Məhkəmə qərarları › İş №2(103)-2165/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2165/2025

22.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2165/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili (eyni zamanda İddiaçı2 vəkili) Vəkil1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AR Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının 3/83 saylı, 14 avqust 1987-ci il tarixli sərəncamının surətindən görünür ki, X7 fərdi yaşayış evi tikdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5- ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi ayrılmışdır.

2. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi X8 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə 930 nömrəli reyestr kitabının 88251 nömrəli vərəqində qeydiyyata alınmışdır. X14, Cavabdeh2 və Cavabdeh3 hər biri 1/3 hissədə paylı mülkiyyət sahibi kimi qeyd edilmişdir.

3. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3220/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı1, İddiaçı3, İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı1, İddiaçı3 və İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (iki mərtəbəli evdən) çıxarılmaları, habelə İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçılar iddia edir ki, ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı il tarixdə X4 almışlar. Quliyev Rafiq cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı, digər cavabdehlərin isə valideynidir. Həmin ildə təxminən fevral ayında evə və torpağa görə Rafiq Quliyevə 35 min rubl, evdən apara bilmədikləri xırdaxuruş əmlaklara görə də 1000 (min) rubl, cəmi 36000 (otuz altı min) rubl ödəmişdir. Eyni zamanda iddiaçılar tərəfindən həmin yaşayış evində təmir və tikinti işləri görülmüşdür.

9. Nəticədə, iddiaçılar cavabdehlərdən əmlakın alınması və təmir-tikinti xərclərini tələb edirlər.

10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli 10/2657 saylı ekspert rəyinə əsasən evin ikinci mərtəbəsinin tikilişinə və təmirinə sərf olunan vəsaitin məbləği 21397 manat, həmin evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunmuş vəsaitin məbləği 12545 manat məbləğində müəyyən edilir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4625 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin pəncərə bərabərindən hesablanmaqla, ikinci mərtəbəsinin tikintisinə və yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə (döşəmə, şkatur, şpaklyovka işləri) çəkilmiş xərcin dəyəri usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi məbləğinin təqribən 23404 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, təbii aşınma xərclərinin müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat mövcud bazar qiymətlərinə uyğun aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 220950 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər.

13. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı il tarixdə X4 almışdır. Quliyev Rafiq cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı, digər cavabdehlərin isə valideynidir. Həmin ildə təxminən fevral ayında evə və torpağa görə Rafiq Quliyevə 35 min rubl, evdən apara bilmədikləri xırda-xuruş əmlaklara görə də 1000 (min) rubl, cəmi 36000 (otuz altı min) rubl ödəmişdir. Buna şahidlər də vardır. 1994-cü il tarixdə X25 Rayon icra başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya Federasiyasına getmişdir. 2000-ci il tarixdə Rafiq Quliyev xəstələndiyindən Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev həmin ili vəfat etmişdir. Bu müddət ərzində cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmişdirlər. Bununla bağlı cavabdehlərdən Cavabdeh1 01 dekabr 2012-ci il tarixdə onların ailə üzvü olan X3 notariusda reyestrdə 717-15162 JM ilə qeyd edilmiş 3 il müddətinə etibarnamə, İddiaçı2 adına 17 aprel 2013- cii il tarixdə 7L- 8578 nömrə ilə qeyd edilmiş 2 il müddətinə, İddiaçı3 adın a 08 yanvar 2014-cü il tarixdə reyestrdə 7L-1S nömrə ilə qevd edilmiş təxminən 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından torpağı və evi adlarına rəsmiləşdirə bilməmişlər. (Rafiq Quliyevin ölüm şəhadətnaməsini verməyib, ailə üzvləri olan digər şəxslərin razılığı alınmayıb və s.) Sonuncu dəfə 2019-cu ilin axırlarında onlardan 950 manat pul aldılar ki, torpağı Turənin adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlar. Ondan sonra xx.xx.2020-ci il tarixdə gedib torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına 1/3 hissədə, Cavabdeh2 adına 1/3 hissədə və Cavabdeh3 adına 1/3 hissədə payları olan elektron qeydiyyat nömrəsi ********** olan çıxarış almaqla onların torpaqdan və evdən çıxarılmaları və həmçinin 1990cı ildən bəri onlardan kirayə haqqı almaq tələbi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmişlər. Onlar da həmin ünvanda yerləşən yarı tikili evi və torpağı pulunu tam ödəməklə aldıqları üçün 30 ildən çox həmin ünvanda yaşamaqlarını əsas gətirməklə Qaradağ Rayon Məhkəməsinə çıxarışın ləğv edilməsi, torpağa və evə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi ilə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlar, şahid ifadələri, həmçinin ona yarımçıq evi və torpağı satan mərhum X5 qardaşı X12, bacısı X9 təsdiq etdilər ki, həmin ünvanda yerləşən torpaq sahəsini və birinci mərtəbəsi yan tikili olan evi 1990-cı ildə pulunu tam ödəməklə almışlar. Həmçinin təqdim edilən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2657 nömrəli, 06 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, onlar tərəfindən ünvan 6 ünvanda yerləşən 6 sot torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikintisinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətinə uyğun olaraq 21397 manat, həmin ünvanda yerləşən evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12545 manat müəyyən olunur. Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, qarşılıqlı iddia isə rədd edilmişdir. Məhkəmə torpaq sahəsinin mülkiyyət hüququ əsasında cavabdehlərin adına rəsmiləşdirildiyini əsas gətirməklə iddianı rədd etmişdir.

14. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X19 bildirdi ki, iddiaçılar onun qonşusudur. O, 1988-ci ildən oraya köçmüşdür. Cavabdeh1 mərhum əri evi Hüseynquluya satmışdır. Təxminən 1990- 1991-ci illərdən İddiaçı1 və ailəsi həmin evdə yaşayırlar. Həmin ev onlar köçən zaman yarımtikili idi.

15. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X12 bildirdi ki, tərəflərin heç biri ilə qohumluq əlaqəsi yoxdur. İddiaçı1 övladlarının müəllimi olmuşdur. 1990-1991-ci ildən orada yaşayırlar. Həmin evin ikinci mərtəbəsini İddiaçı1 tikib. Uzun müddət həmin evdə yaşamışlar və toy mərasimləri də olmuşdur.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X9 bildirdi ki, Cavabdeh1 baldızıdır. Qardaşı həmin evi alan zaman onu da yanlarına çağırmış, o, ailəsi ilə birlikdə onlarla bir otaqda yaşamağa başlamışdır. Həmin evə köçən zaman birinci mərtəbə tikili idi, lakin ikinci mərtəbə yarı pəncərəyə qədər tikili idi. Qardaşı evi İddiaçı1 satmışdır. Hətta o özü də rayondan gətirdiyi əşyaları İddiaçı1 satmışdır.

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilən X15 bildirdi ki, tərəflərin heç biri ilə qohumluq əlaqəsi yoxdur. İddiaçı1 ilə evlərinin arasında 100 metr məsafə vardır. Özü həmin evdə 1980-ci ildən yaşayır. İddiaçı1 1990-1991-ci illərdə oraya köçmüşdür. Ev ikinci mərtəbəyə qədər tikili idi. Alqı-satqı zamanı onların yanında olmuşdur.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23404 (iyirmi üç min dörd yüz dörd) manat pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 511 manat dövlət rüsumunun 160.21 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. 19.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, mübahisə obyekti olan ərazi əvvəllər cavabdeh X10 mərhum həyat yoldaşı X7 məxsus olub. İddiaçılar uzun müddət, 90-cı illərdən həmin torpaq sahəsində tikilən evdə yaşayırlar. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, iddiaçılar mərhum X6 razılığı əsasında evə köçüb yaşamağa başlamışlar. Sonradan, tərəflər arasında mübahisəli evin kimə məxsus olması ilə bağlı məhkəmə çəkişmələri olmuş və məhkəmə aktlarına əsasən əmlakın hazırkı iş üzrə cavabdehlərə məxsus olması müəyyən edilmişdir. Hazırki iddia tələbində iddiaçı tərəf qeyd olunan mübahisəli fərdi yaşayış evinin tikintisinə və yaxşılaşdırılmasına iddia tələbində qeyd olunan miqdarda xərc çəkildiyini bildirir və hazırda həmin mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərclərin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir və etirazını onunla əsaslandırır ki, iddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evinə hər hansı vəsait sərf etməmişdir və həmin fərdi yaşayış evinin tikintisi onların öz vəsaiti hesabına həyata keçirilmişdir.

20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı tələbində iddiaçı həm fərdi yaşayış evinin tikintisinə görə, həm də həmin evin yerləşdiyi torpaq sahəsinə görə cavabdehlərdən tələb edilən məbləğdə pul tutulmasını tələb edir. Tələb onunla əsaslandırılır ki, həmin ərazidə evin yerləşdiyi torpaq sahəsinin real dəyəri bazar qiymətinə uyğun olaraq bir sotu 10 min manatdır, evin real dəyəri isə 160 min manatdır. İşin hallarından aydın olduğu kimi, iddiaçılar tələblərində qeyd edirlər ki, onlar həmin evi 1990cı ildə X4 almışlar. Cavabdeh tərəf buna etiraz edir və bildirir ki, evi 1998-ci ildə ailəlikcə Rusiya Federasiyasına köçəndə iddiaçılara vermişlər. Əvvəllər iddiaçı tərəflə aralarında dostluq münasibəti olduğu üçün evi onların əmlaklarına nəzarət etmələri üçün vermişlər. İş materiallarına əlavə edilmiş videogörüntülər, şahid ifadələri və tərəflərin izahatları onu deməyə əsas verir ki, iddiaçıların mübahisəli əmlaka faktiki sahibliyi 1991-ci ildən başlamışdır. Bu faktı elə Cavabdeh1 tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi zamanı verdiyi izahatları da təsdiq edir. Belə ki, həmin işdə Cavabdeh1 və Cavabdeh3 iddia tələbinin bir hissəsi 1991-ci ildən etibarən İddiaçı1 və digərlərindən torpaq sahəsindən və evdən istifadə etdikləri üçün kirayə haqqı tutulması barədə olmuşdur. Beləliklə, müəyyən edilir ki, iddiaçıların mübahisəli əmlaka faktiki sahibliyi 1991-ci ildə başlamış və təxminən 2020-ci ilə kimi davab etmişdir. Məhkəmə hazırkı tələbə hüquqi qiymət verilməsi üçün bu müddət ərzində iddiaçıların əmlaka sahibliklərinin mahiyyətinin müəyyən edilməsini zəruri hesab edir. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıların əmlaka sahibliyi, onun əvvəlki sahibi olan mərhum Rafiq Quliyevdən keçmişdir. Deməli, iddiaçıların qeyd edilən müddət ərzində əmlaka sahiblikləri qanunsuz olmamış, əmlakın gələcək mülkiyyətçilərinin (həmin dövrdə qanuni sahiblərinin) iradəsi əsasında baş tutmuşdur. İddiaçıların mübahisəli əmlaka uzun müddət fasiləsiz sahiblik etmələri, cavabdeh tərəfindən bu sahibliyə hər hansı bir etirazın (tikinti-təmir işləri aparılarkən də) olmaması, eləcə də Cavabdeh1 tərəfindən iddiaçı tərəfə həmin əmlakla bağlı bir neçə dəfə baş etibarnamələr verməsi halları onu deməyə əsas verir ki, iddiaçıların həmin mübahisəli əmlakla bağlı qanuni gözləntiləri olmuş, lakin sonradan tərəflər arsında olan məhkəmə mübahisəsinin nəticəsi olaraq mübahisəli əmlakın cavabdehlərə məxsus olması qət edilmişdir. İddiaçı tərəf bildirir ki, onların əmlakda yaşadıqları müddət ərzində tikinti və yaxşılaşdırma işləri aparmışlar, cavabdeh tərəf isə qeyd edir ki, həmin fərdi yaşayış evi elə hazırkı vəziyyətində iddiaçılara təhvil verilmişdir. İş materiallarında olan CD disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi əvvəllər birmərtəbəli tikili vəziyyətində olmuş, yəni tikilinin 2-ci mərtəbəsi pəncərə bərabərinə qədər inşa edilmişdir. Həmin CD disk, şahid ifadələri və eyni zamanda tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı1 və onun ailə üzvlərinin sahibliyinə verildikdən sonra üzərində müvafiq yaxşılaşdırma işləri görülməklə evin 2-ci mərtəbəsi tikilib başa çatdırılmışdır. Elə əraziyə yerli baxış zamanı da tərəflərin ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı tərəf evdə aparılan təmir-tikinti işləri, eləcə də istifadə olunan tikinti materiallarının sayı, növü barədə müfəssəl məlumata malikdir, buna münasibətdə cavabdeh tərəf bu hallarla bağlı məlumatlı deyildir, cavabdeh tərərfin bu xüsusda verdiyi ifadələr işin halları ilə öz təsdiqini tapmır və formal mülahizələrə əsaslanır. Fərdi yaşayış evinə münasibətdə iddiaçı tərəfindən yaxşılaşdırma işlərinin aparılması hazırki işin araşdırılan halları ilə öz təsdiqini tapır. Qeyd olunan halı təkzib edəcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu xüsusda məhkəmə cavabdeh tərəfin etirazı ilə razılaşmır. Belə olan halda məhkəmə həmin fərdi yaşayış evinin qeyd edilən dövr ərzində iddiaçı tərəfin qanuni sahibliyində olmasını nəzərə alaraq hesab edir ki, hazırda iddiaçı tərəf öz qanuni sahibliyində olmuş fərdi yaşayış evi üzərində aparılan tikinti və yaxşılaşdırma işlərinin dəyərini cavabdehlərdən, yəni həmin fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən tələb etməkdə haqlıdır. İddiaçı tərəfin bu hüququ Mülki Məcəllənin 157.7-ci maddəsinə əsaslanır. Həmin Maddəyə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırkı işdə yaxşılaşdırmaları əmlakdan ayırmaq mümkün deyil, deməli onların əvəzi cavabdehlərdən tutulmalıdır. Əks halda, cavabdeh tərəf əsassız varlanmış olar Tutulmalı olan pul məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki iş üzrə fərdi yaşayış evinin ikinci mərtəbəsində (pəncərə bərabərindən hesablanmaqla) aparılmış yaxşılaşdırma işlərinin dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4625 nömrəli ekspert rəyindən göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin pəncərə bərabərindən hesablanmaqla, ikinci mərtəbəsinin tikintisinə və yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə (döşəmə, şkatur, şpaklyovka işləri) çəkilmiş xərcin dəyəri usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi məbləğinin təqribən 23404 manat məbləğində olduğu müəyyən edilmişdir. Eyni zamanda, qeyd olunmuşdur ki, təbii aşınma xərclərinin müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat mövcud bazar qiymətlərinə uyğun aparılmışdır. Məhkəmə təqdim edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Eyni zamanda məhkəmə iddiaçı tərəfin ekspert rəyinı etirazına münasibətdə qeyd edir ki, etiraz formal mülahizələrə əsaslanır və rəyin əsassız olması barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbinin digər hissəsi evin yerləşdiyi torpaq sahəsinin alınmasına görə onun mərhum sahibinə, yəni Cavabdeh1 mərhum həyat yoldaşına həmin dövrün məzənnəsi ilə ödənilmiş pulun indeksasiya edilərək cavabdehlərdən tutulmasıdır. İddiaçı tərəfin iddianın bu hissəsi ilə bağlı tələbinin həcmi torpaq sahəsində hər hansı yaxşılaşdırma işlərinin aparılmasına görə çəkilmiş xərcin tutulması yox, torpağın alınmasına çəkilmiş xərcin tutulmasıdır. Məhkəmə, iddiaçı tərəfin torpaq sahəsini 1990-cı ildə 36000 rubl verib aldıqlarını və hazırkı dövrdə də həmin pulun indeksasiya edilərək tutulmalı olması barədə bildirdikləri ilə razılaşmır. Belə ki, işin hallarından müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin texniki Pasportunun tərtib edilməsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsas olmuşdur. İşə əlavə edilmiş sənədlərdən, o da müəyyən olunur ki, torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dur. Eyni zamanda, işdə olan Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə qət edilmişdir ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 və ailə üzvləri həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Göründüyü kimi, həmin torpaq sahəsinin hazırkı işdə iddiaçı tərəfindən onun mərhum sahibindən alqı-satqısı faktı öz təsdiqini tapmamışdır. Ona görə də, tələb bu hissədə əsassızdır.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.5, 157.6, 157.7, 1091, 1091.2, 1092.1, 1093.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 107, 119.1 və 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. İddia tələbinin əsasını təşkil edən iki hal: Torpaq sahəsi və yarım tikili üçün ödənilən məbləğin tələbi və yarımçıq tikilinin tamamlanması və təmiri üçün çəkilən xərcin əvəzinin tələb edilməsi olmuşdur. Məhkəmə kifayət qədər sübüutların olmasına baxmayaraq torpaq sahəsi və yarım tikili üçün ödənilən məbləğlə bağlı tələbi ümumiyyətlə təmin etməmiş, təmir və tikilinin tamamlanması üçün çəkilən xərcləri isə ən azı iki dəfə az müəyyən etmişdir. ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsini və üzərində yarımçıq tikilmiş evi 1990-cı il tarixdə X4 almışdır. Quliyev Rafiq cavabdehlərdən Cavabdeh1 həyat yoldaşı, digər cavabdehlərin isə valideynidir. Həmin ildə təxminən fevral ayında evə və torpağa görə Rafiq Quliyevə 35 min rubl, evdən apara bilmədikləri xırda-xuruş əmlaklara görə də 1000 (min) rubl, cəmi 36000 (otuz altı min) rubl ödəmişdir. Buna şahidlər də vardır. 1994-cü il tarixdə X25 Rayon icra başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin adına keçirilməsi üçün sərəncam verilsin. Sonradan cavabdehlər Rusiya Federasiyasına getmişdir. 2000-ci il tarixdə Rafiq Quliyev xəstələndiyindən Biləsuvar rayonuna qayıtmış və Rafiq Quliyev həmin ili vəfat etmişdir. Bu müddət ərzində cavabdehlərlə dəfələrlə əlaqə saxlamaqla aldıqları əmlakların adlarına rəsmiləşdirliməsini xahiş etmişdirlər. Bununla bağlı cavabdehlərdən X14 01 dekabr 2012-ci il tarixdə onların ailə üzvü olan X3 notariusda reyestrdə 717-15162 JM ilə qeyd edilmiş 3 il müddətinə etibarnamə, İddiaçı2 adına 17 aprel 2013- cü il tarixdə 7L-8578 nömrə ilə qeyd edilmiş 2 il müddətinə, İddiaçı3Tapdıq qızının adına 08 yanvar 2014-cü il tarixdə reyestrdə 7L-1S nömrə ilə qeyd edilmiş təxminən 29 illik müddəti olan etibarnamələr vermişdir. Hər dəfə müəyyən sənədlər çatışmadığından -torpağı və evi adlarına rəsmiləşdirə bilməmişlər. (Rafiq Quliyevin ölüm şəhadətnaməsini verməyib, ailə üzvləri olan digər şəxslərin razılığı alınmayıb və s.) Sonuncu dəfə 2019-cu ilin axırlarında onlardan 950 manat pul aldılar ki, torpağı Turənin adına özəlləşdirib onlarla alqı-satqı müqaviləsi bağlayacaqlar. Deməli torpaq sahəsi üçün pulun ödənilməsini, 1994-cü il tarixdə X25 Rayon icra başçısının adına ərizə yazaraq bir nüsxəsini ona verməklə xahiş etmişdir ki, aldığı torpaq sahəsində ev tikə bilmədiyindən həmin torpaq sahəsinin və evin adına keçirilməsi üçün sərəncam verilməsini və cavabdehin bir neçə dəfə iddiaçıya bu torpaqla bağlı baş etibarnamə verməsini kifayət qədər şahid ifadələri axıra kimi araşdırılmamışdır. Torpağı satan mərhum X5 qardaşı X12, bacısı X9 təsdiq etdilər ki, həmin ünvanda yerləşən torpaq sahəsini və birinci mərtəbəsi yarı tikili olan evi 1990-cı ildə pulunu tam ödəməklə almışlar. Məhkəmə bu hala da qiymət verməmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2657 nömrəli, 06 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, onlar tərəfindən ünvan 6 ünvanda yerləşən 6 sot torpaq sahəsində tikilmiş evin ikinci mərtəbəsinin tikintisinə və təmirinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətinə uyğun olaraq 21397 manat, həmin ünvanda yerləşən evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunan vəsaitin məbləği mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12545 manat müəyyən olunur. Cəmi:33.942 manat müəyyən olunmuşdir. İndiki iş üzrə ekspert 23.404 manat müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə təqdim edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Eyni zamanda məhkəmə iddiaçı tərəfin ekspert rəyinə etirazına münasibətdə qeyd edir ki, etiraz formal mülahizələrə əsaslanır və rəyin əsassız olması barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. İki ekspert rəyi arasında 10.000 manat fərq olduğundan məhkəmə iclasında təkrar ekspertiza təyin olunması haqda vəsatət vermişlər, məhkəmə müşavirə otağına gedərək vəsatətə mövqeyini bildirmək əvəzinə birbaşa qətnamə elan edərək tərəfləri məhkəmə çıxışından belə məhrum etmişdir.

24. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləvğ edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iş materiallarında olan AR Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının 3/83 saylı, 14 avqust 1987- ci il tarixli sərəncamının surətindən görünür ki, X7 fərdi yaşayış evi tikdirmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5 ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi ayrılmışdır. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin A№ 473962 nömrəli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsinin hüquq subyekti Cavabdeh1dır. Texniki Pasportun tərtib edilməsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsas olmuşdur. Pasport xx.xx.2020 ci il tarixdə tərtib edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsi X8 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə 930 nömrəli reyestr kitabının 88251 nömrəli vərəqində qeydiyyata alınmışdır. X14, Cavabdeh2 və Cavabdeh3 hər biri 1/3 hissədə paylı mülkiyyət sahibi kimi qeyd edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3220/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 122/2021 saylı, xx.xx.2021-ciil tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı1, İddiaçı3Tapdıq qızı, İddiaçı2 vəailə üzvlərinin əşyalarıilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (ikimərtəbəli evdən) çıxarılmaları, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1501/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002) 122/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı1, İddiaçı3 və İddiaçı2 və ailə üzvlərinin əşyaları ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı yaşayış massivi, 5-ci küçə, 1 ünvanında yerləşən 6 sot torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evindən (ikimərtəbəli evdən) çıxarılmaları, habelə İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınmaması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarıilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlar bir daha sübut etmişdir ki, mübahisəli torpaq sahəsi və həmçinin həmin torpaq sahəsində yerləşən, onlara məxsus fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. İddiaçılar həmin evdə 1990-1991-ci ildən orada yaşayırlar. Lakin bu günə qədər həmin evdə yaşamaqlarının müqabilində cavabdehlərə bir manatda kirayə haqqı ödəməmişlər. İddiaçı tərəfindən cavabdehə heç bir məlumat verilmədən özbaşına tikili tikilmişdir. Hesab eləyir ki, evin sahibindən başqa heç kəs əsassız olaraq gəlib təmir işləri apara bilməz. Dəfələrlə məhkəmədə bildirsələr də bu əsas məqamlara heç fikir verən də olmamışdır. Bu da cavabdehlərin hüquqlarının pozulmasıdır. İş üzrə 1-ci instansiya məhkəməsi tərəfindən subutlar tam araşdırılmamışdır. Məhkəmə cavabdehlərin verdiyi ifadələrə və təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Nədənsə məhkəmə cavabdehlərin izahatlarını nəzərə almamış, təkcə iddiaçının ifadələrinə əsaslanan qətnamə qəbul etmişdir. Bundan başqa qeyd edir ki, həmin torpaq tərəflərindən Natiq Həsənbalayevə satılmışdır. Yəni tərəflər arasında xx.xx.2023-cü ildə notariat qaydada alqı satqı müqaviləsi bağlanılmışdır. Bir müddət sonra məlum olmuşdur ki, iddiaçılar tərəfindən məhkəmənin müfaviq qərardadı ilə torpağın üzərinə həbs qoyulmuş və evə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Təkrar olaraq bildirir ki, torpağa dair alqı-satqı olmuş və bundan xəbər tutan iddiaçılar heç bir sübyektiv hüquqları olmadan qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Bu hərəkətləri ilə torpağın yeni sahibinində hüquqları pozulmuşdur. Dəfələrlə torpağın yeni sahibinin məhkəmə iclasına cəlb olunmasına dair müraciətlər olunmasına baxmayaraq nədənsə məhkəmə müraciətləri təmin etməmişdir. Belə ki, ümumiyyətlə Suraxanı Rayon Məhkəməsinin hakimi iddiaçıların heç bir hüquqlarını müəyyən etmədən torpağın üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilmişdir. Tərəflərindən verilmiş şikayətlər təmin edilməmişdir. Məhkəmə uzun bir araşdırmaya başlamış və heç bir əsas sübut dəlil olmadan belə bir qətnamə qəbul etmişdir. Dəfələrlə məhkəmə iclaslarında həmin evin tərəflərindən tikilməsini bildirmələrinə baxmayaraq məhkəmə sanki bilə-bilə eyni məzmunlu bir neçə dəfə ekspertiza təyin edilməsini qərara almışdır. Lakin ekspertiza tərəfindən hər dəfə həmin tikilinin smeta dəyərinin təmin edilməməsini əsas gətirərək qiymətləndirilməsinə imtina etmişdir. Lakin sonuncu dəfə yenə də heç bir sübut əsas olmadan məhkəmə tərəfindən növbəti ekspertizanın keşirilməsinə dair qərardad qəbul etmiş və nəticədə məhkəmə başqa heç bir əsas, dəlil, istinad etməyə sübut tapmadığından həmin ekspertizanın rəyini əsas gətirərək yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Maraqlıdır evin sahibinin xəbəri olmadan kim gəlib kiminsə evində təmir işləri apara bilər? Qarşı tərəfin heç bir subyektiv hüququ olmadan məhkəmə iddia ərizələrini icraata qəbul edir, heç bir sübutların, dəlilllərin olmamasına baxmayaraq yekunda belə bir nəticəyə gəlməsi çox təəcüblüdür.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

27. Məhkəmə iclasında iştirak İddiaçı1 nümayəndəsi və vəkili (eyni zamanda İddiaçı2 vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, iddialarının 2 əsası var. 35000 rubl o zamankı pul ilə torpağın sahibinə ödənilib. Həmin şəxs də ərizə yazıb ki, torpaq iddiaçının adına rəsmiləşsin. Rayon məhkəməsində şahidlərin dindirilməsi barədə vəsatət vermişdilər, şahidləri çətinlikə vaxt edib məhkəməyə gətirmişdilər. Onlar mərhumun yaxınlarıdır. Lakin məhkəmə onları dindirmədi. Amma dəfələrlə iş üzrə ekspertiza təyin etdi. O zaman niyə şahidləri dindirmədi. İlkin ödəniş 35000 rubl ödənilib. Bunu da təsdiq edəcək kifayət qədər sübutlar, şahidlər var. Məhkəmə 35000 rubla hüquqi qiymət vermədi, ona görə ki, digər mülki işdə alğı-satqı müqaviləsinin predmeti olmayıb. Onlar alğı-satqı olduğunu iddia etmirlər, sənəd əsasında ev verilib. Sonuncu dəfə iş eskpertizaya göndəriləndə daş, darvaza və s. barədə məhkəmə suallar qoymayıb. Məhkəməyə ekspertiza təyin edilməsi barədə vəsatətlə müraciət etdi, çünki ekspert rəyləri arasında 10000 pul fərqi var. Qarşı tərəf vəsatətə etiraz etdi. Məhkəmə müşavirəyə gedib qətnaməni elan etdi. Onların çıxış hüququ məhdudlaşdırılıb. Çəkilən təmir xərclərini tələb edirlər. Orada 3 toy edilib, necə ola bilər ki, iddiaçı toy edəndə cavabdehdən hər dəfə icazə alsın.

28. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, Beton pilləkənlər də var, nəzərə alınmayıb. Ekspert ölçəndə 2 qat alçipanı hesablamayıb. 1 qatını hesablayıb. 112 kv.m hesablanmalı idi. Ekspertin hesablamaları düzgün deyil. 1-ci mərtəbədə olanlar hesaba alınmayıb. Cavabdeh əvvəl bildirirdi ki, 90-cı illərdən ev təmirlidir, o, (iddiaçı) görüntülər, sübutlar təqdim edəndən sonra dedi ki, yaşlıdır, qarışdırıb. 3 fərqli vaxtlarda çəkilən görüntüləri təqdim etmişdir, cavabdeh də hər dəfə qarışdırdığını deyib. 1-ci mərtəbədə yaşayırlar. 2-ci mərtəbədə təmir edilirdi. Hər il ad günü, yığıncaq keçirmişlər. Hər dəfə də icazə almamışlar.

29. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, 1986-cı ildə İcra Hakimiyyətilə danışmışlar, torpaq verilib. 1ci mərtəbə tikildi, orada yaşadılar. 1998-ci ilə qədər orada yaşamışlar. Təmiri də onlar etdirmişlər. Ekspert baxış keçirəndə divardakı “emulsiya” hələ də nəm halda idi.

30. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 cavabdehin apellyasiya şikayətini müdafiə etdi, izahatında əlavə olaraq qeyd etdi ki, Rayon məhkəməsində işə baxılan zaman iddiaçı evi təmir etdirirdi. Onlar da müraciət edib dayandırdılar. 2-ci mərtəbədə işıq yoxdur. Divarda “emulsiya” var. Yaşanan mənzildirsə orada işıq və ya elektrik yuvası necə olmaya bilər. 2-ci mərtəbə yaşayış üçün əlverişli deyil. Ekspert baxış keçirəndə divardakı emulsiya hələ də nəm halda idi.

31. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 öz apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, evin sahibinin xəbəri olmadan evdə təmir işləri aparıla bilməz.Təmir işlərini mülkiyyətçinin icazəsi olmadan aparıla bilməz. Aparılan təmir iddiaçılar tərəfindən qeyri-qanuni şəkildə olub. Qarşı tərəfə evdən istifadə edilməsi üçün verilib, icazəsiz təmir edilməsi üçün verilməyib.

32. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər İddiaçı3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

33. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Maddə 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə bötüvlükdə mübahisələndirildiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. 40.Tərəflər arasında əvvəlki məhkəmə mübahisələri üzrə işə baxmış məhkəmələr müəyyən etmişlər ki, İddiaçı1 və onun ailə üzvləri mübahisə predmeti olan evdə 1991-ci ildən məskunlaşmışlar və torpaq sahəsi və evə 29-30 il ərzində etirazsız sahiblik və ondan istifadə etmiş, evin inşasınını tamamlamış, orada təmir işlərini həyata keçirmişlər. 2020-ci ildə Cavabdeh1 və ailə üzvləri torpaq sahəsi üzrə hüquqlarını qeydiyyata aldırmaqla İddiaçı1 və onun ailə üzvlərinin mübahisə predmeti olan evdən çıxarılmasını tələb etmişlər (1-cild, i.v 115). 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 42.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5997/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, qarşılıqlı iddiaçılar mübahisəli evlə bağlı təmir-tikinti xərclərinin və sair xərclərin ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər (1-ci cild, i.v.145). 43.Cavabdeh1 da apellyasiya şikayətində təsdiq etmişdir ki, iddiaçılar mübahisə predmeti olan evdə 1990-1991-ci ildən yaşayırlar. İddiaçı tərəfindən cavabdehə heç bir məlumat verilmədən özbaşına tikili tikilmişdir. (2-ci cild, i.v.169). 44.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə müvafiq olaraq iddiaçılar mübahisə predmeti olan evin təmir və tikintisi üçün çəkilmiş xərcləri tələb etməkdə haqlıdırlar. 45.Qeyd edilməlidir ki, iddiaçılar aralarında olan əvvəlki mübahisəyə baxılarkən çəkilmiş təmir tikinti xərclərini irəli sürsələr də sonradan tələblərini dəyişərək 30 il ərzində sahiblik etdikləri üçün mülkiyyət hüquqlarının tanınmasını tələb etmişdirlər. 46.Bu səbəbdən mübahisə predmeti olan evin təmir tikinti xərci ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyi əldə edilmişdir. 47.İddiaçı da iddia tələbində xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsaslanaraq təmir tikinti xərclərini tələb etmişdir. 48.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli 10/2657 saylı rəyinin təsviri hissəsində qeyd olunur: -Yaşayış evinin birinci mərtəbəsi üç yaşayış otağı, dəhliz, mətbəx, hamam və ayaqloyu tikililərindən ibarətdir. Birinci mərtəbədə mətbəxdə, dəhlizdə və mətbəxə bitişik otaqda tavana lambirin vurulmuş, döşəməyə taxta (dikt) vurulmuş, divarlar divar kağızı ilə üzlənmiş, taxta materialdan olan qapı və plastik materialdan pəncərə quraşdırılmışdır. Digər iki yaşayış otağında döşəməyə dikt vurulmuş, tavanı boya ilə rənglənmiş, divarlara divar kağızı vurulmuş, taxta materialdan olan qapı və pəncərə quraşdırılmışdır. Eyni zamanda birinci mərtəbədə yerləşən sanitar qovşağında divarlara qafel, döşəməyə metlax vurulmuş, tavanı lambirin ilə üzlənmiş, qapı və pəncərələri plastik materialdan quraşdırlmışdır. -Fərdi yaşayış evinin ikinci mərtəbəsi dörd yaşayış otağından, dəhliz və yardımçı otaqdan ibarətdir. İkinci mərtəbədə yerləşən tikililərin divarları suvanaraq üzərinə şpaklovka çəkilmiş, döşəməsi taxta materialla üzlənmiş, tavanı profillərlə yığılaraq üzərinə alçıpan təbəqə vurulmuşdur. İkinci mərtəbədə yerləşən otaqların pəncərələri plastik materialdan quraşdırılmış, daxili qapılar quraşdırılmamışdır. Həmçinin ikinci mərtəbədə divariçi elektrik xətləri və istilik sistemi (kombi xətləri) çəkilmiş, lakin, aksesuarları quraşdırlmamışdır. Eyni zamanda yaşayış evinin daxilində ikinci mərtəbəyə qalxmaq üçün dəmir konstruksiyalarla yığılmış və beton məhlulu ilə düzəldilmiş pilləkan mövcuddur.

49. İş materiallarından olan CD disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi əvvəllər birmərtəbəli tikili vəziyyətində olmuş, yəni tikilinin 2-ci mərtəbəsi pəncərə bərabərinə qədər inşa edilmişdir. Həmin CD disk, foto şəkillər, şahid ifadələri və eyni zamanda tərəflərin izahatı nəticəsində müəyyən edilmişdir ki, həmin fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı1 və onun ailə üzvlərinin sahibliyinə verildikdən sonra üzərində müvafiq yaxşılaşdırma işləri görülməklə evin 2-ci mərtəbəsi tikilib başa çatdırılmışdır, 1-ci mərtəbə isə təmir edilmişdir. 50.Beləliklə, iş materiallarının hərtərəfli tədqiqi ilə müəyyən edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlər təkcə evin ikinci mərtəbəsinin tikintisi deyil, eyni zamanda birinci mərtəbədə görülmüş təmir-bərpa işlərindən də ibarətdir. Belə ki, birinci mərtəbədə yerləşən otaqlarda döşəmə və tavan yenilənmiş, divarlar divar kağızı ilə üzlənmiş, qapı və pəncərələr quraşdırlmış, tavanı rənglənmiş, sanitar qovşağında divarlara qafel, döşəməyə metlax vurulmuş, tavanı lambirin ilə üzlənmiş və plastik materialdan qapı və pəncərələr quraşdırlmışdır. Evin əvvəlki və sonrakı vəziyyətinə dair fotoşəkillər iş materialına əlavə edilmişdir (1-ci cild, i v. 191-200). Həmin fotoşəkillərə nəzər saldıqda da birinci mərtəbənin təmir olunması, ikinci mərtəbənin isə tikintisinin başa çatdırılaraq təmir olunması aydın şəkildə görünür. 51.Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış zamanı tərəflərin ifadələrindən müəyyən edilmişdir ki, iddiaçı tərəf evdə aparılan təmir-tikinti işləri, eləcə də istifadə olunan tikinti materiallarının sayı, növü barədə müfəssəl məlumata malikdir, buna münasibətdə cavabdeh tərəf bu hallarla bağlı məlumatlı deyildir, cavabdeh tərəfin bu xüsusda verdiyi ifadələr işin halları ilə öz təsdiqini tapmır və formal mülahizələrə əsaslanır. Fərdi yaşayış evinə münasibətdə iddiaçı tərəfindən yaxşılaşdırma işlərinin aparılması hazırki işin araşdırılan halları ilə öz təsdiqini tapır. Qeyd olunan halı təkzib edəcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. 52.Məhkəmə kollegiyası evin yaxşılaşdırılmasına çəkilmiş xərcin məbləği ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmır. 53.Belə ki, birinci instansiya məhkəməsi ekpertiza təyin edilməsi haqqında qərardadı ilə ekspert qarşısına yalnız evin ikinci mərtəbəsinin tikintisinə və yararlı vəziyyətə gətirilməsinə nə qədar vəsaitin xərclənməsi sualı qoyulmuş və buna görə də xx.xx.2024-cü il tarixli 10/4625 nömrəli ekspert rəyində yalnız qarşıya qoyulmuş suallar üzrə təqdidaq aparılaraq evin birinci mərtəbəsinin təmir və yaxılaşdırılmasına çəkilmiş xərclər nəzərə alınmamışdır. 54.Buna görə də kollegiya hesab edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2021-ci il tarixli 10/2657 saylı ekspert rəyi əsas götürülməklə, ekspert rəyinə əsasən evin ikinci mərtəbəsinin tikilişinə və təmirinə sərf olunan vəsaitin məbləği 21397 manat, həmin evin birinci mərtəbəsində görülmüş təmir işlərinə sərf olunmuş vəsaitin məbləği 12545 manat məbləğində müəyyən edildiyindən, iddiaçı tərəfindən evin tikintisi və yaxşılaşdırılması üçün sərf olunan vəsaitin dəyəri 33942 manat (21397+12545=33942) məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 55.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş 06 oktyabr 2021-ci il tarixli, 10/2657 saylı ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 56.Məhkəmə kollegiyası cavabdehin razılığı olamadan təmir işlərinin aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı1 və onun ailə üzvləri mübahisə predmeti olan evdə 1991-ci ildən məskunlaşmış və torpaq sahəsi və evə 29-30 il ərzində etirazsız sahiblik və ondan istifadə etmişdirlər. 57.O cümlədən nəzərə alınmalıdır ki, evin dəyəri də artmışdır. Mübahisə predmeti olan əmlakı cavabdehlər xx.xx.2023-cü ildə 150000 manata X1 (2-ci cild, i.v.26). 58.İddia tələbinin torpaq sahəsinə görə ödənilmiş pulun indeksasiya edilərək tutulması hissəsində əsassız olması ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəf bu dəlillərinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. 59.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehlərdən tutulan pulun məbləği hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 33942 (otuz üç min doqquz yüz qırx iki) manat pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 96 manatı cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehlərdən tutulan pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 33942 (otuz üç min doqquz yüz qırx iki) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 96 manatı cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulsun. Qalan hissədə ödənilmiş rüsumlar tərəflərin özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Musayeva Cəmilə Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar