət ərzində cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmişlər. Bununla bağlı cavabdehlərdən Cavabdeh1 01 dekabr 2012-ci il tarixdə onların ailə üzvü olan X2 adına notariatda təsdiq edilməklə 3 il müddətinə, İddiaçı2 adına 17 aprel 2013-ci il tarixdə notariatda təsdiq edilməklə 2 il müddətinə, İddiaçı3 adına 08 yanvar 2014-cü il tarixdə notariatda təsdiq edilməklə bütövlükdə 29 il müddətinə etibarnamə vermişlər. Hər dəfə müəyyən sənədlər çatışmadığından torpaq sahəsini və evi adlarına rəsmiləşdirə bilməmiş lər. (Rafiq Quliyevin ölüm şəhadətnaməsini verilməyib, ailə üzvləri olan digər şəxslərin razılığı alınmayıb və s.). Sonuncu dəfə 2019-cu ilin axırlarında onlardan 950 manat aldılar ki, torpaq sahəsini Cavabdeh1 adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlar. Bundan sonra xx.xx.2020-ci il tarixdə torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh1 adına 1/3 hissədə, Cavabdeh2 adına 1/3 hissədə və Cavabdeh3 adına 1/3 hissədə payları olan Çıxarış almaqla, onların torpaq sahəsindən və evdən çıxarılmaları, həmçinin 1990-cı ildən bəri onlardan kirayə haqqı almaq tələbi ilə məhkəməyə müraciət etmişlər. Onlar həmin ünvanda yerləşən yarı tikili evi və torpaq sahəsinin dəyərini tam ödəməklə aldıqları üçün 30 ildən çox həmin ünvanda yaşamaqlarını əsas gətirməklə, məhkəmədə Çıxarışın ləğv edilməsi, torpaq sahəsinə və evə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişlər.

10. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlar, şahid ifadələri, həmçinin ona yarımçıq evi və torpaq sahəsini satan mərhum X6 qardaşı X13, bacısı X10 təsdiq etdilər ki, həmin ünvanda yerləşən torpaq sahəsini və birinci mərtəbəsi yarı tikili olan evi 1990-cı ildə pulunu tam ödəməklə almışlar. Həmçinin işə təqdim edilən Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, onlar tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən 0,6 ha torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikintisinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətinə uyğun olaraq 21.397 manat, həmin ünvanda yerləş ən evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12.545 manat müəyyən olunur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, iddiaçılar onun qonşusudur və 1988-ci ildən oraya köçmüşdür. Cavabdeh1 mərhum əri evi İddiaçı1 satmışdır. Təxminən 1990-1991-ci illərdən İddiaçı1 və ailəsi həmin evdə yaşayırlar. Həmin ev onlar köçən zaman yarımtikili idi.

11. Birinci instansiya məhkəməsi, fərdi yaşayış evinin ikinci mərtəbəsində (pəncərə bərabərindən hesablanmaqla) aparılmış yaxşılaşdırma işlərinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbata n qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin pəncərə bərabərindən hesablanmaqla, ikinci mərtəbəsinin tikintisinə və yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə (döşəmə, şkatur, şpaklyovka işləri) çəkilmiş xərcin dəyəri usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla, mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi məbləği təqribən 23.404 manat təşkil edir.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, tərəflərin heç biri ilə qohumluq əlaqəsi yoxdur və İddiaçı1 övladlarının müəllimi olmuşdur. 1990-1991-ci ildən orada yaşayır və həmin evin ikinci mərtəbəsini İddiaçı1 tikmişdir. Uzun müddət həmin evdə yaşamışlar və toy mərasimləri də orada olmuşdur.

13. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Cavabdeh1 baldızıdır və qardaşı həmin evi alan zaman onu da yanlarına çağırmış, o, ailəsi ilə birlikdə onlarla bir otaqda yaşamağa başlamışdır. Həmin evə köçərkən birinci mərtəbə tikilmiş idi, lakin ikinci mərtəbə yarı pəncərəyə qədər tikilmiş idi və qardaşı evi İddiaçı1 satmışdır. Hətta o, özü də rayondan gətirdiyi əşyaları İddiaçı1 satmışdır.

14. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur və İddiaçı1 ilə evlərinin arasında 100 metr məsafə vardır. Özü həmin evdə 1980-ci ildən yaşayır. İddiaçı1 1990-1991-ci illərdə oraya köçmüşdür. Ev ikinci mərtəbəyə qədər tikili idi. Alqı-satqı zamanı onların yanında olmuşdur.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkə məsinin 2(010)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23.404 manatın tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, mübahisə obyekti olan ərazi əvvəllər cavabdeh X11 mərhum həyat yoldaşı X8 məxsus olub. İddiaçılar uzun müddət, 90-cı illərdən həmin torpaq sahəsində tikilən evdə yaşayırlar. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, iddiaçılar mərhum X7 razılığı əsasında evə köçüb yaşamağa başlamışlar. Sonradan, tərəflər arasında mübahisəli evin kimə məxsus olması ilə bağlı məhkəmə çəkişmələri olmuş və məhkəmə aktlarına əsasən əmlakın hazırkı iş üz rə cavabdehlərə məxsus olması müəyyən edilmişdir. Hazırkı iddia tələbində iddiaçı tərəf qeyd olunan mübahisəli fərdi yaşayış evinin tikintisinə və yaxşılaşdırılmasına iddia tələbində qeyd olunan miqdarda xərc çəkildiyini bildirir və hazırda həmin mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərclərin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir və etirazını onunla əsaslandırır ki, iddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evinə hər hansı vəsait sərf etməmişdir və həmin fərdi yaşayış evinin tikintisi onların öz vəsaiti hesabına həyata keçirilmişdir.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı tələbində iddiaçı tərəf həm fərdi yaşayış evinin tikintisinə görə, həm də həmin evin yerləşdiyi torpaq sahəsinə görə cavabdehlərdən tələb edilən məbl əğdə pul tutulmasını tələb edirlər. Tələblərini onunla əsaslandırmışlar ki, həmin ərazidə evin yerləşdiyi torpaq sahəsinin real dəyəri bazar qiymətinə uyğun olaraq bir sotu 10.000 manatdır, evin real dəyəri isə 160.000 manatdır. İşin hallarından aydın olduğu kimi, iddiaçılar tələblərində qeyd edirlər ki, onlar həmin evi 1990-cı ildə X5 almışlar. Cavabdeh tərəf isə buna etiraz edir və bildirir ki, evi 1998-ci ildə ailəlikcə Rusiya Federasiyasına köçəndə iddiaçılara vermişlər. Əvvəllər iddiaçı tərəflə aralarında dostluq münasibəti olduğu üçün evi onların əmlaklarına nəzarət etmələri üçün vermişlər. İş materiallarına əlavə edilmiş videogörüntülər, şahid ifadələri və tərəflərin izahatları onu deməyə əsas verir ki, iddiaçıların mübahisəli əmlaka faktiki sahibliyi 1991-ci ildən başlamışdır. Bu f aktı elə Cavabdeh1 tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi zamanı verdiyi izahatları da təsdiq edir.

18. Belə ki, həmin işdə, Cavabdeh1 və Cavabdeh3 iddia tələbinin bir hissəsi 1991-ci ildən etibarən İddiaçı1 və digərlərindən torpaq sahəsindən və evdən istifadə etdikləri üçün kirayə haqqı tutulması barədə olmuşdur.

19. Beləliklə, müəyyən edilir ki, iddiaçıların mübahisəli əmlaka faktiki sahibliyi 1991-ci ildə başlamış və təxminən 2020-ci ilə kimi davab etmişdir. Məhkəmə hazırkı iddia tələbinə hüquqi qiymət verilməsi üçün bu müddət ərzində iddiaçıların əmlaka sahibliklərinin mahiyyətinin müəyyən edilməsini zəruri hesab edir.

20. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıların əmlaka sahibliyi, onun əvvəlki sahibi olan mərhum Rafiq Quliyevdən keçmişdir. Deməli, iddiaçıların q eyd edilən müddət ərzində əmlaka sahiblikləri qanunsuz olmamış, əmlakın gələcək mülkiyyətçilərinin (həmin dövrdə qanuni sahiblərinin) iradəsi əsasında baş tutmuşdur. İddiaçıların mübahisəli əmlaka uzun müddət fasiləsiz sahiblik etmələri, cavabdeh tərəfindən bu sahibliyə hər hansı bir etirazın (tikinti-təmir işləri aparılarkən də) olmaması, eləcə də Cavabdeh1 tərəfindən iddiaçı tərəfə həmin əmlakla bağlı bir neçə dəfə baş etibarnamələr verməsi halları onu deməyə əsas verir ki, iddiaçıların həmin mübahisəli əmlakla bağlı qanuni gözləntiləri olmuş, lakin sonradan tərəflər arsında olan məhkəmə mübahisəsinin nəticəsi olaraq mübahisəli əmlakın cavabdehlərə məxsus olması qət edilmişdir.

21. İddiaçı tərəf bildirir ki, onların əmlakda yaşadıqları müddət ərzində tikinti və yaxşılaşdırma işləri apa rmışlar, cavabdeh tərəf isə qeyd edir ki, həmin fərdi yaşayış evi elə hazırkı vəziyyətdə iddiaçılara təhvil verilmişdir. İş materiallarında olan CD disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi əvvəllər 1 mərtəbəli tikili vəziyyətində olmuş, yəni tikilinin 2-ci mərtəbəsi pəncərə bərabərinə qədər inşa edilmişdir. Həmin CD disk, şahid ifadələri və eyni zamanda tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı1 və onun ailə üzvlərinin sahibliyinə verildikdən sonra üzərində müvafiq yaxşılaşdırma işləri görülməklə evin 2-ci mərtəbəsi tikilib başa çatdırılmışdır. Elə əraziyə yerli baxış zamanı da tərəflərin ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı tərəf evdə aparılan təmir-tikinti işləri, eləcə də istifadə oluna n tikinti materiallarının sayı, növü barədə müfəssəl məlumata malikdir, buna münasibətdə cavabdeh tərəf bu hallarla bağlı məlumatlı deyildir, cavabdeh tərərfin bu xüsusda verdiyi ifadələr işin halları ilə öz təsdiqini tapmır və formal mülahizələrə əsaslanır. Fərdi yaşayış evinə münasibətdə iddiaçı tərəfindən yaxşılaşdırma işlərinin aparılması hazırki işin araşdırılan halları ilə öz təsdiqini tapır. Qeyd olunan halı təkzib edəcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu xüsusda məhkəmə cavabdeh tərəfin etirazı ilə razılaşmır.

22. Belə olan halda məhkəmə həmin fərdi yaşayış evinin qeyd edilən dövr ərzində iddiaçı tərəfin qanuni sahibliyində olmasını nəzərə alaraq qeyd etmişdir ki, hazırda iddiaçı tərəf öz qanuni sahibliyində olmuş fərdi yaşayış evi üzərində a parılan tikinti və yaxşılaşdırma işlərinin dəyərini cavabdehlərdən, yəni həmin fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən tələb etməkdə haqlıdır. İddiaçı tərəfin bu hüququ Mülki Məcəllənin 157.7-ci maddəsinə əsaslanır.

23. Həmin Maddəyə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı işdə yaxşılaşdırmaları əmlakdan ayırmaq mümkün deyil, deməli onların əvəzi cavabdehlərdən tutulmalıdır. Əks halda, cavabdeh tərəf əsassız varlanmış olar.

24. Tutulmalı pul məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə fərdi yaşayış e vinin ikinci mərtəbəsində (pəncərə bərabərindən hesablanmaqla) aparılmış yaxşılaşdırma işlərinin dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin pəncərə bərabərindən hesablanmaqla, ikinci mərtəbəsinin tikintisinə və yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə (döşəmə, şkatur, şpaklyovka işləri) çəkilmiş xərcin dəyəri usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi məbləği təqribən 23.404 manat təşkil edir.

25. Eyni zamanda, qeyd olunmalıdır ki, təbii aşınma xərclərinin müəyyən edilməsinə dair metodika olmadığınd an tədqiqat mövcud bazar qiymətlərinə uyğun aparılmışdır. Məhkəmə təqdim edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.

26. Məhkəmə, iddiaçı tərəfin ekspert rəyinı etirazına münasibətdə qeyd etmişdir ki, etiraz formal mülahizələrə əsaslanır və rəyin əsassız olması barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbinin digər hissəsi evin yerləşdiyi torpaq sahəsinin alınmasına görə onun mərhum sahibinə, yəni Cavabdeh1 mərhum həyat yoldaşına həmin dövrün məzənnəsi ilə ödənilmiş pulun indeksasiya edilərək cavabdehlərdən tutulmasıdır. İddiaçı tərəfin iddianın bu hissəsi ilə bağlı tələbinin həcmi torpaq sahəsində hər hansı yaxşılaşdırma işlərinin aparılmasına görə çəkilmiş xərcin tutulması yox, torpağın alınmasına çəkilmiş xər cin tutulmasıdır.

27. Məhkəmə, iddiaçı tərəfin torpaq sahəsini 1990-cı ildə 36.000 rubl verib aldıqlarını və hazırkı dövrdə də həmin pulun indeksasiya edilərək tutulmalı olması barədə bildirdikləri ilə razılaşmır.

28. Belə ki, işin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin Texniki Pasportunun tərtib edilməsinə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsas olmuşdur. İşə əlavə edilmiş sənədlərdən, o da müəyyən olunur ki, torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur.

29. Eyni zamanda, işdə olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə qət edilmişdir ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 və ailə üzvləri həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Göründüyü kimi, həmin torpaq sahəsinin hazırkı işdə iddiaçı tərəf indən onun mərhum sahibindən alqı-satqısı faktı öz təsdiqini tapmamışdır. Ona görə də, tələb bu hissədə əsassızdır.

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.5, 157.6, 157.7, 1091, 1091.2, 1092.1, 1093.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 107, 119.1 və 216-220-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

31. İddiaçı1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayətində göstərilmişdir ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilmə sini mülkiyyətçidən tələb edə bilər. İddia tələbinin əsasını təşkil edən iki hal: torpaq sahəsi və yarım tikili üçün ödənilən məbləğin tələbi və yarımçıq tikilinin tamamlanması və təmiri üçün çəkilən xərcin əvəzinin tələb edilməsi olmuşdur. Məhkəmə kifayət qədər sübutların olmasına baxmayaraq torpaq sahəsi və yarım tikili üçün ödənilən məbləğlə bağlı tələbi ümumiyyətlə təmin etməmiş, təmir və tikilinin tamamlanması üçün çəkilən xərcləri isə ən azı iki dəfə az müəyyən etmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 5-ci küçə, ev 1 ünvanında yerləşən mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı ildə X5 almışdır. Rafiş Quliyev cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı, digər cavabdehlərin isə valideynidir. Həmin ildə təxminən fevral ayında evə və to rpağa görə Rafiq Quliyevə 35.000 rubl, evdən apara bilmədikləri xırda-xuruş əmlaklara görə də 1.000 rubl, cəmi 36.000 rubl ödəmişdir və buna şahidlər də vardır. 1994-cü il tarixdə X26 Rayon İcra Hakimiyyəti başçısının adına ərizə yazaraq xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən, həmin torpaq sahəsinin və evin adına rəsmiləşdirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya Federasiyasına getmişlər. 2000-ci ildə Rafiq Quliyev xəstələndiyindən Biləsuvar rayonuna qayıtmış və həmin il vəfat etmişdir. Bu müddət ərzində cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmişlər. Bununla bağlı cavabdehlərdən X15 01 dekabr 2012-ci il tarixdə onların ailə üzvü olan X4 notariatda qeyd edilməklə 3 il müddətinə, İddiaçı2 adına 17 aprel 2013- cü il tarixdə notariatda qeyd edilməklə 2 il müddətinə, İddiaçı3Tapdıq qızının adına 08 yanvar 2014-cü il tarixdə notariatda qeyd edilməklə bütövlükdə 29 il müddətinə etibarnamələr vermişlər. Hər dəfə müəyyən sənədlər çatışmadığından torpaq sahəsini və evi adlarına rəsmiləşdirə bilməmişlər. (Rafiq Quliyevin ölüm şəhadətnaməsi verilməyib, ailə üzvləri olan digər şəxslərin razılığı alınmayıb və s.) Sonuncu dəfə 2019-cu ilin axırlarında onlardan 950 manat pul aldılar ki, torpaq sahəsini Cavabdeh1 adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlar. Deməli torpaq sahəsi üçün pulun ödənilməsini, 1994-cü il tarixdə X26 Rayon İcra Hakimiyyəti başçısının adına ərizə yazaraq xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən, həmin torpaq sahəsinin və evin adına keçirilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehlərin bir neçə dəfə iddiaçıya torpaq sahəsi ilə bağlı baş etibarnamə vermələrini və şahid ifadələrini axıra kimi araşdırmamışdır. Torpaq sahəsini satan mərhum X6 qardaşı X13, bacısı X10 təsdiq etmişlər ki, həmin ünvanda yerləşən torpaq sahəsini və birinci mərtəbəsi yarı tikili olan evi 1990-cı ildə pulunu tam ödəməklə almışlar. Məhkəmə bu hala qiymət verməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən 0,6 ha torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikintisinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətinə uyğun olaraq 21.397 manat, həmin ünvanda yerləşən evin b irinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12.545 manat, cəmi 33.942 manat müəyyən edilmişdir. İş üzrə ekspert isə bu məbləği 23.404 manat müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, təqdim edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Eyni zamanda məhkəmə iddiaçı tərəfin ekspert rəyinə etirazına münasibətdə qeyd etmişdir ki, etiraz formal mülahizələrə əsaslanır və rəyin əsassız olması barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İki ekspert rəyi arasında 10.000 manat fərq olduğundan məhkəmə iclasında təkrar ekspertiza təyin olunması haqda vəsatət vermişlər, məhkəmə müşavirə otağına gedərək vəsatətə mövqeyini bildirmək əvəzinə birbaşa qətnamə elan edərək tərəfləri məhkəmə çıxışlarından belə məhrum etmişdir.

33. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləvğ edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, iş materiallarında olan Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 3/83 saylı, 14 avqust 1987-ci il tarixli sərəncamına əsasən, X8 fərdi yaşayış evi tikmək üçün ünvan 4 ünvanda yerləşən 0,6 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli evin Texniki Pasportunun surəti ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsinin hüquq subyekti Cavabdeh1dır. Texniki Paspo rtun tərtib edilməsinə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsas olmuşdur. Texniki Pasport xx.xx.2020 ci il tarixdə tərtib edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsi X9 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. X15, Cavabdeh2 və Cavabdeh3 hər biri 1/3 hissədə paylı mülkiyyət sahibi kimi qeyd edilmişdir. AR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3220/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı1, İddiaçı3, İddiaçı2 və ail ə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki kollegiyasının yuxarıda qe yd olunan qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. AR Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002) 122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin İddiaçı 1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı1, İddiaçı3 və İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,6 ha torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, habelə İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlarla bir daha sübut olunur ki, mü bahisəli torpaq sahəsi və həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. İddiaçılar həmin evdə 1990-1991-ci ildən yaşayırlar. Lakin bu günə qədər həmin evdə yaşamaqlarının müqabilində cavabdehlərə bir manatda kirayə haqqı ödəməmişlər. İddiaçı tərəfindən cavabdehə heç bir məlumat verilmədən özbaşına tikili tikilmişdir. Hesab edir ki, evin sahibindən başqa heç kəs əsassız olaraq gəlib təmir işləri apara bilməz. Dəfələrlə bildirsələr də bu əsas məqamlara heç fikir verən olmamışdır. Bu da cavabdehlərin hüquqlarının pozulmasıdır. Birinci instansiya məhkəməsi tərəfindən subutlar tam araşdırılmamışdır. Məhkəmə cavabdehlərin verdiyi ifadələrə və təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verm əmişdir. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Nədənsə məhkəmə cavabdehlərin izahatlarını nəzərə almamış, təkcə iddiaçının ifadəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Bundan başqa, həmin torpaq sahəsi onlar tərəfindən Natiq Həsənbalayevə satılmışdır. Yəni tərəflər arasında xx.xx.2023-cü ildə notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmışdır. Bir müddət sonra məlum olmuşdur ki, iddiaçılar tərəfindən məhkəmənin müfaviq qərardadı ilə torpağın üzərinə həbs qoyulmuş və evə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Təkrar olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinə dair alqı-satqı olmuş və bundan xəbər tutan iddiaçılar heç bir sübyektiv hüquqları olmadan qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişlər. Bu hərəkətləri ilə torpaq sa həsinin yeni sahibinin də hüquqları pozulmuşdur. Dəfələrlə torpaq sahəsinin yeni sahibinin məhkəmə iclasına cəlb olunmasına dair müraciətlər olunmasına baxmayaraq nədənsə məhkəmə müraciətləri təmin etməmişdir. Belə ki, işə baxan məhkəmə iddiaçıların heç bir hüququnu müəyyən etmədən torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul etmiş və verilmiş şikayətlər təmin edilməmişdir. Məhkəmə uzun bir araşdırmaya başlamış və heç bir əsas sübut dəlil olmadan belə bir qətnamə qəbul etmişdir. Dəfələrlə məhkəmə iclaslarında həmin evin onlar tərəfindən tikilməsini bildirmələrinə baxmayaraq məhkəmə sanki bilə-bilə eyni məzmunlu bir neçə dəfə ekspertiza təyin edilməsini qərara almışdır. Lakin ekspertiza tərəfindən hər dəfə həmin tikilinin smeta dəyərinin təmin edilməməsini əsas gətirərək qiymətləndirilməsindən imtina etmişdir. Lakin sonuncu dəfə yenə də heç bir sübut olmadan məhkəmə tərəfindən növbəti ekspertizanın keşirilməsinə dair qərardad qəbul olunmuş və nəticədə məhkəmə başqa heç bir əsasa, dəlilə, istinad etməyə sübut tapmadığından həmin ekspertizanın rəyini əsas gətirərək yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Maraqlıdır evin sahibinin xəbəri olmadan kim gəlib kiminsə evində təmir işləri apara bilər?. Qarşı tərəfin heç bir subyektiv hüququ olmadan məhkəmə iddia ərizələrini icraata qəbul edib və heç bir sübutların, dəlilllərin olmamasına baxmayaraq yekunda belə bir nəticəyə gəlməsi çox təəcüblüdür.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2165/2025 nömrəli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən, məruzəçi), Cə milə Musayeva və Fuad Babayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12/2025 saylı, 8 yanvar 2025-ci il tarixli qətnaməsi cavabdehlərdən tutulan pulun məbləği hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 33.942 manatın tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi qət edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış zamanı tərəflərin ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı tərəf evdə aparılan təmir-tikinti işləri, eləcə də istifadə olunan tikinti materiallarının sayı, növü barədə müfəssəl məlumata malikdir, buna münasibətdə cavabdeh tərəf bu hallarla bağlı məlumatlı deyildir. Cavabdeh tərəfin bu xüsusda verdiyi ifadələr işin halları ilə öz təsdiqini tapmır və formal mülahizələrə əsaslanır. Fərdi yaşayış evinə münasibətdə iddiaçı tərəfindən yaxşılaşdırma işlərinin aparılması öz təsdiqini tapmışdır. Qeyd olunan halı təkzib edəcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

37. Bundan əlavə, məhkəmə kollegiyası evin yaxşılaşdırılmasına çəkilmiş xərcin məbləği ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi ekspertin qarşısına yalnız evin ikinci mərtəbəsinin tikintisinə və yararlı vəziyyətə gətirilməsinə nə qədar vəsaitin xərclənməsi sualını qoymuş və buna görə də xx.xx.2024cü il tarixli ekspert rəyində yalnız qarşıya qoyulmuş suallar üzrə təqdidaq aparılaraq, evin birinci mərtə bəsinin təmir və yaxılaşdırılmasına çəkilmiş xərclər nəzərə alınmamışdır.

38. Buna görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli ekspert rəyi əsas götürülməklə, ekspert rəyinə əsasən evin ikinci mərtəbəsinin tikilişinə və təmirinə sərf olunan vəsaitin məbləği 21.397 manat, həmin evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunmuş vəsaitin məbləği 12.545 manat məbləğində müəyyən edildiyindən, iddiaçı tərəfindən evin tikintisi və yaxşılaşdırılması üçün sərf olunan vəsaitin dəyəri 33.942 manat (21397+12545=33942) cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Məhkəmə kollegiyası cavabdehin razılığı olamadan təmir işlərinin aparılması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, qanun i qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı1 və onun ailə üzvləri mübahisə predmeti olan evdə 1991-ci ildən məskunlaşmış, torpaq sahəsi və evə 29-30 il ərzində etirazsız sahiblik və ondan istifadə etmişlər.

40. Məhkəmə onu da nəzərə almışdır ki, sözügedən evin dəyəri də artmışdır. Mübahisə predmeti olan evi cavabdehlər xx.xx.2023-cü il tarixdə 150.000 manata X1.

41. İddia tələbinin torpaq sahəsinə görə ödənilmiş pulun indeksasiya edilərək tutulması hissəsində əsassız olması ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəf bu dəlillərinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

42. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 135.10, 157.6, 157.7, 1094-cü, habelə Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı1 kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2165/2025 saylı, 22 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1094-cü, habelə Mülki Prosessual Məcəllənin 2-ci maddələrinin də tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İşə baxan məhkəmələr nəzərə almamışlar ki, torpaq sahəsi üçün iddiaçılar tərəfindən ödənilən 30.000 manatı qaytarmayan cavabdehlər əsassız varlanmışlar.

45. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Cavabdeh1 kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. Kassasiya şikayətinə dair etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olm amışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

49. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

51. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan baş qa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

52. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

53. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

63. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pro sessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

64. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 Surxan oğlu tərəfindən iddianın təmin olunmayan hissəsində, Cavabdeh1 tərəfindən isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

65. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisədəndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, tərəflərin kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. İddiaçı1 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

67. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış zamanı tərəflərin ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı tərəf evdə aparılan t əmir-tikinti işləri, eləcə də istifadə olunan tikinti materiallarının sayı, növü barədə müfəssəl məlumata malikdir, buna münasibətdə cavabdeh tərəf bu hallarla bağlı məlumatlı deyildir. Cavabdeh tərəfin bu xüsusda verdiyi ifadələr işin halları ilə öz təsdiqini tapmır və formal mülahizələrə əsaslanır. Fərdi yaşayış evinə münasibətdə iddiaçı tərəfindən yaxşılaşdırma işlərinin aparılması öz təsdiqini tapmışdır. Qeyd olunan halı təkzib edəcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

68. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi evin yaxşılaşdırılmasına çəkilmiş xərcin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi ekspertin qarşısına yalnız evin ikinci mərtəbəsinin tikintisinə və yararlı vəziyyətə gətirilməsinə nə qədar vəsaitin xərclənməsi sualını qoymuş və buna görə də xx.xx.2024-cü il tarixli ekspert rəyində yalnız qarşıya qoyulmuş suallar üzrə təqdidaq aparılaraq, evin birinci mərtəbəsinin təmir və yaxılaşdırılmasına çəkilmiş xərclər nəzərə alınmamışdır.

69. Buna görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli ekspert rəyi əsas götürülməklə, ekspert rəyinə əsasən evin ikinci mərtəbəsinin tikilişinə və təmirinə sərf olunan vəsaitin məbləği 21.397 manat, həmin evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunmuş vəsaitin məbləği 12.545 manat məbləğində müəyyən edildiyindən, iddiaçı tərəfindən evin tikintisi və yaxşılaşdırılması üçün sərf olunan vəsaitin dəyəri 33.942 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

70. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin razılığı olamadan iddiaçıların evdə təmir işləri aparılmaları ilə bağlı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı1 və onun ailə üzvləri mübahisə predmeti olan evdə 1991-ci ildən məskunlaşmış, torpaq sahəsi və evə 29-30 il ərzində etirazsız sahiblik və ondan istifadə etmişlər.

71. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, iddiaçıların mübahisəli evdə apardıqları yaxşılaşdırmaların hesabına həmin evin dəyəri də artmışdır. Belə ki, mübahisə predmeti olan evi cavabdehlər xx.xx.2023-cü il tarixdə 150.000 manata X1.

72. Apellyasiya instansiyası məh kəməsi, həmçinin iddia tələbinin torpaq sahəsinə görə ödənilmiş pulun indeksasiya edilərək tutulması hissəsinin əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəf bu dəlillərinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmiş və bu barədə tərəflər arasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasını da nəzərə almışdır.

73. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, İddiaçı1 və Cavabdeh1 kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol v erməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı1 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2025-ci il tarixli, 2(103)-2165/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar