Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1251/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan qızının katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 6 saylı notarial ofisinə qarşı) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi *. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 0* avqust *966-cı ildə ölmüş X9 09 dekabr 2009-cu ildə ölmüş X*0 bibisi, yəni X*0 atası X*7 bacısı olması faktının müəyyən edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 0* avqust *966-cı ildə ölmüş miras qoyan X*5 onun anası X*0 bibisi, yəni anasının atası X*7 bacısı olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, ev 33 (yeni qaydalarla: AZ *042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, giriş 89) birgə mülkiyyət hüququ ilə anasının bibisi X*3 və atası X*9 məxsus olmuşdur. X9 övladı olmamış, onun əri İsmayıl Səfərəli oğlu da özündən əvvəl, yəni *9 oktyabr *944-cü ildə vəfat etmiş, X6 miras qalmış əmlak heç bir vərəsə tərəfindən qəbul edilməmişdir. O, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 33 saylı fərdi yaşayış evinin atasından miras qalmış hissəsini faktiki və rəsmi qəbul etmiş, həmin evin bir hissəsinə dair onun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da verilmişdir. O X9 ikinci növbəli vərəsi kimi ondan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 33 saylı fərdi yaşayış evinin digər hissəsini miras kimi qəbul etmək üçün Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmiş, həmin notariat ofisinin notariusu Ərəstun İmanov *9 noyabr 2023-cü il tarixli məktubla onun müraciətindən imtina edərək, onun tərəfindən mirasın qəbul edilməsinin aşkar edilməməsini göstərmişdir. X32 *9 noyabr 2023-cü il tarixli məktubla onun tərəfindən mirasın qəbul edilməsinin aşkar edilməməsini dedikdə X9 onunla qohumluq əlaqəsinin müəyyən edilməməsini nəzərdə tutmuş, bu üzdən o bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, X9 onun anasının bibisi olması faktını müəyyən etmək üçün arxiv idarələrinə müraciət etmiş, bu faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməmişdir. Onun anası X* Nənəxanım Musa qızının qardaşı X*7 qızı olduğuna görə, anası Mülki Məcəllənin **59.2-ci maddəsinə əsasən X9 ikinci növbəli Qanun üzrə vərəsəsi sayılır. Anası öldüyünə görə, o ikinci növbəli vərəsə hesab edilir. Belə ki, Mülki Məcəllənin **59.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. X3 oğlu olmağı onun ИЖ *36686 nömrəli doğum haqqında şəhadətnaməsi ilə, anası X** atasının X*7 qızı olması faktı anasının ИЕ 995944 nömrəli doğum haqqında şəhadətnaməsi ilə, anası X** 09 dekabr 2009-cu ildə ölməsi AZ-İ 355*32 nömrəli Ölüm haqqında şəhadətnamə ilə sübuta yetir. X9 onun anasının bibisi (atasının bacısı) olması faktı isə hər hansı bir rəsmi sənədlə sübuta yetmir. Yəni o miras qoyan X9 və onun qardaşı X*7 doğumu haqqında rəsmi sənəd əldə edə bilməmiş, ona görə də bu faktı məhkəmə qaydasında müəyyən etmək məcburiyyətində qalmışdır. X*2 nə vaxt və harada ölməsi faktı da ona məlum olmadığına, bu faktın isə onun üçün heç bir hüquqi nəticə yaratmadığına görə o bu halı araşdırmamış, məhz X9 onun anasının bibisi (atasının bacısı) olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hər hansı bir başqa sənədlə sübuta yetirə bilmədikləri fakt 0* avqust *966-cı ildə ölmüş X*5 onun anası X*0 bibisi, yəni atasının bacısı olması faktıdır. Yəni nə onun anası X*0 atası X*7, nə də ki, anasının bibisi X9 doğum haqqında şəhadətnaməsinin olmaması, bu faktın məhkəmə qaydasında sübuta yetirilməsi zərurətini yaratmışdır. Anasının bibisi X2 Səfərəli oğlu ilə nikaha daxil olduqdan sonra onun soyadı dəyişərək, Səfərəliyeva olmuşdur. Ölüm haqqında şəhadətnamədə X9 adı yalnız Səfərəliyeva Nənəxanım yazılsa da onun atasının adının Musa olması faktı digər sənədlərlə, texniki pasportla, Çıxarışla öz təsdiqini tapır. Anasının atası X*7 atasının adı anasına məxsus doğum haqqında şəhadətnamədə göstərilməsə də, onun atasının adının Musa olması faktı ona məxsus Əmək kitabçasında öz əksini tapmışdır. Miras qoyan X9 adı miras əmlaka dair “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportda rus dilində və rus əlifbası ilə “Nanaxanım” kimi yazılmış, bu baxımdan da həmin evə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da onun adı “Nanaxanım” kimi göstərilmişdir. Anasının atası X27 İİ Dünya Müharibəsi başlayan zaman Qırmızı Ordu sıralarında olmuş və oradan onun ölüm xəbəri gəlmiş, bundan sonra bu barədə heç bir məlumat əldə etmək olmamışdır. X*7 İİ Dünya Müharibəsi başlayan zaman Qırmızı Ordu sıralarında olması da onun əmək kitabçasında qeyd edilmişdir. X*5 *888-ci il təvəllüdlü olmuş, onun birinci dərəcəli vərəsəsi olmamış, onun əri ölmüş, övladı olmamış, anası və atası çoxdan ölmüş, digər növbəli vərəsələrindən yalnız o qalmış, o da ikinci növbəli vərəsə kimi anasının bibisindən qalan mirası faktiki qəbul etmiş, həmin mirasa sahiblik və idarə etmiş, lakin mirası rəsmi qaydada qəbul etmək istədikdə notarius yuxarıda qeyd etdiyi səbəbdən bundan imtina etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. 4.Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ərizəçinin hal-hazırda yaşadığı fərdi yaşayış evi X9 və ərizəçinin atasının xüsusi mülkiyyətində olmuşdur. Ərizəçinin anası-X*0 ilk əvvəl anası vəfat etmiş, atası isə müharibəyə getmiş və qayıtmamışdır. Ərizəçinin anası, öz bibisi X9 himayəsində qalmışdır. Ərizəçinin anası (X*6) ilə onun atası nikaha daxil olduqdan sonra da sözügedən fərdi yaşayış evində yaşamışdır. Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 33 saylı fərdi yaşayış evinin atasından miras qalmış hissəsini faktiki və rəsmi qəbul etmiş, həmin evin bir hissəsinə dair onun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da verilmişdir. O əmlakın X*3 məxsus digər hissəsini miras kimi qəbul etmək üçün notariat ofisinə müraciət etmiş, həmin notariat ofis tərəfindən onun müraciətindən imtina edilmiş, o X9 onun anasının bibisi olması faktını müəyyən etmək üçün arxiv idarələrinə müraciət etmiş, lakin bu faktı təsdiq edən sənədləri əldə edə bilməmişdir.
5. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri
6. Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısının əridir. X9 evinə uşaqlıqda gedib gəlmişlər. X*0 iki yaşı olanda onun anası vəfat etmişdir. Onun atası X27, X9 qardaşıdır. X*5 qardaşı müharibəyə gedəndən sonra onun qızı X*4 böyütmüşdür. 7.Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Eyni zamanda onunla uzaq qohumdur. X*5, X*0 bibisidir və uşaqlıqdan onu saxlayıb böyütmüşdür. X*0 atasını isə tanımır.
8. Şahid3 məhkəmə iclasında ifadə verərk bildirmişdir ki, Ərizəçi ilə orta məktəbdə birlikdə oxumuşlar. Onun anası X*6 olmuş, atasını isə tanımır. Ərizəçi ilə yaxın qonşudurlar. X*5, X*0 bibisi olmuşdur.
İş materialları.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış *9.**.2024-cü il tarixli 2387 saylı məktubdan müəyyən olunur ki, X4 qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə baxılmışdır. Müvafiq sənədlər və Ərizəçi qalan mirasın qəbul edilməsinə dair vermiş olduğu ərizə əsasında X7 miras əmlakına vərəsəlik işi açılmışdır. Ərizəçi tərəfindən mirasın qəbul edilməsi aşkar edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpası üçün müvafiq məhkəmə orqanına müraciət edilməyi tövsiyə olunur. *0. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən 05.*2.2024-cü il tarixdə Vəkil ünvanlanmış məktubdan müəyyən olunur ki, 27 noyabr 2024-cü il tarixli EO-79VK-*0*68/24-4 №-li sorğuya cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən *944-cü ilə dair Suraxanı rayonu üzrə ölüm haqqında qeydiyyat kitablarında 04 oktyabr *944-cü ildə X3* vəfatı qeyd olunur. **. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən 25.*2.2024-cü il tarixdə Vəkil ünvanlanmış məktubdan müəyyən olunur ki, EO-79-VK-*0*68/24-* saylı, 27.**.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilir ki, “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri Əmircan kənd məscidinin *888-*889-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X9 tarixinə dair heç bir məlumat aşkar olunmayıb. *2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən 25.*2.2024-cü il tarixdə Vəkil ünvanlanmış məktubdan müəyyən olunur ki, EO-79-VK-*0*68/24-* saylı, 27.**.2024-cü il tarixli sorğuya cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri Əmircan kənd məscidinin *890-*9*0-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X*7 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. *3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, ev 33 Yeni qaydalarla: AZ *042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, giriş 89 xüsusi mülkiyyət hüquqları üzrə Ərizəçi və X8 adına qeydiyyatdan keçmişdir. *4. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən evin sahibi X20 və X28r. *5. Suraxanı rayon VVAQ tərəfindən verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə Cəfərova X29 2*.**.*953-cu il tarixdə 490 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Qasımova, ərə Qasımov soyadı verilmişdir. *6. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən müəyyən edilir ki, mərhum Səfərəliyeva Nənəxanım həqiqətən *8.0*.*947-ci il tarixdən vəfatına kimi (0*.08.*966-cı il) Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. *7. İş materiallarında olan Suraxanı rayonu VVAQ tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Qasımov X47 xx.xx.*954-cü il tarixdə anadan olmuş, atası X26, anası Cəfərova X2*r. *8. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İ № 355*32 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*6 09.*2.2009-cu ildə ölmüşdür. *9. ИЕ №-207808 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 0*.08.*966-ci ildə ölmüşdür.
20. ИЕ №-*2983* saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X40 04.*0.*944-cu ildə ölmüşdür. 2*. Suraxanı rayonu VVAQ tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cəfərova X29 *8.*2.*936-ci il tarixdə anadan olmuş, atası X53, anası X4*r.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 2*.04.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində M.Cəfərovun doğumunun və ölümünün, N.Səfərəliyevanın isə doğumunun qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrində *948-ci ildən saxlanıldığından, eləcə də M.Cəfərovun və N.Səfərəliyevanın doğumu haqqında akt qeydi qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur.
23. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(0*0)-*90*/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin veridyi “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un Ərizəçi mərhum atası X*9 məxsus olması faktı müəyyən edilməsi qət olunmuşdur.
24. “Socar” tərəfindən Bakı şəhəri 9 saylı vəkil Bürosunun vəkili cənab Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, SOCAR-da saxlanılan “Əzizbəyovneft” trestinin 4-cü neft mədəninin və Elektrik quraşdırma kontorunun *938- *940-cı illər üzrə sənədləri arasında X27 ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir.
25. *9*6-cı il təvəllüdlü X*8 məxsus olan əmək kitabçasının surətindən müəyyən olunur ki, o 25.0*.*940-cı il tarixdə 7 saylı əmrlə Qırmızı Orduda xidmət etməsi ilə bağlı işdən azad olunmuşdur.
İşin faktiki halları.
26. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, ev 33 (yeni qaydalarla: AZ *042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, giriş 89) birgə mülkiyyət hüququ ilə anasının bibisi X*3 və atası X*9 məxsus olmuşdur. X9 övladı olmamış, onun əri İsmayıl Səfərəli oğlu da özündən əvvəl, yəni 04 oktyabr *944-cü ildə vəfat etmişdir. Ərizəçi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 33 saylı fərdi yaşayış evinin atasından miras qalmış hissəsini faktiki və rəsmi qəbul etmiş, həmin evin bir hissəsinə dair onun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da verilmişdir. O X9 ikinci növbəli vərəsi kimi ondan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 33 saylı fərdi yaşayış evinin digər hissəsini miras kimi qəbul etmək üçün Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmiş, həmin notariat ofisinin notariusu Ərəstun İmanov *9 noyabr 2024-cü il tarixli məktubla müvafiq sənədlər və Ərizəçi qalan mirasın qəbul edilməsinə dair vermiş olduğu ərizə əsasında X7 miras əmlakına vərəsəlik işi açılmışdır. Ərizəçi tərəfindən mirasın qəbul edilməsi aşkar edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpası üçün müvafiq məhkəmə orqanına müraciət edilməyi tövsiyə olunmuşdur. O, X9 onun anasının bibisi olması faktını müəyyən etmək üçün arxiv idarələrinə müraciət etmiş, bu faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*. şəxslərin qohumluq münasibətlərinin; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.
*.6. məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. *.7. hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.*-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.*. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır.
Məhkəmənin mövqeyi.
29. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
30. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, ev 33 (yeni qaydalarla: AZ *042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, giriş 89) birgə mülkiyyət hüququ ilə anasının bibisi X*3 və atası X*9 məxsus olmuşdur. X9 övladı olmamış, onun əri İsmayıl Səfərəli oğlu da özündən əvvəl, yəni 04 oktyabr *944-cü ildə vəfat etmişdir. Ərizəçi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 33 saylı fərdi yaşayış evinin atasından miras qalmış hissəsini faktiki və rəsmi qəbul etmiş, həmin evin bir hissəsinə dair onun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da verilmişdir. O X9 ikinci növbəli vərəsi kimi ondan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 33 saylı fərdi yaşayış evinin digər hissəsini miras kimi qəbul etmək üçün Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmiş, həmin notariat ofisinin notariusu Ərəstun İmanov *9 noyabr 2024-cü il tarixli məktubla müvafiq sənədlər və Ərizəçi qalan mirasın qəbul edilməsinə dair vermiş olduğu ərizə əsasında X7 miras əmlakına vərəsəlik işi açılmışdır. Ərizəçi tərəfindən mirasın qəbul edilməsi aşkar edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpası üçün müvafiq məhkəmə orqanına müraciət edilməyi tövsiyə olunmuşdur. O, X9 onun anasının bibisi olması faktını müəyyən etmək üçün arxiv idarələrinə müraciət etmiş, bu faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməmişdir.
Məhkəmə xərcləri.
3*. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
32.Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, 0* avqust *966-cı il tarixdə ölmüş Səfərəliyeva Nənəxanımın 09 dekabr 2009-cu il tarixdə ölmüş X*0 bibisi, eyni zamanda X*0 atası X45 bacısı olması faktı müəyyən olunmalıdır.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-3**-ci və 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. 0* avqust *966-cı il tarixdə ölmüş Səfərəliyeva Nənəxanım ad və soyadlı şəxsin 09 dekabr 2009-cu il tarixdə ölmüş Qasımova (Cəfərova) Minəxanım Məlikəli qızının bibisi olması faktı müəyyən olunsun. 0* avqust *966-cı il tarixdə ölmüş Səfərəliyeva Nənəxanım ad və soyadlı şəxsin Qasımova (Cəfərova) Minəxanım Məlikəli qızının atası olan X45 bacısı olması faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova