Məhkəmə qərarları › İş №2(010)-1258/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1258/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1258/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçı X2, Cavabdeh4 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzili alqı-satqı müqaviləsi əsasında onun tərəfindən alınmış və mülkiyyət hüququ əsasında sonuncuya məxsusdur. Həmin mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ev satıldıqdan sonra həmin mənzildən köçüb getsələr də, həmin mənzildə qeydiyyatda qalmışdır. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. O, bu səbəbdən onların əvəzinə xeyli miqdarda kommunal xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Buna görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, onlar Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilini iddiaçı X1. Həmin mənzili iddiaçıya satarkən həmin mənzildən qeydiyyatdan çıxacağına söz vermişlər. Lakin, mənzil satıldıqdan sonra ailəsi ilə birlikdə həmin mənzildən köçüb getmişlər, lakin hazıra kimi qeydiyyatdan çıxmamışlar. Onlar hal-hazırda həmin evdə yaşamır və onların həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Buna görə də, o, hal-hazırda iddiaçı N X3 məxsus Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə razıdır və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, X4 Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzili xx xxxxxxxx 2020-ci ildə X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə dövlət reyestrində reyestr kitabının ********** nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar. Məhkəm baxışı zamanı Cavabdeh4 tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edi və iddianən təmin edilməsinə etiraz etmir. İş materiallarında olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş ərizədən görünür ki, onlar iddianın təmin edilməsinə etiraz etmir. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, alqı-satqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1nun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilindən saylı mənzilindən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilindən istifadə hüquqları itirilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdehlərin Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 26 saylı evin 26 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar