Məhkəmə qərarları › İş №2(010)-1279/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1279/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1279/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarma” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və onun oğlu X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əsədulla küçəsi, 8 saylı fərdi yaşayış ünvanının ½ hissəsindən yaşayış hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2021-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarma” tələbinə dair ərizəsi baxılmadan sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar