Məhkəmə qərarları › İş №2(010)-127/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-127/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-127/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1298,65 manat borcun tutularaq **********000 saylı abonent koduna və 32.99 manat dövlət rüsumu üzrə xərclərin "Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ’’Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi suyun dəyəri xx.xx.2016-cı il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 16047657 nömrəli sayğac xx.xx.2016-cı il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 1298.65 (min iki yüz doxsan səkkiz manat 65 qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1clasında Cavabdeh iddia tələbi ilə razı olmadığını və ərizədə qeyd olunan borc məbləğinin həddən çox olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, abonent kratında ailədəki say tərkibi 7 nəfər olaraq qeyd olunsa da, lakin qeyd olunan fərdi yaşayış evində 4 nəfərdən ibarət ailə tərkibi ilə yaşayır. Məhkəmə iclasına iddiaçının nümayəndəsinin iştirakını təmin etmək məqsədilə fasilə verilmişdir. Fasilədən sonra məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 bildirdi ki, qeyd olunan fərdi yaşayış evində sayğac quraşdırılana qədər sərfiyyat 7 nəfər say tərkibinə uyğun olaraq, sayğac quraşdırıldıqdan sonra isə müvafiq göstəricilərə uyğun olaraq borc məbləği hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abonent kartından məlum olur ki, abonent kodu **********000, müqavilə nömrəsi №20786393, tarixi xx.xx.1997, xidmət tipi su və çirkab su, müqavilə vəziyyəti borca görə müvəqqəti olan, Cavabdeh hesabına su sərfiyatına görə 2016-2021-ci illər üzrə borc 1298.65 manat borc hesablanmışdır. Əlavə olaraq təqdim olunmuş hesabatdan da görünür ki, 2022-ci il üçün isə 129 manat borc məbləği hesablanmışdır. -Xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borc məbləğlərinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında aşağıda qeyd olunan ailə üzvləri ilə birlikdə yaşayır: 1) X2, 2) X3, 3) X1. - İddiaçı ASC-nin X10 İdarəsi Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının xx.xx.2022-ci il tarixli, 47657/0209948 nömrəli rəyindən görünür ki, S.C-ın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.C-ın qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararlı deyil. S.C təmirə və istismara yararsızdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı 2016-2021-ci illər üzrə cavabdeh tərəfindən sudan istifadə nəticəsində yaranmış 1298.65 manat borc məbləğinin ödənilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırır ki, qeyd olunan fərdi yaşayış evində sayğac quraşdırılana qədər sərfiyyat 7 nəfər say tərkibinə uyğun olaraq, sayğac quraşdırıldıqdan sonra isə müvafiq göstəricilərə uyğun olaraq borc məbləği hesablanmışdır. Cavabdeh isə öz növbəsində iddia tələbi ilə razı olmadığını və göstərilən illər ərzində sudan istifadə etsələr də, mövcud borcun reallığı əks etdirmədiyini qeyd edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə və X4 2.1.9.2 yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Beləliklə, müəyyən edilir ki, cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı evdə sudan istifadə etmiş, lakin mütəmadi ödənişlər edilməmişdir. AR Mülki Məcəllənin 551.2-ci maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1-ci maddəyə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; İddiaçının cavabdehdən tələb etdiyi borc məbləği vaxtaşırı ödənişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi cavabdehin adına olan abonent kartı üzrə aparılmış hesablamalardan aydın olur ki, Cavabdeh hazırkı iddia tələbi məhkəməyə daxil olduğu gündən hesablamaqla son 5 il üçün ümumi borcu 507.50 manat təşkil edir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehdən abonent kartı üzrə tələb etdiyi borc məbləği 1298.65 manat olsa da, hazırkı tələbə kəsici müddət tətbiq etməklə işdə olan abonent kartı üzrə son 5 il üzrə aparılmış hesablamalarla cavabdehin su sərfiyyatına görə yaranan borcu 507.50 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən, 507.50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 32.99 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh İsrafı̇ lov Nərı̇ ş İsrafı̇ l oğlundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 507.50 manat borc pul vəsaiti tutularaq **********000 saylı abonent koduna köçürülsün. İş üzrə ödənilmiş 32.99 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar