Məhkəmə qərarları › İş №2(010)-1267/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1267/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1267/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “nikah akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Maraqlı şəxs2 ilə nikahlarının bağlanması barədə Xocavənd rayonunda qeydə alınmış xx.xx.1982-ci il tarixli nikah akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi ərizəyə təqdim edərək, “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsinin “nikah akt qeydinin bərpa edilməsi”nə dair ərizə kimi oxunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1982-ci ildə Xocavənd (Martuni) rayonun Omirallar kəndində Maraqlı şəxs2 ilə ailə həyatı qurmuşdur. Bu barədə onlara Xocavənd rayon VVAQ şöbəsindən İİ-ЖГ 418945 nömrəli Nikah haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan erməni işğalçıları torpaqlarını işğal edərək onları öz evlərindən qovduqları zaman onlar nikah haqqında şəhadətnamələrini itirmişlər. Hal hazırda Xocavənd rayonunda verilmiş nikah haqqında şəhadətnamə itdiyi üçün ona yenidən nikah haqqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etmiş, lakin Maraqlı şəxs1ndə onun müraciətinə xx.xx.2020-ci il tarixli məktubla imtina edilmiş, nikah akt qeydimin bərpası və ona yenidən nikah haqqında şəhadətnamənin verilməsinin yalnız bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olması bildirilmişdir. Halbuki, vəsiqəsində subay yazılsa da, o, ailəlidir və nikah haqqında şəhadətnamə mövcud olub. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında bildirdi ki, o, Ərizəçi ilə 1982-ci il noyabr ayının 16-da ailə qurmuş və birgə nikahlarından iki qızları doğulmuşdur. Halhazırda qızına bəzi sənədlər lazımdır. Həmçinin nəvəsinə doğum haqqında şəhadətnamə alınmalıdır, lakin ərizəçi ilə nikah haqqında şəhadətnamələrini itirdikləri üçün onu almaq mümkün olmur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Xocavənd rayon VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1982-ci il tarixdə verilmiş İİ-ЖГ 418945 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasında xx xxxxxx 1982-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1982-ci ilin noyabr ayının 16cı günündə 75 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə İmanov, qadına İmanova soyadı verilmişdir. ASAN 4 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZE seriyalı 15101159 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur. Bakı şəhər Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 1040-05/75 №-li məktubda qeyd edilmişdir ki, Sizin nikah haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxs1nə daxil olmuş ərizənizə baxılmışdır. Maraqlı şəxs1 cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 01,03.2001-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Təqdim olunmuş sənədlər araşdırılarkən sizin xx.xx.1957-ci il tarixdə Xocavənd rayonu Əmirallar kəndində anadan olduğunuz məlum olmuşdur. Nikah haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənizin qeydiyyat şöbəsində təmin olunması mümkün deyildir. Maraqlı şəxs1 hüquqi əhəmiyyətli olan nikah faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyinizi məsləhət görür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs2 nikah faktı müəyyən edilməlidir. Bu fakt təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 xx xxxxxx 1982-ci ildə nikaha daxil olması haqqında akt qeydiyyatı faktı müəyyən edilsin. Qətnamə Ərizəçi ilə Maraqlı şəxs2 xx xxxxxx 1982-ci ildə nikaha daxil olması haqqında akt qeydinin bərpa edilməsi və yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar