Məhkəmə qərarları › İş №2(102)-2339/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2339/2024

16.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2339/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb olunmaqla) Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi ilə bağlı icarə müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (mübahisə predmeti barəsində müst əqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb olunmaqla) Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-271/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 9 oktyabr 2006-cı il tarixli, 380 saylı “torpaq sahəsinin icarəyə verilməsinə dair” sərəncamına əsasən, Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində, örüş sahədən ibarət olmaqla X10 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədi ilə X4 473 ha torpaq sahəsi 99 il müddətinə icarə qaydasında torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən, reyestr nömrəsi **********45 olan torpaq sahəsinin hüquqi sahibi X5r. 3. 25 dekabr 2008-ci il tarixdə X6 ilə Cavabdeh arasında Abşeron rayonuna təhkim olunmuş 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 torpaq sahəsinə dair icarə hü ququnun alğı-satqı müqaviləsi bağlanmış, göstərilən alğı-satqı müqaviləsi 25 dekabr 2008-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən 4Ə/15-2901 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir.

4. Göstərilən alğı-satqı müqaviləsi əsasında Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 torpaq sahəsinə dair Cavabdeh icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2009-cu il tarixdə Cavabdeh adına Seriya MH № 0027054, reyestr nömrəsi **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 xx.xx.2014-cü il tarixdə İddiaçınə müraciət edərək, Cavabdeh icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsinin X9 geri qaytarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh icarə hüquqlarına xitam verilməsinə dair müraciətinə əsasən, İddiaçı başçısının 18 avqust 2014cü il tarixli sərəncamı ilə Cavabdeh 99 illik icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsi üzərində icarə hüquqlarına xitam verilmiş, qalan 263 ha torpaq sahəsi üzərində icarə hüquqlarının saxlanılması, icarəçi ilə bağlanmış icarə müqaviləsi və digər torpaqayırma sənədlərində müvafiq dəyişiklilərin edilməsi DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilmişdir.

6. İddiaçı Başçısının 387 saylı 25 avqust 2014-cü il tarixli sərəncamına əsasən, Abşeron rayonu 9 saylı “Quldar” qış otlaq sahəsindən 50,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından çıxarılaraq yaşayış məntəqələrinin torpaqları kateqoriya sına keçirilmiş və çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana qədər Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ayrılması qərara alınmışdır.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2014-cü il tarixli, 401 S saylı sərəncamına əsasən Sumqayıt şəhərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2900 ailəlik, bütün zəruri sosial-texniki infrastruktura malik çoxmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksinin salınması üçün Abşeron rayonunun inzibati ərazisindəki 9 saylı “Quldar” qış otlaq sahəsindən 50,0 ha torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə, Azərbaycan Respublikası Qaçqınla rın və X3 üzrə Dövlət Komitəsinin istifadəsinə verilməsi barədə həmin Komitənin İddiaçı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ayrılmış 50 ha torpaq sahəsi reyestrdən çıxarışa əsasən vaxtilə Cavabdeh icarəsində olmuş, lakin icarəçinin müraciəti əsasında icarə hüququna xitam verilmiş torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Cavabdeh icarə hüququna xitam verilmiş torpaq sahələrinin reyestrdən çıxarışlarında müvafiq düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməmiş, bu da Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ayrılmış 50 ha torpaq sahəsi və orada inşa olunmuş tikililərin sənədləşməsi və digər məsələlərdə müəyyən problemlərə gətirib çıxardığın dan cavabdehə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarış və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir.

10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4518/2019 nömrəli, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi X7 təmsil etdiyi şəxsin icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsinin X9 geri qaytarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh icarə hüquqlarına xitam verilməsini xahiş etdiyindən və İddiaçı Başçısının 379 saylı 18 avqust 2014-cü il tarixli sərəncamı ilə Ab şeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsi ərazisində yerləşən Cavabdeh 99 illik icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsi üzərində icarə hüquqlarına xitam verildiyindən, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarış və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir.

12. Məhkəmə öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 89.1, 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, 25 dekabr 2008-ci il tarixdə X6 ilə Cavabdeh arasında Abşeron rayonuna təhkim olunmuş 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 torpaq sahəsinə dair icarə hüququnun alğı-satqı müqaviləsi bağlanmış, göstərilən alğı-satqı müqaviləsi 25 dekabr 2008-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən 4Ə/15-2901 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Göstərilən alğı-satqı müqaviləsi əsasında Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 torpaq sahəsinə dair Cavabdeh icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2009- cu il tari xdə Cavabdeh adına Seriya MH № 0027054, reyestr nömrəsi **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, ləğv edilməsinə dair iddia tələbi irəli sürülmüş MH seriyalı, ******* saylı reyestrdən çıxarış və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü İddiaçı başçısının 380 saylı, 9 oktyabr 2006-cı il tarixli sərəncamı əsasında deyil, 25 dekabr 2008-ci il tarixli X6 ilə Cavabdeh arasında bağlanmış icarə hüququnun alğı-satqı müqaviləsi əsasında verilmişdir. Həmin alğı-satqı müqaviləsinin qanunililiyi isə iddia tələbi ilə mübahisələndirilməmişdir. Beləliklə də, Cavabdeh adına MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsinə dair X6 ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2008-ci il tarixli icarə hüququnun alğı-satqı müqaviləsi hazırda da qüvvədə olmuşdur. Göstərilənlərə əsasən, “Quldar” adlanan qış otlaq sahəsi ərazisində yerləşən 99 illik icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsinə dair Abşeron rayon İHB-nin 379 saylı, 18 avqust 2014-cü il tarixli sərəncamı Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şərh olunduğu kimi, Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 ha torpaq sahəsinə dair Cavabdeh icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2009-cu il tarixdə Cavabdeh adına seriya MH № 0027054, reyestr nömrəsi **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin tarixdən 5 il 7 aydan sonra nümayəndə R.Piriyev 473,0 hektar torpaq sahəsindən 210 hektar torpaq sahəsinin X8ytarılmasını xahiş etmişdir. R.Piriyevin ərizəsi Cavabdeh onunla Z.İsmayılov arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə əsasında xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 100,20 hektar torpaq sahəsinə təsir edə bilməz. 15.Mülki işə apellyasiya icraatında baxılan zaman Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İd arəsi tərəfindən sorğu əsasında məhkəməyə təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yerləşən 100.2 ha torpaq sahəsi üzərində xx.xx.2006-cı ildən başlayaraq 99 il müddətinə X1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2006-cı il tarixdə qeydə alınmışdır. 16.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(105)-271/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. 17.Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yerləşən 100,20 ha torpaq sahəsi üzərində Cavabdeh icarə hüququnun alğı-satqı müqaviləsi olmasını nəzərə almadan Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 İddiaçınə Cavabdeh icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsinin X9 geri qaytarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh icarə hüquqlarına xitam verilməsi barədə müraciətinə istinad etmiş və İddiaçı Başçısının 379 saylı 18 avqust 2014-cü il tarixli sərəncamını əsas gətirərək iddia tələbini təmin etmişdir. 18.Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş alğı-satqı müqaviləsi qüvvədə olduğundan, ləğv və etibarsız hesab edilmədiyindən həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğvi haqqında mövcud iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Həmçinin, cavabdeh tərəfin imtina etdiyi 210 ha torpaq sahəsinin 50 ha hissəsi sonradan Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin müraciəti əsasında İddiaçı Başçısının 25 avqust 2014-cü il tarixli sərəncamı ilə həmin komitəyə ayrılmışdır. Lakin mübahisələndirilən çıxarışa əsasən 100.20 ha torpaq sahəsinin icarəyə verilmiş 473 ha torpaq sahəsinin imtina olunan 210 ha hissəsinə aid olması barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut növü təqdim edilməmişdir. 19.Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən çıxarışın və torpaq sahə sinin plan və ölçüsünün ləğvi onun verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin ləğv və ya etibarsız hesab edilməsilə mümkündür ki, həmin müqavilə də hazırkı iş üzrə iddianın əsasını təşkil etməmiş və araşdırma predmeti olmamışdır. Digər tərəfdən, Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 20.Məhkəmə kollegiyası qeyd etmişdir ki, h azırkı iş üzrə torpaq sahəsi ilə bağlı verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə iddiaçının tələbi isə onu verən orqana qarşı deyil, iddiaya cavab verməli şəxs hesab edilərək fiziki şəxs Cavabdeh qarşı yönəlmişdir. 21.Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 141.2, 141.3, 389-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22.İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə ədalətli baxmamış əsassız olara q birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbini tam təmin etməmişdir. Belə ki, apellyasiya insyansiyası məhəkəməsi əsassız olaraq qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinə çıxarışın verilməsinə əsas olmuş alğı-satqı müqaviləsi hal-hazırda qüvvədədir, həmin alğı-satqı müqaviləsinin ləğv olunması və etibarsız hesab olunması barədə iddia verilməmişdir. Məhkəmə səhv nəticəyə gələrək, iddia tələbini təmin etməmişdir. Çünki cavabdeh özü ərizə yazaraq, icarə müqaviləsinə xitam verilməsini xahiş etmiş və İddiaçı də cavabdehin ərizəsinə əsasən icarə müqaviləsinə xitam vermişdir. Ona görə də alğı-satqı müqaviləsinin ləğv olunmasına heç bir əsas qalmamışdır.

24. İddiaçının nümayəndəsi və vəkili həmçinin məhkəmənin iddia tələbinin Reyestr xidmətinə deyil, cavabdehə qarşı qaldırılması barədə mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü cavabdehin adına olduğundan iddia tələbi düzgün olaraq cavabdehə qarşı qaldırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin aç ıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı.

27. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməs i ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

29. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

30. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu.

31. Maddə

15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Ma ddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 39.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktları bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, hazırki iş üzrə iddiaçı Cavabdeh adına Abşeron rayonunda təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yer ləşən 100,2 ha torpaq sahəsinə dair verilmiş çıxarış və plan ölçü sənədinin ləğv edilməsini xahiş etmişdir.

43. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, həmin çıxarış və plan-ölçü sənədi xx.xx.2008-ci il tarixdə bağlanmış mübahisəli torpağın alğı-satqı müqaviləsi əsasında verilmiş və torpaq sahəsinin icarə hüququ məhz həmin müqavilə əsasında əldə edilmişdir.

44. Bununla bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün ləğvi onun verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin ləğv və ya etibarsız hesab edilməsilə mümkündür ki, həmin müqavilə də hazırkı iş üzrə iddianın əsasını təşkil etməmiş və araşdırma predmeti olmamışdır. 4

5. Digər tərəfdən, Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər 46.Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, hazırkı iş üzrə torpaq sahəsi ilə bağlı verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə iddiaçının tələbi onu verən orqana q arşı verilməli olduğu halda, iddiaya cavab verməli şəxs hesab edilərək fiziki şəxs Cavabdeh qarşı yönəlmişdir.

47. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassas iya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(105)-271/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar