Məhkəmə qərarları › İş №2(010)-1283/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1283/2021

12.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1283/2021 12.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu dördüncü sıra, 5 nömrəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq İddiaçı təhvil verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 11 aprel 2011-ci il tarixdə "xxxx" MMC ilə fərdi yaşayış evinin alqısatqısı barədə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən icraçı "xxxx" MMC Suraxanı rayonu, Hovsan qəsəbəsində ümumi sahəsi 60 kv. m olan 2 otaqlı fərdi yaşayış evinin layihələndirilməsi, tikilməsi və istismara hazır vəziyyətdə təhvil verilməsini öhdəsinə götürmüş, payçı İddiaçı isə müqavilə üzrə razılaşdırılmış evin dəyərini təşkil edən 23.000 manatı ödəməli idi. Sözügedən müqaviləyə eyni tarixli 1 saylı Əlavə də bağlanmış və Əlavədə görüləcək işlərin dairəsi göstərilmişdir. Payçı İddiaçı müqavilə üzrə ödəməli olduğu məbləğdən ümumilikdə 19720 manat ödəniş etmiş, lakin icraçı tərəfdən müqavilə öhdəliyi kimi fərdi yaşayış evini 4-5 aya tikib təhvil verməli olduğu halda, müddət başa çatsa da evi tikib payçıya təhvil verməmişdir. Buna görə də İddiaçı Suraxanı rayon məhkəməsinə müraciət edərək "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv olunması və dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia qaldırmışdır. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(010)- 223/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Hövsan qəsəbəsində inşa olunan sahəsi 60 kv. m olan fərdi yaşayış evi İddiaçı qızma hazırkı vəziyyətdə verilməsi qət edilmişdir. Fərdi yaşayış evi tam təhvil verilməsə də evin damı vurulmuşdur. Həmin məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza zamanı fərdi yaşayış evinin 11 yanvar 2016-cı il tarixə dəyəri 7650 manat məbləğində təşkil etmiş və fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən yekun sənəd mövcüd olmasa da İddiaçı müqavilə əsasında sahiblik və istifadə hüququ əsasında həmin evin sahibidir. Bunlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında onu göstərdi ki, mübahisəli fərdi yaşayış evi tam hazır olmadığı üçün orada yaşayış olmamış, buna baxmayaraq idiaçı mütəmadi olaraq həmin evə baş çəkmişdir. Növbəti dəfə gedəndə isə həmin evdə başqa bir şəxsin, yəni Cavabdeh yaşadığını aşkar etmişdir. Həmin evin ona məxsus olduğunu və evdən çıxmasını bildirsə də ona məhəl qoymayaraq qapını onun üzünə bağlamışlar. Hazırda həmin ev qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edildiyindən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,Quşçuluq sovxozu dördüncü sıra, 5 nömrəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq İddiaçı təhvil verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində izahat vermiş X4 iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh torpaq sahəsini başqa bir şəxsdən almış və həmin tikili ümumiyyətlə iddiaçının aldığı torpaq sahəsi deyildir. Belə olan halda iddiaçının tələbi əsassız olduğuna görə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. İş materiallarına əlavə edilmiş 11 aprel 2011-ci il tarixli, 34 saylı Fərdi yaşayış evinin alq-astqı müqaviləsindən görünür ki, icraçı “ Ələsgəroğlu-K şirkəti ilə payçı İddiaçı arasında Hövsan qəsəbəsində, ümumi sahəsi 60kv.metr olan 2 otaqlı fərdi yaşayış evinin layihələndirilməsinə tikintisinə və istismara hazır vəziyyətdə təhvil verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(010)- 223/2016 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 34 saylı 11 aprel 2011-ci il tarixli Fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin ləğv edilmsəsi, cavabdeh "xxxx"MMC-dən maddi ziyana görə 10720 manat pul vəsaiti alınıb iddaçı İddiaçı verilməsi və Bakı şəhəri, Hövsan qəsəbəsində inşa olunan sahəsi 60 kv. m olan fərdi yaşayış evi İddiaçı qızma hazırkı vəziyyətdə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasəb daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki onlar mübahisəli özbaşına tikililər üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadələrinə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarma tələbi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar